P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə55/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   51   52   53   54   55   56   57   58   ...   103

194 
 
paytaxtı  Bağdadın  süqutunda  təkcə  tatarlar  günahkardır.  Və  
onlar  Abbasiləri  öz  güclərinə  yenmişlər. 
Təbii  ki,  bu  səhv  fikirdir.  Avropalılar  islam  dünyasında                      
baş  verənləri  (Abbasilərin  süqutunu,  XII-XIII  əsrlərdə  islam 
coğrafiyasındakı  dağınıqlığı  –  mütərcim)  monqol-xaçlı  qəsb-
karlığı  ilə  əlaqələndirirlər.  Qərbdə  tədris  olunur  ki,  bu  qəsb-
karlıqda  həm  monqolların,  həm  də  xaçlıların  payı  vardır... 
Qərb  Kilsəsinin  agentləri  –  missionerləri  xilafətin  həm  da-
xilində,  həm  də  xaricində  yorulmaq  bilmədən  “işləyir”,  mü-
səlmanlar  isə  yatırdılar! 
Məlumdur  ki,  tatarların  baş  sərkərdəsi  xristian  idi.  Hüla- 
kunun  arvadı  da  xristianlığa  inanırdı...  Dini  azlıqlar  vəziyyətə 
yaxşı  bələd  idilər.  Tatarlar  zəifləmiş  şəhəri  (Bağdadı)  ələ 
keçirdiklərində  onlar  hərəkətə  keçdilər.  Tarixçi  İbn  Kəsir                     
“əl-Bidayə  vən-Nihayə”  adlı  kitabında  xristian  azlıqların  şad-
yanalığı  haqda  yazmışdır.  Rəhmətlik  haradan  bilərdi  ki,  bu 
bədxahlar  nəyə  sevinirlər. 
Dövrümüzdə  məxfi  hərbi  və  siyasi  sənədlər  təxminən  otuz                
il  arxivdə  saxlanıldıqdan  sonra  mətbuatda  nəşr  olunur;  gizli 
məlumatlar  xalqa  bildirilir.  Elə  isə  nə  üçün  tariximizin  son               
yeddi  əsrini  anormal  formada  gizləyib  saxlayırıq?!  Nə  üçün                
biz  onu  şagirdlərimizə,  tələbələrimizə  doğru-düzgün  tədris  et-
mirik?! 
Misirə  qarşı  fransız  və  ingilis  hərbi  kampaniyalarının  “fay-
da”ları  haqda  yazılmış  kitabları  oxumuşam.  Səhifələr  müxtəlif 
dövrlərə  aid  yalanlarla  doludur... 


195 
 
Düşünürəm  ki,  tariximizi  yenidən  düzgün  şəkildə  yazma-            
lıyıq.  Əvvəlcə,  unutduğumuz  məqamları  yazmalı,  daha  sonra 
səhvlərimizi  düzəltməliyik.  Şair  demişkən:  
 
Elə  bir  dövr  yoxdur  ki,  adil  şahidləri  olmasın, 
Hər  bir  həqiqəti  də  arayıb-axtaranlar  vardır! 
 
Mühümdür  ki,  itirdiklərimizi  dərk  edək,  həqiqətlərin  üs-              
tünü  örtmüş  toz-torpağı  təmizləyək,  uydurmaçılara  da  öz             
mənfur    məqsədlərini    bizə    qəbul    etdirmək    fürsəti    vermə-             
yək... 
Gələcək  nəsillərin  formalaşmasında  tarixin  rolu  danılmaz-              
dır.  Elə  isə  tariximizi  və  övladlarımızı  yalançıların,  kin-kü-               
durət  sahiblərinin  əlinə  verməyək.  
Müsəlman  tarixçi  islamın  mahiyyətinə,  eyniadlı  dövlətin 
funksiyalarına  bələd  olmalıdır... 
İslam  dövlətinin  vəzifəsi  təkcə  xalqa  yemək  hazırlamaqdan, 
məişət  səviyyəsini  yaxşılaşdırmaqdan  ibarət  deyildir... 
Onun  bundan  daha  böyük,  daha  ülvi  missiyası  vardır!               
Dövlət  islamı  himdə  duran  düşmənlərdən  qorumalı,  Allaha 
çağırış  (dəvət)  yolundakı  maneələri  aradan  qaldırmalıdır. 
Qaldırmalıdır  ki,  dəvət  işi  fitnəkarlar  tərəfindən  “müsadirə” 
olunmasın,  öz  yoluna  davam  etsin... 
Elə  bil  ki  bütün  dünya  tövhid  inancına  sahib  çıxanlardan                  
–  müsəlmanlardan  intiqam  almaq  istəyir.  İnsanlar  gecə-gün-              
düz  bunun  üçün  əlləşirlər!  Quranda  bu  haqda  deyilir: 
“...Onlar  əgər  bacarsalar,  sizi  dininizdən  döndərincəyə  qə-            
dər  sizinlə  vuruşmaqda  davam  edəcəklər...” (əl-Bəqərə, 217). 


196 
 
Görəsən,  bunu  müsəlman  hökmdarlar  başa  düşmüşdülərmi? 
Axı  onların  çoxu  hakimiyyəti  qənimət  olaraq  ələ  keçirmiş  və 
əbədiləşdirmişdi! 
Müsəlman  tarixçi  hər  bir  hökmdarın  dinə,  dini  öhdəliklərə 
münasibətini  araşdırmalıdır.  O,  problemi  bu  cür  qoymalıdır:               
Bu  və  ya  digər  hökmdar  dini  öhdəliklərini  yerinə  yetirsinlər              
deyə  müsəlmanlar  üçün  nə  edib?  
Məlumdur  ki,  hər  bir  ağır  məğlubiyyətin  arxasında  mü-
səlmanlar  arasında  yayğın  hala  gəlmiş,  onları  heydən  salmış             
gizli  və  aşkar  səhvlər  dayanır.  Görəsən,  bu  səhvlər  araş-
dırılmışdırmı,  tədqiqat  obyekti  olaraq  seçilmişdirmi?  Yoxsa  bu 
qələbələr  və  məğlubiyyətlərə  münasibət  informasiya  portalla-
rında  şahmat  oyunları  və  ya  maneken  qadınlar  haqdakı  xə- 
bərlərə  olan  münasibət  kimidirmi?  
 
 


197 
 
 
 
Hülaku tək deyildi! 
 
 
Misirli  professor  Əhməd  Sübhi  Mənsur  (anadan  olub  –              
1949)  islam  tarixini  obyektiv  tədqiq  edən  qiymətli  yazı  qə-                
ləmə  almışdır.  Biz  də  onun  həmin  yazısını  böyük  qədir-             
bilənliklə  aşağıda  dərc  edirik: 
“Canlı  nə  varsa  hər  şeyi  məhv  etmiş  onlarla  xunkar  (qan-           
içən)  arasında  Hülakunun  öz  yeri  vardır.  Ərəb-müsəlman 
tariximizdə  bu  ad  xüsusi  “yer”ə  sahibdir.  Bu  qaniçən  hökm-           
dar  1258-ci  ildə  Abbasilər  xilafətini  yıxmış,  Bağdadda  təx-             
minən  iki  milyon  insanı  öldürtmüşdür. 
Bu  tarixi  fakt  zəruri  edir  ki,  Hülakuya  nifrət  bəsləyək.                     
Bəli,  o,  heç  şübhəsiz  ki,  buna  layiqdir.  Lakin  bu  işdə  təkcə  
Hülaku  məsuliyyət  daşımır! 
Hər  şeydən  qabaq  Əmirəlmöminin  Mö`təsim  Billah  qı-
nanmalıdır.  O  Mö`təsim  ki,  əmanətə  (xilafətə,  möminlərin 
hökmdarı  olmağa  –  mütərcim)  doğru-dürüst  sahib  çıxa  bil-
məmişdir.  Hələ  də  bəzilərimiz  bu  xəlifə  üçün,  Abbasilər  xila-             
fəti  üçün  göz  yaşı  axıdır.  Və  dövrümüzdə  bəzi  insanlar 
röyalarında  hey  Abbasilər  xilafətini  görürlər...  
Tarixçi  İbn  Təbatəba  onu  (xəlifə  Mö`təsimi)  belə  təsvir             
edib: 
“Söz  sahibi  deyildi,  ölkənin  işlərindən  baş  çıxarmırdı,  hərbi 
yürüşlər  nədir  bilmirdi.  Tamahkar  idi,  gününü  musiqi  din-
ləməklə,  təlxəklərə  tamaşa  etməklə  keçirirdi.  Dostlarının  tə-                


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə