P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə54/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   50   51   52   53   54   55   56   57   ...   103

190 
 
bərlərə  belə  tapşırılmamış  işləri  görməyi  zəruri  edib.  Məsə-               
lən,  kosmosu  öyrənmək,  Aya,  Marsa  səyahət  və  s.  bu                           
qəbil  işlərdəndir.  Bunları  bidət  adlandırmaq  doğru  deyil-                
dir  və  belə  bir  iddia  qəbuledilməzdir.  
 
 


191 
 
 
 
Yeddinci fəsil 
TARİXİ YENİDƏN YAZMAQ 
 
 
Hicri  XV  (miladi  XX)  əsrədək  olan  islam  tarixinin  ye-                
nidən  yazılmasını  zəruri  edən  ciddi  və  aktual  səbəblər  vardır.                
Bu  işi  görmək  üçün  bütün  mötəbər  alimlərin,  peşəkar  təd-
qiqatçıların  əməkdaşlığı  vacibdir... 
Hal-hazırda  öyrəndiyimiz  tarix  mövcud  tarixi  mənbələr-              
dəki  məlumatların  cüzi  hissəsini  təşkil  edir.  Həmin  mənbələr-              
də  islam  tarixini  bir  və  ya  iki  müsəlman  şəxsiyyətlə  məh-
dudlaşdırmayacaq  qədər  çox  məlumat  vardır.  Bu  məlumatlar             
üzə  çıxarılarsa,  tarix  kimlərinsə  siyasi  maraqlarına  xidmət  et-
məyəcəkdir... 
Müşahidə  etdiyim  ilk  şey  budur  ki,  islam  tarixi  “kəmiy-              
yət”cə  məhduddur.  Müsəlmanlar  dünya  əhalisinin  beşdə  bi-               
rini  təşkil  edirlər.  Allahın  dinini  müxtəlif  millətlər  qəbul  et-      
mişlər.  Ərəblər,  türklər,  farslar,  kürdlər,  hindlilər,  zəncilər,  
çinlilər,  monqollar,  indoneziyalılar,  malayziyalılar  –  bir  sözlə, 
Sakit,  Hind  və  Atlantik  okeanı  arasındakı  geniş  arealda  ya-             
şayan  bu  xalqların  bir  hissəsi  hamılıqda,  digər  hissəsi  də  qis-           
mən  müsəlmandır...  
Avropada,  Şimali  və  Cənubi  Amerikada  da  müsəlman-                 
ların  kompakt  yaşadığı  ərazilər  vardır. 


192 
 
Hal-hazırda  tədris  edilən  tarix  Yaxın  Şərq  adlandırılan  əra-             
zidə  yaşayan  müsəlmanların  tarixidir.  Bu  tarix  yalnız  ərəb-                
lərlə  məhdudlaşır,  yalnız  onları  öyrənir! 
Əgər  tədqiqatların  dairəsi  bir  az  genişləndirilərsə,  olsa-                  
olsa,  ərəblərlə  qonşu  millətlərə  şamil  ediləcəkdir.  Şərqdə  və 
Qərbdəki  digər  inanc  qardaşlarımıza  gəlincə,  onlardan  söz  
açmaq  ikinci  və  ya  üçüncü  dərəcəli  işdir!  Bəlkə  də,  onlar  ya 
qəsdən,  ya  da  unutqanlıqdan  yada  düşmürlər... 
Mədəni  qəsbkarlıq  müsəlmanları  bir-birinə  bağlayan  ipləri 
kəsib,  onları  bir-birinə  yadlaşdırdıqdan  sonra  misirli  bir  mü-
səlman  uzaq  diyarlarda  yaşayan  müsəlman  qardaşlarının  ba-             
şına  gələnlər  haqda  ya  heç  nə  bilmir,  ya  da  bu  onun  üçün         
maraqlı  deyildir. 
Məsələn,  Albaniyanı  –  əhalisinin  onda  doqquzu  müsəlman-      
dır  –  allahsızlıq  parçalayıb-dağıdır,  amma  onun  ah-naləsini, 
şikayətini  heç  kəs  eşitmir... 
Filippin  müsəlmanları  –  sayları  bir  neçə  ərəb  dövlətinin 
əhalisinin  sayından  çoxdur  –  müxtəlif  hərc-mərcliklərin  qur-
banına  çevriliblər,  amma  heç  kəs  onların  dadına  yetişmir... 
Ədirnədə  xilafətin  bayrağı  yer  düşdükdə  təkcə  bir  şair  – 
Əhməd  Şövqi  (1868-1932)  buna  ağlamışdı: 
 
Ey Əndəlüsün  bacısı,  sənə  salam  olsun! 
İslamdan  da,  xilafətdən  də  məhrum  qaldın! 
 
Vaxtı  ilə  şair  Mütənəbbi  qəflətən  vəfat  etmiş  Əbu  Şücaya,               
İbn  Rumi  də  öz  oğluna  bu  cür  ağlamışdı!  Bugünün  faciəsi             
əvvəlki  faciələrdən  heç  nəyi  ilə  fərqlənmir! 


193 
 
İndiki  dövrdə  ümmətin  vəziyyəti  qəlizdir;  müsəlman  həm-
rəyliyi  və  əməkdaşlığı  deyilən  şey  xəyala  çevrilib.  Hal-ha-                
zırda  tarixi  ağılsızcasına  yazırlar.  Bu  tarix  islamı  nə  zaman,                    
nə  məkan,  nə  də  mahiyyət  baxımından  əks  etdirir... 
Xatırlayıram,  bir  dəfə  bir  səfirlə  aramda  kəskin  mübahisə 
yaranmışdı.  Səlahəddin  Əyyubinin  kürd  olduğunu  deməyim             
onu  bərk  qəzəbləndirmişdi  və  o,  bu  dahi  şəxsiyyətin  kürd 
olduğunu  qəbul  edə  bilmirdi.  
Bu  miskin  şəxs  tarixi  bir  faktı  təkzib  etmək  istəyirdi!  Ta-            
tarları  məğlubiyyətə  uğratmış  Sultan  Qutuzun  da  ərəb  ol-
madığını  ona  bildirdim.  O  isə  Qutuzun  ərəb  sərkərdələrin-                
dən  olduğunu  iddia  edirdi.  İş  o  yerə  çatmışdı  ki,  bu  səfir                     
ərəb  sərkərdəsi  sandığı  Qutuzun  adına  inşa  edilmiş  məscidin 
açılış  lentini  kəsmişdi! 
İslamın  bayraqdarları  olmuş  ərəblər  dərk  etməlidirlər  ki, 
ərəblik  (ərəb  millətinə  mənsubluq)  qan  qohumluğu  ilə  de-             
yildir.  Ərəblik  dillə  əlaqəli  məsələdir.  Bir  insana  ərəb  olduğu  
üçün  deyil,  əksinə,  islama  tapındığına  görə  rəğbət  bəsləmək 
lazımdır.  İslam  tarixi  vəhyin  endiyi  Ərəbistandan  başlansa  da, 
“çevrə”si  paralel  və  meridianlar  boyu  hey  genişlənmişdir.  Bu 
“çevrə”  genişləndikcə  milli  təəssübkeşlik  və  millətçiliyi  əridib             
yox  etmişdir;  insanlar  yalnız  islamın  ətrafına  toplaşmış,  bay-
raqları  da  tövhid  bayrağı  olmuşdur... 
Biz  bu  həqiqətlərə  etinasız  yanaşan  bir  tarixi  (yazılı  tarix-              
dən  söhbət  gedir) mötəbər  hesab  edə  bilmərik... 
Bizim  hal-hazırkı  yazılı  tariximiz  kəmiyyət  baxımından  na-              
qis  olduğu  kimi,  keyfiyyətcə  də  qənaətbəxş  deyildir.  Orta 
məktəblərdə  indiyədək  tədris  olunur  ki,  Abbasilər  xilafətinin 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə