P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə51/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   47   48   49   50   51   52   53   54   ...   103

180 
 
O  kəslər  ki,  fiqhi  məsələlərdəki  (füruat)  “ixtilaf”a  görə  
arxadan  tənə  vururlar,  qeybət  edirlər,  müsəlmanların  səflərini 
parçalayırlar,  onlar,  doğrudan  da,  tərbiyə  olunmalıdırlar... 
Mən  inanmıram  ki,  rəbbani  əxlaqa  sahib  bir  mömin  bu  cür 
hərəkət  etsin... 
İndi  isə  doğruluq,  sədaqət,  vəfakarlıq,  şərəf...  kimi  bəşəri              
əxlaq  normalarından  danışaq.  Bunları  ona  görə  bəşəri  ad-
landırırıq  ki,  təkcə  müsəlmanlara  deyil,  həm  də  başqalarına 
aiddir. 
Adıçəkilən  əxlaq  normalarının  əksi  ikiüzlülük  formalarıdır. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!)
 deyib: 
“Bu  dörd  xislət  kimdə  varsa,  deməli,  münafiqdir.  Bu  xis-
lətlərdən  birinə  sahib  olan  kəs  də  həmin  xisləti  tərgitənədək 
münafiq  sayılar.  (Həmin  dörd  xislət  budur:)  a)  əmanətə                
xəyanət  edər;  b)  yalan  danışar;  v)  əhdə  vəfa  göstərməz;  q) 
mübahisə  edərsə,  kin  qusar  (ürəyində  nə  varsa,  qarşı  tərəfə 
söyləyər)”
1

Mübahisələrdə  həqarət,  əhdə  vəfasızlıq,  danışıqda  etinasız-             
lıq,  əmanətə  xəyanət  –  bütün  bunlar  çoxlarının  adət  ha-                        
lına  gətirdiyi  davranışlardır.  Allahın  hifz  etdiyi  kəslər  istisna 
olmaqla  heç  bir  müsəlman  varis  çıxdığı  dinə  əxlaq  meydan- 
larında  riayət  etmir... 
Bunun  müqabilində  isə  digər  millətlərin  nümayəndələri 
davranış  və  ünsiyyətdə  gözəl  əxlaq  qaydalarına  əməl  edir, 
nizamsızlığa,  laqeydlik  və  alçaqlığa  “yox”  deyirlər. 
                                                 
1
 Hədisi İmam Buxari, İmam Müslim, Tirmizi, Əbu Davud, Nəsai və İmam 
Əhməd rəvayət etmişlər. 


181 
 
Bundan  qabaq  dedim  ki,  dahi  şəxsiyyətlərin  irsini  araş-             
dırsam  da,  əxlaq  meydanında  Həzrəti  Məhəmmədin
  (Ona  Allahın                  
xeyir-duası  və  salamı  olsun!)
  qoyub  getdiyindən  daha  zəngin,  daha  saf,                    
daha  ülvi  irsə  rast  gəlməmişəm.  Elə  isə  bu  ümməti  tarixi               
irsindən  nə  uzaqlaşdırıb,  özülünü  nə  sarsıdıb?  
Hər  hansı  bir  xalqın  əxlaq  irsi  bir-biri  ilə  əlaqəli,  bir-birini 
tamamlayan  komponentlərin  məcmusundan  ibarətdir.  Bu  ün-
sürlərə  inanclar,  ibadət  ayinləri,  iqtisadi  və  siyasi  ənənələr                      
daxildir... 
Əxlaq  bir-iki  vərəq  məlumat  oxumaqla  və  ya  bir-neçə  dər-                
sə  qulaq  asmaqla  formalaşmır,  əksinə,  o,  məşəqqətli  “emal” 
prosesidir,  davamlı  praktik  fəaliyyətdir,  sabit  bacarıqlara  və  xa-
rakterə  sahib  olmaq  üçün  zəhmət  çəkməkdir.  
Fikir  vermişəm  ki,  iman  qısır  qalsın  deyə  şeytansayağı  işlər 
görülüb;  dinin  əmr  və  qadağalarını  qəsdən  yozub  qüvvədən 
salmağa  çalışan  kəslər  peyda  olub! 
Bəzi  insanlara  görə,  iman  əməlsiz  sözdən  ibarətdir

.  Bə-               
ziləri  də  əməli  ikinci  dərəcəli  davranışlarla  eyniləşdirirlər.  Hal- 
buki  həmin  davranışlarsız  da  keçinmək  mümkündür.  Onla-                 
rın  bu  yanaşması  əməli  öhdəliklərdən  boyun  qaçırmaq  məq-               
sədi  güdür.  İbadətlərdəki  hərəkətlərə  (formalara)  riayət  haq-               
da  cildlərlə  kitab  yazılır,  ibadətin  mahiyyətinə  isə  az  hallarda 
diqqət  yetirilir.  
                                                 

  Yəni,  Allahın  təkliyini,  peyğəmbərliyi  təsdiqləmək  kifayətdir.  İbadətə, 
dindəki  praktik  buruqlara  əməl  etmək  lazım  deyildir  –  tərcüməçinin  qey-             
di



182 
 
Bunun  nəticəsində  tərəzinin  gözünü  allahsız  cəmiyyətlərin 
xeyrinə  ağır  basan  fərqlər  yaranıb  və  tərəzinin  yüngül  gözü  
inanclı  cəmiyyətlərin  payına  düşüb... 
Dinimizə  görə,  yalan  söz  şirk  kimidir.  Ayədə  deyilir: 
“...murdar  (başdan-ayağa  murdarlıq  olan)  bütlərdən  qaçın, 
yalan  sözlərdən  də  (Allaha  şərik  qoşmaqdan  da)  çəkinin”  (əl-
Həcc, 30).  
Adi  məişət  problemlərində  də  olsa  yalan  danışmaq  böyük 
günahdır.  Amma  bizdə  –  Ərəb  dünyasında  on  minlərlə  in-               
sanın  üzv  olduğu  qurum  (görünür,  iqtidar  partiyalarından  
söhbət  gedir  –  mütərcim)  seçkiləri  saxtalaşdırır,  aidiyyəti  or-
qanlara  da  tövsiyə  edir  ki,  seçkinin  nəticələrini  təsdiqləsinlər. 
Xalq  da  ya  acizdir,  ya  da  ki  gözü  bağlanmışdır... 
Amma  bu  hal  Qərbə  yaddır:  siyasətdə,  iqtisadi  münasibət-
lərdə  saxtakarlıq  və  yalan  alçaq  davranış  hesab  olunur,  doğ- 
ruluğa  ehtiram  göstərilir;  qərblilər  ağızdan  çıxmış  sözə  ciddi 
münasibət  bəsləyirlər.  Sanki  onlar  Quranın  bu  ayəsində  de-
yilənləri  yaxşı  başa  düşmüşlər: 
“Yalanı  ancaq  Allahın  ayələrinə  inanmayanlar  uydururlar. 
Onlar  əsl  yalançıdırlar!” (ən-Nəhl, 105).  
Biz  rəbbani  və  bəşəri  əxlaqa  ehtiyacı  olan  fəqirlərik... 
Mən  paltarının  ətəyini  qısaldan  dindarlardan  üz  çevirmi-              
şəm.  O  dindarlar  ki,  dəvə  ətinin  dəstəmazı  pozmağı,  şəriət 
cəzalarında  və  qisasda  qadınların  şahidliyinin  qəbul  edilmə-            
məyi  barədə  onlarla  razılaşmayanlara  qəfil  ölüm  arzulayır-                
lar...  


183 
 
Müsəlman  ümməti  rəbbani  və  bəşəri  əxlaq  üzərində  bina 
edilib.  Əxlaq  yaşadıqca  bu  ümmət  də  var  olacaqdır.  Əxlaq 
zəifləyərsə,  ümmət  sarsılar,  yox  olmağa  üz  tutar. 
Əqidə,  bəli,  məhz  əqidə  ideallar  yaradır.  İdeallar  davranış-             
lara  hakim  kəsilər,  onlara  istiqamət  verər.  Əqidə  (etiqad)                
insan  nəfsinin  bir  halıdır;  onu  səbatsızlıqdan  qərarlılığa  yük-
səldər.  Əxlaq  insanın  hərəkəti  və  sükunətini  tənzimləyən 
“qəlib”lərdən  ibarətdir.  Əqidəsi  və  əxlaqı  formalaşmamış  bir 
ümmət  əsla  ustalaşa  bilməz... 
Biz  kitablarımızın  birində  ərəbləri  bir  millət  kimi  formalaş-
dırmış,  onları  zülmətdən  nura  çıxarmış  Məhəmməd  pey-
ğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  möcüzəvi  metodikasından 
danışmışdıq.  Qeyd  etmişdik  ki,  Peyğəmbərlər  Əmirinin  bu 
tərbiyə  siyasəti  yıxılmış  binanı  bərpa  edəcək,  böyük  bir  üm-             
məti  yoxolma  və  məğlubiyyət  girdabından  qurtaracaq  yeganə 
gücdür. 
 
 
 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə