P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə49/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   45   46   47   48   49   50   51   52   ...   103

172 
 
Əhəmiyyətli  məqam  budur  ki,  Qərb  mədəniyyəti  bir  sıra  
islami  və  ümumbəşəri  dəyərlərdən  hər  nə  qədər  faydalansa                 
da,  son  bir  neçə  əsrdə  allahsızlıq  əsasında  qurulmuş  mə-
dəniyyətdir... 
XX  əsrin  əvvəllərində  narahatedici  vəziyyət  yarandı:  səlib-           
çilik  öz  yarasını  sarıyıb,  qalibə  (müsəlmanlara)  yaxınlaşmağa 
başladı,  özünü  ona  yaxşı  göstərdi,  öz  köməyini  təklif  etdi.               
Eyni  addımı  sionizm  də  atdı.  Bir  sözlə,  hamı  sonuncu  dinə 
hücum  çəkdi,  onun  nəhəng  irsinə  sahib  çıxmaq  istədi.  Hər                
kəsə  elə  gəldi  ki,  bu  irsin  sahibi  və  ya  başqa  sözlə  desək,  ke-           
şikçisi  yoxdur! 
Müsəlmanlar  hiss  etdilər  ki,  məhvedici  müharibə  yaxın-              
laşır,  xain  və  dağıdıcı  planlar  onların  varlığını  təhdid  edir... 
Yaralı  ümmətdə  yaşamaq  eşqi  yarandı;  müdafiə  olunanlar  
elm,  bilik,  tərbiyə,  mədəniyyət  və  iqtisadiyyat  sahələrində                     
çar  çəkməyə  başladılar  ki,  hər  tərəfdən  yağıların  hücumu-                    
na  məruz  qalmış  dini  xilas  etmək  lazımdır... 
Müsibət  ağır,  ondan  qurtulma  yolu  isə  aşkardır.  Hər  dəfə 
düzgün  düşündükcə,  hər  dəfə  kitabımıza  sarıldıqca,  “qa-                
la”mız  bir  o  qədər  möhkəmlənəcək,  təcavüzkarlar  geri  çə-
kiləcəklər... 
Əvvəlki  Nəsillərimizin  (sələfi-əvvəl)  üslubuna  uyğun  şə-              
kildə  düzgün  tərbiyə  sistemi  qurmaq  əsas  amalımız  olmalıdır.  
Bəs  bu  tərbiyənin  əsas  cəhətləri  hansılardır? 
 


173 
 
 
 
Qiyamətədək çalışıb-vuruşmalıyıq 
 
 
Tərbiyə  ömür  boyu  davam  edən  prosesdir.  İnsan  özünü 
qanandan  ölənədək  tərbiyə  olunmalıdır.  Tərbiyənin  bir  neçə 
aylıq  və  ya  illik  proses  olduğunu  güman  etmək  böyük  səhvdir.  
Bir  sürücü  getdiyi  yola  necə  münasibət  bəsləyirsə,  müsəl-                   
man  da  öz  nəfsinə  elə  münasibət  bəsləməlidir;  sürücü  daima             
ayıq  olmalıdır,  mürgüləyərsə  –  bu  onun  həlak  olmağı  ilə 
nəticələnər... 
Savadı  da  mərhələlərlə  alırıq.  Şagird  və  tələblərə  verilən 
şəhadətnamələr  onların  aldıqları  təhsilin  rəsmi  təsdiqidir... 
Tərbiyə  də  belədirmi?  Əsla!  Mənəvi  kamillikdən  qazandığı-             
mız  “pay”ların  aydın  pillələri,  konkret  əlamətləri  yoxdur.  Əv-           
vəla,  bunun  sirrini  yalnız  Allah  bilir,  ikincisi,  tərbiyənin  vaxtı, 
konkret  metodu  yoxdur,  odur  ki,  vaxtaşırı  olaraq  aldığımız 
tərbiyəni  “ölçmək”  mümkün  deyildir.  
İnsan  gecə-gündüz  nəfsi  ilə  mübarizə  aparır,  rəbbinə  doğ-                
ru  səbatla  addımlayır,  əmr  və  qadağalarına  riayət  etməklə                  
Onu  razı  salmağa  çalışır.  Bu  minvalla  ömrünü  başa  vurur.  
Belələri  haqda  Quranda  deyilir: 
“O  kəslər  ki,  mələklər  onların  canlarını  pak  olduqları  halda 
alıb:  “Sizə  salam  olsun!  Etdiyiniz  (gözəl)  əməllərə  görə  Cən-           
nətə  daxil  olun!” – deyərlər” (ən-Nəhl, 32).  


174 
 
Meyvə  budağa  xoş  gəldiyi  kimi,  nəfs  də  (həyat  da)  insanın 
xoşuna  gəlir.  Sonra  “bağban”  gəlir,  nəfs  sonuncu  çağırışı  
eşitməyə  hazırlaşır: 
“Ey  (öz  imanından,  əməlindən  və  Allahın  vədindən)  xa- 
tircəm  olan kəs!  (Və ya: “Ey arxayın nəfs!”) 
Dön  Rəbbinə,  sən  Ondan  razı  olaraq,  O  da  səndən! 
(Əməlisaleh)  bəndələrimin  zümrəsinə  daxil  ol! 
(Onlarla  birlikdə)  Cənnətimə  varid  ol!” (əl-Fəcr, 27-30). 
Tərbiyədə  insanın  bir  çox  xüsusiyyətləri  nəzərə  alınır.                
Həmin  xüsusiyyətlərdən  birincisi  budur  insan  özü  haqda  hə- 
mişə  müsbət  fikirləşir.  Bu  hal  bəzi  insanlarda  dünyagörü-              
şünün  əsasını  təşkil  edir.  Özünəvurğunluq  fəxarətin,  tə- 
kəbbürün,  şöhrətpərəstliyin,  təriflənmək  istəyinin,  riyakarlığın 
əsasıdır,  kinin,  paxıllığın,  gizli  və  aşkar  ədavətin  mənbəyidir... 
İnsan  oğlu  özü  haqqında  yüksək  fikirləşdiyi  zaman  nə  bir                 
işə  yarayır,  nə  də  başqalarının  karına  gəlir.  Bəlkə  də,  elə  bu 
səbəbdən  alimlər  yekdilliklə  təsdiqləmişlər  ki,  qəlb  əməlləri 
əzaların  əməllərindən  üstündür.  Və  qəlbin  günahları  (mənəvi 
asilik) digər əyriliklərdən daha pisdir... 
İnsan  oğlu  Allahla  münasibətlərini  möhkəmlətmədikcə,  niy-
yətini  saflaşdırmadıqca,  Onun  razılığını  düşünmədikcə,  On-              
dan  gələni  razılıqla  qarşılamadıqca  bu  xəstəlikdən  qurtula  
bilməz.  Belə  olarsa,  nəfsini  yenər,  dünyaya  bağlanmaz,  dav-
ranışlarında  düzəlmə  müşahidə  edilər... 
Şəhvətə  aludə  olmaq  insandan  insana  dəyişir.  Bəli,  in-                   
sanlar  bioloji  ehtiyaclarını  təmin  etməlidirlər.  Amma  gör-             
müşəm  ki,  biri  yeməyi,  bir  qadınları,  biri  də  pulu,  başqa  biri-                   


175 
 
si  də  şöhrəti  sevir.  Bəzən  insanlar  öz  şəhvətlərini  sön-                  
dürmək  üçün  ən  ülvi  dəyərləri  qurban  verirlər.  
Düzgün  tərbiyə  imkan  verir  ki,  şəhvətə  qul  olmayaq,  bio-               
loji  tələbatlarımızı  norma  çərçivəsində  təmin  edək.  
Dini  irsimizdə  nəfsi  saflaşdıracaq,  əxlaqı  gözəlləşdirəcək, 
davranışları  kamilləşdirəcək  tərbiyə  metoduna  aid  açıq-aydın 
göstərişlər  mövcuddur... 
Dini,  fəlsəfə  və  ədəbiyyatı  özündə  birləşdirən  zəngin  bəşəri              
irsi  diqqətlə  araşdırdım,  Məhəmməd  peyğəmbərin
  (Ona  Allahın                         
xeyir-duası  və  salamı  olsun!)
  qoyub  getdiyi  tərbiyəvi  xəzinədən  daha  zən-             
gin,  daha  qiymətli  ikinci  sərvətə  rast  gəlmədim.  
“Orbit”ində  üzüb  gedən,  heç  vaxt  eniş  etməyən  minlərlə              
səhih  hədislə  yanaşı,  bu  saf  insanın  pak  həyatı  da  bir  nü-           
munədir.  Ulduzlar  sönüb  məhv  ola  bilər,  amma  Məhəmməd           
əsla  qürub  etməz! 
Kamillik  və  ülviyyətə  aparan  yol  bu  nümunəyə  davamlı 
riayətdən  keçir.  Təbii  ki,  kamilləşib  ülviləşmək  üçün  əzab-
əziyyətə  qatlaşmaq,  zəhmət  çəkmək  lazımdır.  Bunun  da  öh-
dəsindən  Allahın  qoruduğu  insanlar  gələ  bilir... 
Tərbiyə  dedikdə  yağışa  ümid  olub  toxum  əkmək,  hər  şeyi 
toxumun  öhdəsinə  buraxıb  zəhmətdən  qaçmaq  başa  düşül-             
mür.  Əksinə,  tərbiyə  basdırmaqdır,  sulamaqdır,  gözdə-qu-               
laqda  olmaqdır  (qulluq  və  qayğıdır),  ziyanverici  həşəratları 
qovub,  alaq  otlarını  təmizləməkdir,  məhsul  əldə  edilənədək            
ayıq-sayıqlığı  itirməməkdir... 
Tərbiyəçilər  həm  evin,  həm  məktəbin,  həm  məscidin,                    
həm  küçənin,  həm  də  dövlətin  qayğısına  qalmalıdırlar.  Bunun 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə