P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə46/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   42   43   44   45   46   47   48   49   ...   103

160 
 
sünnəsi”  adlı  sonuncu  kitabımı  müdafiə  qəbilindən  yazı  qə-             
ləmə  alıb  və  nəşr  etdirib.  
Həmin  yazını  oxudum  və  gördüm  ki,  tələbəm  əleyhdarla-             
rıma  cavabən  yazıb:  “Əgər  bu  kitabın  sizə  zərəri  toxunubsa,                
onu  oxumayın.  Amma  müəllifin  onlarla  kitabı  vardır  ki,  qə-
naətbəxşdir,  onları  oxuyun.  Əbu  ət-Təyyibin  də  dediyi  kimi: 
 
Onun  bircə  adama  zərər  toxunduran  bir  əməli  olsa  da, 
Minləri  sevindirən  minlərlə  əməli,  xeyirxahlığı  vardır. 
 
Nə  edək,  işdən  çıxarılmış  vəzifə  adamları  ruzi  qazanmaq              
üçün  özlərinə  hər  cür  işi  rəva  görürlər! 
Bir  dəfə  dostlarımdan  birinə  bütün  bunları  danışdığımda 
cavabı  belə  oldu:  
–  Sən  ki  qadının  üzü  və  səsinin  “övrət”  olduğunu  inkar 
etmisən,  ona  inzibati-siyasi  işlərdə  söz  sahibi  olmaq  haqqı 
tanımısan.  Deməli,  ən  azından,  bu  yerlərdən  sürgün  olun-               
mağa layiqsən... 
Ona dedim:  
– Din  dediyin  şey  budurmu?! 
Dedi: 
–  Belə  getsə,  onlar  sənin  əleyhinə  iblislə  də  müttəfiq  ola- 
caqlar! 
Təkrar etdim:  
– Bumu din? Bunamı din deyirsiniz? 
Dostum  proqnozunda  haqlı  idi.  Mən  də,  həmçinin!  For-              
mal  ayinçilər  haqda  bəd  gümana  əbəs  yerə  düşməmişdim... 
 


161 
 
 
 
Beşinci fəsil 
HƏQİQİ TƏRBİYƏ HAQQINDA  
 
 
İti  zəka  və  dərin  bilik  olan  yerdə  gözəl  əxlaqa  və  yüksək 
mənəviyyata  ehtiyac  vardırmı?  Əlbəttə  ki  vardır!  Zəkası  də-               
rin,  şəri  də  “bol”  insanlara  rast  gəlmək  qeyri-adi  hadisə  sa-           
yılmır.  Düşünürük  ki,  cılız  nəfsli  insanlara  savad,  bilik  kömək 
etmir,  əksinə,  onlar  biliklərini  artırdıqca  pislik  və  əziyyət 
“kisə”sinin  ağzını  daha  da  gen  açırlar. 
Dinin  nəzəri  bilik  olub,  uzun-uzadı  mütaliələrə  əsaslan-              
dığını  hesab  etməyimiz  xəta  olardı.  Əgər  din  nəfsi  istəkləri 
cilovlamasaydı,  xarakteri  tənzimləməsəydi,  bizə  nə  fayda  gə-            
tirər,  nə  də  xeyir  toxundurardı. 
Quranda  deyilir  ki,  nəfsi  saflaşdırmaq  (təzkiyə)  üçün              
müxtəlif  ibadətləri  yerinə  yetirmək  şərtdir.  Mənən  təmizlən-           
mək,  həm  də  düzgün  tərbiyə  olunmaq  deməkdir.  Bu,  insan 
xarakterini  çatışmazlıqlardan,  əyriliklərdən  təmizləməkdir,  bü- 
tün  instinktləri  iman  gətirmiş  ağılın  nəzarətinə  verməkdir.  
İnanclı  ağıla  tabe  olmayan  instinktlər  azğın  və  acgöz  təbiətli 
olur... 
Müasir  mədəniyyətə  nəzər  salsaq,  görərik  ki,  hər  gün  tə-               
biət  və  kainatın  yeni-yeni  sirləri  aşkara  çıxarılır,  mətbəələrdə 
saysız-hesabsız  elmi  kitab  və  jurnallar  nəşr  olunur,  daha  çox 
öyrənmək  üçün  kosmosa  süni  peyklər  göndərilir.  Bütün  bun-             
ları  bəşəriyyətin  tam  mənada  tərəqqisi  adlandırmaq  olarmı?  


162 
 
Belə  bir  texniki  tərəqqi  ilə  yanaşı,  həm  də  eqoizm  həya-                   
tın  hər  bir  sahəsində  normativə  çevrilib,  şəhvət  və  zülm 
(ədalətsizlik)  dünyamıza  hakim  kəsilib,  fəsad,  hərc-mərclik                
hər  yeri  bürüyüb,  allahsızlıq  və  nadan  dindarlığın  əhatə  dai-              
rəsi  genişlənib.  Aşağıdakı  ayə  də  bütün  bunları  təsvir  edir: 
“(Ya  Peyğəmbər!)  Nəfsini  özünə  tanrı  edən  və  Allahın 
bilərəkdən  (onu  hələ  yaratmamışdan  gələcəkdə  kafir  olaca-               
ğını  bildiyi  üçün)  yoldan  çıxartdığı,  qulağını  və  qəlbini 
möhürlədiyi,  gözünə  də  pərdə  çəkdiyi  kimsəni  gördünmü? 
Allahdan  başqa  kim  onu  doğru  yola  sala  bilər?!  Məgər  düşü-             
nüb  ibrət  almırsınız?”  (əl-Casiyə, 23). 
İnsan  oğlu  nəfsinə  elə  bir  iş  gördürməlidir  ki,  islah  olu-                   
nub  tərbiyələnsin.  Tamahkar  istəkləri  sındıran,  insanı  Rəh- 
manın  tövsiyələrinə  boyun  əydirən  ciddi  və  yorucu  bir  iş!                
Allah  təala  buyurur: 
“Kim (dünyada)  azğınlıq  etmişsə, 
Dünyanı  (axirətdən)  üstün  tutmuşsa, 
Şübhəsiz  ki,  onun  məskəni  Cəhənnəmdir! 
Amma  kim  (qiyamət  günü)  Rəbbinin  hüzurunda  durmaq-            
dan  qorxmuş  və  nəfsinə  istəyini  (şəhvəti)  qadağan  etmişsə, 
Həqiqətən,  onun  yurdu  Cənnətdir!”  (ən-Naziat, 37-41). 
Formal  ibadət  bu  dəyişikliyi  yarada  bilmir...  Əgər  qıldığı-                
mız  namazlar  nəfsimizdəki  paxıllığı,  nifrəti  yox  etmirsə,  deməli, 
biz  namaz  hərəkətlərini  mexaniki  surətdə  təkrarlayırıq.  Həqiqi 
səcdə  dedikdə  bədəni  Allah  qarşısında  əymək  deyil,  əksinə,  qəl-            
bi  Onun  göstərişləri  və  tövsiyələrinə  ram  etmək  başa  düşülür.  
Düyünlü  sapı  iynədən  keçirmək  üçün  düyünləri  bir-bir             
açmaq  lazımdır.  Açılmazsa,  nə  paltar  tikə,  nə  də  bəzək  vura 


163 
 
bilərik.  Korlanmış  nəfs  də  belədir.  Nəfsi  əvvəlki  vəziyyətinə 
qaytarmaq  üçün  ondakı  xəstəliklərə  əlac  tapmaq  lazımdır.                
Bəli,  xəstə  nəfsi  müalicə  etmək,  əvvəlki  sağlamlığına  qovuş-
durmaq  tələb  olunur... 
Əgər  ibadətlər  bu  məqsədlə  Allahdan  kömək  diləməkdir-                   
sə  və  Allah  bu  diləyi  qəbul  buyurub,  Ona  əl  açanın  dərdinə                 
əlac  edibsə,  əyriliklərini  düzəldibsə,  deməli,  ibadəti  düzgün                  
və  məqbuldur.  Əks  halda  isə...  deməli,  vəziyyət  heç  dəyişmə-             
yib... 
Mən  həm  özümü,  həm  də  başqalarını  nəzərdən  keçirir  və 
görürəm  ki,  bizimlə  xoşbəxtlik  arasında  uzaq  məsafə  vardır. 
Çünki  dərmanımız  olsa  da,  düzgün  müalicə  olunmağı  bacar-
mırıq,  müalicə  şərtlərinə  dözüm  göstərmirik... 
Elələri  də  vardır  ki,  xəstə  olduqlarını  bilmirlər,  onları  sa-
ğaltmaq  istəyənlərə  müqavimət  göstərirlər.  Bəzən  də  iddia  
edirlər  ki:  “Bəs  biz  hər  bir  dərdə  əlac  tapan  təcrübəli  həkim-
lərik!” 
Aşağıdakı  ayələri  başa  düşməyə  çalışaq: 
“And  olsun  nəfsə  və  onu  yaradana  (ona  biçim  verənə); 
Sonra  da  ona  günahlarını  və  pis  əməllərdən  çəkinməsini             
(xeyir  və  şəri)  öyrədənə  ki,  nəfsini  (günahlardan)  təmizləyən 
mütləq  nicat  tapacaqdır! 
Onu  (günaha)  batıran  isə,  əlbəttə,  ziyana  uğrayacaqdır”  (əş-
Şəms, 7-10). 
Mənə  görə,  təqva  və  gözəl  əxlaq  arasında  heç  bir  fərq  yox-           
dur.  Məsələn,  birisi  mənimlə  mehriban  və  gülərüz  davranır.             
Mən  bunun  üçün  ona  təşəkkür  edirəm.  Amma  bu  adam  Al-               
lahı  heç  xatırlamırsa,  verdiyi  nemətlərə  görə  Ona  şükür  et-             


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə