P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə48/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   44   45   46   47   48   49   50   51   ...   103

168 
 
 
 
Dünyadan bixəbər qalanlar  
mədəniyyət qura bilməzlər 
 
 
Dünyaya  (təbiət  və  kainata)  düşmən  kəsilən,  ondakı  sir- 
lərdən  bixəbər  qalan  və  ya  insana  ədavət  bəsləyib,  bəşər  fit-              
rətinə  zidd  gedən  bir  islam  mədəniyyətinin  qurulması  qey-                    
ri-mümkündür.  Çünki  Qurani-Kərim  imanı  məhz  kainatı                 
başa  düşmək  və  insanı  öyrənmək  əsasında  bina  edir.  
Həzrəti  Məhəmmədin 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  səhabələri 
Qurana  uyğun  dövlət  qurduqlarında  həyat  “dəniz”ində  üzür, 
ondakı  axınlara,  qabarma  və  çəkilməyə  şüurlu  münasibət 
bəsləyirdilər.  Professor  Luis  Əvəzin  təbiri  ilə  desək,  onlar 
materiyanı,  cəmiyyəti,  bütün  həyat  işlərini  yaxşı  bilən  dün-                
yəvi  insanlar  idilər.  Bir  dəfə  ona  belə  bir  sual  verirlər:  “İs-                     
lam  bugünə  qədər  özünün  universal  çağırışını  qoruyub  saxla-
yıbmı?”  
Belə cavab verir:  
“Xeyr,  qoruyub  saxlamayıb.  İslam  qədimdə  Bizansa  qalib 
gəlmişdi.  Çünki  o,  VII  əsrdə  xristianlıqdan  daha  dünyəvi(!)               
idi;  ilahiyyat  və  qeyb  məsələləri  ilə  yanaşı,  həyat  (dünya) 
məsələləri  ilə  də  maraqlanırdı.  Halbuki  həmin  vaxt  Bizans  
sistemi  teokratik  səciyyə  daşıyır,  qeyb  mövzuları  içərisində 
boğulurdu...  Görünür,  müasir  müsəlman  camaatlarının  arzu-
ladığı  şey  bizans  islamıdır!” 


169 
 
Luis  Əvəzin  dediklərinə  uzun-uzadı  şərh  vermək  istəmi-              
rəm.  Məni  maraqlandıran  məsələ  budur  ki,  islam  tərbiyəsi              
həyat  və  canlılar,  yer  və  səma,  həm  təsirləndiyimiz,  həm  də                
təsir  etdiyimiz  hər  bir  şey  haqda  hərtərəfli  biliklərə  əsas-
lanmalıdır.  Bütün  bunlar  həm  dinimiz,  həm  dünyamız,  həm 
həyatımız,  həm  də  axirətimizdir.  Nəhayət,  çatdığımız  məqa-              
mı,  tutduğumuz  mövqeyi  möhkəmlətməliyik  ki,  rəbbimizi                 
razı  salıb,  axirətimizi  qazanaq.  Ayədə  deyilir: 
“Biz  bu  axirət  yurdunu  yer  üzündə  təkəbbürlük  etmə-               
yənlərə  və  fitnə-fəsad  törətməyənlərə  qismət  edərik.  (Ən  gö-              
zəl)  aqibət  ancaq  Allahdan  qorxub  pis  əməllərdən  çəkinənlə-
rindir!” (əl-Qəsəs, 83).  
Həyatdan  bixəbərlik  din,  ondakı  müvəffəqiyyətsiz  də  təqva 
sayıla  bilməz!  Dünyaya  zəkanızla,  bacarığınızla  sahib  olun, 
Allahın  kəlamını  ucaltmaq,  imanı  möhkəmlətmək,  bayrağını 
dalğalatmaq  üçün  düşünün,  fikirləşin,  baş  sındırın... 
Dünya  işlərində  sıfır  olanlar,  axirət  işlərində  də  sıfırdırlar. 
Biliksiz,  elmsiz  gəzən,  amma  Allah  və  dini  haqda  danışmaq 
istəyən  insanlar  gördüm.  “Cəsarət”lərinə  heyran  qaldım  və 
dedim: 
“...Rəhman!  Bunu  bir  biləndən  xəbər  al!”  (əl-Fürqan,  59). 
Dünyadan,  baş  verənlərdən,  tarixdən,  tariximizin  sevincli                  
və  kədərli  məqamlarından  bixəbər  qalanlar  Allahı  necə  tanı-
yacaqlar,  Onu  başqalarına  necə  tanıdacaqlar?! 
Quran  elə  bir  kitabdır  ki,  adi  bir  insan  onun  səviyyə-                      
sinə  yüksələ  bilməz.  Həzrəti  Məhəmmədi
  (Ona  Allahın  xeyir-duası  və                        
salamı  olsun!)
  o  kəs  özünə  nümunə  götürə  bilər  ki,  həm  ağlında,                
həm  də  qəlbində  nur  olsun. 


170 
 
Dünyaya  münasibətimizi  müəyyənləşdirmədikcə  tərbiyə  işi-             
ni  möhkəm  dayaqlar  üzərinə  qaldıra  bilməyəcəyik.  Görəsən, 
dünya  üçünmü,  axirət  üçünmü,  yoxsa  hər  iki  dünya  üçünmü 
yaşamalıyıq? 
Müasir  mədəniyyət  İntibah  dövrünün  hazırladığı  bünövrəyə 
əsaslanır.  Bu  bünövrə  bəşəri-rasional  bünövrədir;  yeri,  göyü 
aralarındakı  hər  şeyi  öyrənir,  təbiətin  (materiyanın)  sirlərini                 
üzə  çıxarır,  tədqiqat  və  kəşflərin  nəticələrini  insan  oğluna 
ərməğan  edir! 
Görəsən,  bu  ciddi  araşdırmalarda  dinin  də  payı  vardırmı?  
Əsla!  Çünki  Kilsə  və  elm  arasında  qanlı  və  rəzil  ədavət  var-                  
dı.  Bu  ədavət  alimlərdə  belə  bir  təsəvvür  oyadıb  ki,  din  ca-            
hilliyin  və  ətalətin  sinonimidir,  din  xadimləri  “gəzən”  şər  
bütlərdir  və  onlardan  qurtulmaq  lazımdır... 
Elə  isə  islam  haradadır?  Müsəlmanlar  Əndəlüsdə  intihar 
etdilər;  siyasi  iyrənclik,  sosial  ərköyünlük  (israfçılıq),  alim-              
lərin  xırda-para  işlərlə,  mübahisələrlə  vaxt  keçirmələri  müsəl-
manların  axırına  çıxdı! 
Əndəlüs  müsəlmanları  tarixlərinin  ikinci  yarısında  islama 
məqbul  nümunə  ola  bilmədilər;  insanları  ondan  qaçırdılar,   
dəvət  və  dəvətçiyə  xas  keyfiyyətlərdən  məhrum  oldular... 
Bu  bəla  Müsəlman  Qərbindən  Şərqinə  də  intiqal  etdi.  Si-              
yasi,  iqtisadi  və  mədəni  hərc-mərclik  “bakteriya”ları  çoxaldı. 
Bunun  nəticələri  o  qədər  ağır  oldu  ki,  tatarlar  xəstə  xilafətin 
axırına  çıxdılar.  Qərbdə  –  Əndəlüsdə  isə  xaçlılar  əsas  məş-
ğuliyyətləri  hakimiyyət  və  var-dövlət  üstündə  çəkişmək  olan  
kiçik  müsəlman  əmirliklərini  bir-bir  məhv  etdilər... 


171 
 
Doğrudur,  türklər  (osmanlılar  nəzərdə  tutulur  –  mütərcim
xilafət  bayrağını  yenidən  dalğalandırdılar,  parlaq  qələbələrlə 
Avstriyaya  qədər  bütün  şərqi  Avropanı  tutdular.  Amma  os-            
manlı  oyanışı  hərbi  gücə  əsaslanırdı  və  o,  yeni  mədəniyyət  şə-           
fəqi  deyildi.  Əgər  onların  xüsusi  təlim-tərbiyə  və  açıq-aşkar             
dəvət  qurumu  olsaydı,  fəth  etdikləri  torpaqlarda  başqa  çə-                 
kiyə  sahib  olardılar.  
Türklər  ərəblərə  meyl  göstərmədilər.  Ərəblər  də  özlərinə 
biçim  verib,  səltənəti  başqalarına  ötürməkdən  imtina  etdilər. 
Bununla  da,  islam  ekspansiyası  əvvəlki  müsəlman  sivilizasi-
yasından,  həqiqi  həyat  şərtlərindən  uzaqlaşdı.  Tezliklə  Os-              
manlı  xilafəti,  ardında  da  bütün  islam  aləmi  dağıldı,  ortada                
heç  bir  iz  qalmadı. 
Avropalılara  gəlincə,  onlar  dindən  uzaqlaşaraq  siyasi  azad-
lıqlarını  müəyyənləşdirdilər,  müstəbid  kralı  öldürdükdən             
sonra  –  bu  İngiltərədə  baş  vermişdi  –  “Böyük  Azadlıqlar 
Xartiyası”nı  (Maqna Carta)  yazdılar. 
Böyük  Fransa  inqilabı  başlandı.  Din  bir  daha  inkar  edildi. 
İnqilab  özü  ilə  xüsusi  sistem  gətirdi,  qorxu  aşıladı,  görün-             
məmiş  qəddarlıqla  rəqiblərini  məhv  etdi... 
Sonra  Qırmızı  inqilab  (Rusiyadakı  Oktyabr  çevrilişi  nəzər-               
də  tutulur  –  mütərcim)  baş  verdi.  Qanın  su  yerinə  axıdıldığı 
amansız  vəhşi  bir  inqilab!  Möminlərə  və  ibadətə  həsrət  qal-             
mış  kilsələr  dağıdıldı.  Məscidləri  də  içindəkilərlə  birlikdə               
“dəfn”  etdilər.  
Sovet  İttifaqında  islamın  başına  gətirilənlərin  ətraflı  şəkildə 
öyrənilməsinə  ehtiyac  vardır.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə