P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə44/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   40   41   42   43   44   45   46   47   ...   103

154 
 
 
 
Qurub-yaradanla  
vurub-dağıdan eyni deyildir 
 
 
Qiyamət  gününə  azuqəm  budur  ki,  Allah  və  peyğəmbəri 
mənim  üçün  hamıdan  sevimlidir.  Allahın  əzəmətindən  bir                 
şüa  qəlbimə  düşmüş  və  mən  yolumu  tapmışam.  O  mənə                
qanan  ağıl  (dərrakə)  verib.  Allahdan  ricam  budur  ki,  xətaları-               
mı  və  bilərəkdən  etdiklərimi  bağışlasın! 
Hər  bir  insanın  öz-özünə  verəcəyi  bir  sual  vardır:  “Görə-                
sən,  o,  özü,  yoxsa  rəbbi  üçün  yaşayır?”  Kim  ki  etdiyi  yax-
şılıqlarında  Allahın  razılığını  ummuşdur,  deməli,  qırılmaz  bir 
ipdən  yapışıb.  Həyatlarını  ancaq  istəklərini  təmin  edib,  arzu-
larına  çatmaq  üçün  xərcləyənlər  isə  ziyan  içərisindədirlər... 
Peyğəmbərlərin  imamı  (Həzrəti  Məhəmməd  –  mütərcim)              
bu  ilahi  təlimatı  almış  və  ona  əməl  etmişdir.  Həmin  təlimat 
budur: 
“De:  “Mənim  namazım  da,  ibadətim  də,  həyatım  və  ölü-            
müm  də  aləmlərin  Rəbbi  Allah  üçündür!  Onun  heç  bir                    
şəriki  yoxdur.  Mənə  belə  buyurulmuşdur  və  mən  ilk  mü-
səlmanam!” (əl-Əraf, 162-163).  
Bu  səbəbdən  Peyğəmbər 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  bildir-  
mişdir  ki,  gizli  xəbislikləri  üzündən  dinin  rövnəqinə  (parıl-         
tısına)  xələl  gətirən,  təlimləri  haqda  səhv  təsəvvür  yaradan              
qare  (Quran  oxuyan  –  mütərcim),  mücahid  və  sədəqə  ve-                   


155 
 
rən  kəs  cəhənnəmi  alovlandıracaq  ilk  üç  şəxsdir
1
.  Allah  bizi 
bundan  qorusun!  
Bu  insanların  öz  nəfsləri  ətrafında  dövrə  vurmaları  (nəfs-            
lərini  Kə`bə  sanmaları  –  mütərcim)  sui-zənni  (başqaları  haq-               
da  bədgümana  qapılmağı  –  mütərcim)  onlara  gözəl  gös-                 
tərir.  Bununla  da,  onlar  başqalarının  vəziyyəti  və  əməllərinə               
tənə  vurarlar... 
Belə  insanların  başında  Həzrəti  Öməri,  Osman  və  Əlini                 
(Allah  onlardan  razı  qalsın!)
  öldürənlər  gəlir.  Bu  insanlar  onları  əsassız               
yerə  ittiham  etmiş,  qanlarını  özlərinə  halal  bilmişdilər.  On-              
ların  bu  “cəsarət”i  ifratçılıq  idi.  Onlar  nə  ağsaqqallara,  nə 
keçmişdə  baş  verənlərə,  nə  də  elmə  hörmət  göstərirdilər.               
Çünki  müəllimləri  pis  insanlar  idi.  Onların  nadan  müəl-
limlərindən  biri  vaxtı  ilə  Peyğəmbərə  demişdi:  “Ədalətli  ol!                 
Bu  bölüşdürmədə  Allah  rizası  heç  nəzərə  alınmayıb!”
2
 O, 
                                                 
1
 Hədisi Tirmizi rəvayət etmişdir.  
2
 Cabir  ibn  Abdullahın  rəvayət  etdiyi 
(Allah  ondan  razı  qalsın!)
  hədisdən  götü-             
rülüb.  Hadisə  belə  olmuşdu:  “Hüneyn”  günü  Peyğəmbər   
(Ona  Allahın  xeyir-                
duası  və  salamı  olsun!)
  insanlara  qənimət  paylayırdı.  Bir  şəxs  səsləndi:  “Ədalətli                 
ol,  ey  Məhəmməd!”  Peyğəmbər   
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  ona  belə              
cavab  verdi:  “Vay  halına!  Mən  də  ədalətli  olmasam,  kim  olacaq  ki?!                      
Əgər  ədalətli  olmasam,  ümidimi  üzər  və  ziyana  uğrayaram.”  Bu  zaman 
Həzrəti  Ömər 
(Allah  ondan  razı  qalsın!)
  dedi:  “İcazə  ver,  ey  Allahın  rəsulu,                   
onun  boynunu  vurum.”  Peyğəmbər   
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  bu-              
yurdu:  “İnsanların:  “Məhəmməd  öz  səhabələrini  öldürür”,  –  demə-                
yindən  Allah  saxlasın!  Belə  insanlar  və  tayları  Quran  oxuyarlar,  amma 
oxuduqları hülqumlarından o yana keçməz”.  
Bu  hədisi  İbn  Macə  (“əl-Müqəddimə”,  172)  və  İbn  Hibban  (“əs-                    
Səhih”  kitabı,  “əs-Seyr”  fəsli,  4819)  rəvayət  etmişlər.  Şüeyb  əl-Ərnauti 


156 
 
insanların  böyüyünə  ağıl  öyrədir,  necə  bölüşdürməyi,  necə 
ədalətli  davranmağı  ona  başa  salmaq  istəyirdi!!! 
İslam  Allahı  gözəl  şəkildə  tanımaqdır,  Onun  hökmlərinə 
hərtərəfli  riayətdir,  Onun  ətası  və  uğuruna  doğrudan-doğruya 
möhtac  olmaqdır,  xudbinlik  və  lovğalıqdan  uzaqlaşmaqdır, 
insanlara  daşürəklik  və  yekəxanalıqla  deyil,  insafla,  mehriban 
nəzərlə  baxmaqdır. 
Həqiqi  və  nəfsinə  aldanmış  dindarlar  arasında  yaşadım. 
Gördüm  ki,  onların  bəzisi  “üsul”u  (Üsul  elmini  –  fiqhin  ana 
prinsipləri  elmini  –  mütərcim)  yaddan  çıxarır,  dinin  ikinci 
dərəcəli  məsələlərində  (füruat)  ifrata  varır.  Onlar  islamın 
adından  elə  iddialı  danışırlar  ki,  adam  dəhşətə  gəlir;  öz  göz-
lərindəki  tiri  görmür,  başqalarının  gözündə  saman  çöpü  ax-
tarırlar. 
İbn  Mülcəmə  görə  Əli  öldürülməyə  layiq  idi!  Axı  o  özü 
Firdovs  cənnətinə  layiq  görülmüşdü!!! 
Quran  və  Sünnəni  diqqətlə  nəzərdə  keçirir  və  görürəm  ki, 
islam  sağlam  fitrət,  dürüst  idrak  əsasında  şəxsiyyət  yetişdirir. 
Fitrəti  korlanıb  düşüncəsi  “bulanıqlaşan”ların  ibadəti  puça  çı-             
                                                                                                                   
bildirir  ki,  hədisin  istinadı  Müslimin  mötəbərlik  şərtlərinə  görə  “sə-               
hih”dir.  Əlbani  də  hədisi  “İbn  Macənin  rəvayət  etdiyi  səhih  hədislər” 
kitabında “səhih” hesab etmişdir.  
Hədisi  “Ədalətli  ol,  ey  Allahın  rəsulu”  versiyası  ilə  Əbu  Səidə  isti-                     
nadən  Buxari  (“Came  əs-Səhih”  kitabı,  “Fəzilətlər”  fəsli,  3610),  Müslim 
(“Səhihi-Müslim”  kitabı,  “Zəkat”  fəsli,  1064),  Nəsai  (“əl-Kübra”  kitabı, 
“Təfsir”  fəsli,  11156)  və  İbn  Macə  (“əs-Sünən”  kitabı,  “Müqəddimə”  fəsli,              
169) rəvayət etmişlər – tərcüməçinin qeydi


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə