P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə41/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   37   38   39   40   41   42   43   44   ...   103

145 
 
“(Küləklərin  sıxdığı)  buludlardan  şırıl-şırıl  tökülən  yağmur 
endirdik  ki,  onunla  dən  və  bitki  yetişdirək”  (ən-Nəbə,  14-               
15); 
“Göydən  sizin  üçün  yağmur  endirən  Odur.  Ondan  (o              
sudan)  siz  də,  içində  (heyvanlarınızı)  otardığınız  ağaclar  (və 
otlar)  da  içər  (ağaclar  və  otlar  da  onun  vasitəsilə  bitər)”                  
(ən-Nəhl, 10). 
Təbiətdən  məlumdur  ki,  su  suvarır,  od  yandırır,  bıçaq                 
kəsir,  uşaq  böyüyür,  qoca  ölür,  sübh  çağı  gündüzlə,  axşam                 
çağı  gecə  ilə  əvəzlənir. 
Quranda  göstərilir  ki,  hətta  dilsiz-ağızsız  şeylərə  ilahi  tap-
şırıqlar  verilib.  Məsələn,  ayədə  oxuyuruq: 
“O  bağların  hər  ikisi  öz  barını  verdi  və  bu  bardan  heç  bir                 
şey  əskilmədi...” (əl-Kəhf, 33). 
Alimlərə  görə,  burada  məcaz  vardır.  Çünki  həqiqi  işi  gö-                
rən  Allahdır.  Səbəblər  çoxdur,  mürəkkəbdir,  “qalaq-qalaq”                 
dır.  Biz  öyrəşdiyimiz  üçün  nəticələri  onlara  aid  edirik.  Mə-              
sələn,  uşaq  varsa,  deməli,  evlilik  vardır.  Amma  ər  və  arvad  nə 
etmişlər  ki?  Əslində,  diqqətlə  baxdıqda  onlar  bir  şey  yarat-
mamışlar!  Həmçinin,  əkilmiş  buğda  toxumunun  yan-başın-              
dakı  torpaq  və  sudurmu  buğda  dənindəki  şəkər,  nişasta  və               
digər  elementləri  yaradan?  
Habelə,  bir  balaca  sahədə  yan-yana  müxtəlif  bitkilər:  qı-             
zılgül,  nanə,  qərənfil,  vəzəri  bitir.  Torpağa  “yol  göstərən”  nədir  
ki,    hər    bir    bitkini    özünəməxsus    dadda,    qoxu    və    rəngdə  
bitirir?  
Reallıq  budur  ki,  səbəblər  “örtüy”ü  bəzi  gözlərə  çox  nazik 
görünür:  onlar  yalnız  ilahi  əlamətləri  görürlər.  Səbəblər  “ör-


146 
 
tüy”ünü  qalın  görən  gözlər  də  vardır  və  bu  gözlər  hər  yerdə  
ancaq  sensual  (hissi-maddi)  səbəblər  ardıcıllığı  axtarırlar...  
Allahı  hər  şeyin  xaliqi  bildikdən  sonra  gördüyünü  istə-                 
diyin  şeylə  ifadə  et,  eyib  etməz.  Bizdə  əqidəyə  “qiymət  ve-
rənlər”in  təsdiqini  gözləmə.  Onlara  görə: 
 
Kim  səbəbləri  təsdiqləyərsə,  ümmətin  nəzərində  kafirdir, 
Kim  də  ki  təbiətdəki  gücü  qəbul  edərsə,  bidətçidir. 
 
Ola  bilsin  ki,  bəziləri  desinlər:  “Yerin  cazibə  qüvvəsi  in-            
sanları,  əşyaları  yerə  çəkir.  Nə  ki  ondan  qaçmaq  istəyir,  onu                
geri  qaytarır,  yerə  salır”. 
Madam  ki,  sən  Allahın  “Məgər  Biz  yeri  məskən  (toplama             
yeri)  etmədikmi  –  həm  dirilərə,  həm  də  ölülərə?!  (Yerin  al-            
tında  ölülər  yatar,  üstündə  dirilər  gəzib-dolanar)”  kəlamına
1
  
iman  gətirmişsən,  onda  yuxarıdakı  sözləri  söyləməyində  bir 
qəbahət  yoxdur.  Ayədəki  məskən  (toplama  yeri)  –  məxluqatı  
cəzb  edib,  əhatələmə  yeridir.  Cazibə  qanunu  onu  ifadə  edir.                 
Baş  verənləri  bu  qanunla  əlaqələndirmək  qəbahət  deyildir...  
Suda  batmayan  cisimlər  qanunu  da  sabitdir.  Bu  qanun                  
kütlə  və  çəkiyə  münasibətdə  suyun  bir  sıra  xassələrini  öyrə-                
nir.  Məgər  bu,  Ali  Gücün  əlamətlərindən  biri  deyil: 
“Dənizdə  (uca)  dağlar  kimi  üzən  (gəmilər)  də  Onun  (qüd- 
rət) əlamətlərindəndir” (əş-Şura, 32).  
Gəmilərin  üzməsini  səbəbə  də,  həmin  səbəbin  yaradıcısı-                 
na  da  aid  edə  bilərsən.  Həqiqət  və  məcaz  arasında  seçim  et-              
                                                 
1
 “əl-Mürsəlat” surəsi, 25-26-cı ayələr.  


147 
 
mək  sənin  haqqındır.  Mühüm  olan  şey  Allahın  əməlinə                   
iman  gətirməkdir.  O  Allah  ki,  “...(hər  şeyi)  xəlq  etdi  və  ni-              
zama  saldı.  (Hər  şeyin  keyfiyyətini,  xüsusiyyətini,  davam 
müddətini)  əzəldən  müəyyən  etdi  və  (hamıya)  yol  göstərdi”
1
.  
Bir  dəfə  tələbələrimdən  biri  mənə  dedi:  “Quranda  məcaz 
yoxdur!”  Ona  dedim:  “Biz  onların  boyunlarına  dəmir  həlqələr 
(zəncir)  keçirtmişik.  (O  həlqələr)  onların  lap  çənələrinə 
dirənmişdir.  Buna  görə  də  başları  yuxarı  qalxmış,  gözləri                   
aşağı  dikilmişdir”  ayəsinə
2
 nəzər  sal.  Hanı,  haradadır  kafir-               
lərin  boynundakı  həlqələr,  göstər  onları  mənə.  Və  ya  bu  ayəyə              
bir  nəzər  sal:  
“Biz  onların  önlərinə  və  arxalarına  sədd  çəkib  (gözlərini) 
bağlamışıq.  Buna  görə  də  (Allahın  qüdrətinə  dəlalət  edən 
əlamətləri)  görmürlər” (Yasin, 9).  
Göstər  görüm  onların  önlərinə  və  arxalarına  çəkilmiş  səddi,             
de  haradır  bu  sədlər? 
Oğlum,  qulaq  as,  məcaz  Quranda  da,  Sünnədə  də,  ərəb 
ədəbiyyatında  da,  dünyanın  bütün  xalqlarının  dilində  də 
vardır...”. 
Qəribəsi  budur  ki,  həmin  tələbə  başa  düşülməyəcək  for-             
mada  müqavimət  göstərdi.  Mən  də  ondan  tez  uzaqlaşdım                      
ki,  məni  kafirlikdə  ittiham  etməsin!  Başqalarına  “kafirdir”  – 
demək  dövrümüzdə  su  içmək  qədər  asan  hala  gəlib!!! 
Ali  Güc  hər  şeyi  fərqli  yaratmışdır.  Hər  bir  məxluqda                     
ilahi  xəlqetmənin  bir  nişanəsi  görünür.  Düşünən  beynin  də, 
                                                 
1
 “əl-Əla” surəsi, 2-3-cü ayələr.  
2
 “Yasin” surəsi, 8-ci ayə.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə