P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə39/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   35   36   37   38   39   40   41   42   ...   103
    Bu səhifədəki naviqasiya:
  • Təslis

138 
 
İbn  Ərəbinin  görüşlərini  yaymağa  çalışmaq  ümməti  azdır-
maqdır,  zülmətə  soxmaqdır.  Və  ya  bu,  bütün  ziddiyyətlərə               
“hə”  deyən  üzüyola  din  anlayışını  formalaşdırmaqdır.  Çünki               
İbn  Ərəbinin  qəlbi,  özünün  də  dediyi  kimi,  rahiblər  üçün 
monastır,  məcusilər  üçün  atəşgah,  bütpərəstlər  üçün  Kə`bə-            
dir. Bu qəlbdə həm “təslis”

, həm tövhid, həm inkar, həm də iqrar  
vardır...  
Allahın  “(Ya  Rəsulum!)  Həqiqətən,  kafirlik  edənləri  əzabla 
qorxutsan  da,  qorxutmasan  da,  onlar  üçün  birdir,  iman  gə-
tirməzlər.  Allah  onların  ürəyinə  və  qulağına  möhür  vurmuş-             
dur.  Gözlərində  də  pərdə  vardır...”  kəlamını
1
 İbn  Ərəbi  aşağı-           
dakı  kimi  təfsir  etmişdir:  
“Burada  söhbət  ixlaslı  Allah  dostlarından  gedir.  (Ayədəki) 
“kafirlik  edənlər”  Allaha  olan  sevgilərini  gizlədən  şəxslərdir.             
Allah  onların  qəlbinə  möhür  vurduğu  üçün  oraya  Ondan  sa-           
vayı  kimsə  girə  bilməz.  Gözlərinə  möhür  vurduğu  üçün  Onun 
nurundan  qeyrisini  görməzlər.  Qulaqlarına  möhür  vurduğu            
üçün  Ondan  qeyrisini  eşitməzlər.  Bununla  da,  sənə  iman  gə-
tirməzlər,  ey  Məhəmməd!” ... !!! 
Bu  “irinli”  sözlər  səlibçilərə  və  onların  taylarına  gözaydın-
lığıdır.  Qahirə  və  Paris  ortaq  olub,  bu  fikirləri  daha  geniş 
müstəvidə  yaymaq  istəyirlər!!! 
Soruşuram:  “İbn  Ərəbinin  məlum  kitabının  çapının  Elm  və 
İncəsənət  Ali  Məclisinə  nə  aidiyyəti  var?  Nə  üçün  Elm  və 
                                                 

  Təslis:  xristianlıqda  üç  üqnüm  inancı.  Bu  inanca  görə,  tanrı  üçdür,               
yəni  ata, oğul  və  müqəddəs  ruhdan  ibarətdir – tərcüməçinin qeydi. 
1
 “əl-Bəqərə” surəsi, 6-7-ci  ayələr. 


139 
 
İncəsənət  Ali  Məclisi  Sorbon  professorlarına:  “Bu  işdə  Əz-              
hərlə  məsləhətləşin,  onun  rəyini  öyrənin” – demir?!” 
Əyyubilər  sülaləsinin  (1171-1250)  zamanında  Əzhər  alim-            
ləri  İbn  Ərəbinin  ideyalarını  rədd  etmiş,  barəsində  “kafirdir” 
hökmü  çıxarmışdılar.  Cəzasını  çəkmək  üçün  İbn  Ərəbi  həbs-
xanaya  salınsa  da, “dostlar”ı  onu  qaçıra  bilmişdilər.  
Məlik  Kamil  (1218-1238)  –  Onun  səlibçilərə  olan  mü- 
nasibəti  Ənvər  Sadatın  (1918-1981)  sionistlərə  olan  mü-
nasibətindən  fərqli  deyildi  –  İbn  Ərəbinin  sərbəst  buraxıl-          
masına  kömək  etmişdi.  Etmişdi  ki,  batiniliyin  digər  öndərləri 
kimi  o  da  daxili  cəbhənin  parçalanmasına  öz  “töhfə”sini             
versin,  əqidə  və  əxlaqımızı  korlayan  ideyalar  yaysın,  davamlı 
siyasi-hərbi  işğallara  qarşı  müqavimətimizi  zəiflətsin... 
Mədəni  qəsbkarlıq  dalğasının  gücləndiyi  müasir  dövrdə                
İbn  Ərəbini  yenidən  “xortlatmaq”  istəyirlər.  Özü  də  Qahirədə-             
ki  ərəb  qurumlarının  əli  ilə! 
Bugün  Fransa  bizə  qarşı  tədbir  tökür.  Fransadakı  univer-
sitetlərin  missionerlik  fəaliyyəti  müxtəlif  yollarla  davam  edir. 
Eşitdiyimə  görə,  Fransanın  sosialist  təmayüllü  bəzi  siyasətçi-              
ləri  deyiblər:  “Əlcəzairdəki  məğlubiyyətin  nəticəsində  vaxtı  ilə   
De  Qollun  ərəblərə  verdiyini  indi  biz  “yumşaq”  və  hiyləgər 
mədəni  qəsbkarlıq  yolu  ilə  geri  qaytaracağıq!” 
Görəsən,  bütün  istiqamətlərdə  bu  qəsbkarlıqla  mübarizə 
aparmaq  üçün  vaxtında  yuxudan  ayıla  biləcəyikmi?  
Mədəni-siyasi  və  iqtisadi  sahələrdə  bizi  çulğalayan  ardıcıl 
məğlubiyyətlər,  islam  və  əleyhdarları  arasında  baş  vermiş 
mərəkənin  məşum  nəticələri  məndə  bədbinlik  yaradıb.                
Qərbdə  yazılmış  ensiklopediyalar  tariximiz,  peyğəmbərimiz, 


140 
 
etiqad  və  təlimlərimiz  haqda  hey  yalan  “toxuyurlar”.  Baş-               
ları  boş-boş  mübahisələrə  qarışmış  bir  qrup  alimimiz  hədə-
qorxulara  tuş  gələn  və  məqamı  sarsıdılan  dinimizi  müdafiə            
etmək  üçün  hələ  də  ayılmayıblar,  ixtilaf  “beşiy”ində  mışıl-mışıl 
yatırlar... 
Fransız  müəllif  Pierre  Laroussenin  (1817-1875)  hazırladığı 
ensiklopediyada  yazılanlara  bir  baxın:  
“Məhəmməd  papalıq  vəzifəsinə  yiyələnməyə  can  atan  bir 
kardinal  idi.  İstəyinə  çata  bilməyəcəyini  gördükdə  yeni  bir  din 
yaratdı,  liderlik  acgözlüyünü  onunla  təmin  etmək  istədi...”. 
Əgər  bu,  onların  başbilənlərinin  sözüdürsə,  onda  qanmaz-
lardan  nə  gözləyəsən?! 
Öyrənəndə  ki,  İsgəndəriyyə  kitabxanasının  yenidən  qurul-
ması  üçün  ciddi-cəhdlə  iş  aparılır,  dilimi  dişlədim... 
Dinim  mənə  öyrədir  ki,  bilik  mənbələrinə  ehtiram  göstə-              
rim,  kitabxanaların  inşasını  alqışlayım,  onların  keşiyində  daya-
nım.  Bəli,  mən  sözügedən  kitabxananın  inşası  üçün  çəkiləcək 
bütün  zəhməti  yüksək  qiymətləndirirəm.  
Məni  kitabxananın  forması,  hansı  memarlıq  üslubunda  ti-
kiləcəyi  maraqlandırmır.  Məni  maraqlandıran  şey  orada  oxu-
culara  nümayiş  etdiriləcək  kitablardır.  Eşitdiyimə  görə,  kitab-
xana  Aralıq  dənizi  hövzəsində  yayılmış  müasir  mədəniyyəti                
əks  etdirəcək.  Nə  gözəl!  Şimalda  yunanlar  və  romalılar,  Fransa              
və  İspaniyada  latınlar,  cənubda  Misir  və  Böyük  Məğrib,  şərq-              
də  isə  işğal  edilmiş  Fələstin,  “korlanmış”  Livan,  dünyəvi              
Türkiyə  və  Şam (Suriya)... 
Bəli,  bu  kitabxana  keçmişdə  mövcud  idi,  ancaq  sonralar 
tarixdən  silinmişdir.  Onun  nə  yəhudiliyə,  nə  xristianlığa,  nə  də 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə