P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə42/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   38   39   40   41   42   43   44   45   ...   103

148 
 
həyəcanlı  instinktlərin  də,  torpağı  yarıb  çıxan  bitkinin  də,  kə-
nardan  tərpədilmədikcə  hərəkət  etməyən  əşyaların  da  arxa-            
sında  bu  güc  dayanır... 
Bəziləri  iddia  edirlər  ki,  həm  ağacı,  həm  də  daşı  bu  güc 
yaradıbsa,  deməli,  hər  ikisi  eynidir.  İnsanı  və  inəyi  həmin  güc 
yaradıbsa,  deməli,  hər  ikisi  eynidir,  yəni  iradələri  yoxdur!!! 
Təbii  ki,  bu  iddia  qəbuledilməzdir.  Allah  yaratdıqlarına 
müxtəlif  xassələr,  keyfiyyətlər,  xüsusiyyətlər  verib.  Hər  bir    şeyə 
ayrıca  vəzifə,  funksiya  yükləyib.  İnsana  ağıl  verdiyi  üçün  onu               
öz  əməllərində  cavabdeh  edib.  Heyvanlarda  isə  biz  bu  hala               
rast  gəlmirik.  
İnsan  təbiətən  məchulu  aşkara  çıxarmaq  istəyir.  O  istəyir                 
ki,  Ali  Gücün  kainat  boyu  necə  “paylandığını”  öyrənsin.  İstə-             
yir  ki,  yaradılmış  hər  bir  şeyin  arxasındakı  güc  miqdarını               
tapsın.  
Görəsən,  insan  beyni  bunun  mahiyyətini  qavramağa  qa-
dirdirmi? 
Vaxtı  ilə  İbrahim  peyğəmbər 
(Ona  salam  olsun!)
  bunu  öyrənmək 
istəmiş  və  Allaha  demişdi:  “Rəbbim,  ölüləri  necə  diriltdiyini 
mənə  göstər”. 
Ona  necə  cavab  verildi?  O,  həqiqətən  də,  gördü  ki,  Al-                     
lah  ölüləri  dirildir:  kəsib  müxtəlif  yerlərə  qoyduğu  quşlar  di-
rildikdən  sonra  ikinci  dəfə  həyata  qayıtdılar.  Bəs  o  bunun                
necə  baş  verdiyini  öyrənə  bildimi?  Əsla!  Bu  bizim  idrakı-                  
mız  xaricindədir.  
Biz,  insanlar  yer  üzündə  böyük  bir  missiyanı  daşımaq                  
üçün  yaradılmışıq.  Bizə  sağa-sola  hərəkət  etmək  sərbəstliyi 
verilmişdir.  İnsana  deyilib:  “Ey  insan  sən  gələcəyini  yaradır-             


149 
 
san:  ya  cənnətə,  ya  da  cəhənnəmə  düşmək  sənin  əlindədir”.                
Elə  isə  ağıllı  və  ya  axmaq  birisinin  bizim  gələcəyi  yarat-           
mağımızla  Allahın  həyatımıza  nəzarət  edib  bədənimizdəki 
müxtəlif  sistemləri  tənzimləməsi  arasında  uyğunluğun  necə 
təmin  edildiyini  bilməsi  mümkündürmü?  İnsan  belə  suallara 
cavab  axtarışında  hər  nə  qədər  haqlı  olsa  da,  bu  məsələnin 
mahiyyətinə  vara  bilmir.  Bu  məsələdəki  acizliyimiz  o  demək 
deyildir  ki,  daş  və  insan  qabaqcadan  müəyyən  edilmiş  möv-
cudluq,  vəzifə  və  qayə  baxımından  eynidirlər... 
Bu  haqda  İmam  Əbu  Hənifə 
(Allah ondan razı qalsın!)
 deyib: 
“Bu,  insanlara  meydan  oxuyan  məsələdir.  İnsan  hara,  bu 
məsələyə  (onun  dərkinə)  güc  yetirmək  hara!  Bu  məsələ  açarı 
itmiş  kilidə  oxşayır.  Əgər  açar  tapılarsa,  bilinər  ki,  onda  (ki-               
lidin  arxasında)  nə  var.  Bu  “kilid”i  Allahdan  nazil  ediləcək                        
və  özü  ilə  birlikdə  Onun  dərgahında  nə  varsa  onu  gətirəcək                  
bir  bilik  aça  bilər.  Bu  bilikdə  dəlil  və  açıq-aşkar  sübutlar               
vardır.  
Mübahisə  əhli  (uzun-uzadı  mübahisələr  nəticəsində  yoru-               
lub  əldən  düşdükdən  sonra)  demişlər:  “Bilmirsinizmi  ki,  qə-             
dərə  baxanlar  günəş  şüalarına  baxanlara  oxşayırlar.  Hər  dəfə 
baxdıqca  daha  çox  çaşqınlığa  düşərlər”. 
Ustadımız  Məhəmməd  əbu  Zəhrə  
(Allah rəhmət etsin!) 
 deyirdi: 
“Alimlər  bu  məsələdə  mübahisə  girdabına  yuvarlanmışlar. 
Fikirlər  haçalanmış,  ixtilaf  yaranmışdır.  Onların  ixtilafı  rəy 
çəkişmələrinə  açıq  bir  mövzu  ətrafında  baş  vermişdi.  Və  bu 
mövzu  barəsində  dinin  açıq  danışdığı  mövzulardan  deyildir. 
Sözügedən  ixtilaf  əqidənin  mahiyyəti  ətrafında  deyil,  “ha-                    
şiyə”si  ətrafında  yaranmış  fəlsəfi  ixtilaf  idi.  Hər  bir  halda  bu            


150 
 
ixtilaf  ona  dalanları  azdırır  və  həmin  kəslər  mənzilbaşının            
harada  yerləşdiyini  göstərən  bir  işarəyə  rast  gələ  bilmirlər  ki 
bilmirlər”. 
Peyğəmbər
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  qədərə,  onunla  gələn  
xeyrə  və  şərə  iman  gətirməyi  əmr  etmişdir.  İmam  Buxari                      
rəvayət  edir  ki,  Allahın  elçisi  buyurub:  
“Hər  bir  şey,  hətta  acizlik  və  fərasətlilik  də  qəza  və  qədər- 
lədir”
1
.  
Səhabələr  Allah  təalanın  qüdrətinə  iman  gətirmişdilər. 
İnanmışdılar  ki,  O,  hər  şeyin  yaradıcısıdır.  Onlar  qədərə  də 
inanırdılar,  amma  barəsində  mühakimə  yürütmürdülər.  Sə-
habələr  ilahi  təqdir  (qədər)  gəldiyində  ayaq  saxlayar,  asilik 
etməzdilər...  
Müsəlmanlar  arasında  zehni  çaşqınlıq  yaratmaq  istəyənlər 
qəza  və  qədər  mövzusunu  hey  gündəmə  gətirirlər.  Onlar  ilahi 
təqdirin  savabla,  axirətdəki  cəzalandırma  (iqab)  və  dini  öh-
dəliklərlə  (təkalif)  əlaqəsi  ətrafında  mərəkə  qoparıb,  söz-söh-            
bət  çıxarırlar.  
Vaxtı  ilə  bəziləri  İmam  Əlidən 
(Allah  ondan  razı  qalsın!)
  qəza  və                  
qədər,  onun  ilahi  mükafatlandırma  ilə  əlaqəsi  haqda  so-
ruşmuşdular.  İmam  Əli  bu  məsələnin  təfərrüatına  varmasa  da, 
onlara  qaneedici  şəkildə  cavab  verir  və  axırda  deyir:  “Allah                
əmr  edir,  amma  bu  əmrdə  (insanlar  üçün)  ixtiyarilik  (se-                 
çim)  vardır.  Allah  qadağan  edir  və  bu  qadağada  xəbər-                      
darlıq  vardır.  Allah  (insanlara)  öhdəliklər  yükləyir,  amma  bun-             
lar  asan  öhdəliklərdir.  Allaha  asi  olmaq  Onun  (bu  asiliyin 
                                                 
1
 Hədisi İmam  Müslim,  İmam  Malik  və  İmam  Əhməd  rəvayət  etmişlər. 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə