P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə43/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   39   40   41   42   43   44   45   46   ...   103

151 
 
qarşısını  almaq  sarıdan)  acizliyi  ilə  bağlı  deyil.  Allah  pey-
ğəmbərləri  insanlara  əbəs  yerə  göndərməyib.  Göyləri,  yeri  və 
onların  arasında  olanları  da  boş  yerə  yaratmayıb.  Bunun  ək-              
sini  kafir  olanlar  iddia  edər.  Kafir  olanlara  da  cəhənnəm  var-             
dır!”  
İmam  Əlinin  
(Allah ondan razı qalsın!)
  dediklərindən  məlum  olur  ki:  
a)  əmrlərində  Allaha  itaət  etməli,  qadağalarından  uzaq  dur-
malıyıq; 
b)  edib-etməməyə  qadir  olduğumuz  məsələlərdə  ixtiyar  sa-
hibi  olduğumuzu  bilməyimiz  kifayətdir; 
v)  nəyi  etməyimizin  vacib,  nəyi  də  etməyimizin  doğru 
olmadığını  bilməyimiz  bizə  bəsdir;  
q)  bütün  bunlarla  dərindən-dərinə  məşğul  olmaq,  təfər-               
rüata  dalmağı  istəmək  kilidli  qapıya  dirənmək  deməkdir  –  bu,  
heç  kəsə  fayda  gətirmir,  çünki  açarı  itmişdir. 
İmam Sadiqin 
(Allah ondan razı qalsın!)
 bu haqda dediklərinə baxaq:  
“Allah  bizimlə  (bizi  yaratmaqla,  bizə  öhdəlik  yükləməklə...)  
bir  şeyi  nəzərdə  tutmuş  və  bizdən  bir  şey  etməyi  istəmişdir. 
Bizimlə  nəzərdə  tutduğu  şeyi  bizdən  gizli  saxlamış,  bizdən 
istədiyini  isə  bizə  məlum  qılmışdır.  Elə  isə  bizdən  istədiyi  şeylə 
məşğul  olaq,  bizimlə  nəyi  nəzərdə  tutduğu  şeylə  deyil!” 
Bununla  da,  İmam  Sadiq 
(Allah  ondan  razı  qalsın!)
  Allahın  bizə  tap-
şırdığı  öhdəliklərdən  üz  döndərib,  Onun  bizə  yazdığı  xeyir                    
və  şər  (qədər)  haqda  söz-söhbət  qayıranları  tənbeh  etmişdir. 
Asilər  o  adamlardır  ki,  asiliklərinə  Allahın  yazdığı  ilə  (qədər-                
lə)  bəraət  qazandırırlar  (İbadət  etməyib,  hey  günah  işlə-           
yənlərin:  “Mənim  bu  vəziyyətdə  olmağımı  Allah  istəyir.  Çün-                
ki  bu  qədərdir”  –  demələrində  olduğu  kimi  –  mütərcim).  Bə- 


152 
 
ziləri  də  bu  problemi  tez-tez  gündəmə  gətirirlər  ki,  insan-               
ların  iş  görüb,  ibadət  etmək  əzmini  sarsıtsınlar... 
İmam  Əş`əri 
(Allah  rəhmət  etsin!)
  hərəkətlərinə  görə  bir  insanın 
məsuliyyət  daşımağını  “kəsb  və  iktisab”  sözləri  ilə  ifadə  et-                
mişdi.  Mö`təzililər

  isə  bunu  “əməlləri  yaratma”  (xəlqi-fel)  ad-
landırırdılar.  
Müəlliflərdən  Əhməd  İzzət  “Din  və  elm”  adlı  kitabında               
yazır: 
“Kəlam  elminə
∗∗
  aid  bu  terminlər  (kəsb,  iktisab,  xəlqi-fel  – 
mütərcim
)  formaca  müxtəlif  olsalar  da,  məna  baxımından  ox-
şardırlar.  Onların  ətrafında  qruplara  bölünməyin,  bir-birini                 
pis  adlarla  çağırmağın  heç  bir  mənası  yoxdur...”. 
Müəllif  qənaətində  haqlıdır.  Əksər  hallarda  formaca  bir-bi-
rindən  fərqlənən  məsələlər  üstündə  gərək  qruplar,  firqələr 
yaranmaya  idi... 
Qeyd  edək  ki,  mö`təzililərlə  müqayisədə  əş`ərilər
∗∗∗
  Alla-               
ha  münasibətdə  daha  etik  olmuşlar.  Onlar  Allahın  müdrik 
                                                 

  Mö`təzililər:  islam  fikri  tarixində  ilk  rasional  cərəyan  sayılan  mö`tə-
zililiyin  tərəfdarlarına  verilmiş  ad.  Banisi  Vasil  ibn  Əta  (vəfatı  –  749)  olan  
bu  cərəyan  yarandığı  ilk  dövrlərdə  yad  rasional  təlimlərdən  islamı  mü-               
dafiə  etsə  də,  sonralar  öz  rasionallığında  ifrata  varmaqla  hamilik  statu-
sundan  məhrum  olmuş,  mütəkəllim  və  üsul  alimlərinin  hücumuna  mə-           
ruz qalmışdır – tərcüməçinin qeydi. 
∗∗
  Kəlam:  VIII  əsrdə  kənar  və  yad  təlimlərdən,  təsirlərdən  islamı  mü-               
dafiə  etmək  məqsədi  ilə  meydana  çıxmış  dini-rasional  məktəb;  islam 
sxolastikası – tərcüməçinin qeydi. 
∗∗∗
  Əş`ərilər:  Sünni  kəlam  məktəblərindən  biri  sayılan  əş`əriliyin 
tərəfdarlarına  verilmiş  ad.  Banisi  Əbülhəsən  Əli  ibn  İsmayıl  əl-Əş`əri                
olan  əş`ərilik  mötəzilənin  “ilahiləşdirilmiş”  ağıl,  Quranın  sonradan 


153 
 
olduğunu  bildirirlər,  amma  mö`təzililərdə  olduğu  kimi  iddia 
etmirlər  ki,  mənafeyə  uyğun  və  daha  çox  uyğun  gələni  (səlah                
və  əsləh)  etmək  Ona  vacibdir

.  Əş`ərilər  təkcə  Allahı  xaliq 
(yaradıcı)  hesab  edir,  mö`təzililərdə  olduğu  kimi,  insanın  öz 
hərəkətlərinin  yaradıcısı  olduğunu  söyləmirdilər... 
Məlumdur  ki,  mö`təzililərin  bu  ifratçılığının  arxasında  on- 
ların  qədim  yunan  fəlsəfəsindən  təsirlənmələri  dayanır.  Kaş 
müsəlmanlar  yunan  fəlsəfəsi  kitablarını  oxumaya,  onları  tər- 
cümə  etməyə  idilər.  Çünki  bunun  zərəri  xeyrindən  çox  ol-
muşdur.  Yaxşı  olardı  ki,  Quranın  çeşməsinə  üz  tutaq,  on-                    
dan  “içək”,  ondan  faydalanaq  –  bu  daha  mühüm,  daha 
düzgündür... 
 
 
                                                                                                                   
yaradılması,  ilahi  müdaxilənin  olmadığı  mütləq  iradə  azadlığı  və  s. 
iddialarına  qarşı  çıxaraq  bu  iddialara  meydan  oxumuşdu.  İmam  Əş`əri 
bildirirdi  ki,  ağıl  islamın  irrasional  mahiyyətlərini  (qeyb  məsələləri  və                    
s.) izah etmək gücünə sahib deyil – tərcüməçinin qeydi

  Orta  əsr  Müsəlman  dünyasında  xeyir  və  şər  məsələsi  ətrafında  get-                
miş  qızğın  mübahisələr  “əsləh”  (mənafeyə  ən  uyğun  gələn  şeyin  ic-                     
rası)  problemini  də  əhatə  edirdi.  Mötəzili  alimlər  “əsləh”in  Allaha  vacib 
olub-olmamağını  müzakirə  etmiş,  qəribə  fikirlər  irəli  sürmüşdülər  – 
tərcüməçinin qeydi
.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə