P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə45/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   41   42   43   44   45   46   47   48   ...   103

157 
 
xar,  Allahın  dərgahında  bir  şey  etməz.  “Bunu  ancaq  ağıllı             
adamlar  dərk  edərlər!”
1
 
İnsan  nəfsinin  həqiqi  tərbiyəsi  bu  əsaslara  görə  aparılma-               
lıdır.  
Mən  hər  hansı  bir  firqəyə  (dini  qrupa,  camaata)  mənsub 
deyiləm,  hər  hansı  bir  məzhəbə  də  təəssübkeşlik  etmirəm.             
Amma  bütün  məzhəblərə,  təfsir,  hədis,  fiqh,  üsulşünaslıq,            
kəlam,  fəlsəfə  (islam  fəlsəfəsi  nəzərdə  tutulur  –  mütərcim)                      
və  sufilik  məktəblərinə  ədəb-ərkanla,  təvazökarlıqla  baxır,  qə-
rəzliyə  yol  vermədən  haqqı  axtarıram.  
Nəfsin  tərbiyə  edilməsində  iki  şəxsiyyətin  görüşlərindən              
daha  çox  faydalanmışam.  Fərqli  təmayüllərə  mənsub  bu  iki 
şəxsiyyət  –  İbn  Qəyyim  əl-Cövziyyə  (1292-1349)  və  İbn 
Ətaullah  əs-Səkəndəridir  (1260-1309).  Bu  mənim  şəxsi  görü-
şümdür  və  heç  kəsi  onu  təsdiqləməyə  çağırmıram.  Bütün 
müsəlmanları  hər  zaman  bir  araya  gətirəcək  başlıca  qüvvə,                   
hər  şeydən  qabaq,  Uca  Allahın  kitabıdır,  sonra  isə,  bu  kitabı 
özünə  əxlaq  rəhbəri  bilən,  onunla  insanlara  yol  göstərən,  on-           
dakı  hikmətlə  onları  tərbiyə  edən  İdeal  Nümunə  –  Məhəm-             
məd  ibn  Abdullahdır... 
İndiki  dövrdə  mənən  kamilləşmək,  nəfsi  tərbiyə  etmək,                      
açıq  və  gizli  şəhvətlər  aləmini  tərk  edib  Allaha  üz  tutmaq                     
üçün  Qurandakı  müdrikliyə  və  Peyğəmbərin  həyat  salna-               
məsinə  daha  çox  ehtiyac  vardır... 
                                                 
1
 “əl-Bəqərə” surəsi, 269-cu ayə.  


158 
 
Əks  halda,  bilməliyik  ki,  Allahın  razılığını  ummayanlar, 
nəfslərinə  ibadət  etmək  üçün  yatıb-qalxanlar  axirət  nəsiblə-               
rini  əldən  çıxaranlardır.  Quranda  belələri  haqda  deyilir: 
“Bizimlə  qarşılaşacaqlarına  (qiyamət  günü  dirilib  hüzuru-
muzda  duracaqlarına,  cəzamıza  yetişəcəklərinə)  ümid  etməyən-
lərin,  (axirətdən  vaz  keçərək)  dünyanı  bəyənib  ona  bel  bağ-
layanların  və  ayələrimizdən  qafil  olanların  –  məhz  onların 
qazandıqları  günahlara  görə  düşəcəkləri  yer  Cəhənnəmdir!” 
(Yunis, 7-8). 
Ayədə  Allah  təala  dodaqları  tərpətməkdən  daha  üstün  şey 
haqda  danışır.  Bu,  qəlbin  ayıqlığıdır,  ayələrdən  qafil  qalma-
maqdır,  nəfsə  səmimi  öyüd-nəsihət  verməkdir,  yalnız  Allaha 
təzim  etməkdir... 
İnsanlarda  olana  inanıb,  Allahda  olana  şübhə  bəsləyənlər                  
necə  mömin  ola  bilərlər  axı?!  Allahdan  qeyrisini  daha  çox 
sevənləri  mömin  adlandırmaq  olarmı?!  Ayədə  deyilir: 
“İnsanların  içərisində  Allahdan  qeyrilərini  (Allaha)  şərik  qo-
şub,  onları  Allahı  sevən  kimi  sevənlər  də  vardır.  Halbuki                    
iman  gətirənlərin  Allaha  məhəbbəti  daha  qüvvətlidir...”  (əl-
Bəqərə, 165). 
O  kəsin  ki,  qəlbi  Allah  üçün  riqqətə  gəlmir  və  o,  xeyri                   
əldən  çıxarıb  zərərə  düşməkdən  qorxursa,  necə  mömin  sa-                 
yıla  bilər  axı?!  Onun  aşağıdakı  ayədən  xəbəri  yoxdurmu? 
“...Bilin  ki,  Allah  sizin  qəlbinizdə  olanı  bilir.  Ondan  (Al-
lahdan)  qorxun...” (əl-Bəqərə, 235). 
İslam  iki  məqama  diqqət  yetirir.  Birincisi  qəlbdir.  Qəlbə              
sığal  çəkir  ki,  oraya  rəğbət  və  qorxu,  səbir  və  şükranlıq,  təvək-             
kül  və  sevgi...  aşılasın.  Bu  keyfiyyətlər  haqda  sufilər  çox               


159 
 
danışmış,  onları  uzun-uzadı  izah  etmişlər.  Onların  kitabla-              
rında  bu  barədə  zəngin  məlumat  vardır.  Həmin  kitabların 
başında  İbn  Ətaullah,  İbn  Qəyyim  və  digərlərinin  kitabları             
gəlir... 
İkinci
si  ağıldır.  İslam  ağıla  əhəmiyyət  verir  ki,  ona  müx-                     
təlif  hökm  və  etiqad  təlimləri  öyrətsin.  Fəqih  və  kəlamçı-                 
ların  kitablarında  bu  haqda  mühüm  məlumat  vardır...  
Ağıl  və  qəlb  bir-birinə  möhtacdır,  biri  digərini  şərtləndirir. 
Amma  görürəm  ki,  bəzi  avam  insanların  qıcıqlandırıcı 
“hobbi”ləri  vardır.  Məsələn,  onlar  namaza  başladıqda  təkbir 
zamanı  əllərin  qulaq  nahiyəsinin  altına,  yoxsa  sinənin  yuxarı 
hissəsinə  qədər  qaldırmağa,  onları  göbəyin  yuxarısındamı,  yox-            
sa  döş  qəfəsi  üzərindəmi  bağlamağa  namazdakı  xatircəmlik-             
dən  (xüşu),  ayələri  düşünərək  oxumaqdan  daha  çox  diqqət 
yetirirlər. 
Onları  zahiri  ayinlər  maraqlandırır.  Namaz  hərəkətləri               
barədə  böyük  imamlar  fikir  ayrılığına  düşüblər  deyə  bu  na-           
danlar  onlara  tənə  yağdırırlar.  Bu,  köhnə  xəstəlikdir.  Vaxtı  ilə 
“Böyük  imamlar  barədəki  qınaqların  puça  çıxarılması”  (Rəf
 
`              
əl-məlam  ənil-əimmə  əl-ə`lam
)  kitabında  İbn  Teymiyyə, 
“İmanın  zındıqlıqdan  fərqləndirilməsinə  dair  qəti  ölçülər” 
(Feysəl  ət-təfriqə  beynəl-iman  vəz-zəndəqə)  kitabında  da              
Əbu  Hamid  əl-Qəzali  bu  xəstəliyi  “müalicə”  etməyə  cəhd 
göstərmişlər.  
Formal  dindarlığın  kökündə  əqli  qısırlıq  və  kor  lovğalıq-               
dan  doğan  hallar  dayanır.  Belə  dindarlıq  insanı  bəzən  rəzil 
vəziyyətə  salır.  Bir  dəfə  tələbələrimdən  biri  mənə  yaxınla-               
şaraq  bildirdi  ki,  “Fəqih  və  hədisşünaslara  görə  Peyğəmbərin 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə