P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə53/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   49   50   51   52   53   54   55   56   ...   103

187 
 
Bəzi  nəzakətsiz  və  qaba  insanlar  bunu  eşitsələr,  deyəcək-                   
lər  ki,  bidətdir!  Onlara  görə,  Quran  oxumağa  “bəsmələ”  ilə 
başlamaq  da,  oxuyub  qurtardıqda  “Allah  doğru  buyurmuş-              
dur”

  demək  də  bidətdir... 
Fikrimizi  daha  anlaqlı  etmək  üçün  deyirik:  “Dini  bidət-             
lərdən  qorumaq  vacibdir.  Vacibdir  ki,  səmavi  orijinallığını, 
mütləq  təbiətini  qoruyub  saxlasın.  Çünki  dininin  başına  bəlanı 
əsasən  qısır  zehniyyət  sahibləri,  ifratçılar  və  tez-tez  fikir 
dəyişdirənlər  açmışlar! 
Biz  dindarlıq  sahəsindəki  mədəni  saxtakarlığa  amansız  mü-
haribə  elan  edir,  Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  aşa-           
ğıdakı  kəlamını  bu  savaşda  özümüzə  şüar  seçirik: 
“Bu  elmə  (dinə,  Sünnəyə)  hər  bir  nəslin  ən  adil  fərdləri                
sahib  çıxacaq,  onu  ifratçıların  təhrifindən,  batil  əhlinin  əsas-               
sız  iddialarından,  cahillərin  də  yozumlarından  qoruyacaq-                 
lar”
1
 
İslamı  qorumaq  üçün  yetişmiş  qüdrətli  alimlərdən  biri  də              
Əbu  İshaq  əş-Şatibidir  (vəfatı  –  1388).  Şatibi  belə  bir  qayda            
                                                 

 Ərəbcəsi: sadəqallahul-azim 
1
 Hədisi “Miftah Dar əs-Səadət” kitabında qeyd etmiş İmam İbn əl-Qəyyim 
müxtəlif  istinadlarla  rəvayət  olunduğu  üçün  onu  “qüvvətli”  saymışdır.                
Bax:  eyniadlı  əsər,  cild  I,  Beyrut:  “Dar  əl-Kütub  əl-Elmiyyə”  nəşriyyatı,               
səh.  163-164.  Həmçinin,  hədisin  səhih  və  ya  “həsən”  olduğunu  təsdiq-              
ləyən  Əllamə  İbn  əl-Vəzir  geniş  məlumatlı  və  mötəbər  olduqları  üçün                
həm  İmam  Əhməd  və  Hafiz  ibn  Əbdülbərrin  hədisi  səhih  saymaları 
üzündən,  həm  də  Üqeylin  istinad  seçimi  səbəbi  ilə  hədisi  “qüvvətli”               
hesab  etmişdir.  Bax:  ər-Rövz  əl-Basim  fi  zəbb  ən  Sünnə  Əbu  əl-Qasim,                 
cild  I,  Beyrut:  “Dar  əl-Mərifət”  nəşriyyatı,  səh.  21-23;  Əlbani.  ər-Rövz                   
əl-Bəssam fi Təxric ət-Təmmam.  


188 
 
təsis  etmişdi:  “Peyğəmbərin
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  bir  şeyi               
nə  üçün  etmədiyi  konkret  məlumdursa  (yəni,  bunun  sə-                    
bəbi  göstərilibsə)  və  həmin  şeyi  qəti  şəkildə  qadağan  edən 
göstəriş  (əmr)  mövcuddursa,  həmin  şeyi  etməmək  sünnət,  
etmək  isə  bidətdir”. 
Bu  qayda  islamı  pis  adət-ənənələrdən  açıq  şəkildə  qoru-                
yur.  Müxtəlif  dövrlərdə  “icad”  olunmuş  bu  adət-ənənələri               
avam  insanlar  din  olaraq  qəbul  etmişlər.  Halbuki  həmin  
adətlərin  dinlə  heç  bir  əlaqəsi  yoxdur! 
Biz  bu  qaydanı  təqdir  etməklə  yanaşı,  ona  kiçik  bir  əlavə                  
də  etmək  istəyirik.  Bu  əlavə  onu  daha  da  anlaqlı  edəcəkdir!              
Dinin  elə  ümumi  təlimləri  vardır  ki,  onların  üzərində  bir  az 
dayanmaq  lazımdır.  Bu  təlimlər  mahiyyətcə  dəyişilməsə  də, 
forması  məqamı  və  vaxtına  görə  tez-tez  dəyişilir.  Məsələn,              
xeyir  işləmək  (bu  haqda  əmr  vardır),  haqqı  və  səbri  töv-                     
siyə  etmək,  yaxşılıq  və  təqvada  əlbir  olmaq,  canla,  pulla,  dil-                  
lə (sözlə)... cihad  etmək  və  s.  
Belə  ibadətlərin  formaları  çoxdur.  Bunlardamı  bidətdir?               
Təbii  ki,  yox!  Amma  bidətdən  qorunmağımız  üçün  nə  kimi               
ölçü  və  qaydalar  mövcuddur? 
Qorxuducu  haldır  ki,  bəziləri  bir  insanın  istifadə  etdiyi  
formanı  (vasitə,  icra  tərzi...)  qanun  halına  salır,  ona  riayət  edə-               
ni  tərifləyir,  etməyənə  də  tənə  yağdırırlar.  Sanki  həmin  for-                 
ma  Allahdan  enmiş  vəhydir... 
Bir  dəfə  məndən  Mərakeşdəki  bəzi  məscidlərdə  camaat 
halında  Quran  oxuyanlar  haqda  soruşdular.  Dedim:  “Buna  nə 
“hə”,  nə  də  “yox”  deyirəm.  Şəxsən  mən  təkbaşına  oxumağı 


189 
 
xoşlayıram.  Bunu  edənlər  başqalarını  da  buna  təhkim  etmə-             
məli,  etməyənləri  qınamamalıdırlar...”. 
Həmçinin,  bir  dəfə  məndən  soruşdular:  “Bir  şeyx  var.  Öz 
şagirdləri  və  müridlərindən  tələb  edir  ki,  dəstəmazsız  gəz-
məsinlər;  dəstəmazları  pozuldumu,  tez  dəstəmaz  alsınlar.  Və 
onlara  belə  deyir:  “Fiziki  təmizliyi  hiss  etmək  mənəvi  təmiz-             
liyin  hiss  edilməsinə  kömək  edir,  insana  ülviyyət  (mənəvi 
tərəqqi) qazandırır”. 
Onlara  dedim:  “Bu  haqda  heç  bir  əmr  varid  olmayıb.                
Mənəvi  təmizliyin  çoxlu  yolları  vardır.  Bunlardan  biri  də  hə-               
mişə  dəstəmazlı  gəzməkdir...”. 
Amma  bunları  icbari  ümumi  hökm  (qanun)  halına  sal-            
mağın  heç  bir  əsası  yoxdur... 
İfratçılıq  bəzən  dinin  törəmə  məsələlərindən  (füruat)  əsas 
prinsiplərinə  (üsul),  detallarından  (cüz`iyyat)  bütöv  təlim-   
lərinə  (külliyyat)  keçir.  Bu,  əvvəlki  din  mənsublarının  tu-  
tulduğu  xəstəlikdir.  Bu  xəstəlik  onları  doğru  yoldan  sapdır-
mışdır.  Allah  təala  buyurur: 
“De:  “Ey  kitab  əhli!  Dininizdə  haqsız  yerə  ifrata  var-                
mayın.  Əvvəlcə  yolunu  azmış,  bir  çoxlarını  da  azdırmış  və              
doğru  yoldan  çıxmış  bir  tayfanın  nəfsinin  istəklərinə  uy-             
mayın!” (əl-Maidə, 77). 
İnsan  düşüncəsinin  məhsulu  sayılmayan  ibadətlərdə  bi-               
dətə  yol  vermək  olmaz.  Çünki  Allahın  izni  olmadan  onları 
dəyişdirmək,  onlara  əlavələr  etmək  yolverilməzdir. 
Elmi,  mədəni  və  hərbi  cihadın  (çalışmanın,  zəhmət  çək-
mənin)  ixtiyari  vasitələrinə  gəlincə,  onların  nə  bidətlə,  nə  də 
Sünnə  ilə  əlaqəsi  vardır.  Mühit,  şərait  bizə  əvvəlki  peyğəm-             


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə