P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə50/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   46   47   48   49   50   51   52   53   ...   103

176 
 
üçün  onlar  dövrün  iqtisadi,  mədəni  və  informasiya  imkan-
larından  istifadə  etməlidirlər... 
Həqiqət  bundan  ibarətdir  ki,  səhabələr  və  tabein  nəsli 
peyğəmbərlik  tərbiyəsinin  birbaşa  yetirmələri  olmuşlar.  Məhz 
bunun  sayəsində  onlar  bəşər  mədəniyyətinə  yeni  məzmun,               
təzə  ruh  bəxş  etmişdilər... 
Bugün  mən  kədər  və  ümidsizlik  içərisindəyəm,  çünki  biz, 
müsəlmanlar  ümməti  öz  çuxurunda  cücərdəcək,  missiyasında 
faydalı  edəcək  münasib  tərbiyə  elementlərinin  axtarışında  de- 
yilik.  Özü  də  elə  bir  vaxtda  ki,  insanlar  və  şeytanlardan                        
olan  iblislər  bəhanə  gəzirlər,  dünyanı  əllərinə  keçirib,  nəfsi 
istəklərinə  tabe  etmək  istəyirlər... 
Əxlaqı  iki  növə:  rəbbani  və  bəşəri  əxlaq  növlərinə  ayır-               
maqda  bir  qəbahət  görmürəm.  Hər  iki  növ  əxlaq  düzgün  və  
kamil  iman  üçün  zəruridir.  
Bitkin  inancı  olan  mömin  Quranda  deyildiyi  kimidir: 
“...Mən  öz  işimi  Allaha  həvalə  edirəm.  Həqiqətən,  Allah 
bəndələrini  görəndir!”  (Ğafir, 44). 
O  kəsin  ki  qəlbi  Allahı  arzulamır,  deməli,  rəbbani  əxlaqdan 
uzaqdır... 
İnancı  bitkin  mömin  o  kəsdir  ki,  qövmünə  aşağıdakıları 
söyləmiş  Hud  peyğəmbərin  yolu  ilə  gedir: 
“Mən  özümün  və  sizin  Rəbbiniz  olan  Allaha  təvəkkül  et-              
dim.  (Yer  üzündə)  elə  bir  canlı  yoxdur  ki,  onun  ixtiyarı  (Al-    
lahın) əlində  olmasın...” (Hud, 56). 
O  kəsin  ki  qəlbi  bu  cür  təvəkküldən  xalidir,  deməli,  rəb-                
bani  özüllərdən  məhrumdur.  Belə  insanlar  ömürlərini  nəfsin 
dərinliklərində  qısılıb  qalmaqla  keçirərlər... 


177 
 
İnancı  bitkin  mömin  Allahın  bu  kəlamına  qane  olandır: 
“Əgər  Allah  sənə  bir  sıxıntı  versə,  (səni  ondan)  Allahdan        
başqa  heç  kəs  qurtara  bilməz.  Əgər  (Allah)  sənə  bir  xeyir                 
yetirsə  (heç  kəs  Ona  mane  ola  bilməz).  Çünki  O,  hər  şeyə 
qadirdir!” (əl-Ənam, 17).  
Kim  güman  etsə  ki,  Allahdan  uzaq  birisi  onu  sıxıntıdan  
qurtara  və  ya  rəbbini  tanımayan  vəzifəli  şəxs  ona  xeyir  yetirə  
bilər,  deməli,  rəbbani  əxlaqa  sahib  deyildir! 
Möminə  Allahın  nəzəri  və  nəzarəti  altında  olmaq  bəs                      
edir.  O,  Allahın  aşağıdakı  kəlamındakı  dərin  məzmunu  yaxşı               
başa  düşür:  
“...Kim  Rəbbi  ilə  qarşılaşacağına  (qiyamət  günü  dirilib  haqq-
hesab  üçün  Allahın  hüzurunda  duracağına)  ümid  bəsləyirsə 
(yaxud  qiyamətdən  qorxursa),  yaxşı  iş  görsün  və  Rəbbinə  et-             
diyi  ibadətə  heç  kəsi  şərik  qoşmasın!” (əl-Kəhf, 110). 
Kim  üzünü  Allahdan  qeyrisinə  tutub,  ondan  xeyir  umarsa, 
əməllərində  ixlaslı  deyildir.  Belələri  rəbbani  əxlaqdan  uzaqdır- 
lar... 
Qəlb  mənəviyyatı  alimləri  bu  haqda  cild-cild  kitablar  yaz-
mışlar.  Onlar  bilirdilər  ki,  qəlbin  işlədiyi  günahlar  bədən 
əzalarının  işlədiyi  günahlardan  daha  təhlükəlidir.  Qəlbin  asi-
likləri  imanın  “xərçəng”idir  və  bu  xərçəng  imanın  özülündə 
yaranır,  elə  orada  da  inkişaf  edir... 
 
 


178 
 
 
 
Fiqhi “ixtilaf”
∗∗∗∗
 asilik deyildir 
 
 
Müşahidə  etmişəm  ki,  bir  sıra  mədəniyyət  xadimləri  və 
siyasətçilər  bu  “xərçəng”ə  tutulublar.  Allah  bizi  bundan  qo- 
rusun!  Nəfsə  ibadət  və  tamahkarlıq  onlara  hakim  kəsilib... 
Bu  işdə  onlara  quyruqbulayanları  da  şərikdir.  O  quy-
ruqbulayanlar  ki,  ağalarının  yanında  milçək  kimi  vızıldayır-               
lar... 
Fiqhi  ixtilaflar  deyil,  məhz  qəlb  (mənəvi)  xəstəlikləri  dün-               
ya  və  din  üçün  təhlükə  yaradır. 
Fiqhi  ixtilaflar  nə  deməkdir?  Bu,  İngiltərədəki  Mühafi-            
zəkarlar  və  Leyboristlər,  ya  da  ABŞ-dakı  Respublikaçılar  və 
Demokratlar  arasındakı  fikir  ayrılıqları  kimi  şeydir.  Buna 
baxmayaraq,  onlar  başlıca  prinsip  və  ümumi  məqsədlərdə 
həmrəydirlər.  Onlar,  olsa-olsa,  “evin  daxili  quruluşunun  tər-
tibi”ndə  fərqli  düşünsünlər.  
Bizdə,  müsəlmanlarda  isə  avam  xalq  bu  ixtilaflar  üstün-                      
də  həngamə  qoparır  ki,  bunun  da  dağıdıcı  nəticələri  mey-                 
dana  çıxır... 
Fərz  edək  ki,  birisi  İbn  Həzmin  deyil,  Əbu  Hənifənin                       
yolu  ilə  gedir  və  ya  əksinə.  Bunun  Allaha  yaxınlaşmaq  və  ya 
                                                 

  Fiqhi  məsələlər  ətrafında  yaranmış  fikir  ayrılıqları,  fərqli  yanaşmalar 
nəzərdə  tutulur.  Biz  ixtilaf  sözünü  terminoloji  mənaya  xələl  gətirməmək 
üçün  istifadə  edirik.  Halbuki  bu  söz  dilimizdə  mübahisə,  çəkişmə 
mənalarında işlədilir – tərcüməçinin qeydi.  


179 
 
Ondan  uzaqlaşmaqla  nə  əlaqəsi  var?!  Və  ya  bunun  fasiqlik                     
və  küfrə  bir  dəxli  varmı?!  Bu  bir  seçim  və  ya  “ixtilaf”  məsə-              
ləsidir;  səhv  də  ola  bilər,  doğru  da  çıxa  bilər.  Qiymət-                
ləndirmə  “doğrudur”  yaxud  da  “səhvdir”  meyarı  əsasında  apa-
rılmalıdır.  Çünki  belə  “ixtilaf”lar  müəyyən  baxış  bucağı  olan  
fərqli  əqli  yanaşmaların  nəticəsində  yaranır.  Yoxsa  ki  bu 
yanaşmaları  dinin  mahiyyətinə  xələl  gətirməkdə  və  ya  ümmə-                
tin  birliyini  pozmaqda  ittiham  etmək  axmaqlıqdır... 
Fərz  edin  ki,  müxaliflərindən  biri  səlibçilərə  çuğulluq                 
edibmiş  ki,  İbn  Həzmi  həbsə  atsınlar.  Mən  şəxsən  bu  cür 
çuğulluq  edən  adamları  mürtəd  hesab  edirəm.  Belələri  Əbu 
Lu`luənin

, İbn Mülcəmin
∗∗
 törəmələridir... 
Belə  iyrənc  insanlara  Əfqanıstanda  da  rast  gəlmişik.  Onlar 
Əfqanıstanı  Əbu  Hənifənin  (hənəfi  məzhəbinə  mənsub  talib-             
lər  nəzərdə  tutulur  –  mütərcim)  deyil,  kommunistlərin  idarə 
etməsini  arzulayırlar.  
Dövrümüzdə  bu  cür  axmaqlıq  və  nifrət  girdabına  yuvar-              
lanan  dindarlar  da  vardır.  Onlar  alçaq  niyyətləri  ilə  həm  Al-               
laha,  həm  də  peyğəmbərinə  əziyyət  edirlər.  Bu  üzdən  mən             
onları  həmişə  məzəmmətləmiş,  bərk  tənqid  etmişəm. 
Dinimizdəki  fiqhi  “ixtilaf”lar,  əgər  elmi  və  əxlaqi  şərtləri 
gözlənilərsə,  əsla  asilik  (günah)  deyildir.  Ümmət  həmrəydir              
ki,  hər  bir  müctəhidə  çıxardığı  hökmə  görə  savab  vardır.  
                                                 

  Əbu  Lu`luə:  Həzrəti  Öməri  (Allah  ondan  razı  qalsın!)  xaincə  şəhid               
etmiş  atəşpərəst.  Əsli  farsdır – tərcüməçinin qeydi.  
∗∗
  İbn  Mülcəm:  Həzrəti  Əliyə  (Allah  ondan  razı  qalsın!)  sui-qəsd  qurub, 
onu  qabaqdan  (bəzi  rəvayətlərə  görə  arxadan)  xəncərlə  vuraraq  şəhid               
etmiş “xarici” – tərcüməçinin qeydi.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə