P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə47/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   43   44   45   46   47   48   49   50   ...   103

164 
 
mirsə,  ibadətlə  məşğul  deyilsə,  onda  etdiyi  şeyin  (xoş  davra-
nışın)  nə  qiyməti  var?  Rəbbi  ilə  pis  davrandığı  halda  mənə 
mehribanlıq  göstərəni  fəzilətli  adam  hesab  etmək  mümkün-
dürmü?!  
Modern  mədəniyyət  Allahla  əlaqəli  hər  bir  şeyə  kilid  vur-             
muş,  ilahi  məsələləri  bütün  hesablardan  silmişdir.  Amma  bu 
hərəkət  ona  rahatlıq  deyil,  başağrısı  gətirmişdir... 
Yaxşı  insan  hər  yerdə,  hər  məqamda  yaxşı  insandır.  Gah             
yaxşı,  gah  da  pis  davranmaq  ona  yaddır.  Onun  bir  “rəng”i, 
dəyişilməz  nöqteyi-nəzəri  vardır... 
Biz  bəşər  cəmiyyətinin  düşmənlərini  cinayətkar  və  günah-             
kar  adlandırırıq.  Çünki  azğınlıq  edir,  sapqınlıq  törədirlər.  Qu-
rani-Kərim  də  Allaha  düşmən  kəsilib  Onun  dinini  inkar               
edənlər  haqda  eyni  şeyi  deyir: 
“Rəbbinin  ayələri  ilə  öyüd-nəsihət  verildikdən  sonra  on- 
lardan  üz  döndərən  kəsdən  daha  zalım  kim  ola  bilər?!  Biz, 
şübhəsiz  ki,  günahkarlardan  (cinayətkarlardan)  intiqam  ala-
cağıq!” (əs-Səcdə, 22). 
Loğman  öz  oğluna  nəsihət  edərkən  Allah  və  bəndə  ilə                 
yaxşı  davranmaq  arasında  fərq  qoymur: 
“Oğlum!  Namaz  qıl,  (insanlara)  yaxşı  işlər  görməyi  əmr  et,             
pis  işləri  qadağan  elə.  (Bu  yolda)  sənə  üz  verəcək  müsi-           
bətlərə  döz.  Həqiqətən,  bu  (dediklərim)  vacib  əməllərdən-               
dir! 
Adamlardan  təkəbbürlə  üz  çevirmə,  yer  üzündə  lovğa-lov-                
ğa  gəzib  dolanma.  Həqiqətən,  Allah  heç  bir  özündən  razını, 
lovğalanıb  fəxr  edəni  sevməz!”  (Loğman, 17-18). 


165 
 
Allahı  təkzib  edib,  Ona  savaş  elan  etmək  səfalətdir.  Belə  sə-
fillər  Allaha  qaşqabaq  sallayıb,  bəndəyə  gülümsədikləri  üçün 
insanlardan  təqdir  gözləyirlər!  Bunu  heç  kəs  qəbul  etməz! 
Allaha  iman  Onu  layiqincə  tanımaqdır,  Ona  ləyaqətlə  bağ-
lanmaqdır.  Bunun  üçün  nəfsi  saflaşdırmaq,  davranışlara  nəza-            
rət  etmək  tələb  olunur.  Üst-başımızı  düzəltmədən,  özümüzə              
yön  vermədən  vəzifəli  bir  şəxsin  yanına  girməyi  ağlımızdan             
belə  keçirmirik.  Elə  isə  vəziyyətini  düzəltməyənlərin,  pis  iş 
görənlərin,  şübhələrlə  yaşayanların:  “Mən  Allah  adamıyam;                    
mən  Allaha  aidəm;  mən  möminəm”,  –  demələri  məqbuldur-            
mu? 
Reallıq  budur  ki,  əxlaqda  düşkünləşib,  mənəvi  çöküş  ya-             
şayan  bəzi  “dindar”lar  insanları  dindən  iyrəndirirlər...  Pozuq 
dindarlıq  həqiqi  dinə  ikiqat  təcavüzdür  və  bu  təcavüzü  son            
əsrdə,  təəssüf  ki,  müsəlmanlar  etmişlər. 
Eqoizm,  şəhvanilik  və  azğınlıq  rəzilliyindən  təmizlənsin  de-              
yə  nəfsi  tez-tez  tərbiyə  etmək  lazımdır.  Belə  mənfi  hallar  olan 
yerdə  hansı  dindən  söhbət  gedə  bilər  axı?! 
Uca Allah buyurur: 
“...Ancaq  nəfslərdə  xəsislik  (qısqanclıq)  həmişə  mövcud- 
dur...” (ən-Nisa, 128). 
İnsanın  öz  mənafeyi  və  maraqlarını  gözləməsində  bir  qə-            
bahət  yoxdur.  Amma  onun  öz  evindən  bir  yırtıcının  meşə-                
dən  çıxırmış  kimi  çıxmağı,  ancaq  və  ancaq  parçalamaq, 
yaramazlıq  etmək  barədə  fikirləşməyi  –  bax  bu  vəhşilikdir. 
Heyvanlar  yalnız  özlərini  və  balalarını  düşünərlər.  Bəzi  in-             
sanlar  küçəyə  ancaq  bu  fikirlə  çıxırlar,  heyvantək  bir  yamac-              
dan  digərinə  yer  dəyişirlər... 


166 
 
Bəziləri  də  başqalarını  yıxmaq,  ayıblarını  axtarmaq,  ağrı-            
acıları  ilə  əylənmək  üçün  yaşayırlar.  Mən  bilmirəm,  nə  sə-            
bəbdən  bəzi  insanlara  görə,  özlərini  “qurmaq”  üçün  başqa-          
larının  “yıxmaq”  lazımdır? 
Ləzzət  almaq,  kef  sürmək  üçün  yaşayanlar  da  vardır.                     
Onlar  gözlərini  bütün  haramlara  dikmişlər.  Düşünürlər  ki, 
ehtirası  hər  bir  yolla  söndürməyə  haqları  çatır,  çünki  şəh-                    
vəti  cilovlamaq  olmaz.  Axı  ehtirası  boğub  şəhvəti  cilovlamaq 
çürümüş  dinlərin  tövsiyəsidir!!! 
Ağalarının  ayaqları  altında  xortuldayan,  “sadiqliy”ini  elan                 
edib,  filankəsi  tərifləmək,  filankəsə  də  söymək  üçün  əmr  
gözləyən  yaltaqlar  da  tapılır. 
Həqiqi  tərbiyə  və  düzgün  dindarlığın  itirilməsi  dünyanı 
cəhənnəmə  çevirmiş,  insanlıq  münasibətlərini  uçurumun  di-            
binə atmışdır... 
Çıxış  yolu  haqqa,  dinə-imana  qayıtmaqdır,  Allahla  əlaqə-
lərimizi  möhkəmlətməkdir,  doğru-dürüst  ibadət  edib  xatircəm 
olmaqdır,  təqva,  Allah  qorxusu  və  axirət  inancı  əsasında 
insanlarla  münasibət  yaratmaqdır... 
Qərbdə  din  ağ  adama  xidmət  edir,  yer  üzü  sərvətlərini  
istismar,  axirəti  də  unutdurma  vasitəsi  rolunu  oynayır.  Zəbanə 
qalxmış  bu  alovun  dilləri  bizi  də  yandırmışdır.  Elə  isə  dini  hə-           
qiqi  mahiyyətinə  geri  qaytarmalıyıq,  onu  pak  rəbbanilik              
(Allaha  aidlik),  təskinedici  qardaşlıq  və  səmimi  xeyirxahlıq 
daxilində  nəzərdən  keçirməliyik.  Uca  Allah  buyurur:  
“Kim  yaxşı  əməl  sahibi  olub  özünü  (səmimi-qəlbdən)  Al-              
laha  təslim  edərsə,  o  artıq  ən  möhkəm  ipdən  (dəstəkdən  – 


167 
 
Qurandan,  imandan)  yapışmış  olur.  Bütün  işlərin  axırı  Al-                
laha  gəlib  çıxacaqdır!  (Buyuruq  Allahındır!)”  (Loğman, 22). 
Özümü  də  cavabdeh  tutduğum  bir  məsələ  vardır:  hər  dəfə 
ümmətimiz  məğlub  olduqca,  yara  aldıqca,  müsibətlərə  tuş 
gəldikcə  ah  çəkirəm,  ürəyim  ağrıyır.  Çoxları  bu  məğlubiy-             
yətləri  elmi  geriliklə  əlaqələndirir.  Mənə  görə  isə  bu,  əxlaq                     
və  tərbiyə  məsələsidir... 
 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə