P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə52/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   48   49   50   51   52   53   54   55   ...   103

184 
 
 
 
Altıncı fəsil 
BİR DAHA BİDƏT HAQQINDA  
 
 
Qurani-Kərimi  oxuduğumuzda  “Lənətlənmiş  şeytandan  Al-
laha  pənah  aparırıq”
1
 deyirik.  Nə  üçün?  Çünki  Quran  şöləsi 
güclü,  işığı  da  hər  yerə  yayılan  çıraqdır;  o,  ən  doğru  yolda  
olanlara  belə  düzgün  istiqamət  göstərir,  onları  rüsvayçılıq  və 
zəlalətdən  qoruyur! 
Şeytan  əlindən  gələni  edir  ki,  insan  oğlu  həyatın  çətin 
yollarında  əli  çıraqsız  gəzib-dolaşsın,  büdrəyib  yıxılsın,  ayağa 
qalxmasın,  azıb  mənzil  başına  yetişməsin! 
Bu  səbəbdən  şeytan  insanı  Quran  oxumaqdan  uzaqlaşdır- 
maq,  vəhyin  bərəkətindən  məhrum  etmək  istəyir.  Yox,  insan 
müqavimət  göstərib,  Quran  oxumağa  başlayarsa,  şeytan 
vəsvəsələri  ilə  ona  hücum  çəkir;  elə  edər  ki,  insan  oğlu  Qu-               
ranı  düşünmədən  oxusun,  ondakı  hikmət  və  ibrətlərdən  xə-            
bərsiz  qalsın! 
Elə  insanlar  vardır  ki,  Quranı  oxuyurlar,  amma  qəlbləri 
oğurlanmışdır,  hissləri  də  ölgündür.  Onlar  Rəhmanın  qulları 
deyildirlər.  Allah  Rəhmanın  qullarını  belə  təsvir  edir: 
“O  kəslər  ki,  Rəbbinin  ayələri  zikr  olunduğu  vaxt  özünü   
onlara  qarşı  kar  və  kor  kimi  aparmazlar  (əksinə,  onlara  cani-
dildən  qulaq  asarlar)” (əl-Fürqan, 73).  
                                                 
1
 Ərəbcəsi:  nəstəizu  billəhi  minəş-şəytanir-racim 


185 
 
Odur  ki,  Quran  oxumazdan  qabaq  lənətlənmiş  şeytandan 
Allaha  sığınmalıyıq.  Sığınmalıyıq  ki,  oxuduğumuzu  doğru-dü- 
rüst  başa  düşüb  mənən  saflaşaq.  
Müsəlman  kütlələr  “Lənətlənmiş  şeytandan  Allaha  pənah 
aparırıq”  sözünə  “Mərhəmətli  və  Rəhimli  Allahın  adı  ilə” 
sözlərini
1
 də  əlavə  etmişlər  (yəni,  bir-birinin  ardınca  bu  söz-                
ləri  deməyi  adət  halına  gətirmişlər).  Bunda  bir  qəbahət                 
yoxdur.  Tilavət  (Quran  oxumaq)  ciddi  bir  işdir,  adi  vərəqi                      
və  ya  kitabı  oxumaq  deyildir.  Bir  işə  Allahın  adı  ilə  başlamaq 
məşhur  hədisə  uyğun  davranışdır. 
Bəzi  ağlı  qısırlar  iddia  edirlər  ki,  “bəsmələ”  (Allahın  adını 
çəkmək,  “bismillah”  demək)  bidətdir,  caiz

  deyildir!  Onlara 
deyirəm:  “Əgər  ümumi  dəlil
∗∗
  istənilən  işlə,  əməllə  əlaqədar- 
dırsa,  onda  məni  bidətdə  ittiham  etməyiniz  əsassızdır.  Əgər 
“Bismillah”  –  demək  istəmirsinizsə,  istəməyin.  Ancaq  icazə              
verin  biz  deyək.  Nə  bizi  danlayın,  nə  də  biz  sizi  qınayaq”. 
Rəvayət  olunur  ki,  səhabələrdən  biri  dualarında  Allah  təa-             
lanı  özünəməxsus  şəkildə  tərifləyirmiş.  Peyğəmbər
  (Ona  Allahın  xeyir-             
duası və salamı olsun!)
  bunu  eşitdiyində  sevinmiş  və  razı  qalmışdır.  
Təbərani  rəvayət  edir  ki,  bir  dəfə  Peyğəmbər
  (Ona  Allahın  xeyir-                       
duası  və  salamı  olsun!)
  bir  bədəvi  ərəbin  yanından  keçirmiş.  Görür  ki,              
ərəb  namazında  belə  dua  edir:  “Ey  gözlərin  görmədiyi  Kəs!                
                                                 
1
 Ərəbcəsi: bismilləhir-rahmənir-rahim 

  Caiz:  (ərəb.  “icazəli”).  Fiqh  termini  olub  şəriət  baxımından  icrası  qa- 
dağan  olunmayan  əməli,  işi  ifadə  edir – tərcüməçinin  qeydi.  
∗∗
  Yəni,  hədisə  görə  istənilən  işə  Allahın  adını  çəkməklə  başlayırıq.  Elə  isə 
yuxarıdakı  məqamda  Allahın  adını  çəkmək  bidət  deyildir  –  tərcümə-                
çinin qeydi.
  


186 
 
Ey  gümanın  sirayət  etmədiyi  Kəs!  Ey  vəsf  edənlərin  vəsf  edə 
bilmədikləri  Kəs!  Ey  hadisələrin  dəyişə  bilmədiyi  Kəs!  Ey 
dövrlərdən  qorxmayan,  dağların  ağırlığını,  dəryaların  çəkisini, 
yağış  qətrələrinin,  ağaclardakı  yarpaqların,  üzərinə  gecənin 
çöküb,  gündüzün  də  doğduğu  hər  şeyin  sayını  bilən  Kəs! 
Səmada,  yerdə,  dənizin  dərinliyində,  əlçatmaz  dağlarda  olan-
lardan  xəbər  tutan  Kəs!  Ömrümün  son  anlarını  xeyirli  qıl!  Ən 
xeyirli  əməllərim  ölümqabağı  etdiyim  əməllər  olsun!  Ən  xe-             
yirli  günüm  sənə  qovuşan  gün  olsun!” 
Peyğəmbər
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  bir  adama  tapşırır  ki, 
həmin  bədəvini  namazını  qılıb  qurtardıqdan  sonra  yanına  gə-
tirsin.  Peyğəmbərə  bir  az  qızıl  hədiyyə  edilmişdi.  Bədəvi  gəl-
diyində  qızılları  ona  verib  soruşur:  “Bilirsənmi,  nə  üçün  bun-              
ları  sənə  verirəm?”  Bədəvi  deyir:  “Aramızda  olan  qohumluq 
əlaqələrinə  görə!”  Alicənab  Peyğəmbər
  (Ona  Allahın  xeyir-duası  və  salamı                   
olsun!)
  gülümsəyir:  “Qohumluğun  öz  yeri,  öz  məqamı  vardır!                   
Bu  qızılları  sənə  Allahı  gözəl  şəkildə  təriflədiyin  üçün  veri-              
rəm”.  
Doğrudan  da,  bədəvinin  Allah  təalaya  yağdırdığı  tərif  söz 
xiridarlarının  belə  eynisini  söyləməkdə  aciz  qaldıqları  tərif  idi.          
Bu  tərif  yüksək  ədəb-ərkanla  deyilmişdi.  Təbii  ki,  belə  bir                  
tərif  Peyğəmbərin  təqdirinə  layiq  olmalı  idi!  Çünki  bu  söz-                    
lər  ilahi  bilik  şüalarının  işıq  saldığı,  zikr  və  şükür  duyğu-                    
sunun  parladıb-aydınlatdığı  bir  qəlbdən  çıxmışdı.  Bu  sözlər 
dinimizin  ümumi  təlimləri  və  dəlilləri  ilə  səsləşirdi... 
 
 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə