P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə58/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   54   55   56   57   58   59   60   61   ...   103

206 
 
 
 
Baş verənləri kimin ayağına yazaq? 
 
 
Bəzi  kitablarımda  şikayətlənmişəm  ki,  nə  üçün  bizdə  top-            
lantı  və  ya  konfrans  keçirilib,  aşağıdakı  problemlər  müzakirə 
edilmir:  
a)  Ərəblərin  Əndəlüsdən  qovulmasına  Allah  nə  üçün  icazə 
verdi;  
b) Nə  üçün  XII  əsrdə  xaçlılar  Qüdsü  işğal  edə  bildilər  və s. 
Dini  tədrisdəki  nizamsızlıq  və  özbaşınalığın  nəticəsində 
“Qadınlara  toxunmaq  dəstəmazı  pozurmu?”  problemi  “Şura 
liderlərə  zəruridir  ya  yox?”  problemindən  daha  aktual  sayıl- 
mışdır. 
Doğrudan  da,  bu,  əqli  gerilikdir,  dözülməz  davranışdır! 
İbn  Teymiyyənin  həbs  edilməsi  səbəblərini  araşdırıram.                  
Nə  görsəm  yaxşıdır:  bid`i  boşanma  formasını  qəbul  etmədiyi 
üçün,  qəsdən  namazı  tərgitənin  qəza  namazı  qılmayacağını  
dediyi  üçün  həbsə  məhkum  edilmişdir.  Dinin  ikinci  dərə-                  
cəli  məsələlərinə  görə  ümmətin  alimini  həbs  etmişlər!  Mə-                 
gər  islam  icazə  verir  ki,  atlar  kimi  insanı  da  axura  bağlaya-                    
san?  Məgər  müsəlman  tarixçi  bu  cür  “qəribəlik”lərə  susqun 
qalmalıdır?! 
Dünya  gələcəyə  sarı  iri  addımlarla  irəliləyir,  təbiət  elmlərini 
öyrənir;  xalqlar  və  millətlər  təbiətdəki  imkanlardan  istifadə 
üstündə  bir-biri  ilə  yarışırlar.  Bir  tək  müsəlman  zehniyyəti  öz 
qısırlığını  “qoruyub”  saxlayıb.  Bu  işdə  müsəlmanlar  yalnız 


207 
 
özlərini  qınamalıdırlar.  “Qatar”ı  qaçırmış,  özləri-özlərinin  ba-  
şına  iş  açmış,  dünya  və  axirətlərini  əldən  çıxarmışlar! 
Tarix  öz  təcrübəsini  övladlarına  danışan,  bununla  da,  on-              
ların  gələcəyinə  zamin  duran  atanı  xatırladır.  Bu  “ata”  ağıllı                   
və  müdrik  olmalıdır  ki,  verdiyi  öyüd-nəsihət  nəticəsiz  qal- 
masın... 
İslama  görə  ədalətlə  hökmranlıq  edənlərə  çoxlu  savab  var-              
dır;  adil  hökmdarlardan  Allah  razı  qalar.  Onlar  qiyamət  günü 
Onun  kölgəsinə  sığınacaq  ilk  insanlardır! 
Amma  tariximizdə  ədalətli  hökmdarlara  az  rast  gəlinir.           
Çünki  çoxlarının  nəzərində  hakimiyyət  şəhvətpərəstliyə  xid-                
mət  edən  vasitə  idi  və  onlar  səltənət  sahibi  olmaq  üçün  nə-                  
lər  etməmişdilər  ki?!  Amma  layiq  olduqları  üçün  hakimiy-               
yətə  gələnlər  onu  canları  ilə  qorumuşlar.  Düşünürəm  ki,  aşa-                 
ğıdakı  ayə  də  belələri  haqdadır: 
“Biz  bu  axirət  yurdunu  yer  üzündə  təkəbbürlük  etməyən-              
lərə  və  fitnə-fəsad  törətməyənlərə  qismət  edərik.  (Ən  gözəl) 
aqibət  ancaq  Allahdan  qorxub  pis  əməllərdən  çəkinənlərin-            
dir!”  (əl-Qəsəs, 83). 
Çox  az  hökmdarın  islama  faydası  dəymişdir.  Onlar  bu  di-               
nin  sərhədlərini  genişləndirmişdilər.  Bu  böyük  siyasətçilərin 
başında  Raşidi  xəlifələri  (Həzrəti  Əbubəkr,  Ömər,  Osman  və              
Əli  –  mütərcim)  gəlir.  Tariximizdə  özlərini  Allaha  və  ümmətə 
həsr  etmiş  hökmdarlar  da  olmuşdur.  Onlar  Allahdan,  Allah                 
da  onlardan  razı  qalmışdır! 
Təəssüf  ki,  islamın  böyük  hamilərinin  din  və  ümmət  yo- 
lundakı  xidmətləri  haqda  sanballı  əsərlər  qələmə  alınmayıb. 


208 
 
Onların  xidmətləri  haqda  məlumat  müxtəlif  mənbələrdə  da- 
ğınıq  şəkildə  mövcuddur.  
Xilafət  haqda  yazılmış  kitabları  vərəqlədikdə  görürəm  ki,              
əsas  “qayğı”  mənfi  halların  (faktların)  üzə  çıxarılıb,  şanlı  tari-                
xin  ört-basdır  edilməsinə  yönəlib.  Sanki  xəlifəlik  tarixi  yalnız 
fitnə-fəsad  tarixi  imiş! 
Bəli,  xəlifəlik  tarixi  kitabların  əsas  səhifələrinə  qızıl  hərf-               
lərlə  yazılmağa  layiq  olmadığı  kimi,  alt  və  kənar  haşiyələrlə                   
də  məhdudlaşdırılmamalıdır.  Sanki  kimsə  İlk  Nəsil  müsəl-
manlarının  şanlı  tarixinin,  tərifəlayiq  nailiyyətlərinin  üstünü 
örtüb-basdırmaq  istəyir... 
Azərbaycandakı  müsəlmanların  xəbərlərini  oxuyuram.  On-             
lar  rus  təzyiqinə  sinə  gərir,  dini  inanclarını  qurtarmağa  çalı-             
şırlar.  Məlum  olduğu  kimi,  bu  torpaqlar  üçüncü  xəlifənin 
(Həzrəti  Osmanın  –  mütərcim)  zamanında  fəth  edilmişdi. 
Azərbaycan  və  digər  qonşu  ölkələr  Sovet  İttifaqının  cənub 
hissəsini  əmələ  gətirir


Şagird  və  tələbələrimizin  bundan  xəbərləri  yoxdur.  Onla-               
rın  bu  korluğunu  aparacaq  açıq-aydın  “xəritə”  də  mövcud 
deyildir.  Bu  da  azmış  kimi,  tələbələrimizə  Həzrəti  Osmana 
yaxılmış  bəzi  iftiralar  öyrədilir.  Guya  o,  bərk  qohumbaz  imiş;  
bəzi  qohumlarının  tərəfini  saxlayırmış!!!  
Tədris  olunmalıdır  ki,  səhabələr  dünyanın  mənzərəsini  necə 
olub  ki,  dəyişə  biliblər?  Bəli,  onların  fəaliyyətini,  prinsip  və  hə- 
yata  baxışlarını  şagirdlərimizə  öyrətməliyik! 
                                                 

  Kitabın  yazıldığı  dövrü  (1990-1991)  nəzərə  alsaq,  yuxarıdakı  sətirlər            
bizdə  təəccüb  oyatmayacaqdır – tərcüməçinin qeydi.  


209 
 
Ərəblər  həmin  prinsiplərə  sarıldıqları  üçün  cahiliyyət  ka-
hasından  qurtulmuşdular.  Onların  əlində  qaranlıqları  aydın-
latmış,  yer  üzünü  min  il  ərzində  zinətləndirmiş  bir  mədəniy-             
yəti  yaradan  kitab  vardı... 
Bütün  bunlar  ilk  dörd  böyük  xəlifənin  zamanında  baş  ver-
mişdi... 
Bu  şanlı  işlər  haqda  tələbələrimizə  təfsilatı  ilə  danışmaq 
Cəməl,  Siffin  və  zehinlərdə  mənfi  izlər  qoymuş  digər  hadisə-              
ləri  tədris  etməkdən  daha  faydalıdır.  İzah  edilib  əbədiləşdi- 
riləcək  şanlı  hadisələr,  tarixi  nailiyyətlər  tədrisdən  nə  üçün  də 
kənarda  qalmalıdır?! 
Tarixdəki  səhvlərimizi  inkar  etmək  fikrim  yoxdur.  Amma       
yaxşı  olardı  ki,  bu  səhvlərdən  din  və  dünya  üçün  etdikləri-                
mizi  öyrənib  öyrətdikdən  sonra  danışaq.  
Laqeydliyimizi  kimin  ayağına  yazmalıyıq? 
 
 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə