P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə38/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   34   35   36   37   38   39   40   41   ...   103

134 
 
qaldırması  doğrudurmu?  Nemət  Allahın  əlindədir,  istədiyinə               
də  bəxş  edir.  Ayədə  deyildiyi  kimi: 
“(Allah)  Öz  nemətini  istədiyi  şəxsə  aid  edər.  Allah  bö-                    
yük  kərəm  sahibidir!”  (Ali-İmran, 74). 
İbn  Ətaullah  əs-Səkəndərinin  də  sözü  bu  məqamda  ye-                 
rinə düşür: 
“Səni  tərifləyən  şəxs,  əslində  Allahın  sənə  verdiyi  nemət-                
ləri  tərifləmişdir.  Odur  ki,  böyüklük  səni  tərifləyəndə  deyil,                
səni  həmin  tərifə  layiq  gördürəndədir”.  
Adəmin  oğullarından  biri  Ağılsız  Mütəkəbbirin  (İblisin) 
təşəxxüs  satdığı  həqiqətdən  xəbərdar  idi:  İblis  lovğalanaraq 
özünü  Adəmdən  üstün  tutmuş,  sonra  isə  onun  bəzi  övladla-          
rına  qarşı  öz  “əsgər”lərini  yetişdirmişdir.  Allaha  yaxın  olduq-         
dan  sonra  Ondan  uzaqlaşmaq  necə  də  şər  davranışdır! 
Təəccüblüdür  ki,  nəfsə  ibadət  xəstəliyi  İblisdən  bəzi  din-
darlara  da  keçmişdir.  Bu  dindarlar  eyiblərini  düzəldib,  dinə               
güc  qatmaq  əvəzinə,  nəfsləri  ətrafında  dövrə  vurur,  iba-              
dətlərini  riya  ilə,  nəfsə  itaətkarlıqla  zay  edirlər.  Hədislərin  bi-
rində  deyilir  ki,  Qiyamət  günü  məhz  belələri  ilk  olaraq 
cəhənnəmə  vasil  ediləcəklər
1
.  Faydasız  elmdən  Allaha  sığını-             
rıq... 
Özlərini  dindar  adlandıran  bəzi  insanlara  baxıram:  çöhrə-    
lərini  qaraqabaqlıq  basıb,  xasiyyətlərində  mənfurluq  vardır;               
heç  nə  üstündə  digərlərinə  qarşı  dikbaşlıq  edirlər... 
Unudurlar  ki,  din  Allah  naminə  təvazökar  davranmaqdır, 
əxlaqda  mülayim  olmaqdır,  fərd  və  camaat  üçün  Allahdan 
                                                 
1
 Hədisi Tirmizi  rəvayət  etmişdir. 


135 
 
bağışlanma  diləməkdir,  zahirdə  və  batində  Allahın  rəhmə-                
tinə  möhtaclıq  hiss  etməkdir.  Onlar  az  elm  və  bol  iddialar-             
la  Cənnətə  aparan  yolun  onda  doqquzunu  qət  ediblərmiş                 
kimi  başqalarına  çəp-çəp  baxırlar... 
Xeyir  görsələr,  üzlərini  yana  tutarlar,  şər  görsələr,  böyü-                
dərlər.  Şair  də  gözəl  deyib: 
 
Qulaqları  şəkk-şübhə  duyarsa, sevinclərinin  həddi-hüdudu  olmaz, 
Saleh  əməl  haqda  eşitdikdə yorğunluq  hiss  edər,  qeybə  çəkilərlər. 
 
Onlar  öz  elmi  dühaları  iləmi  öyünürlər?  Elmi  səviyyələrinə 
baxıram:  kainata,  təbiətə  dair  bilikləri  sıfırdır,  humanitar 
elmlərdən  də  xəbərləri  yoxdur.  Dini  biliklərinə  gəlincə,  bəlkə               
də,  ikinci  dərəcəli  fiqhi  məsələlər  haqda  nəyisə  öyrənmişlər. 
Amma  bu  biliklə  Qiyamət  günü  mizan-tərəzinin  gözünə                
vəzndə  ağır  bir  şey  qoymaq  mümkün  deyildir...  Yerdə  qalanı               
isə  vəhşət  küləyinin  əsdiyi  bir  boşluqdur... 
Bu  ümmətin  başına  həmin  adamların  gətirdikləri  bəlalar              
necə  də  dəhşətlidir! 
 


136 
 
 
 
İsgəndəriyyə kitabxanası  
və mədəni qəsbkarlıq 
 
 
Müasir  dövrdə  mədəni  qəsbkarlıq  düşüncəmizi  zəhərlə-               
mək,  ümmətimizi  əzmək  üçün  süni  peyklərdən  belə  istifadə               
edir.  Odur  ki,  müdafiəni  gücləndirib  hücumları  dəf  etmək              
üçün  gücümüzü  birləşdirməli  idik.  Amma  abırsızın  biri  gəlib 
dikbaş-dikbaş  deyir:  “Cəhmiyyəyə

  savaş  açmaq  lazımdır!”  
Düşmən  dünənin  düşməni,  meydan  köhnə  meydan,  vasi-               
tələr  də  ənənəvi  vasitələr  deyildir!  Yeni  düşmənlər,  yeni  sa-                
vaş  meydanları,  yeni  vasitələr  ortaya  çıxıb!  Quran  və  Sünnəyə 
xidmət  göstərmək  üçün  yeni  düşüncəyə,  uzaqgörənliyə  ehti-               
yac  vardır! 
Kitab  əhlinin  xəstəliyi  bir  qrup  müsəlmana  da  sirayət  edib, 
ağılları  qısırlaşıb,  qəlbləri  də  daşlaşıb.  Dilləri  ancaq  hərzə-  
hədyan   danışar,   görünüşlərinə   də   təkəbbür   hakimdir! 
Bir  dəfə  dostum  və  mən  elmi  söhbətlərin  birində  iştirak 
edirdik.  O  tip  insanlardan  biri  mənə  yaxınlaşdı:  “Siz  hələ  də 
Əzhərdə  üç  dinimi  tədris  edirsiniz?”  Üç  məzhəbi:  İmam  Əbu 
Hənifənin,  İmam  Malik  və  İmam  Şafeinin  məzhəblərini  nə-           
zərdə  tuturdu.  Üzünə  baxdım,  ümmətin  halına  acıdım... 
                                                 

  Cəhmiyyə:  Cəhm  ibn  Səfvanın  yaratdığı  cərəyanın  adı.  Cəhmilər  iddia 
edirdilər  ki,  insan  heç  bir  iradəyə  sahib  olmayıb,  daşlar  və  minerallar                
kimi,  cansız  təbiətin  bir  parçasıdır.  Habelə,  cəhmilər  düşünürdülər  ki, 
cənnət  və  cəhənnəm  əbədi  deyildir – tərcüməçinin qeydi. 


137 
 
Müasir  islam  oyanışı  belələrindən  uzaq  tutulmalıdır  ki,               
inkişaf  etsin,  genişlənsin. 
Avropa  və  Amerika  universitetlərində  islamı  qeyri-obyektiv 
şəkildə  tədris  edirlər.  Tədris  və  tədqiqat  metodikası  ağ  ya-            
lanlara  əsaslanır.  Professorlar  ya  qəlblərinə  əsrlərin  kin-küdu-            
rəti  kök  salmış  yəhudilərdir,  ya  sanki  həyatlarını  müdafiə 
edirmişlər  kimi,  Allaha  müharibə  elan  edən  ateistlərdir,  ya  da 
Məhəmməddən  qan  axıdıb  intiqam  almaq  istəyən  səlibçilər-         
dir! 
Bəli,  Qərbdə  azad,  obyektiv  araşdırmalar  aparılmır.  Əksinə,              
bu  günlərdə  Sorbon  universitetinin  İslam  tədqiqatları  bölməsi 
bəzi  elm  adamları  və  ədiblərimizlə  ortaq  olub,  İbn  Ərəbinin              
“əl-Fütuhat  əl-Məkkiyyə”  əsərini  nəfis  tərtibatda  çap  etdirmək 
fikrinə  düşüb.  Qərb  İbn  Ərəbinin  fikirlərini  İslam  dünyasında 
yaymaq  istəyir,  çünki  Avropanın  həmin  fikirlərə  ehtiyacı  var- 
dır
1
... 
Parisdə  İslam  Tədqiqatları  Mərkəzinin  sədri,  professor  Ər-
kunun

  Qərbə  dost,  Quran  və  Sünnəyə  isə  düşmən  münasi-             
bəti  bizi  üzmüşdür.  Onun  “qızdırmalı”  fəaliyyəti  ərəblərin  və 
müsəlmanların  əleyhinə  yönəlib. 
Biz  əvvəlki  yazılarımızda  professor  Ərkunun  sirrini  faş  edib, 
İslama  olan  mövqeyini  təfsilatı  ilə  üzə  çıxarmışıq.  
                                                 
1
 Beyrutdakı  bir  mərkəz  Ərkunun  əsərlərinin  tərcümə  və  nəşri  ilə  məşğul- 
dur.  İstəyirlər  ki,  saxta  fikirlər  islam  coğrafiyasında  özünə  yer  etsin,  elmi 
stabilliyə  xələl  gətirsin.  Zir-zibili  zər-zibaya  bükmək  buna  deyərlər! 

  Məhəmməd  Ərkun  (1928-2010):  Əlcəzairli  mütəfəkkir,  akademik-
araşdırmaçıdır – tərcüməçinin qeydi. 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə