P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə34/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   30   31   32   33   34   35   36   37   ...   103

120 
 
yub,  keçək  yeni  saxtakarlıqlara.  Hey  səs-küy  və  haray-həşir 
qoparan  bir  islam  “hərəkat”ına  rəhbərlik  etdiyini  car  çəkən                 
şəxs  deyir:  “İslam  hücum  müharibəsinə  əsaslanır,  hərbi  eks-
pansiyalara  söykənir,  başqaları  ilə  münasibətlərdə  qılıncdan              
əsas  tənzimləyici  vasitə  kimi  istifadə  edir”.  Bu  da  azmış                         
kimi  həmin  şəxs  bu  əcaib  fikirlərə  arqument  də  tapır:  “Pey- 
ğəmbər  Mədinədən  ona  görə  çıxmışdı  ki,  Qüreyşin  karva-              
nına  hücum  etsin.  Peyğəmbər  məhz  bu  yolla  əmin-aman-                    
lığı  təmin  edirdi.  Onlar  düşmənin  hərbi  təcavüzünə  məruz 
qaldıqları  üçün  Mədinədən  çıxmışdılar!” 
Bu,  olduqca  “sısqa”  və  puç  iddiadır.  Mədinədəki  müsəl-  
manlar  öz  yurdundan  çıxarılmışdılar;  var-dövlətləri  müsadirə 
olunmuşdu,  inancları  və  ibadətləri  təhqir  edilmişdi;  din  qar-
daşları  əzab-əziyyətə  düçar  qalmış,  hüquqları  ayaqlar  altında 
atılmışdı.  
Müsəlmanların  bütün  bunları  törətmiş  düşmənlərin  hərbi 
təcavüzünə  məruz  qalmağı  faktını  hücum  (həmlə)  müharibə-                
si  necə  adlandırmaq  olar  axı?!  Bir  o  qalmışdı  ki,  yəhudilər               
indiki  dövrdə  ərəbləri  çağırdığı  kimi,  biz  də  mədinəli  mü-
səlmanları  terrorçu  deyə  çağıraq!  Ərəbləri  ev-eşiklərindən  di-
dərgin  salan  da  onlardır,  terrorçu  adlandıran  da! 
Bəla  burasındadır  ki,  islamın  adından  danışanların  bəsi-             
rətləri  sönük,  şüurları  da  cılızdır!  Daha  dəhşətlisi  budur  ki,             
onlar  həmin  xəstə  təfəkkürü  islam  olaraq  təqdim  edirlər, 
barəsində  kitablar  yazır,  strategiya  cızırlar. 
Bu  xəstə  təfəkkür  sahiblərinin  əksəriyyəti  bilmir  ki,  ailə-                 
nin  cəmiyyətdəki  rolu  nədir?  Qadının  ailədə  oynadığı  roldan               
isə  əsla  xəbərləri  yoxdur.  İslamın  adından  uydurduqları  ən            


121 
 
böyük  şayiə  ondan  ibarətdir  ki,  islam  qadına  həqarətlə  ba-                    
xır,  insan  olaraq  onun  haqlarını  tanımır.  Dünya  ictimaiyyətin-             
də  belə  bir  yanlış  fikir  yayğındır  ki,  islam  qadına  düşməndir;              
ona  zülm  edir,  ucalmaq  istədiyində  tutub  ətəyindən  dartır... 
Dünyada  qadınlar  elə  güman  edirlər  ki,  islam  onlara  nif-                 
rət  bəsləyir,  onları  həyatdan  təcrid  etmək  üçün  ölümü  ən 
münasib  vasitə  bilir! 
Həzrəti  Məhəmməd
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  aləmlərə              
rəhmət  olaraq  göndərilmişdi.  Qadınların  bu  ümumi  rəh-            
mətdən  nəsibi  budur  ki,  bəşəri  səviyyələri  yüksəlsin  deyə              
savad  alsınlar,  mənəvi  dünyaları  təmizlənsin  deyə  imanlarını 
artırsınlar,  Quranda  vacib  qılınmış  “əmr  bil-məruf  və  nəhy               
ənil-münkər”

  vəzifəsinin  öhdəsindən  gəlmələri  üçün  sosial  
şüura  sahib  olsunlar... 
Qadınları  erkəklərə  aşna  (kəniz,  məşuqə)  olsunlar  deyə 
bərbəzək  içərisində  böyüdüb  boya-başa  çatdırmaq  düşüncə-            
sinə  gəlincə,  bu,  heyvan  məntiqidir.  Özlərini  yalandan  sələ-                     
fi  adlandıranlar  hər  nə  qədər  buna  çağırış  etsələr  də,  bu  mən-              
tiq  Erkən  Nəsil  (Sələfi-Əvvəl)  müsəlmanlarına  yad  idi.  
Şərəfli  Kitabımızda  insanlıq  münasibətləri  qardaşlıq  və 
qarşılıqlı  canyandırma  prinsiplərinə  əsaslanır.  Buna  rəğmən,             
mən  dövrümüzdə  bir  müsəlman  kişinin  qeyri-müsəlman  qa- 
dınla  evlənməyinə  xoş  baxmıram.  Amma  mən  müsəlman  kişi                
və  kitab  əhlindən  olan  həyat  yoldaşı  arasında  sevgi,  məhəb-                    
bət  və  dostluq  münasibətlərini  bərqərar  qılan  islam  hökmü-                  
nə  də “yox”  deyə  bilmirəm!  
                                                 

 Yaxşılığı  əmr  edib,  pis  əməllərdən  çəkindirmək  vəzifəsi.  


122 
 
Bu  problemi  başa  düşmək  üçün  uzun-uzadı  danışmağa  gə-              
rək  yoxdur.  Ancaq  onu  demək  istəyirəm  ki,  Allah  bizləri                       
bir-birimizə  kin  bəsləmək  üçün  deyil,  bir-birimizlə  tanış                      
olaq  deyə  qəbilələr  və  xalqlar  halında  yaradıb.  Biz  başqa  in-
sanlarla  yaxın  olduqda  onlara  sahib  olduğumuz  nəcib  key-
fiyyətləri,  dinimizin  bəxş  etdiyi  rəhmdillik  və  comərdlik  xə-
zinələrini  göstərmək  imkanı  qazanırıq.  Məhz  bu  keyfiyyətlərlə 
özümüzü  onlara  sevdirə  bilərik.  Və  bu,  onların  islama  rəğ-                  
bət  bəsləyib  valeh  olmalarına  əngəl  törədən  sədləri  yıxıb 
uçuracaqdır. 
Danılmaz  reallıqdır  ki,  Roma  müstəmləkəçiliyi  buxovları 
qırıldıqdan  sonra  xalqların  islamı  qəbul  etmələri  səhabələr                     
və  tabein  mənsublarının  üstün  keyfiyyətləri,  tərifəlayiq  dav-
ranışları  fonunda  sürətlə  baş  vermişdi.  
Bəli,  sələflərimizin  mülayim  əxlaqı,  saf  davranışları  (həyat 
tərzi)  ölkələr  fəth  etmişdir.  Bu  fatehlər,  əslində  azadlıq  car-             
çıları  idilər:  məzlum  qardaşlarını  azad  edir,  zülmün  buxovla-              
rını  qırır,  tapdanmış  haqlarını  geri  qaytarırdılar. 
Bəli,  onlar  öz  halları  ilə  insanları  islamı  seçməyə  hə-
vəsləndirmiş  sələflərimiz  idilər... 
Bəs  bugün  nəyin  şahidi  oluruq?  Nadanlar  alimlərə  hədə-              
qorxu  gəlirlər!  Maniya

  xəstələri  sağlam  fitrət  sahiblərini  hə-
dələyirlər.  Avamlar  atomu  parçalayanları  taxta  qılınclarla  qor-
xutmaq  istəyirlər!  Adi  kitabı,  bəlkə  də  heç  üzündən  oxuya 
bilməyən  savadsızlar  ali  təhsilli  qadınlara  “xox”  gəlirlər... 
                                                 

  Maniya:  bir  şeyə,  bir  fikrə  həddindən  artıq  mübtəla  olmaqdan  iba-                 
rət  ruhi  xəstəlik – tərcüməçinin qeydi


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə