P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə31/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   27   28   29   30   31   32   33   34   ...   103

110 
 
İnsanlar  Allah  haqqında  nə  qədər  danışsalar  da,  bəşəri  nitq              
və  idrak  Onu  olduğu  kimi  təsvir  edə  bilməz.  Allah  ən  bö-             
yükdür,  ən  ucadır,  ən  möhtəşəmdir! 
Müsəlmanın  avamı  da,  alimi  də  həmrəydir  ki,  “Ona  (Al-              
laha)  bənzər  heç  bir  şey  yoxdur.  O,  (hər  şeyi)  eşidəndir,  (hər 
şeyi)  görəndir!”
1
 
Onlar  yekdilliklə  təsdiqləyirlər  ki,  bütün  varlıq  aləmini: 
mələkləri,  cinləri,  insanları,  bitkiləri,  cansız  təbiəti  Allah 
yaratmışdır.  Çünki  Allah  varlıq  aləminə  “Ol!”  deyib,  o  da                 
olub! 
Yaratma  və  himayə  şüası  kəsilən  kimi,  hər  şey  yox  olur!                     
Bu  şüanı  kimsə  tutub  saxlaya  bilməz! 
Orta  məktəbdə  müəllimlərindən  biri  bizə  belə  demişdi: 
“Mö`təzililər

  Allahı  cənnətdə  görəcəyimizi  inkar  edirlər. 
Bildirirlər  ki,  görmə  istiqaməti,  istiqamət  məkanı,  məkan 
materiyanı,  materiya  da  yaradılmanı  göstərir.  Allah  bütün 
bunlardan  uzaqdır.  (Müəllimim  sözünə  davam  edir:)  Bu 
deyilənlər  bizə  lazım  deyil.  Quranda  möminlər  üçün  təsbit 
edilmiş  “görmə”  başqa  şeydir  və  mö`təzililərin  qoyduğu  hə-               
min  qayda-qanuna  tabe  deyildir...  Metafizik  və  ya  qeyb  alə-           
minin  özünəməxsus  qanunauyğunluqları  vardır  və  bu  qa-
                                                 
1
 “əş-Şura” surəsi, 11-ci ayə.  

  Mö`təzililər:  islam  fikri  tarixində  ilk  rasional  cərəyan  sayılan 
mö`təzililiyin  tərəfdarlarına  verilmiş  ad.  Banisi  Vasil  ibn  Əta  (vəfatı  –               
749)  olan  bu  cərəyan  yarandığı  ilk  dövrlərdə  yad  rasional  təlimlərdən             
islamı  müdafiə  etsə  də,  sonralar  öz  rasionallığında  ifrata  varmaqla  ha-               
milik  statusundan  məhrum  olmuş,  mütəkəllim  və  üsul  alimlərinin 
hücumuna məruz qalmışdır – tərcüməçinin qeydi. 


111 
 
nunauyğunluqlar  bizim  dünyanın  qanunauyğunluqlarından 
fərqlənir.  Elə  isə  mö`təzililərin  məlum  müqayisəsi  əsassızdır!”  
Demək  istədiyimiz  budur  ki,  ixtilafa  düşməyin  heç  bir            
mənası  yoxdur.  Çünki  bir  tərəfin  təsdiqlədiyi  şey  digər  tə-             
rəfin  təkzib  etdiyi  şeyin  eynisi  deyildir.  Əş`ərilər

  bu  mü-
bahisələrə  son  qoymağa  çalışmışdılar.  Yanıldıqları  məsələlər            
də  olub,  doğru  söylədikləri  də.  Onların  xətaları  bəzi  fanatik 
hənbəlilərin  ağıllı  kəslər  tərəfindən  rədd  edilmiş  uydurma-
larından  daha  ciddi  deyildir... 
Bugün  özlərini  hər  şeyi  bilirmiş  kimi  göstərənlər  sönmüş 
“tonqal”ı  qalamaq,  qaladıqdan  sonra  körükləmək  fikrinə  düş-
müşlər.  
Özü  də  bu  cəhdlərə  biz  elə  bir  “yoxsul”  dövrdə  rast  gəli-                      
rik  ki,  müsəlmanlar  bir  parça  çörək  üçün  Qərb  elmi  və 
praktikasına  möhtacdırlar.  Həm  ağlamalı,  həm  də  gülməli 
vəziyyət  yaranıb:  bu  çoxbilmişlər  qeyb  məsələləri  ətrafında                   
elə  bir  dövrdə  mərəkə  qoparmışlar  ki,  doğma  torpaqlarında 
onlara  üstün  gəlib,  mədəniyyətin  ipini  təkcə  öz  əllərində           
saxlayan  avropalılardan  dünyəvi  elmləri  dilənirlər... 
Bu  çoxbilmişlər  Adəmin  Allahın  surətində  yaradıldığını  is-
batlamaq  üçün  dəridən-qabıqdan  çıxırlar.  Bu  şəxslərin  işlə-                
                                                 

  Əş`ərilər:  Sünni  kəlam  məktəblərindən  biri  sayılan  əş`əriliyin  tə-
rəfdarlarına  verilmiş  ad.  Banisi  Əbülhəsən  Əli  ibn  İsmayıl  əl-Əş`əri  olan 
əş`ərilik  mötəzilənin  “ilahiləşdirilmiş”  ağıl,  Quranın  sonradan  yaradıl-              
ması,  ilahi  müdaxilənin  olmadığı  mütləq  iradə  azadlığı  və  s.  İddialarına             
qarşı  çıxaraq  bu  iddialara  meydan  oxumuşdu.  O  bildirirdi  ki,  ağıl  isla-                
mın  irrasional  mahiyyətlərini  (qeyb  məsələləri  və  s.)  izah  etmək  gü-              
cünə sahib deyil – tərcüməçinin qeydi.  


112 
 
rinə  dərindən  bələd  olsan,  görəcəksən  ki,  onların  Adəmə                
aidliyi  ancaq  və  ancaq  fizikidir!  
Allahın  Adəmə  bütün  adları  öyrətməsi  baxımından  on-                 
ların  ona  aidliyinə  gəlincə,  başqalarının  kosmosa  uçmalarını, 
atomu  parçalamalarını  eşidirlər,  amma  kütbeyindirlər  ki  küt-
beyin!  Onlar  sanki  başqa  dünyada  yaşayırlar! 
Əgər  bu  insanlar  cəmiyyətdə  söz  sahibi  olsalar,  əmin  olun                
ki,  islam  oyanışı  deyilən  şey  əsla  baş  verməyəcəkdir! 
 
  
 


113 
 
 
 
Dördüncü fəsil 
TƏSƏVVÜRLƏRİN REDAKTƏSİ  
VƏ SAXTAKARLIĞIN ƏNGƏLLƏNMƏSİ 
 
 
Bəzən  Allahın  dərgahında  elm  cihadı  hərbi  cihaddan  daha 
məqbuldur.  Biliklərin  sağlamlaşdırılması  həqiqəti  ortaya  çı-            
xarır,  nəfsə  səbat  verir,  xalqları  məqsədlərinə  çatdırır. 
Böyük  dövlətlərlə  kiçik  dövlətlərin  elmi-mədəni  sahədəki 
sazişlərini  nəzərdən  keçirirəm.  Məlum  olur  ki,  güclü  və  he- 
gemon  dövlətlər  mədəni-elmi  uğurlarından  istifadə  edib  öz 
ağalıqlarını  zəif  dövlətlərə  qəbul  etdirmək  istəyirlər.  Əgər  bu               
baş  verərsə,  zəif  dövlətlərin  bəxtinə  həmişəlik  məğlubiyyət 
yazılacaqdır... 
Bu  səbəbdən  bizdə  yayğın  olan  bilikləri  diqqətlə  araşdı-             
rıram.  Söhbət  fərdi  və  sosial  planda  şəxsiyyətimizi  forma-           
laşdıran  biliklərdən  gedir.  Quran  və  Sünnə  ilə  üst-üstə  düş- 
məyən  bir  məsələyə  rast  gəldiyimdə,  təbii  ki,  həmin  mə-                     
sələ  mənim  üçün  öz  əhəmiyyətini  itirir.  Və  mən  bu  qəbil 
məsələlərin  elm  dünyamıza  necə  “sızdığını”  öyrənməyə  ça- 
lışıram.  Qarşıma  yəhudi  qissələri  (israiliyyat),  yunan  nağılla-              
rı  (yunaniyyat)  və  əcaib  ərəb  cahiliyyət  hekayətləri  (cahil-             
iyyat
) çıxır. 
Bəzən  böyük  adamlar  bu  “mədaxil”ə  aldanır,  onun  həqiqi 
olduğunu  isbatlamaq  üçün  əllərindən  gələni  edirlər.  Hətta 
onların  bəzisi  iddia  edir  ki,  Ömər  ibn  əl-Xəttab  qadınlara              


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə