105
Kəlam elmi
∗∗∗∗
haqda
bəzi qeydlər
Vacib bir məsələ haqda düşüncələrə dalmışdım. Böyük
diləyimi alçaq səslə rəbbimə ərz edirdim. Yəqinliklə bilirdim
ki, Allah məni eşidir! Hətta əmin idim ki, məndən bir mil-
yard işıq ili uzaqlıqda olan birisi də əgər əl açıb dua etsəydi,
Allah mənimlə birlikdə onu da eşidərdi!
Zaman və məkan Pak və Uca Allah üçün bir əhəmiyyət
kəsb etmir. Yerdə və göydə olan heç nə Ondan gizli qalmaz.
Ayədə də deyildiyi kimi:
“...Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə
yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!” (Hud, 61).
Qəfildən ağlıma “çağırılmamış qonaq” qəbilindən bir sual
gəldi: Görəsən, Allah bizə zatı ilə, yoxsa atributları (sifətləri)
ilə yaxındır?
“Burnunu hər yerə soxan” bu sual məndə oxuduğum ki-
tabların, tədqiqatların “səmərə”si kimi yaranıb. Onu da deyim
ki, bu işdə mən tək deyiləm. Eyni sual çoxlarının ağlına gə-
lib. Bu sual ya qarşısıalınmaz intellektual acgözlükdən do-
ğur, ya da hər şeyi bilmək istəyən nəfsin səmərəsi olaraq
meydana çıxır.
∗
Kəlam: əcnəbi dini-ideoloji və fəlsəfi təlimlərdən islamı müdafiə etmək
məqsədi ilə meydana çıxmış dini-rasional məktəb; islam sxolastikası –
tərcüməçinin qeydi.