P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə37/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   33   34   35   36   37   38   39   40   ...   103

131 
 
mişdir  ki,  İlyas  Səbti  başqalarının  yeddi  araşdırmasını  mə-
nimsəmiş,  müxtəlif  elmi  nəşrlərdə  öz  adına  çap  etdirmişdir! 
Professor  Səbti  1977-ci  ildə  İordaniyadan  ABŞ-a  köçmüş              
bir  həkimdir.  Virciniya  universitetində  doktorluq  dissertasi- 
yasını  müdafiə  etmişdir.  Təkcə  1979-cu  ildə  60  elmi  araşdır-           
ması  nəşr  olunmuşdur.  Yeddi  araşdırmasının  saxta  olduğu                    
üzə  çıxdıqdan  sonra  Virciniya  universitetindən  qovulmuş, 
Boston  universiteti  Tibb  fakültəsində  proqram  layihəsi  rəh-
bərliyindən  istefa  etməsi  tələb  olunmuşdur.  
Amerikanın  iki  məşhur  tibb  kolleci  (bizdəki  kollec  nəzər-              
də  tutulmur  –  mütərcim):  Con  Hopkinz  və  Harvard  kollec-                
ləri  rəhbərliyi  etiraf  etmişdir  ki,  bir  elmi  işçinin  tibbi  təd-
qiqatlarının  bir  sıra  nəticələri  saxtadır. 
Hətta  bir  professor  öz  həmkarlarının  40  araşdırmasını  öz  
adına  nəşr  etdirmişdir.  İş  o  yerə  çatmışdır  ki,  bu  saxtakar  in-              
san  bir  müəllifin  məqaləsini  ondan  qabaq  öz  adına  çıxıb  çap 
etdirmək  qədər  zirək  tərpənmişdir”. 
Hələ  qədimdən  mütəfəkkirlər  demişlər  ki,  biliklə  fəzilət 
(tərifəlayiq  keyfiyyətlər,  davranışlar)  arasında  heç  bir  əlaqə 
yoxdur.  Əgər  olsaydı,  bilikli  şəxslər  onlara  yaraşmayan  xəta-              
ları  əsla  işləməzdilər. 
Müsəlmanlar  Məkkədən  Mədinəyə  köçdüklərində  israiloğul-
larından  səmimiyyət  və  comərdlik  gözlədilər.  Necə  də  olsa             
Kitab  əhli  idilər!  Yəhudilər  adi  sevgini  müsəlmanlardan  əsir-
gəsələr  də,  müsəlmanlar  onlarla  dinc  yaşamaqda  xəsislik  et-
mədilər!  Yəhudilər  bədgümanlıq  girdabında  idilər.  Onlar  mü-
səlmanlara  müşriklərdən  daha  çox  nifrət  edirdilər.  Quran  ayə-              
si  endi,  müsəlmanların  sadəlövh  duyğularına  düzəliş  verdi: 


132 
 
“(Ey  möminlər!)  İndi  onların  (yəhudilərin)  sizə  inanacaq-
larına  ümidmi  edirsiniz?  Halbuki  (Musa  dövründə)  onların 
içərisində  elələri  vardır  ki,  Allahın  kəlamını  (Tövratı)  dinlə-              
yib  anladıqdan  sonra,  onu  bilə-bilə  təhrif  edirlər”  (əl-Bəqərə,  
75). 
İnsan  nəfsi  kin-küdurətlə  gəzib-dolaşırsa,  onun  istəklərinə 
boyun  əyirsə,  bu  nəfsin  qarşısını  heç  nə  kəsə  bilməz... 
İblis  çox  şeyi  bilirdi.  Düşünürdü  ki,  yer  üzünə  varis  çıx-             
mağa  (“xəlifə”  təyin  olunmağa)  Adəmdən  daha  layiqdir. 
Hesab  edirdi  ki,  “metal”ı  bərk  (iradəsi  möhkəm),  enerjisi 
tükənməzdir.  Güman  edirdi  ki,  Adəmlə,  zürriyyəti  ilə  baş   
verəcək  istənilən  qarşılaşmadan  dühası  və  hiyləgərliyi  sayə-            
sində  qalib  ayrılacaqdır... 
Bu  səbəbdən  Allah  təalaya  demişdi: 
“...Bir  de  görək  (məni  oddan,  bu  Adəmi  torpaqdan  ya-            
ratdığın  halda)  nə  üçün  onu  məndən  üstün  tutdun?  Əgər                
(məni  öldürməyib)  qiyamət  gününə  qədər  mənə  möhlət           
versən,  az  bir  qismi  istisna  olmaqla,  onun  nəslini  öz  hök-               
müm  altına  alaram  (və  ya  yoldan  çıxarıb  kökünü  kəsərəm)”             
(əl-İsra, 62). 
İblis  Adəmə  gülmüş,  onu  cənnətdən  çıxarmağı  bacarmış-                 
dı!  O,  hələ  də  Adəmin  övladlarının  çoxunu  qəflətə  salmaqda,  
xilas  qapısını  üzlərinə  bağlamaqdadır... 
Amma  iblis  bütün  məxluqatın  Allahla  əlaqəsindəki  Baş-                  
lıca  Həqiqəti  nəzərdən  qaçırmışdı!  Unutmuşdu  ki,  sınıb  məğ-              
lub  olsa  da,  rəbbinə  olan  ümidini  itirməyən  qulu  Allah  təala 
özünəvurğunluq  xəstəliyinə  tutulmuş  təkəbbürlü  quldan  üs-               
tün  tutur! 


133 
 
Unutmuşdu  ki,  tövbə  edən  asi  qul  təkəbbürlü  itaətkar-              
dan  Allahın  nəzərində  daha  sevimlidir! 
Adəm  və  zövcəsinin  dedikləri
1
 onlara  Allahın  razılığını 
qazandırdığı  halda,  İblisin  söylədiyi
2
 onu  rəzillərin  rəzili  et-                
mişdi.  
Allaha  qulluqla  müşayiət  olunmayan  geniş  biliyin,  əngin             
elmin  heç  bir  dəyəri,  qiyməti  yoxdur... 
Özünəvurğunluq,  deməli,  nəfsə  ibadət  şirkin  ən  pis  forma- 
sıdır.  Bu  səbəbdən  alimlərimiz  yekdilliklə  təsdiqləmişlər  ki, 
qəlbin  asiliyi  əzaların  asiliyindən  daha  pisdir.  
İblisin  məntiqi  başdan  ayağadək  böhtan  və  səfehlikdən 
ibarətdir.  Onun  “təbiət”i  Adəmin  “təbiət”indən  daha  şərəf-                     
li  deyildi.  Adəmə  mələkləri  aciz  buraxan  elm  öyrədilmişdi. 
Həmçinin,  Adəm  qurub-yaratmış,  iblis  isə  uçurub-dağıtmış-              
dır.  Qurub-yaradan  hara,  vurub-yıxan  hara!  
Kəndli  tarlasında  bir-neçə  ay  çalışır  ki,  sünbüllər  yetişsin.                
Bir  ziyankar  gəlib  tarlaya  od  vurur,  bir-neçə  dəqiqə  içərisin-                  
də  bütün  məhsulu  məhv  edir.  Elə  isə  onlardan  hansı  daha 
şərəflidir? 
Qeyd  olunası  başqa  bir  məqam  da  var.  Zəkalıya  zəkanı, 
istedadlıya  istedadı  verən  kimdir?  Allah!  Elə  isə  nemət  bəxş 
edilmiş  kəsin  həmin  nemətin  sahibinə  nankorluq  etməsi,  baş 
                                                 
1
 “...Ey  Rəbbimiz!  Biz  özümüzə  zülm  etdik.  Əgər  bizi  bağışlamasan,                   
rəhm  etməsən,  biz,  şübhəsiz  ki,  ziyana  uğrayanlardan  olarıq!  ...”  (əl-                  
Əraf, 23). 
2
 “...Mən  ondan  daha  yaxşıyam  (daha  üstün,  daha  şərəfliyəm).  Çünki                 
Sən məni oddan, onu isə palçıqdan yaratmışsan!” (Sad, 76).  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə