P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə36/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   32   33   34   35   36   37   38   39   ...   103

127 
 
Diqqətlə  baxdıqda  görürük  ki,  ikiüzlülük  (səmimiyyətsiz-               
lik)  qoxusu  gələn  adət-ənənələr  –  ikiüzlülük  şirkdir  –  evli-                      
liyi  insanın  qəddini  ikiqat  edən  yükə  çevirib.  İslam  dünya-                 
sının  şərqində  də,  qərbində  də  yayılmış  bu  qəddar  adətlərin 
nəticəsidir  ki,  müsəlman  gənclər  qadına  ağır  zəhmət  hesabına 
sahib  olurlar  (evlənə  bilirlər).  
Bu  səbəbdən  həmin  gənclər  Avropaya,  Amerikaya  getdik-
lərində  ac  canavar  təki  şəhvətlərini  təmin  edirlər.  Çünki                   
halal  qapısı  ağır  rəzələrlə  bağlanmış,  harama  aparan  min  bir                 
yol  açılmışdır! 
Deməli,  bu  qəddar  adət-ənənələrə  görə,  bir  ana  öz  uşaq- 
larının  dərs  tapşırıqlarını  yerinə  yetirib-yetirməməklərinə  nə-
zarət  edə,  onlara  tutarlı  fikir  söyləyə  bilməz.  N-e-c-ə?  Bəli,                 
düz  eşidirsiniz:  qadın  savadsız  olmalıdır!!! 
Habelə,  qadın  öz  ümmətinin  sionistlərlə,  səlibçilərlə  olan 
problemləri  haqda  heç  nə  öyrənməməlidir!  Əgər  o,  ümmə-              
tinin  məhəlli  işlərindən  bixəbərdirsə,  onun  beynəlxalq  prob-
lemlərini  haradan  bilsin?! 
Başqa  qadınlara  dünyagörüşünü  genişləndirmək,  uğurlu 
idarəetməni  öyrənmək  olar,  müsəlman  qadınlarına  isə  olmaz! 
Müasir  dünyada  qadınlar  kosmosu  fəth  edirlər,  biz  isə  fit-               
va  veririk  ki,  qadının  evdə  namaz  qılmağı  Peyğəmbər  məs-
cidində  namaz  qılmağından  daha  fəzilətlidir.  Yox,  yox,  qoy  
həmin  məscidə  getsin,  amma,  yaxşı  olar  ki,  orada  özünə  qa-             
ranlıq  bir  künc  seçsin!  
Ağıllı  və  bilikli  insanlar  yuxudan  tez  ayılmalı,  modern  mə-
dəniyyətin  qarşısına  sağlam  islam  alternativi  ilə  çıxmalı  idilər! 
Onlar  hey  hücum  çəkən  fitnəni  dayandırmalı  idilər.  Bu  elə                   


128 
 
bir  fitnədir  ki,  onu  ancaq  Peyğəmbər  və  səhabələrinin  za-
manında  tətbiq  olunmuş  islam  dayandıra  bilər,  şüursuz  ba-
şıboşların,  dünyaya  nümunə  olmağı  bacarmayanların  təmsil 
etdiyi  islam  deyil! 
Peyğəmbər
  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  ordunun  arxasınca             
gedən,  tibbi  və  digər  dinc  yardımları  göstərən  qadınları  mü-
kafatlandırmışdı... 
Qadınlar  “Əqəbeyi-kübra”  və  “Ağacaltı”  bey`ətlərində  Pey-
ğəmbərə  sadiqlik  andı  içmişdilər.  Peyğəmbər  eşidəndə  ki,                 
bəzi  qadınlar  kafirlərlə  savaşmışlar,  bərk  sevinmişdi... 
Elə  isə  nə  üçün  bəzi  şeyxlər  (alimlər)  islamı  qadın  həbs-            
xanası  halına  gətirməkdə  maraqlıdırlar? 
Hal-hazırda  bəziləri  istəyirlər  ki,  İslam  ümməti  bu  iki-              
sindən birini seçsin:  
a) ya  qadını  dörd  divar  arasında  həbs  etsin;  
b)  ya  da  onu  küçəyə  atsın  (yəni  küçə  qadını  halına  gətir-              
sin).  
Bu, iki şərdən birini seçmək deməkdir!  
Nə  üçün  qadın  problemi  ilə  əlaqədar  olaraq,  Peyğəmbər                 
və  Raşidi  xəlifələri  dövrü  əsasında  islam  alternativi  irəli  sü-
rülmür? 
Dinimiz  mədəni  və  hərbi  qəsbkarlıq  qarşısında  nəticəsi 
qorxuducu  olacaq  məğlubiyyətlərlə  üz-üzədir.  Milçək  bal  qa-            
bına  düşüb  adamın  ürəyini  necə  bulandırırsa,  bəzi  müsəl-                 
man  müəlliflər  də  Quran  və  Sünnə  “qabı”na  düşüb  eyni  tə-
əssüratı  oyadırlar... 
 


129 
 
Elə  dəvətçilər  vardır  ki,  Qiyamət  günü  fitnəkarlar  olaraq 
dirildiləcəklər.  Çünki  onlar  dövrümüzdə  islama  dair  yanlış 
təsəvvürlərin  yaranmağına  səbəb  olur,  Allaha  və  peyğəmbə-              
rinə  əziyyət  edirlər.  Elə  bil  ki,  bu  insanların  vəzifəsi  insan-                  
ları  Allahın  yolundan  uzaqlaşdırmaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


130 
 
 
 
“Nəfsə qul olmaq” problemi 
 
 
Həqiqəti  bilməyənlər  bəzən  hirslənir,  bəzən  də  özlərindən  
çıxa  bilirlər.  Amma  elə  ki  həqiqəti  öyrəndilər,  sakitləşirlər, 
danışıqlarına  da  mülayimlik  qonur.  Bir  çox  xoşagəlməz  dav-
ranışların,  əxlaqdan  kənar  hərəkətlərin  və  qarşı  tərəfi  kiçik 
görməyin  kökündə  cəhalət  (nadanlıq, bilməmə) gizlənir.  
Belə  olduqda  çatışmazlığı  aradan  qaldırmaq  asandır:  yetər               
ki,  həmin  kəsə  həqiqəti  başa  salasan,  gözündəki  pərdəni 
qaldırasan.  Vay  o  gündən  ki,  cahil  adam  həqiqəti  görsün,                     
amma  nadanlığının  daşını  atmasın,  xətasını  da  boynuna  al- 
masın!  Çünki  öyrəndiklərinin  ona  faydası  toxunmaz.  
Aydın  məsələdir  ki,  bəzi  insanlar  müalicəsi  qeyri-mümkün  
gizli  xəstəliklərdən  əziyyət  çəkirlər.  Elmin  çoxluğu  bəzən  bu 
xəstəlikləri  müalicə  etmir,  əksinə,  gücləndirir,  onların  məhve-            
dici  təsirini  intensivləşdirir.  Bəlkə  də,  məhz  bu  cəhət  yüksək             
elmi  dairələrə  aid  bəzi  insanların  “səthiliy”inə  aydınlıq  gəti-                
rir.  
Əvəz  Mənsurun  bir  yazısını  oxumuşdum.  Elmi  saxtakarlığa 
imza  atmış  bəzi  “alim”lərdən  bəhs  edirdi.  Məqalədə  oxu-                
dum: 
“Ağrıdıcı  haldır  ki,  həmin  saxtakarlardan  biri  də  iorda-                  
niyalı  bir  gəncdir.  Adı  İlyas  Səbtidir,  professordur,  27  yaşı  var. 
“Sayns”  jurnalının  1980-ci  il  iyun  ayı  nömrəsində  bildiril-             


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə