pilalda müalicə olundu, həmin ilin aprel ayında ABŞ-da
səfərdə olarkən orada xəstəxanada yatmalı oldu. Bu, Azər
baycan elitasının müəyyən qismi üçün əsl sınaq dövrü idi.
Müxalifətin kəskin təzyiqi şəraitində Yeni Azərbaycan Par
tiyasının bir neçə üzvünün bu partiyadan çıxması elita sıra
larında parçalanm a barədə şayiələrin güclənməsinə səbəb
oldu. 1998-ci il yanvarın 22-də Avropa Şurası Parlament
Assambleyasının
(AŞPA)
məruzəçiləri
J.Bomel
və
C.Kolerfayt Bakıya gəldilər. Bu məmurlara tapşırıq veril
mişdi ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə
yekun sənəd hazırlasınlar. Prezident onlara bildirdi ki,
Azərbaycan qanunvericiliyi yaxın 2-3 ildə Avropa stan
dartlarına
maksimal dərəcədə yaxınlaşdırılacaqdır (bax:
Ə.Həsənov. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə
münasibətləri (1991-1996). Bakı, 2000).
Yanvarın 29-da Prezident Azərbaycan Respublikası ilə
Avropa Şurası arasında əməkdaşlığın gücləndirilməsi təd
birləri barədə sərəncam imzaladı. Sərəncama əsasən, Prezi
dent yanında hüquqi islahatlar komissiyasına tapşırılırdı ki,
AŞPA ekspertlərinin köməyi ilə Polis haqqında, Prokuror
luq haqqında, Vəkillik haqqında, N otariat haqqında, Bələ
diyyələrin statusu haqqında və s. qanun layihələrinin «es
kizlərini» hazırlasın, Cinayət Məcəlləsinin, Cinayət-proses
sual Məcəllənin və Mülki-prosessual Məcəllənin Avropa öl
kələrində qəbul edilmiş standartlara müvafiqliyi təmin edil
sin. Fevralın 6-da Prezident «Azərbaycanda ölüm hökm ü
nün ləğv edilməsi haqqında» öz müraciətini Milli Məclisə
göndərdi, fevralın 22-də isə «İnsan və vətəndaş hüquqları
nın və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haq
qında» Fərm an imzaladı. 1998-ci il aprelin 27-də Preziden
tin İcra Aparatı «Azərbaycan Respublikasının Prezidenti
nin seçkiləri haqqında» qanun layihəsini Milli Məclisə təq
dim etdi. Qızğın debatların gedişində (mayın 1-dən iyulun
9-dək) müxalifət həmin qanun laiyhəsinə ultimativ formada
bir neçə düzəliş təklif etdi və hədə-qorxu gəldi ki, həmin dü-
96
zəlışlər qəbul edilməyəcəyi təqdirdə müxalifət seçkiləri boy
kot edəcəkdir.
Bu layihə ABŞ Milli Demokratiya İnstitutunda və
ATƏT-də ekspertizadan keçdi. ATƏT ekspertlərinin fikrin
cə, «əgər seçkilər haqqında qanun peşəkarlıqla, qərəzsiz və
vicdanla tətbiq edilsə, bildirilmiş iradlar Mərkəzi Seçki Ko
missiyasının təlimatlarında və qaydalarında öz əksini tapsa,
Azərbaycanda qarşıdakı prezident seçkilərini ATƏT-in tə
ləblərinə müvafiq şəraitdə keçirmək üçün zəruri şərait ya
radılacaqdır. Layihənin 59 maddəsindən 32-nə düzəlişlər və
dəqiqləşdirmələr edildikdən sonra Milli Məclis «Azərbay
can Respublikasının Prezidentinin seçkiləri haqqında» Qa
nunu qəbul etdi. Lakin müxalifət gərginliyi artırm aq stra
tegiyasım həyata keçirməkdə idi. Ə.Elçibəy, İ.Qəmbər,
L.Şövkət, İ.İsmayılov və R.Quliyev müxalifətin iqtidarla
qeyri-bərabər şəraitdə qoyulmasını iddia edərək, bəyanat
verdilər: «mürtəce qanunlar əsasında keçirilən seçkilərə
boykot elan edirik».
«Çağ» qəzetinin redaksiyasında baş vermiş insident gö
stərdi ki, müxalifət sıralarında polemikanı küçələrə yönəl
tmək barədə Fikirləşirlər. Sonrakı hadisələr göstərdi ki, bu
əhval-ruhiyyə çox qısa bir vaxtda hər şeyə hazır olan insan
kütlələri şəklində maddiləşmişdi. Gərginlik strategiyası ra
dikal müxalifətçilər üçün çox sərfəli idi, çünki onlar gözləy
irdilər ki, müəyyən strukturlar bu məsələlərə kənardan
müdaxilə edəcək və onlar iqtidarın daxili enerjisini tükəndi-
rəcəklər. Məlum olduğu kimi, Belqradda bu strategiyadan
istifadə edilmiş, orada bacarıqla istiqamətləndirilən etiraz
dalğası ölkənin qanuni hakimiyyətini devirmişdi. Lakin nə
zərə almaq lazımdır ki, 1998-ci ildə baş vermiş kəsikn siyasi
münaqişələr iqtidarda olan elitanın «zərbəni dəf etmək» qa
biliyyətinə səmərəli təsir göstərmişdi. Bundan əlavə, müxali
fətin hücumları iqtidar nümayəndələrinin beynində mo
dernləşmə ilə bağlı belə bir həqiqətin kök salmasına şərait
yaratmışdı: siyasi münaqişələr, əgər onlar qanun çərçivəsin
97
də baş verirsə, partiyalar arasında, siyasi qruplar, siniflər və
dövlətlər arasında hakimiyyət məsələləri ilə əlaqədar olan
qarşılıqlı münasibətlərin normal, adi formasıdır.
Vəziyyətin dinamizmi intuisiyaya və təcrübəyə əsasla
nan operativ qərarlar qəbul edilməsini tələb edirdi.
İyulun 6-da Heydər Əliyev seçkilərə beynəlxalq müşahi
dəçilərin dəvət edilməsi barədə sərəncam imzaladı. Prezi
dent seçkilərin geniş müşahidə edilməsini «demokratik dəyi
şikliklər prosesinin və vətəndaşların seçki hüquqlarının həy
ata keçirilməsində mühüm addım» sayırdı. Buna görə də o,
Azərbaycan Konstitusiyasını və «Azərbaycan Respublikası
nın Prezidentinin seçkiləri haqqında» Qanunu rəhbər tuta
raq seçkilərin gedişinin müşahidə edilməsi üçün Milli Məcli
sə
«beynəlxalq parlamentlərarası təşkilatların və xarici
ölkələrin parlamentlərinin nümayəndələrini»; Mərkəzi Seçki
Komissiyasına
«xarici ölkələrin seçki komissiyalarının
nümayəndələrini»; Xarici İşlər Nazirliyinə - «beynəlxalq
təşkilatların nümayəndələrini» dəvət etməyi təklif edir (Ба
кинский рабочий. 1998, 10 июля).
Bundan sonra Prezident növbəti təşəbbüsünü irəli sürdü
- iyulun 10-da Milli Məclis Seçkilər haqqında Qanuna yeni
düzəlişləri qəbul etdi. Lakin prezident vəzifəsinə 5 namizə
din şəxsində müxalifət iyulun 14-də bəyan etdi ki, onların
seçkiləri boykot etmək barədə qərarı qüvodo qalır. «Demo
kratik Konqres»-in sədrlər şurası isə siyasi partiyaların qey
diyyata alınması, siyasi senzurun ləğv edilməsi; prezident
liyə namizədliyi ehtimal edilən şəxslərin (əlbəttə, Rəsul Qu
liyev nəzərdə tutulurdu) barəsində cinayət işlərinə xitam
verilməsi və s. yeni tələblər irəli surdu.
1998-ci il iyunun sonunda iqtidar nümayəndələri müxa
lifətlə birbaşa dialoq keçirilməsini təklif etdilər. Bu praktika
sonrakı dövrdə də davam etdirildi. Bir məqamı xüsusi qeyd
edək ki, bu təşəbbüsün özü idarəetmə üslubunun «kütləvi
siyasət» deyilən fenomenə doğru təkamül etməsini, eləcə də
Prezident Heydər Əliyevin dövlət aparatının yüksək siyasi
fəaliyyət qabiliyyətinin təzahürü olan bilik və təcrübənin
akkumulyasiya olunmasını təsdiq edirdi. Bu cür görüşlərin
birincisi avqustun 3-də keçirildi. Dövlət İcra Hakimiyyəti
Prezidentin İcra aparatının rəhbəri R.Mehdiyevin, şöbə
müdirləri F.Ələsgərovun, Ş.Əliyevin və Ə.Həsənovun şəx
sində təmsil edilmişdi. Müxalifət öz əvvəlki tələblərini yenə
təkrar etdi və daha iki yeni tələb irəli sürdü - MSK paritet-
lik əsasında (iqtidar-mııxalifət) formalaşdırılmalı, namizəd
lərin dəstəklənməsi üçün imza toplanması müddətləri ırtı-
rılıuılıdır. Bu tələblər qəbul edildi. Avqustun 4-də keçirilən
ikinci görüşdə iqtidar nümayəndələri bildirdilər ki, onlar
MSK-da Prezident kvotasından 4 yeri demokratik hərəkat
ları təmsil edən partiyalara verməyə hazırdırlar, Milli Məc
lis isə öz kvotasından onlara daha bir yer verməyə hazırdır.
İqtidar nümayəndələri imza toplanması müddətinin 10 gün
uzadılmasına razılıq verdilər. İqtidarın bu diplomatik pıiy-
omu uğurlu oldu, çünki sonralar - müxalifət yeni tələblər
irəli sürəndə çoxları başa düşdü ki, «demokratlar»ın məq
sədi - əsəbləri gərginləşdirmək, destruktivlik səviyyəsini ar
tırmaq və nəticə etibarilə, seçkiləri qeyri-legitim hesab et
məkdir.
Prezident vəziyyəti tam aydınlaşdırmaq üçün 1998-ci il
avqustun 4-də Ə.Eliçibəyə, L.Şövkətə və İ.Qəmbərə mək
tubla müraciət etdi. M əktubda deyilirdi: «mən Azərbaycan-
nın Prezidenti kimi, növbəti prezident seçkilərənin keçiril
məsində öz məsuliyyətimi dərindən başa düşərək bildirirəm
ki, sizin nümayəndələrinizə bizim təqdim etdiyimiz şərtlər
qüvvədə qalır. Guman edirəm ki, siz də, siyasi partiyaların
liderləri kimi, mənim bu dəvətimə Azərbaycanın ümumxalq
milli mənafeyi məsələsi və dövlətimiz üçün taleyüklü məsələ
kimi yanaşacaqsınız» (Azərbaycan. 1998, 6 avqust). Prezi
dent seçkilərin «taleyüklü» olmasını başa düşdüyünü əməli
işlə də sübut etməyə hazır olduğunu təsdiq etmək üçün av
qustun 7-də Azərbaycanın mətbuat orqanları üzərində sen-
zurun ləğv edilməsi barədə Fərman imzaladı. Bu, xalis rəm
zi xarakterli tədbir idi, çünki hələ cəbhəcilərin dövründə
98
99