olunmasını xahiş etmişdir. Ədliyyə Nazirliyi göstərirdi ki,
bu təşkilatlar «legitim hakimiyyətə qarşı çıxışlar etmiş», ter
ror aktları törətmilər. Qismən hərbiləşdirilmiş qurum olan
«Qardaşlıq» cəmiyyəti Əmək Partiyası ilə əməkdaşlıq edir
di. M üraciətdə rəsmən bildirilirdi ki, bu təşkilatların hər iki
si hakimiyyəti silahlı yolla ələ keçirməyi öz qarşılarına məq
səd qoymuşdur.
1996-cı ildə özünü Azərbaycanın Demokratik Gənclər
Təşkilatı adlandıran qurum un fəaliyyəti qadağan edildi.
Bununla əlaqədar, Ədliyyə Nazirliyinin Ali Məhkəməyə
müraciətində bilidirilirdi ki, həmin təşkilat bədnam Rövşən
Cavadov tərəfindən yaradılmış və «qanunu pozaraq, m öv
cud quruluşun əleyhinə yönəlmiş siyasi fəaliyyətlə məşğul
olmuşdur».
1996-cı ilin may ayında İslam Partyiasımn rəhbərləri
həbs edildi. Onlar İranm xeyrinə casusluq etməkdə və
«Azərbaycanda islam inqilabı üçün şərait yaratmaqda» gü
nahlandırılırdılar. İstintaq materiallarında göstərilirdi ki,
bu məqsədlə respublikanın çağırış yaşlı gənc vətəndaşları
qeyri-leqal yolla İran a göndərilir və orada Quranın əsasla
rım öyrənməklə yanaşı, həm də xüsusi hərbi düşərgələrdə
hazırlıq keçirdilər. Azərbaycanın xüsusi xidmət orqanları
nın verdiyi məlumata görə, İslam Partiyasının fəaliyyəti
İran tərəfindən maliyyələşdirilirdi. İslam Partiyasının rəh
bərləri bu məqsədlə İran səfirliyinin bir sıra əməkdaşları ilə
əlaqə saxlayırdılar. Həmin əməkdaşlar ifşa ediləndən sonra
ölkəmizi tərk etdilər. İslam Partiyasının yeni rəhbərliyi
Azərbaycan dövlətinə münasibətdə loyal mövqe tutduğunu
bəyan etdi.
Rəsul Quliyevin fəal müxalifət sıralarına keçməsi təşviş
doğuran hadisə idi. Fəxri yolasalma mərasimlərindən sonra
o, müalicə olunm aq adı ilə əvvəlcə Türkiyəyə, oradan da
ABŞ-a yola düşdü. R.Quliyev Azərbaycanın hüquq-
mühafizə orqanlarının səlahiyyət dairələrindən kənarda
III
Respublikanın iqtidarda olan qüvvələrini planlı şəkildə lən-
92
qid etməyə başladı. O bildirirdi ki, guya Prezident ölkə iqti
sadiyyatının səviyyəsini qaldırmaq iqtidarında deyildir və
bunu necə etmək lazım olduğunu bilmir. Belə çıxırdı ki,
guya Quliyev Prezidentdən çox bilir.
Sabiq spiker Azərbaycanın bir sıra müxalifətçi siyasi
xadimləri ilə əlaqələrini tənzimlədi və öz partiyasını - teatr-
laşdırılmış etiraz aksiyaları keçirən Azərbaycan Dem okrat
Partiyasını (ADP) yaratdı. O, müxalifət düşərgəsində ən
mühüm fiqurdur. Partiyanın rəhbərliyində onun tərəfdarları
var və həqiqi dövlətçilərə düşmən olan strukturları o m a
liyyələşdirir.
Rəsul Quliyevin bu cür açıq-aşkar düşmənçilik hərə
kətlərinə müvafiq cavab verildi: 1997-ci ilin dekabr ayında
Milli Məclis onu deputat səlahiyyətlərindən məhrum etdi,
hüquq-mühafizə orqanları onun respublika Prezidentinə
qarşı terror aktı hazırlaması barəsində ittiham irəli sürdülər.
Azərbaycan m ətbuatında Quliyevin maliyyə fırıldaqları ba
rədə məlumatlar dərc edildi. Quliyevin xarici ölkələrin
banklarındakı hesablarında bir neçə yüz milyon dollar
məhz bu əməllər nəticəsində vəsait toplanmışdır. Çox gü
man ki, bu məlumatlar müxalifətçilərin qəlblərini coşdur
muşdu.
Bu hadisələr fonunda
1997-ci il oktyabrın 30-da
Ə.Elçibəyin guya «ölkədəki bütün dem okratik qüvvələri
birləşdirmək naminə» paytaxta qayıtması o qədər də əhə
miyyətli fakt deyildi, çünki hətta müxalifət də elə güman
edirdi ki, Ə.Elçibəy sanballı nüfuz sahibi deyil. O, müsavat-
çı-cəbhoçilərin hakimiyyətdə olduğu dövrdə çox pis ad çı
xarmış siyasətçilərin əhatəsində idi.
16. Heydər Əliyevin növbəti zəfəri
1995-ci ilin parlam ent seçkiləri, yeni Konstitusiyanın
qəbul edilməsi faktları Azərbaycan dövlətçiliyinin forma
laşmasında mühüm, lakin aralıq mərhələ idi. Bu tarixi pro
93
ses nisbətən çətin şəraitdə gedir. Çətinliklər təkcə ölkəmizin
«nə müharibə, nə də sülh» vəziyyətində olması, ərazilərimi
zin işğal edilməsi, qaçqınlar, iqtisadiyyatın bərbad hala
düşməsi, beynəlxalq mərkəzlərin Azərbaycan iqtisadiyyatını
«qızıl milyardın» iqtisadiyyatına xammal daşıyıcısı kimi
qoşması qəbilindən olan problemlərlə bitmir. Bütün bun
lardan əlavə, ölkədə özlərini millətçi demokratlar adlandı
ran radikal müxalifətin infrastrukturu ilbəil genişlənməkdə
dir.
1998-ci ildə keçirilən prezident seçkilərində bu müxalifət
və ona müxtəlif qoşm alar - hüquq-müdafiə təşkilatlan, tez-
tələsik qondarılmış «monitorinq» strukturları və hay-küyçü
mətbuat cəmiyyətdə müxtəlif qalmaqallar törədirlər. Bu cür
davranış xətti belə bir mühüm faktı kölgədə qoymalı idi ki,
həmin müxalifət liderləri hamısının reytinqini bir yerə cəm
ləyib yeganə namizəd irəli sürəcəkləri halda belə, xalq sevgi
si uğrunda Heydər Əliyevlə yarışda onların qalib gəlmək
şansına malik olduqlarını güman etmək ciddi deyildir. Bu
nunla belə, biz əminik ki, 1993-cü ildə keçirilmiş prezident
seçkilərindən bəri sözün geniş mənasında iki partiya a ra
sında - dövlətçilərlə «bazarçı»-psevdoliberallar arasında
mübarizə gedir.
Xaricdəki qüvvələr qarşısında gizli mənəvi öhdəliklərin?
görə həmin qüvvələrlə bağlı olan müxalifətçi partiyalar
məhdud şüarlar söyləmək və yalan vədlər verməklə kifayət
lənirdilər. Siyasi azadlıqların təmin edilməsi və genişləndi
rilməsi barədə çağırışlar, başlıca olaraq, yalnız ziyalıların və
biznesmenlərin bir qismində əks-səda doğururdu. Liberal-
kom pradorlarm xüsusi bir canfəşanlıqla müzakirə etdikləri
m ətbuatda senzurun ləğv edilməsi, radio və televiziyadan
istifadə imkanı, partiyaların fəaliyyət azadlığı və digər pro
blemlər bu insanların ideoloji nadanlığını, həmin problem
ləri aktuallaşdırm ağa çalışdıqları ölkənin mənəvi mədə
niyyətindən bixəbər olduqlarını göstərirdi. Axı bu mühaki
mələrdə xalqı xilas etmək ideyası məkrli bir şəkildə fərdi
özünüifadə ideyası ilə əvəz edilirdi.
Xalqın əksəriyyəti radikalların «polis rejimi» deyə lə
nətlədikləri idarə edilən demokratiyaya üstünlük verirdi.
Azərbaycan cəmiyyətində şüurun xüsusi bir vəziyyəti var.
Sovet dövründən miras qalmış bu vəziyyət xalqın tərəqqiyə,
iqtisadi yüksəlişin həlledici əhəmiyyətə malik olmasına ina
mı ilə, sürətli dəyişikliklərə uyğunlaşmağa hazır olması ilə
xarakterizə olunur, bu şərtlə ki, ölkədə «sıx» həmrəylik
münasibətlərinin təməlini təşkil edən güclü, lakin ədalətli
hakimiyyət olsun.
Müxalifətin iqtidarı korrupsiyada ittiham etməsi onun
«müharibəsində» ən güclü istiqamət idi: «Respublikada
korrupsiyanın artması göz qabağındadır», «Azərbaycan
hökuməti hədsiz dərəcədə korrupsiyaya qurşanmışdır, hamı
da bilir ki, əsas korrupsiyaçılar bəzi yüksəkvəzifəli şəxslər
dir». Müxalifət qəzetlərində dərc edilən bu tipli bəyanatlar
da yumordan əsər-əlamət yox idi. Həmin qəzetlər dünya
miqyasında korrupsiyanın vəziyyətini əks etdirən cədvəllər
dərc edir, sonra da, idman şərhçilərinə xas olan azartla hə-
imn cədvəldə ölkəmizin tutduğu yeri göstərirdilər. Bu «və
tənpərvərlər» heç fikirləşmirdilər ki, onlar əslində korrup
siyanın çox geniş yayıldığı ölkələrin rüşvətxorluq barədə
broşuralarını təşviqat ədəbiyyatı dilinə «tərcümə edirlər».
Bizim «ifşaçılar» bir faktı çox sevdikləri elektoratdan gizlə
dirlər ki, onların verdikləri rüşvətlərin məbləği sivil ölkələ
rin firmalarının vergi deklarasiyalarında rəsmən «nümay
əndəlik xərcləri» və sair məsrəflər kimi qələmə verilir. Hey
dər Əliyev, əvvəlki illərdəkindən fərqli olaraq, belələri ilə
polemikaya girişmir, bu illər ərzində əsasən uğurla seçdiyi
idarəetmə işçilərinin səriştəsinə ümid bəsləyirdi.
Müxalifət Prezidentin «sağlamlıq faktorunu» əldə bəlgə
edərək, H.Əliyevin bundan sonra da ölkəyə rəhbərlik etmək
üçün fiziki imkanlarını şübhə altına alırdı. 1998-ci ilin yan
var ayında H.Əliyev 10 gündən artıq Türkiyədə, hərbi qos-
94
95