məqamda heç kəs ağlına da gətirmirdi ki, inkişaf baxımın
dan, inflyasiyanın olmamasındansa, nəzarət edilən inflya
siya daha üstündür. Lakin BVF özünün «israrlı məsləhətlə
rindən» əl çəkmirdi. Buna görə do kredit siyasətinin sərtləş-
dirilməsi və pul emissiyasının məhdudlaşdırılması üçün bir
sıra tədbirlər görüldü. Əmək haqqı və pensiyaların ödənil
məsi üçün, eləcə do sosial proqramların həyata keçirilməsi
üçün büdcə məsrəflərinin azaldılması hesabına tələbat kəs
kin şəkildə aşağı salındı. Belə ki, 1995-ci ilin axırlarında
Azərbaycanda qiymətlərin artm a göstəricisini xeyli azalda
raq, ayda 4-6%-ə endirmək və milli valyutanı sabitləşdirmək
mümkün olmuşdu.
Bu, çox «qan bahasına» başa gəlmiş olsa da, hər halda
real uğur idi. Fövqəldövlətin və onun himayədarlıq etdiyi
beynəlxalq maliyyə-iqtisadi təsisatların hegemonluq etməsi
şəraitində gənc dövlətlər üçün yeganə mümkün uğur bun
dan ibarət ola bilərdi. 1995-1996-cı illərdə makroiqtisadi
sabitləşmə sayəsində 1997-1999-cu illər üçün iqtisadiyyatın
struktur yenidənqurmasına dair hökumətin orta müddətli
proqram ının işlənib hazırlanması və islahatlar strategiyası
nın dəqiqləşdirilməsi üçün zəruri ilkin şərait yaranmış oldu.
Beləliklə, dövlət mülkiyyətinin özəlləşdirilmosinə başlamaq
üçün im kan yarandı.
5. Özəlləşdirmə: bir qədər gec, amma dəqiqləşdirilmiş
Respublikamız özəlləşdirmə prosesinə MDB-nin bəzi
ölkələrindən gec başlamışdı. Bu, həmin ölkələrdə və ilk
növbədə Rusiyada özəlləşdirmə prosesində yol verilmiş
səhvləri və nöqsanları nəzərə almağa imkan verirdi. Rusiy
alıların əksəriyyəti nəinki «sahibkarlıq hissi» qazanmamış,
üstəlik, özəlləşdirmənin özünə dövlət mülkiyyətinin qarət
edilməsi kimi münasibət bəsləməyə başlamışdılar.
Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsi
« 1995-1998-ci illərdə Azərbaycan Respublikasına da dövlət
132
mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» qəbul
ediləndən sonra həyata keçirilməyə başlandı. Bu, özəlləş
dirmənin birinci mərhələsi oldu. Həmin dövrdə «İxtisaslaş
dırılmış çek auksionları haqqında əsasnamə»; «Açıq tipli
səhmdar cəmiyyətlərinə çevrilən dövlət müəssisələrinin
səhmlərinin əmək kollektivlərinə güzəştli satışı haqqında
əsasnamə»; «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə
çevrilməsi qaydaları haqqında əsasnamə»; «İcarəyə verilmiş
dövlət əmlakının özəlləşdirilməsi haqqında əsasnamə»;
«Dövlət özəlləşdirmə auksionları haqqında əsasnamə»; «İx
tisaslaşdırılmış çek investisiya fondları haqqında əsasna
mə»; «Milli depozitar sistem haqqında əsasnamə»; «Özəl
ləşdirmə prosesində dövlət müəssisələrinin çevrilməsi nəticə
sində yaradılan səhm dar cəmiyyətinin ixtisaslaşdırılmış in
vestisiya fondlarımın formalaşmasına yönəldilən səhmləri
haqqında»; «Qeyri-dövlət hüquqi və fiziki şəxslərin əmlakı
na mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında» Pre
zident fərmanları, «Özəlləşdirilən müəssisə və obyektlərin
yerləşdiyi torpaq sahələrinin satılması qaydası haqqında
əsasnamə» və başqa sənədlər qədul edildi. Bu fərman və
əsasnamələrin qəbul edilməsi özəlləşdirmə prosesini hüquqi
normalar çərçivəsində saxlamaq cəhdi ilə bağlı idi. 1995-ci
ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiy
ası da bu prosesdə öz rolunu oynadı. Konstitusiyada göstə
rilirdi ki, ölkədə dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bə
lədiyyə mülkiyyəti mövcuddur.
1997-ci ilin əvvəlinədək təqribən 13 min kiçik dövlət
müəssisəsi özəlləşdirilmiş, 976 orta və iri dövlət müəssisə
sində səhmdar cəmiyyətləri yaradılmışdır. 409 səhmdar cə
miyyətinin səhmlərinin 70%-i çek hərraclarında və pullu
hərraclarda satılmışdı. Bundan sonra metallurgiya və kimya
sənayesi müəssisələri, tikinti kompleksləri, mehmanxana və
sanatoriyalar özəlləşdirməyə başlandı. Ümumiyyətlə, özəl
ləşdirmə proqramında təqribən 60 min təsərrüfat obyektinin
xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulurdu. Ekspertlərin
133
fikrincə, həmin obyektlərin ümumi dəyəri 15 milyard dolla
ra bərabər idi. Əhaliyə özəlləşdirmə çekləıi paylanmışdı. Bu
çeklərin ilkin dəyəri 800-1000 dollar həddində qiymətləndi
rilirdi. Özəlləşdirmənin Azərbaycan modelinə görə, özəlləş
dirilən müəssisələrin səhmlərinin 15%-i əmək kollektivinin
üzvlərinin çeklərinə dəyişdirilir, səhmlərin ən azı 55%-i açıq
çek hərraclarına, qalan hissə isə pullu hərraclara göndərilir.
Özəlləşdirmənin gedişində xarici kapital da ölkəyə «da
xil olmuşdur»
özəlləşdirilən orta və iri müəssisələrin
səhmlərinin 25%-i xarici kapitalın payına düşür. Azərbay
canda özəlləşdirmə liberal bazar iqtisadiyyatının Çubays
kimi tərəfdarlarından çox-çox uzaq olan dövlət m əm urları
nın nəzarəti altında həyata keçirilirdi. Bununla belə, çətinlik
və ziddiyyətlərdən yan keçmək mümkün olmadı. Bir sıra
hallarda özəlləşdirmə dövlət mülkiyyətinin aşağı və orta
pilləli idarəetmə kadrlarının həmin mülkiyyətə yiyələnməsi
ni pərdələmək üçün yalnız formal tədbir oldu. Banklar və
keçmiş dövlət müəssisələrinin müdiriyyəti əksər hallarda
həmin müəssisələrin şəriksiz mülkiyyətçilərinə çevrilirdi. Bu
məqsədlə onlar aşağıdakı metod və vasitələrdən istifadə
edirdilər: özəlləşdirilən müəssisələrin ilkin qiyməti, bir qay
da olaraq bilərəkdən, qat-qat aşağı göstərilir, real start
şərtləri təmin edilmirdi, səhmlərin qiymətləri barədə zəruri
informasiya yox idi. Təsadüfi deyildir ki, səhmlərin qiyməti
100 dollardan yuxarı qalxmadı, son nəticədə isə təqribən 10
dollar ətrafında dəyişirdi.
1999-cu ilin aprelin 1-dək respublikada ilkin dəyəri
407,3 milyard m anat olan 28423 obyekt və müəssisə, o
cümlədən: 9324 məişət xidməti obyekti, 514 sənaye müəssi
səsi, 108 kənd təsərrüfatı müəssisəsi, 204 tikinti təşkilatı, 98
yarımçıq tikinti, 2000 ticarət müəssisəsi, 532 ictimai iaşə
müəssisəsi, 448 yanacaqdoldurm a stansiyası, 13179 nəq
liyyat müəssisəsi və nəqliyyat vasitəsi, 41 kommunal təsər
rüfat obyekti və bir sıra digər obyektlər özəlləşdirilmişdi,
(bax: Алескеров А.К. Экономические реформы и социаль
134
но-:жономические сдвиги в Азербайджане. // Общество и
экономика. 1999. №10-11, С. 189-190).
1997-ci ildə Azərbaycanda qeyri-dövlət sektorunun
IJDM-in tərkibində xüsusi çəkisi, orta hesabla, 46% olmuş
dur. Lakin kənd təsərrüfatında qeyri-dövlət sektorunun
payı 85%-ə çatdığı halda sənayedə bu göstərici 15%-i aşmır
dı. Özəlləşdirmə vergi siyasətinin təkmilləşdirlməsinə təkan
verdi. İqtisadçılar və siyasətçilər dövri mətbuatda fəal çı
xışlar edərək, vergi islahatları keçirilməsini tələb etməyə
başlamışdılar. Vergilərin yığılmasını təmin etmək üçün icti
mai şüurda vergilərin azaldılması və unifikasiya edilməsi
ideyası bərqərar olmuşdu. Lakin bu cür vergi islahatı ke
çirmək ideyası dərhal qəbul edilmədi. Büdcə müəssisələrinin
maraqları nəzərə alınmadan vergilərin azaldılması xalis plu-
tokratiya olub yalnız kapitalın xeyrinə işləyir.
6. Aqrar islahat: haqlı radikalizm (?)
Sovet hakimiyyəti illərində kənd təsərrüfatı Azərbaycan
iqtisadiyyatında mühüm rol oynayırdı. Təkcə bunu demək
kifayətdir ki, o dövrdə respublikada ÜDM-in 50%-ə qədəri
və ixracdan mədaxilin 40%-ə qədəri aqrar sahənin payına
düşürdü. 1996-1997-ci illərdə həyata keçirilən aqrar islahatı,
özəlləşdirmə ilə yanaşı, bazar iqtisadiyyatına keçidlə bağlı
dəyişikliklərin əsas tərkib hissəsinə çevrilmişdi. 1995-ci ilin
fevral ayında «Aqrar islahatın əsasları haqqında» və «Kol
xoz və sovxozların islahatı haqqında» qanunların, 1996-cı
ilin iyul ayında isə «Torpaq islahatı haqqında» Qanunun
qəbul edilməsi islahatların hüquqi bazasını təmin edirdi.
Azərbaycanda torpaq pulsuz xüsusi mülkiyyətə verilir və
alqı-satqı obyektinə çerilirdi. Kənddə yaşayan hər bir və
təndaş torpaq payı alırdı. Torpağı sərbəst şəkildə satmaq,
dəyişmək, miras vermək, icarəyə vermək, girov kimi istifadə
etmək olardı, yəni torpaq əmtəəyə çevrilirdi. Bu, ən radikal
qanun oldu
o, kapitallaşmanın təntənəsini təcəssüm etdi
135