Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   27   28   29   30   31   32   33   34   35

məqamda  heç  kəs  ağlına  da  gətirmirdi  ki,  inkişaf  baxımın­

dan,  inflyasiyanın  olmamasındansa,  nəzarət  edilən  inflya­

siya  daha  üstündür.  Lakin  BVF  özünün  «israrlı  məsləhətlə­

rindən»  əl  çəkmirdi.  Buna  görə  do  kredit  siyasətinin  sərtləş- 

dirilməsi  və  pul  emissiyasının  məhdudlaşdırılması  üçün  bir 

sıra  tədbirlər  görüldü.  Əmək  haqqı  və  pensiyaların  ödənil­

məsi  üçün,  eləcə  do  sosial  proqramların  həyata  keçirilməsi 

üçün  büdcə  məsrəflərinin  azaldılması  hesabına  tələbat  kəs­

kin  şəkildə  aşağı  salındı.  Belə  ki,  1995-ci  ilin  axırlarında 

Azərbaycanda  qiymətlərin  artm a  göstəricisini  xeyli  azalda­

raq,  ayda 4-6%-ə endirmək  və milli  valyutanı sabitləşdirmək 

mümkün  olmuşdu.

Bu,  çox  «qan  bahasına»  başa  gəlmiş  olsa  da,  hər  halda 

real  uğur  idi.  Fövqəldövlətin  və  onun  himayədarlıq  etdiyi 

beynəlxalq  maliyyə-iqtisadi  təsisatların  hegemonluq  etməsi 

şəraitində  gənc  dövlətlər  üçün  yeganə  mümkün  uğur  bun­

dan  ibarət  ola  bilərdi.  1995-1996-cı  illərdə  makroiqtisadi 

sabitləşmə  sayəsində  1997-1999-cu  illər  üçün  iqtisadiyyatın 

struktur  yenidənqurmasına  dair  hökumətin  orta  müddətli 

proqram ının  işlənib  hazırlanması  və  islahatlar  strategiyası­

nın  dəqiqləşdirilməsi  üçün  zəruri  ilkin  şərait  yaranmış  oldu. 

Beləliklə,  dövlət  mülkiyyətinin  özəlləşdirilmosinə  başlamaq 

üçün im kan yarandı.

5.  Özəlləşdirmə:  bir qədər  gec, amma dəqiqləşdirilmiş

Respublikamız  özəlləşdirmə  prosesinə  MDB-nin  bəzi 

ölkələrindən  gec  başlamışdı.  Bu,  həmin  ölkələrdə  və  ilk 

növbədə  Rusiyada  özəlləşdirmə  prosesində  yol  verilmiş 

səhvləri  və  nöqsanları  nəzərə  almağa  imkan  verirdi.  Rusiy­

alıların  əksəriyyəti  nəinki  «sahibkarlıq  hissi»  qazanmamış, 

üstəlik,  özəlləşdirmənin  özünə  dövlət  mülkiyyətinin  qarət 

edilməsi kimi münasibət bəsləməyə başlamışdılar.

Azərbaycanda  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi 

« 1995-1998-ci  illərdə  Azərbaycan  Respublikasına  da  dövlət

132

mülkiyyətinin  özəlləşdirilməsinin  Dövlət  Proqramı»  qəbul 



ediləndən  sonra  həyata  keçirilməyə  başlandı.  Bu,  özəlləş­

dirmənin  birinci  mərhələsi  oldu.  Həmin  dövrdə  «İxtisaslaş­

dırılmış  çek  auksionları  haqqında  əsasnamə»;  «Açıq  tipli 

səhmdar  cəmiyyətlərinə  çevrilən  dövlət  müəssisələrinin 

səhmlərinin  əmək  kollektivlərinə  güzəştli  satışı  haqqında 

əsasnamə»;  «Dövlət  müəssisəsinin  səhmdar  cəmiyyətinə 

çevrilməsi  qaydaları  haqqında  əsasnamə»;  «İcarəyə  verilmiş 

dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında  əsasnamə»; 

«Dövlət  özəlləşdirmə  auksionları  haqqında  əsasnamə»;  «İx­

tisaslaşdırılmış  çek  investisiya  fondları  haqqında  əsasna­

mə»;  «Milli  depozitar  sistem  haqqında  əsasnamə»;  «Özəl­

ləşdirmə prosesində dövlət müəssisələrinin çevrilməsi nəticə­

sində  yaradılan  səhm dar  cəmiyyətinin  ixtisaslaşdırılmış  in­

vestisiya  fondlarımın  formalaşmasına  yönəldilən  səhmləri 

haqqında»;  «Qeyri-dövlət  hüquqi  və  fiziki  şəxslərin  əmlakı­

na  mülkiyyət  hüququnun  rəsmiləşdirilməsi  haqqında»  Pre­

zident  fərmanları,  «Özəlləşdirilən  müəssisə  və  obyektlərin 

yerləşdiyi  torpaq  sahələrinin  satılması  qaydası  haqqında 

əsasnamə»  və  başqa  sənədlər  qədul  edildi.  Bu  fərman  və 

əsasnamələrin  qəbul  edilməsi  özəlləşdirmə  prosesini  hüquqi 

normalar  çərçivəsində  saxlamaq  cəhdi  ilə  bağlı  idi.  1995-ci 

ildə qəbul  edilmiş  Azərbaycan  Respublikasının  Konstitusiy­

ası  da  bu  prosesdə  öz  rolunu  oynadı.  Konstitusiyada  göstə­

rilirdi  ki,  ölkədə  dövlət  mülkiyyəti,  xüsusi  mülkiyyət  və  bə­

lədiyyə mülkiyyəti mövcuddur.

1997-ci  ilin  əvvəlinədək  təqribən  13  min  kiçik  dövlət 

müəssisəsi  özəlləşdirilmiş,  976  orta  və  iri  dövlət  müəssisə­

sində  səhmdar  cəmiyyətləri  yaradılmışdır.  409  səhmdar  cə­

miyyətinin  səhmlərinin  70%-i  çek  hərraclarında  və  pullu 

hərraclarda satılmışdı.  Bundan  sonra  metallurgiya və kimya 

sənayesi  müəssisələri,  tikinti  kompleksləri,  mehmanxana  və 

sanatoriyalar  özəlləşdirməyə  başlandı.  Ümumiyyətlə,  özəl­

ləşdirmə  proqramında  təqribən 60 min  təsərrüfat obyektinin 

xüsusi  mülkiyyətə  verilməsi  nəzərdə  tutulurdu.  Ekspertlərin

133



fikrincə,  həmin  obyektlərin  ümumi  dəyəri  15  milyard  dolla­

ra  bərabər  idi.  Əhaliyə özəlləşdirmə çekləıi  paylanmışdı.  Bu 

çeklərin  ilkin  dəyəri  800-1000  dollar  həddində  qiymətləndi­

rilirdi.  Özəlləşdirmənin  Azərbaycan  modelinə  görə,  özəlləş­

dirilən  müəssisələrin  səhmlərinin  15%-i  əmək  kollektivinin 

üzvlərinin  çeklərinə dəyişdirilir,  səhmlərin  ən  azı  55%-i  açıq 

çek hərraclarına, qalan  hissə isə pullu  hərraclara  göndərilir.

Özəlləşdirmənin  gedişində  xarici  kapital  da  ölkəyə  «da­

xil  olmuşdur» 

özəlləşdirilən  orta  və  iri  müəssisələrin 

səhmlərinin  25%-i  xarici  kapitalın  payına  düşür.  Azərbay­

canda  özəlləşdirmə  liberal  bazar  iqtisadiyyatının  Çubays 

kimi  tərəfdarlarından  çox-çox  uzaq  olan  dövlət  m əm urları­

nın nəzarəti altında  həyata  keçirilirdi.  Bununla  belə,  çətinlik 

və  ziddiyyətlərdən  yan  keçmək  mümkün  olmadı.  Bir  sıra 

hallarda  özəlləşdirmə  dövlət  mülkiyyətinin  aşağı  və  orta 

pilləli  idarəetmə  kadrlarının  həmin  mülkiyyətə  yiyələnməsi­

ni  pərdələmək  üçün  yalnız  formal  tədbir  oldu.  Banklar  və 

keçmiş  dövlət  müəssisələrinin  müdiriyyəti  əksər  hallarda 

həmin  müəssisələrin  şəriksiz  mülkiyyətçilərinə  çevrilirdi.  Bu 

məqsədlə  onlar  aşağıdakı  metod  və  vasitələrdən  istifadə 

edirdilər:  özəlləşdirilən  müəssisələrin  ilkin  qiyməti,  bir  qay­

da  olaraq  bilərəkdən,  qat-qat  aşağı  göstərilir,  real  start 

şərtləri  təmin  edilmirdi,  səhmlərin  qiymətləri  barədə  zəruri 

informasiya  yox  idi.  Təsadüfi  deyildir  ki,  səhmlərin  qiyməti 

100 dollardan yuxarı qalxmadı,  son  nəticədə  isə təqribən  10 

dollar ətrafında dəyişirdi.

1999-cu  ilin  aprelin  1-dək  respublikada  ilkin  dəyəri 

407,3  milyard  m anat  olan  28423  obyekt  və  müəssisə,  o 

cümlədən:  9324  məişət  xidməti  obyekti,  514  sənaye  müəssi­

səsi,  108  kənd  təsərrüfatı  müəssisəsi,  204  tikinti  təşkilatı,  98 

yarımçıq  tikinti,  2000  ticarət  müəssisəsi,  532  ictimai  iaşə 

müəssisəsi,  448  yanacaqdoldurm a  stansiyası,  13179  nəq­

liyyat  müəssisəsi  və  nəqliyyat  vasitəsi,  41  kommunal  təsər­

rüfat  obyekti  və  bir  sıra  digər  obyektlər  özəlləşdirilmişdi, 

(bax:  Алескеров  А.К.  Экономические  реформы  и  социаль­

134

но-:жономические  сдвиги  в  Азербайджане.  //  Общество  и 



экономика.  1999. №10-11, С.  189-190).

1997-ci  ildə  Azərbaycanda  qeyri-dövlət  sektorunun 

IJDM-in  tərkibində  xüsusi  çəkisi,  orta  hesabla,  46%  olmuş­

dur.  Lakin  kənd  təsərrüfatında  qeyri-dövlət  sektorunun 

payı  85%-ə çatdığı  halda sənayedə  bu göstərici  15%-i  aşmır­

dı.  Özəlləşdirmə  vergi  siyasətinin  təkmilləşdirlməsinə  təkan 

verdi.  İqtisadçılar  və  siyasətçilər  dövri  mətbuatda  fəal  çı­

xışlar  edərək,  vergi  islahatları  keçirilməsini  tələb  etməyə 

başlamışdılar.  Vergilərin  yığılmasını  təmin  etmək  üçün  icti­

mai  şüurda  vergilərin  azaldılması  və  unifikasiya  edilməsi 

ideyası  bərqərar  olmuşdu.  Lakin  bu  cür  vergi  islahatı  ke­

çirmək  ideyası  dərhal  qəbul  edilmədi.  Büdcə müəssisələrinin 

maraqları  nəzərə alınmadan  vergilərin  azaldılması  xalis  plu- 

tokratiya olub yalnız kapitalın xeyrinə işləyir.



6.  Aqrar islahat:  haqlı radikalizm (?)

Sovet hakimiyyəti illərində  kənd  təsərrüfatı Azərbaycan 

iqtisadiyyatında  mühüm  rol  oynayırdı.  Təkcə  bunu  demək 

kifayətdir  ki,  o  dövrdə  respublikada  ÜDM-in  50%-ə  qədəri 

və  ixracdan  mədaxilin  40%-ə  qədəri  aqrar  sahənin  payına 

düşürdü.  1996-1997-ci illərdə həyata keçirilən aqrar  islahatı, 

özəlləşdirmə  ilə  yanaşı,  bazar  iqtisadiyyatına  keçidlə  bağlı 

dəyişikliklərin  əsas  tərkib  hissəsinə  çevrilmişdi.  1995-ci  ilin 

fevral  ayında  «Aqrar  islahatın  əsasları  haqqında»  və  «Kol­

xoz  və  sovxozların  islahatı  haqqında»  qanunların,  1996-cı 

ilin  iyul  ayında  isə  «Torpaq  islahatı  haqqında»  Qanunun 

qəbul  edilməsi  islahatların  hüquqi  bazasını  təmin  edirdi. 

Azərbaycanda  torpaq  pulsuz  xüsusi  mülkiyyətə  verilir  və 

alqı-satqı  obyektinə  çerilirdi.  Kənddə  yaşayan  hər  bir  və­

təndaş  torpaq  payı  alırdı.  Torpağı  sərbəst  şəkildə  satmaq, 

dəyişmək,  miras  vermək,  icarəyə  vermək,  girov kimi  istifadə 

etmək  olardı,  yəni  torpaq  əmtəəyə çevrilirdi.  Bu,  ən  radikal 

qanun  oldu 

o,  kapitallaşmanın  təntənəsini  təcəssüm  etdi­

135



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə