Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

lament  seçkilərində  İ.Əliyev  Yeni  Azərbaycan  Partiyasında 

- novator potensialına malik olması əsla şübhə doğurmayan 

bir  strukturda  birləşmiş  gənc  siyasətçilərin  ümid  və  tə­

səvvürlərinin  təcəssümü oldu.

R.Mehdiyev  İ.Əliyevin  siyasi  davranışına  xas  olan  və 

heç bir  şübhə doğurmayan  fərdi  üslubu  «ənənələrin  və yeni- 

likçiliyin  hədsiz  dərəcədə  uğurlu  sintezi,  Azərbaycan  men- 

tallığmm  bütün  incəliklərinə  bələd  olmaqla  geniş  dünyag­

örüşünün  birləşməsi» hesab edir.  «Onun  fəaliyyətinin  güclü 

tərəfi»  bundan  ibarətdir  ki,  o,  «insanları  sıx  birləşdirməyə 

və  onların  enerjisini  akkumulyasiya  etməyə  qadirdir»  (bu­

rada  və  sonrakı  mətndə  sitatlar  aşağıdakı  mənbədən  gətiri­

lir:  «Мир  и  национальная  идея  в  конце  XX  -   начале  XXI 

века».  //  Ramiz  Mehdiyev.  XXI  əsrdə  milli  dövlətçilik.  Ba­

kı.: «XXI» Yeni nəşrlər evi, 2003. s. 234-245).

İlham  Əliyev  Avropa  Şurası  Parlament  Assambleyası­

nın  (AŞPA)  vitse-spikeri  seçiləndən  sonra  məsələ  qaldırdı 

ki,  Dağlıq  Q arabağ  narkotiklərin  istehsal  edildiyi  yerə,  ter­

rorçuların  bazalarının  yerləşdiyi və  nüvə  tüllantılarının  bas­

dırıldığı  əraziyə  çevrilmişdir.  İlham  Əliyev  qısa  müddət  ər­

zində  Azərbaycanın  Strastburqdakı  parlament  nümayəndə 

heyətini  konsolidə  etməyə  müvəffəq  olmuşdur  (bax: 

S.Qəndilov.  İlham   Əliyev  dövlətçiliyimizin  və  müstəqilliyi­

mizin  uğurlu davamının təminatçısıdır.  // Azərbaycan.  2003. 

14  avqust).  Bu  nümayəndə  heyətinə  Yeni  Azərbaycan  Par­

tiyasının  nümayəndələri  və  müxalifətçi  partiyalardan  olan 

deputatlarla  yanaşı,  bitərəf deputatlar  da  daxildir.  Nümay­

əndə  heyətinin  bütün  tərkibinin  bir  məqsədi  var  -   ümum­

milli  mənaelərin  təmin  edilməsi  və  nəzərəçarpacaq  uğurlar 

qazanmaq  məqsədi.  İlham Əliyevin  xidməti  ondan  ibarətdir 

ki,  nümayəndə  heyətinin  mövqeyi  «əlverişli  ideoloji  kon­

turlar»  kəsb  etmişdir  (R.Mehdiyev).  İlham  Əliyev  əsl  Azər­

baycan  milli  dövlətçilik  məktəbi  keçmiş,  həsəd  aparılmağa 

layiq  intellektual  potensiala  malik  olan  gənc  siyasətçidir. 

Onun  beynəlxalq  qüfuzunu  belə  bir  fakt  inandırıcı  şəkildə

təsdiq  edir  ki,  2003-cü  il  avqustun  4-də  Milli  Məclisin  razı­

lığı  ilə  İlham  Əliyev  ölkə  hökumətinin  başçısı  təyin  edilən­

dən  sonra  dünyanın  onlarca  ölkəsinin,  o  cümlədən  ABŞ-ın 

və  Rusiya  Federasiyasının  rəhbərləri  ona  təbriknamələr 

göndərib ən səmimi arzularını bildirmişdir.

Heydər Əliyev demişdir:  «Azərbaycanın  gələcəyi  gənclə­

rə  məxsusdur.  Biz,  Azərbaycanın  bugünkü  gənc  nəsli  üçün, 

gələcək  nəsillər  üçün  yaxşı  təməl  yaradırıq»  (bax:  Возрож­

дение -  XXI век.  1998. №7).



23.  İlham  Əliyevin siyasi  ziyalılığı

İlham  Əliyevə  xas  olan  mühüm  məziyyətlərdən  biri  də 

onun  siyasəti  yüksək  ziyalılıq  mövqeyindən  anlamasıdır. 

1998-ci  ilin oktyabr ayında verdiyi  bir müsahibədə o,  dövlət 

əhəmiyyətli  siyasi  məsələlərə  spekulyativ-birja  mövqeyin­

dən  yanaşma  hallarını  ifşa  etmişdir.  Jurnalistin  ona  müraci­

ətlə  verdiyi  «Bu  yaxınlarda  eks-spiker...  Bakı-Ceyhan  kə­

mərinin  Türkiyə  üçün  o  qədər də  böyük  əhəmiyyət  kəsb  et­

mədiyini...  bəyan  edib.  Siz  bu  barədə  nə  deyə  bilərsiniz?»  - 

sualına  İlham  Əliyev diaqnostik  xarakterli  aşağıdakı  cavabı 

vermişdir:  «Bu  mülahizələr  hər  bir  əməliyyatdan  nə  qədər 

şəxsi  qazanc  götürəcəyini  hesablayan  adamlar,  yəni  böyük 

siyasət  strategiyasından  uzaq  olan  alverçilər  üçün  səciyyəvi­

dir».  Hlə  həmin  müsahibənin  daha  bir  əlamətdar  məqamını 

qeyd  etmək  istərdik.  Jurnalist  deyir:  «Son  vaxtlar  müxalifət 

qəzetləri  Sizi  çox  tənqid  edir».  İlham  Əliyev  dərhal 

gülümsəyərək  cavab  verir:  «Siz  istəyirsiniz  ki,  onlar  məni 

tərifləsinlər?»

Bu  cavab,  siyasətin  ali  missiyasını  xalqa  və  vətənə  xid­

mət  etməkdə  görən  dövlətçilərlə  onların  opponentləri  -  

«bazar  adamları»  olan,  siyasəti  birjada  az  və  ya  çox  dərəcə­

də  uğurlu  oyun,  müvəqqəti  əldə  edilən  hakimiyyət  səla­

hiyyətlərini  isə  həmin  oynda  özlərinin  qazancı  hesab  edən 

müxalifətçilərin  münasibətləri  arasında  nə  qədər  dərin  bir 

iiçürüm  olmasını aydın göstərir.  Bu  təsəvvürün  təbii  nəticəsi

112


113


müvəqqəti  vəzifə  tutanların  psixologiyasında  təzahür  edir. 

Radikal  müxalifətçi  siyasətçilərin  İlham  Əliyevə  h ü c u m la rı­

nın səbəbləri barədə sualın cavabı da bu fikri təsdiq edir.

Jurnalist  əmindir  ki,  rəqabət  vəziyyəti  göz.  q a b a ğ ın d a ­

dır.  Bu  təsəvvürün  kökü  yenə  də  siyasətin  bazar  in te rp re ta ­

siyası  ilə  bağlıdır.  Yəni  siyasi  bazarın  və  onun  d o ğ u rd u ğ u  

siyasi  marketinqin  mövcud  olması  danılmaz  faktdır.  Bu 

marketinq  -  siyasət  texnoloqlarının  köməyi  ilə  m üvafiq 

proqram lar  hazırlamaq  və  onları  satmaq  sənətidir.  İlh am  

Əliyev  deyir:  «Mən  heç  kəslə  rəqabət aparmaq  fikrində  d e y ­

iləm.  Mən  işlə  məşğulam...  fəxr  edirəm  ki,  A zərbaycanın 

neft  sənayesinin  dirçəldilməsinin  yeni  mərhələsinin  təm əli­

nin  qoyulmasında  mənim  də  xidmətlərim  vardır»  (İlham  

Əliyev  böyük  siyasətdə:  reallıqlar  və  perspektivlər.  1  kitab. 

Bakı,  1999.  s.  15-16).

Jurnalist  növbəti  sualı  verəndə  bu  təsəvvür  d a h a   da 

güclənir:  «Siz  aktiv  siyasətlə  məşğul  olmaq  niyyətindəsiniz- 

mi?» - sualına  İlham Əliyevin  cavabının  informasiya  tutum u 

adamı  heyrətləndirir:  «İndicə  sizə  dediklərim  elə  siyasətdir. 

Siyasət  dağılmaq  yox,  qurub  yaratmaqdır»  (yenə  orada,  s. 

19).

Gördüyümüz  kimi,  Nazirlər  Kabinetinin  sədri  İlham 



Əliyev,  Azərbaycanda  dövlət  xidməti  ənənələrinə  tamamilə 

uyğun  olaraq,  hakimiyyət  praktikasını  özünüreklam a  ya­

bançı,  müstəsna  dərəcədə  yaradıcı,  qurucu və  buna  görə do 

Xalqın qarşısında, Tarixin  qarşısında məsul bir xidmət  kimi 

anlamasını  nümayiş etdirir.  Bu mənada  İlham  Əliyev 

Pre­


zident Heydər Əliyevin  layiqli varisidir.

24.  Varislik mövzusu: siyasi ənənələrin və siyasi dövrün 

imperativləri

«İnanıram  ki,  mənim  axıra  çatdıra 

bilmədiyim  taleyüklü məsələləri, planla­

rı,  işləri sizin  köməyiniz  və  dəstəyinizlə 

İlham Əliyev haşa çatdıra biləcək»

(Heydər Əliyevin Azərbaycan xalqına 

müraciətdən.  «Azərbaycan»,  2003,  3 oktyabr)

Qeyd edək  ki,  varislik  faktı  ilə əlaqədar,  müxalifətçilərin 

spckulyasiyaları  onlara  xas  olan  daha  bir  səhvi  üzə çıxarır. 

O nlar  anlamırlar  ki,  qabaqcıl 

tradisionalist  cəmiyyətdə 

ənənələrin  qorunub  saxlanması  və  sonradan  ənənələrlə  in- 

novasiyaların  sintez  edilməsi  məhz  varislik  sayəsində  təmin 

edilir.  Axı  ənənələr 

külü  yox,  odu-ocağı  qoruyub  saxla­

maq  deməkdir.  Hakimiyyətin  varislik  qaydası  üzrə  keçməsi 

ideyası  tarixi  keçmişin  təməlini  dağıtmağa  çağırış  deyil,  ək­

sinə  bu,  sürətlə  dəyişməkdə  olan  dünyamızda  sıravi  azər­

baycanlıya  dayaq  nöqtəsi  verməyə çağırışdır.  Azərbaycanın 

görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  gənc  varisi  və  da­

vamçısı  məhz bu cür varisdir.

Siyasi  ənənələrdə  davranış  və  təfəkkürün  çox  qiymətli 

stereotipləri  var.  Bu  ənənələr  vasitəsilə,  baxdığımız  halda, 

millətin  insan  kapitalı  olan  idarəçilər  sinfinin  təcrübəsi  və 

təfəkkürü  sonrakı  nəslə  ölürülür.  İnsanlarda  siyasi  mədə­

niyyət  tərbiyə  edilməsi,  siyasi  fəaliyyət  nümunələrinə  yiyə­

lənmək  yolu  ilə onların  şəxsiyyətinin  formalaşması,  çox  cə­

hətdən,  siyasi  ənənələr çərçivəsində  baş  verir.  Bu  fakt  İlham 

Əliyevə tətbiq edildikdə də eyni dərəcədə doğrudur.

Siyasi  dövr  baxımından  varislik  ideyasının  xeyrinə  bir 

neçə  söz  demək  istərdim.  Məlum  olduğu  kimi,  astronomik 

/amandan  fərqli  olaraq,  siyasi  zaman  müxtəlif siyasi  pro­

seslərdə  və  müxtəlif  siyasi  qüvvələr  üçün  müxtəlif  sürətlə

115



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə