Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   27   28   29   30   31   32   33   34   35

rə  verməsi  üçün  bir  sıra  şərtlərə  riayət  edilməli  idi.  Neft  ha­

silatının  intensivləşdirilməsi  və  neftin  nəqli  bu  cür  amillər­

dəndir.  Lakin  buradan  belə  bir  nəticə çıxır  ki,  təsərrüfat  sa­

həsində  uğurlar  qlobal  amillərdən  -   milli  iqtisadiyyatın 

ümumdünya  iqtisadi  məkanına  uyğunlaşması,  neftin  bey­

nəlxalq  qiymətləri,  BVF-in  standartları  və digər  sanballı  ge­

osiyasi  amillərdən  asılıdır.

Biz  Prezident  H.Əliyevin  əvvəlki  fəaliyyətinə  bələd  ol­

duğumuz  üçün  qətiyyətlə  deyə  bilərik  ki,  o,  Qərbi  Avropa 

hökümətlərinin  praktikasından,  yəni  həmin  ölkələrdə  isteh­

sal  qüvvələrinin  məqsədəuyğun  yerləşdirilməsi  problemi  ilo 

dövlət  səviyyəsində  məşğul  olmalarından...»,  ölkələrin  sosi­

al-iqtisadi  inkişafı  üçün  isə  «...  ilk  baxışda  bazar  m ünasi­

bətlərinə  xas  olmayan  tənzimləyici  şərtlərdən  istifadə  edil­

məsindən»  xəbərsiz  ola  bilməzdi  (Надиров  А.  Вопросы  эко­

номического  развития  азербайджанских  регионов  в  систе­

ме  рыночных  отношсний/УАЯ  EA  Xəbərləri.  İqtisadiyyat 

seriyası,  №3,  1998.  S.5).  Lakin  vəziyyət  daha  ciddi  idi  və 

müdrik siyasətçilər bunu bilirlər...

Azərbaycan  höküməti  bazar  iqtisadiyyatına  keçid 

strategiyasını 

əsas 


götürərək, 

qiymətlərin 

liberallaş- 

dırılması  və  sərt  pul-kredit  siyasəti  yeridilməsi  yolu  ilo 

inflyasiyanı  cilovlamağa  müvəffəq  oldu.  1996-cı  ildə 

inflyasiya  səviyyəsi  endirildi,  son  illərdə  isə  həmin 

göstəricinin  qiyməti  2-3%  həddindədir.  Büdcə  kəsirinin 

Milli  Bank  tərəfindən  maliyyələşdirilməsi  kimi  qüsurlu 

praktikaya  son  qoyulması,  büdcə  xərcləri  üzərində  nəzarət 

təmin  edilməsi  və  bir  sıra  digər  məqsədyönlü  tədbirləı 

görülməsi  nəticəsində  büdcə  kəsirini  azaldaraq  1-2%-з 

endirmək  mümkün  olmuşdur.  Hazırda  respublikamızda  il­

lik  ÜDM   artımı  o rta  hesabla  8-10%-ə  bərabərdir  (rəqəmləı 

AR 


Dövlət 

Statistika 

Komitəsinin 

materiallarından 

götürülmüşdür).

BVF-in  və  digər  beynəlxalq  təsisatların  əsas  problemi 

qloballaşma 

problemi 

və 

qloballaşma 



variantlarının

seçilməsi  problem idir.  SSRİ-də  və  Şərqi  Avropada  real 

sosializmin  məğlubiyyətinin  və  azad  bazar  apologiyasının 

təsiri  altında  elə  bir  ideoloji  ab-hava  yaranmışdı  ki,  xalis 

bazar 

iqtisadiyyatı 



tərəfdarlarının 

baxışları  üstünlük 

qazanmışdı.  Bu,  dövlətin  təsərrüfatçılıq  rolunun  minimuma 

endirilməsi, 

faktiki 

olaraq 


dövlətin 

iqtisadiyyatdan 

uzaqlaşması 

demək 


idi. 

BVF-in 


standart 

reseptləri 

neokonservatorların 

nəzəri 


müddəalarına 

əsaslanır: 

«Qiymətlərin  liberallaşdırılması,  xarici  iqtisadi  fəaliyyətin 

liberallaşdınlması, 

sərt  maliyyə-kredit  siyasəti,  büdcə 

kəsirinin  minimuma  endirilməsi,  müəssisələrin  müflisləşməsi 

haqqında  qanunun  tətbiq  edilməsi,  torpaq  üzərində  alqı- 

satqı  hüququ  olm aqla  xüsusi  mülkiyyət,  xarici  kapital  üçün 

etibarlı  təm inatlar»  (Современное  мировое  пространство  // 

Возрождение -  XXI  век.  1999. №  16. С.  72-79).

Ölkə  iqtisadiyyatının  məhz  iqtisadi  metodlarla  idarə 

olunması,  bazar  iqtisadiyyatı  münasibətlərinin  düzgün  qu­

rulması  cənab  Heydər  Əliyevin  gərgin  əməyi  və  müstəsna 

şəxsi rolu sayəsində mümkün olmuşdur.

Cənab  Prezident  nəqliyyatın  inkişafına  da  diqqət 

yetirmişdir  və  o  dəmir  yolunu  “Azərbaycan  iqtisadiyyatının 

böyük  bir hissəsi” hesab edir.

“Azərbaycan  Dövlət  Dəmir  Yolunun  son  illərdəki 

uğurlu  fəaliyyəti  məhz  Heydər Əliyev cənablarının  bizə olan 

şəxsi  qayğı  və  diqqətinin  sahəsində  mümkün  olmuşdur” 

(Z. Məmmədov.  Heydər  Əliyev  və  Azərbaycan  Dəmir 

Yolları.-  Bakı,  1999, s.86).

“Ölkənin  qan  dam arı”  sayılan  dəmir  yolunda  sərnişin 

və  yük  daşımalarının  həcmi  artmış,  hərəkətin  təhlükəsizliyi 

təmin  edilmişdir.Görülən  əsaslı  tədbirlər  sahəsində  iqtisadi 

göstəricilər  yüksəlmişdir  “...mən  indi  Azərbaycan  Dövlət 

Dəmir Yolunda inkişaf hiss edirəm” .

124


125


3.  Neft kontraktları  vasitəsilə iqtisadi tərəqqiyə  doğru

Heç  şübhəsiz,  neft  sənayesi  milli  iqtisadiyyatın  inkişa­

fında  mühüm  yer  tutur.  90-cı  illərdə  bütövlükdə  Azərbay­

can  iqtisadiyyatında  olduğu  kimi,  neft  sektorunda  da isteh­

salın  kəskin  azalması  müşahidə  olunurdu.  Azərbaycan  iqti­

sadiyyatında  neft  sənayesinin  strateji  əhəmiyyəti,  milli  iqti­

sadiyyatın  struktur  islahatlarında  neft  sənayesinin  müstəs­

n a rola  malik  olması  bu  sahədə  məxsusi  dövlət strategiyası­

nın yaradılmasını və həyata keçirilməsini tələb edirdi və belə 

bir  strategiya  yaradıldı  (bax:  S.Səfərov.  Yeni  Azərbaycan: 

iqtisadiyyat, siyasət, dinamizm.Bakı. 2003).

İslahatlar,  faktiki  olaraq,  1994-cü  ilin  sentyabr  ayında 

«Əsrin  müqaviləsi»nin  imzalanması  ilə  başlandı.  Bu  müqa­

vilənin  imzalanması,  bir  tərəfdən,  Heydər  Əliyevin  strateji 

istedadının  nəticəsi,  digər  tərəfdən,  özünü  tamamilə  işə  həsr 

etmək  bacarığını  nümayiş  etdirmiş  İlham  Əliyevin  gərgin 

əməyinin  bəhrəsi  idi.  İlham  Əliyev  «Əsrin  müqaviləsi»nin 

beşinci  ildönümünə  həsr  edilmiş  təntənəli  mərasimdə  de­

mişdir:  «Azərbaycana  təzyiq  o  qədər  güclü  idi  ki,  xarici  öl­

kələrin  neft  şirkətləri  bu  tezisi  (Xəzərin  statusu  problemini. 

-   Müəllifin  qeydi)  kontraktın  şərtlərinə  daxil  etmişdilər... 

Bu,  əslində  o  demək  idi  ki,  kontrakt  imzalanacaq,  lakin 

qüvvəyə  minməyəcəkdir...  Bu şəraitdə  Azərbaycan  Respub­

likasının  Prezidenti  məni  o  vaxt  yekun  danışıqların  aparıl­

dığı  Hyustona və ABŞ-ın  Energetika Nazirliyinin rəhbəri  ilə 

görüşmək  üçün  Vaşinqtona  ezam  etməyi  qərara  aldı...  Yal­

nız Amerika höküməti  bu məsələyə müdaxilə edəndən sonra 

xarici  neft  şirkətləri  həmin  bəndi  kontraktdan  çıxarmağa 

razılıq  verdilər»  (Доклад  первого  вице-президента  ГНКАР. 

депутата  Милли  Меджлиса  Ильхама  Алиева  //  Возрожде­

ние -  XXI век.  1999. №  19. С.  11 -12).

Xəzərin  Azərbaycan  şelfindəki  neft-qaz  ehtiyatlarının 

fəal  mənimsənilməsi  işləri  1994-cü  ilin  sentyabrın  20-də 

«Əsrin  müqaviləsi»nin  -  «Azəri-Çıraq-Günəşli»  (AÇG)

yataqlarının  kəşfiyyatı,  işlənməsi  və  hasilatının  pay  bölgüsü 

barədə  sazişin  imzalanması  ilə  başlandı.  Azərbaycan 

Beynəlxalq  Əməliyyat  Şirkətini  (AİOC)  yaratmış  saziş 

iştirakçıları  arasında  Azərbaycan  Respublikasının  Dövlət 

Neft  Şirkəti  (A RD N Ş),  Amerikanın  Amoco,  Unocal  və 

Pennzoil,  Britaniyanın  British  Petroleum,  McDermott  və 

Ramco,  Norveçin  Statoil,  Rusiyanın  LUKoil  (hərçənd, 

sonradan  LUKoil  həmin  sazişdə  özünün  payını  yapon 

şirkətinə  satmışdır),  Türkiyənin  TPAO  və  Səudiyyə 

Ərəbistanın  D elta  şirkətləri  vardır.  Sonradan  Yaponiyanın 

İtochu və Amerikanın  Exxon şirkətləri  də  bu  kontrakta  qo­

şuldu.  Otuz  il  m üddətinə  imzalanmış  «Əsrin  müqaviləsi»nə 

görə,  ölkəmizə  11  milyard  ABŞ  dollarından  çox  vəsait  cəlb 

edilməsi  nəzərdə  tutulm uşdur  (Алиев  H.  Баку-Тбилиси- 

Джейхан-  основная  часть  нефтяной  стратегии  президента 

Азербайджана  Гейдара  Алиева.  //  Бакинский  рабочий. 

1999, 27  января).

«Çıraq»  yatağının  işlənməsi  Azərbaycanda  neft  hasila­

tının  azalması  prosesini  dayandırmış  və  1998-ci  ildən  baş­

layaraq  Azərbaycan  Respublikasında  neft  hasilatı  artmağa 

başlamışdır.  Belə  ki,  1997-ci  ildə ölkədə  9,0  milyon  ton  neft 

çıxarıldığı  halda  1998-ci  ildə  11,3  milyon  ton,  1999-cu  ildə

13.8  milyon  ton,  2000-ci  ildə  14,0  milyon  ton,  2001-ci  ildə

14.8  milyon  ton  və  2002-ci  ildə  15,3  milyon  ton  neft çıxarıl­

mışdır.

1994-cü  ildən  sonra  Azərbaycan  neft  hasilatına  dair 



təqribən  50  milyard  dollar  investisiya  qoyulması  nəzərdə 

tutulan  sazişlər  imzalanmışdır.  2005-ci  ildə  investisiyalar 

hesabına  20  milyon  ton  neft  çıxarılması  nəzərdə  tutulur. 

2010-cu  ildə  hasilatın  həcmi  artaraq  40-50  milyon  tona  ça­

lacaqdır.  Xəzərin  Azərbaycan sektorunda neftlə zəngin olan 

145  perspektivli  struktur  aşkar  edilmişdir.  Qiymətləndiril­

miş  ehtiyatların  bütün  həcminin  üçdə  bir  hissəsinin  yerləş­

diyi  üç  ən  zəngin  yatağın  işlənməsi  sayca  birinci  və  ən  iri 

konsorsium 

Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti

126

127



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə