qeyd edir ki, həmin ziyalılar o dövrün mütərəqqi ideyalar]
ilə yaşayırdılar.
M odernin Azərbaycan layihəsi 20-30-cu illərdə kamalçı
Türkiyədə tam dərinliyi ilə təzahür etməyə macal tapmamış
bir hadisə idi, lakin bu layihə Xoyskinin və Usubbəyovur,
hökumət kabinetlərinin praktikasında əyani şəkildə mövcud
idi. Azərbaycan dövlətçiliyi də, özünün sələfi olmuş Rusiya
dövlətçiliyi kimi, Qərbi Avropa dövlətçiliyindən aşkar
fərqlənirdi, çünki Azərbaycan dövlətçiliyi Azərbaycan xal
qının bənzərsiz milli-mədəni xüsusiyyətlərini dərindən əks
etdirirdi.
1918-1920-ci illərdə Azərbaycanda milli dövlətçiliyin
yaradılması və müvafiq resursların səfərbər edilməsi, inti
zam, özünüməhdudlaşdırma, vətənpərvər ruh yüksəkliyi və
xarizmatik liderə ehtiyac kimi məsələlərin həllini tələb edən
modernləşmə 1993-cü ildən başlayaraq Azərbaycan Res
publikasının rəhbərliyi tərəfindən həyata keçirilən modern
ləşməyə çox oxşayır. Əlbəttə, həyat şəraiti və buna müvafiq
olaraq, modernləşmənin siyasi metodları da dəyişmişdir: bu
gün ölkədə vətəndaş müharibəsi getmir, Azərbaycan Res
publikası beynəlxalq təsisatlar səviyyəsində dəstəklənir. Bu
na görə də Prezidentin «Biz Azərbaycan Demokratik Res
publikasının sədaqətli və layiqli varisləriyik» bəyanatının
proqram əhəmiyyəti inkaredilməz tarixi həqiqəti ifadə edir.
Bütün yuxarıda deyilənlərlə əlaqədar, İlham Əliyevin
bəyanatları çox xarakterikdir: «Biz xarici şirkətlərə deyir
dik: siz ayrı-ayrı şirkətlərin mənafelərini müdafiə edirsiniz,
biz isə ölkənin və Azərbaycan xalqının mənafelərini müdafiə
edirik. Əgər siz səhvə yol versəniz bu, yalnız sizin şirkətin
bir layihəsində özünü göstərəcək, lakin əgər biz səhv etsək,
bu səhv bütün Azərbaycan xalqının mənafeyinə ziyan vu
rar... Biz heç bir halda, heç bir səhvə yol verə bilmərik».
İlham Əliyev hakimiyyətin - ən mühüm sosial kapital olan
xalqın etimadının doğruldulması qeydinə qalan dövlətçilə
rin hakimiyyətinin
tarixi məsuliyyət səviyyəsini də, mənəvi
44
prioritetləri də göstərir. Hakimiyyətin özülü - tarixin indiki
mərhələsində «yalnız iqtisadi inkişaf, xarici investisiyaların
cəlb edilməsi... şəraitində təmin edilə biləcək» real müstə
qilliyin möhkəmlədilməsində təcəssüm etmiş modernləşmə
proqramının uğurla həyata keçirilməsidir. (Доклад первого
вице-президента ГНКАР, депутата Милли Меджлиса Иль
хама Алиева//Возрождение-ХХ1 век. 1999. №19. с. 10).
6. XX yüzilliyin 70-80-ci illərinin «qabaqcıl ənənəvi
cəmiyyət»i
90-cı illərdə Prezident H.Əliyev öz nitqlərində bir faktı
dəfələrlə etiraf etmişdir ki, 70-80-ci illərdə Azərbaycan
böyük uğurlar qazanmışdır. 80-ci illərin ortalarında res
publika SSRİ-nin ən dinamik inkişaf edən müttəfiq respub
likalarından biri statusu qazanmışdı.
1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra
respublikada neqativ hallara qarşı fəal mübarizə başlandı.
1969-1985-ci illər, səfərbərlik iqtisadiyyatının imkanlarım
əyani nümayiş etdirmiş dəyişikliklərin miqyasına görə, II
Respublikanın tarixində
misilsiz dövr
kimi qalmışdır.
Azərbaycanın dövlət suverenliyinin və iqtisadi müstəqil
liyinin bazası məhz həmin illərdə yaradılmışdır.
XX əsrin 70-80-ci illərində Azərbaycanda möhkəmlən
miş və qərarlaşmış cəmiyyəti «qabaqcıl ənənəvi cəmiyyət»
adlandırmaq olar. Bu cəmiyyətə xas olan əsas cəhətlər
mənəvi sahədə nailiyyətləri üzvi və tarixi xarakteri, mənəvi
dəyərlərin daxili bütövlüyü və sistemliliyidir. Qabaqcıl ənə
nəvi cəmiyyətdə siyasi münasibətlərin və hakimiyyət sahəsi
nin sosial-mədəni amillərdən (adət-ənənələr, mərasimlər,
mifoloji strukturlar və i.a.) asılılığı yüksək dərəcədə olur.
Azərbaycan cəmiyyəti də bu xarakteristikaya uyğun gəlir,
çünki burada sənayeləşmə, mədəni tərəqqi və şəxsiyyətin
fərdiliyi kimi dəyərlər qərarlaşmışdır və bütün bunlar kə-
45
nardan müdaxilə edilmədən, ənənəvi sivilizasiya çərçivəsin
də baş vermişdir. Bir faktı xüsusi qeyd edək ki. 90-cı illərdə
baş vermiş böhranlara baxmayaraq, Azərbaycan öz iden-
tikliyi əsasında modernləşməni davam etdirmək üçün zəruri
potensialını qoruyub saxlamışdır. Vəziyyətə bu cür nikbin
qiymət verməyimiz ona əsaslanır ki, hər bir sivilizasiyanın
öz daxili qanunauyğunluqları ilə təyin edilən bənzərsiz di
namikası vardır. Buna görə də sivilizasiyalar bir-birinə q a r
şılıqlı təsir edərkən bu prinsipi rəhbər tutmaq lazım dır:
«Hər bir sivilizasiya öz məxsusi fərdiliyini pozm adan, ona
yabançı olan elementləri seçmə yolla qəbul edir» (Ерасов Б.
Выступление
на
круглом
столе
«Что
же
даль-
ше?»//Осмысливая мировой капитализм. М., 1997. с. 189).
II Hissə. AZƏRBAYCAN İDENTİKLİYİNİN
QO RUNUB SAXLANMASI PROBLEMİ
1. Seçim Şəxsiyyət üzərində saxlanır: Heydər Əliyev
Heydər Əliyev ona xas olan analitik təfəkkürlə XX əsrin
Azərbaycan tarixini dörd mərhələyə bölür: birinci mərhələ -
əsrin əvvəlindən Oktyabr inqilabına qədərki dövrü əhatə
edir. İkinci mərhələ 1918-1920-ci illəri - Azərbaycan De
mokratik Respublikasının mövcud olduğu dövrü, eləcə də
formal baxımdan suverenlik əldə etmiş Azərbaycan SSR-in
mövcud olduğu 1920-1922-ci illəri əhatə edir. Üçüncü m ər
hələ Azərbaycan SSR-in federativ dövlətin tərkibində möv
cud olduğu dövrdür (1922-1991-ci illər). Nəhayət, 1991 -ei
ildə başlanmış dördüncü mərhələ. Azərbaycan Prezidentinin
İcra Aparatının rəhbəri, Azərbaycan dövlətçiliyinin müasir
nəzəriyyəçisi Ramiz Mehdiyev göstərir ki, son iki mərhələ
üçüncü və onun bilavasitə nəticəsi olmuş dördüncü mərhələ
birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycanı
müstəqil dövlət quruculuğuna gətirib çıxarmış yol, əslində
1969-cu ildən - Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtdan
başlamışdır.
Ramiz Mehdiyev milli dövlət yaradılması ideyasının
həyata keçirilməsinin aşağıdakı mərhələlərini xüsusi qeyd
edir: 1988-1992-ci illər, 1992-1993-cü illər, 1993-1995-ci illər
və 1995-2003-cü illər. 1993-1995-ci illəri «Müstəqillik idey
aları və dövlətçilik uğrunda «gərgin, amansız mübarizələr,
müstəqillik və dövlətçilik şüurunun qələbəsi» mərhələsi»
kimi səciyyələndirən R.Mehdiyev sonrakı - 1995-2003-cü
illəri əvvəlki mərhələnin nəticəsi olan «siyasi müasirlik» və
«tammiqyaslı hüquqi, demokratik dövlət və vətəndaş cə
miyyəti quruculuğu mərhələsi» adlandırır (Mehdiyev R.
Azərbaycanda müstəqil dövlət quruculuğu təcrübəsi: uğur
lar, problemlər və perspektivlər. /Mehdiyev R. Azərbaycan:
tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı, 2001. s. 254).
46
47