37
və öz hüquqlarını bütün yerlərdə əks etdirirlər. İnsanların
münasibət və əlaqələrində hüquq digər mənəvi amilləri özündə
cəmləşdirən
ümumiləşdirici
mənəvi
kriteriya
olaraq
məxsusluğu, aidiyyatlığı yaradandır. Hüququn genişlənməsi
bacarıq və istedadla, eləcə də imkanlarla bağlıdır. Bu baxımdan
hüquq
inkişaf
müəyyən
edən
kriteriyadır,
inkişafı
şə
rtləndirəndir.
İ
nsan hüquqları onların azad və sərbəst fəaliyyətlərinin,
təbii azadlıqlarının əsaslarını təşkil edir, bu kimi əsasları
müəyyən edən əlamət məfhumuna çevrilir. İnsanların fəaliyyət
göstərdikləri sahələr müxtəlifdir və bu sahələr insanların
ehtiyacları üzərində formalaşan maraqların sahələrinə bağlıdır.
Maraqların müxtəlifliyi də sahələr arasında şəbəkələri meydana
gətirir.
Dövlət hüququ insan hüquqlarını təmin və müdafiə etmək
üçündür.
(Qeyd: hüquq subyektə-fiziki və hüquqi, məxsusdur.
Dövlət subyektdir. Deməli, dövlətin hüququ var. Dövlətin
hüququndan onun vəzifə və səlahiyyətləri formalaşmış olur.
Onu da qeyd etmək olar ki, vəzifələrin özü də hüququ
yaratmış olur). İnsan hüququ
(xəyali iyerarxiyada yuxarıda
olduğu və dərin məzmuna malik olduğu üçün) fəlsəfənin
obyektidir. Dövlət hüququ da ümumi mənada fəlsəfənin
obyektidir. Lakin hər ikisi xüsusi olduqlarından və tərkiblərə
parçalandıqlarından, həm də elmin obyektləridir. Fəlsəfə və
elm həm tərkibdə,
həm də bütövdə əlaqəlidirlər, vəhdətdədirlər.
Məlumdur ki, dövlət özü də insan hüquqlarının təmin olunması
və qorunması məqsədilə yaradılır. Buradan belə bir məntiqi
hökmlər və nəticələr ortaya çıxır ki, hüquq insanlara aiddir.
İ
nsanlar dövlətlərin tərkib ünsürləridir.
Deməli, hüquq dövlətə
aiddir. İnsanlar öz hüquqlarını yaratdıqları tərəf kimi
dövlətlərə vermiş olurlar. Dövlət insanların hüquqlarının
müxtəlif sahələrdə tanınması və təsbit olunması üçün
ə
həmiyyət kəsb edən (təminedici) bir quruma çevrilir.
(Qeyd:
dövlət strukturlardan ibarətdir. Strukturlar ayrı-ayrı sahələr