105
Digər bir yanaşmada da qeyd olunur ki, sillogizm-
deduksiya metodu olaraq, ümumidən xüsusiyə keçməklə, üç
mühakimə metodunu meydana gətirir: böyük mühakimə, kiçik
mühakimə və nəticə. Tam və yaxud qəti mühakimə sillogizmi
belə yaranır:
1) heç bir təmiz insan oliqarx ola bilməz.
2) İvanov-təmiz insandır
3) nəticə olaraq, İvanov oliqarx ola bilməz.
Qısaldılmış sillogizm özündə mühakimələrdən və və ya da
nəticələrdən birini əks etdirmir. Məsələn, bizim şirkət
çiçəklənir. Ona görə ki, bütün neft şirkətləri çiçəklənir. Burada
“biz neftçilər” mühakiməsi buraxılmışdır.
102
Sillogizm qəti, hipotetik və bölücü olur.
Daha bir elmi yanaşma. Məntiqə əsasən hesab etmək olar
ki, bütün hökmlər sadə və mürəkkəb olur. Mürəkkəb hökmlər
elə sadə hökmlərdən meydana gəlir. Bu baxımdan uzun və
çoxtərkibli konstruksiyalı olur. Sadə hökmlər qəti və assertorik
olurlar və bu baxımdan da atributiv (daimi, zəruri, ayrılmaz)
və eqzistensial (reallıqda predmetin mövcud olması) olurlar.
Sadə assertorik hökmlərin üçüncü növü-predmetlər arasındakı
əlaqələr haqqında hökmlərdən ibarətdir. Qəti hökmlər müsbət
və mənfi, həmçinin ümumi, xüsusi və tək halda olur.
103
Hökmlərə ənənəvi məntiqdən baxılmalı olsa, onda qeyd
edilməlidir ki, onlar əsasən qəti olurlar. Bu, o mənanı verir k,
hökmlər ya müsbət mənada bu və ya da digər predmetləri
təsdiq edirlər, ya da inkar edirlər. Beləliklə, qəti hökmlər
müsbət və mənfi olurlar. Məsələn, “Ay-Yerin peykidir”, Böyük
Britaniya-ada dövlətidir”-bu kimi hökmlər müsbətdir. “Heç
bir paytaxt qədim deyil”, “Bəzi içkilər fransız içkiləri deyillər”
kimi hökmlər isə mənfi olurlar. Qəti hökmlərin bu cürə
bölgüsü bağlayıcıların keyfiyyətlərinə görə mövcud olur.
104
102
Силлогизм. http://vocabulary.ru/dictionary/14/world/silogizm
103
Лекция № 11. Простые суждения. Понятие и виды.
http://www.plam.ru/philos/logika_konspekt_lekcii/p11.php.
104
Həmin mənbə.
106
Müsbət qəti hökm bu və digər predmetə aid olan əlamətləri
müəyyən etmək xüsusiyyətlərinə malikdir.
105
Mənfi qəti
hökmlər isə müsbət keyfiyyətlərə malik deyil. Bölgüdə digər
bir əsas isə say baxımından müəyyən olunur. Bu, o mənanı
verir ki, təsnifatın əsasında belə bir sual meydana gəlir ki,
müvafiq anlayışın tərkibinə nə qədər müəyyən olunmuş məfhum
daxil olur. Bu baxımdan sadə qəti anlayışları ümumi, şəxsi və
təkliyə aid olan tərkiblərə aid etmək mümkündür.
106
Ümumi
hökmlərin
strukturunda “Bütün S (subyekt) P (predikat)-dir”.
Məsələn, “Bütün insanlar-məməlidirlər”. İkinci tip hökm
xüsusi (məxsusi) təsdiqedici olur. Bunun strukturu belədir-
“Bəzi S (subyekt) P (predikat)-dir”. Məsələn, “Bəzi idmançılar
(subyekt) –futbolçudurlar (predikat)”. Sadə qəti hökmlərin
üçüncü tipi –ümuminkaredici olur. Bu tipin strukturu -“Heç
bir S (subyekt) P (predikat) deyil”. Məsələn, “Heç bir it
sürünən deyil”. Sadə qəti hökmlərin dördüncü tipi məxsusi
inkaredici olur. Bunun formulası belədir. “Bəzi S(subyekt) P
(predikat) deyil”. Məsələn, Bəzi göllər (göl burada subyekt)
şirinsulu deyillər (predikat-bu, qrammatikada xəbərdir)”.
107
Bütün hökmlərdə minimum subyekt (S) və predikat (P) vardır.
Subyekt kimi predikat da məfhumdur. Bütün məfhumlar kimi
onlar da həcm və məzmuna xarakterizə olunur. Əgər məzmun
əlamətləri əks etdirən məfhumdursa, onda həcm tabe olan
məfhumlar haqqında məlumatlara malik olur.
108
Digər bir elmi yanaşmanı misal çəkək. Məntiq elmində ən
sadə fikir aşağıdakı ünsürlərdən yaranır: a) cisim və
hadisələrin beynimizdə inikası(latınca S hərfi ilə işarə olunur);
cisim və hadisəyə aid olan və yaxud aid olmayan xassənin,
əlamətin iniikası (latınca P hərfi ilə işarə olunur); v) Copula
105
Лекция № 11. Простые суждения. Понятие и виды.
http://www.plam.ru/philos/logika_konspekt_lekcii/p11.php.
106
Həmin mənbə.
107
Həmin mənbə.
108
Həmin mənbə.
107
isə latınca-dir, deyil bağlayıcısıdır.
109
Təfəkkür prosesində
bəzən elə hallara da rast gəlinir ki, əqli nəticə formaca düzgün
olsa da məzmunca yanlışdır. Bütün ağaclar bar verir(çıxış
hökmüdür). Çinar ağacdır. Deməli, çinar bar verir. Burada
məzmun baxımından səhv məntiqi nəticə var.
Bütün balıqlar tənəffüs edir.
İnsan tənəffüs edəndir.
Deməli, insan balıqdır. Burada burada çıxış hökmləri
doğrudur. Lakin, çıxarılan nəticə (insan balıqdır) səhvdir.
110
Sillogistika-sillogistik əqlinəticə haqqında təlim deməkdir.
Aristotel tərəfindən formulə edilmiş tarixən birinci məntiqi
deduksiya
(əsas
mühakimə
üsullarından
və
tədqiqat
metodlarından biri) sistemidir. Sillogizm subyektiv-predikativ
(predikat sözü izahlı lüğətə əsasaən, məntiqdə hökmün obyekti
haqqında deyilən fikir; məntiqi xəbər) strukturlu üç qoşa
hökmü: iki müqəddimə və nəticəni təşkil edən üç termindən
ibarətdir.
111
Başqa bir mənbədə sillogizmə belə yanaşma
edilir.
Sillogizm deduksiya və induksiya ilə bağlıdır. Deduksiya
(lat., deductio-nəticələr çıxartma, ümumidən təkliklərin və
çoxluqlardan xüsusiyə keçmə ilə bağlı olan düşünmə
prosesidir. Burada məntiqi əsaslarla müəyyən təkliflərdən
nəticələr çıxarılır. Məsələn, belə bir cümlə yazılır: əgər qızıl-
metaldırsa, metal elektrik keçirəndir. Deməli, qızıl-elektrik
keçirəndir. Deduksiyanın əksi isə induksiyadır. Deduksiya və
induksiya bir-birini tamamlayır.
112
109
M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh., s. 19.
110
Yenə orada. s. 21.
111
Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev.
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997,
səh. 372.
112
С24. Современная философия: Словарь и хрестоматия.
Ответственный
редактор доктор философских наук. Кохановский
В
.П. Ростов-на-Дону. Феникс, 1996 г. С.511., s.22.
Dostları ilə paylaş: |