Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə29/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

90 
 
məhdudlaşdırıcılıq  meydana  gələ  bilir.  Belə  hökmlər  və 
nəticədən  çıxış  etmək  olar.      Hüquq  insana  aiddir.  Hüquq 
məfhumdur.    Deməli,  insan  hüquqları  məfhumdur.  Onun 
tərkibi  var.  Hüquq  əxlaqı  da  özündə  birləşdirir.  Eyni zamanda 
ixtiyar  və səlahiyyətləri  və  s.  kimi kriteriyaları, komponentləri 
də özündə cəmləşdirir. Belə bir fikir var ki, hər bir mücərrəd 
təfəkkür məfhum formasında həyata keçirilir.
72
  
İ
nsan hüquqları bir məfhum kimi əlamət müəyyənedicidir. 
İ
nsanların  həyat  tərzini,  hərəkətlərini,  öz  aralarında  olan 
münasibətlərini  və  aralarında  olan  əlaqələrini  müəyyən 
edəndir.  (Qeyd: əlamət müəyyən cisim və hadisələr arasındakı 
oxşar və yaxud fərqli cəhətlərdir. Obyektiv gerçəklikdəki cisim 
və  hadisələrin  öz    aralarında      həm  oxşar,  həm  də  fərqli 
cəhətləri, tərəfləri vardır, bu oxşar və fərqli cəhətlər cisimlərin 
əlamətləri adlanır).
73
  Əlamətlər mühüm və qeyri-mühüm olur. 
Mühüm  əlamətlər  zəruri  olaraq  cismə  xas  olan,  onun  daxili 
təbitəini  və  mahiyyətini  ifadə  edən  əlamətlərdir.  Cisim  və 
hadisələrə  aid,  yaxud  aid  olmayan  və  onun  mahiyyətini  əks 
etdirən əlamətlər isə qeyri-mühüm əlamətlər adlanır.
74
 Məntiq 
elminin  izahına  əsasən,  məfhumlar  məntiqi  quruluşa  malikdir. 
Hər  bir  məfhumun  predmetindən  asılı  olmayaraq  iki  cür 
xarakteristikası  vardır:  1)  məzmun;  2)  həcm.  Məzmun 
müəyyən məfhumda əks olunan cisim və hadisələrin mühüm və 
ən  ümumi  əlamətlərinin  məcmusudur.
75
 
Həcm  məfhumda  əks 
olunan 
cisim 
və 
hadisələrin 
məcmusudur).
76
 
İ
nsan 
hüqüqlarının  həcminə  onun  ünsürlər  daxildir.  İnsan 
hüquqlarının  həcminə  insanların  hüquqlarını  yaradan  tərkib 
komponentləri  aid  olur.  Məsələn,  ləyaqət,  şərəf,  azadlıq 
(hərəkətlərin və ifadələr bildirməyin azadlığı, azad cəmiyyətdə 
yaşamaq),  sərbəstlik,    vicdan,  namus,  ədalət,  bərabərlik  və  s. 
                                                 
72
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 50.  
73
 Yenə orada. s. 53.    
74
 Yenə orada. s. 54.   
75
 Yenə orada.  s. 62. 
76
 Yenə orada. s. 63. 


91 
 
kriteriyalar  insan  hüquqlarının  tərkibidir,  onun  həcmidir. 
(Qeyd:  hüquq  və  azadlıq  məfhumları  qarşılıqlı  şərtləndirici 
məfhumlardır.  Azadlıq  hüququ  yaradır,  hüquq  da  azadlığın 
əsaslarını təşkil edir. Hüquq özü azad şəraitdə meydana gələn 
məfhuma  çevrilir.  Hüquq  onunla  bağlı  olan  bütün  məfhumlar 
üçün  səlahiyyət  rolunu  oynayır.  Səlahiyyətli  hərəkət,  sərbəst 
hərəkət  elə  azadlığı  yaradır.  Bu  hərəkətlərin  azad  şəkildə 
edilməsi  də  hüquqlardan  və  hüquqların  azadlığından  ortaya 
çıxır. Azadlıq və hüquq digər məfhumlıar üçün də tamamlayıcı 
məzmun rolunu  oynayır.  Məsələn,  İnsan Hüquqlarının və  əsas 
azadlıqların  müdafiəsi  haqqında  Avropa  Konvensiyasında  (4 
noyabr  1950-ci  ildə  Romada  qəbul  olunmuşdur)  yazılır:  Hər 
kəsin  azadlıq  və  şəxsi  toxunulmazlıq  hüququ  vardır.  Heç  kəs 
qanunla  müəyyən  olunmuş  hallardan  və  qaydadan  başqa 
azadlıqdan  məhrum  edilə  bilməz.  (Maddə-5);  Hər  kəsin  fikir, 
vicdan və din azadlığı hüququ vardır; bu hüquqda öz dinini və 
ya  əqidəsini  dəyişmək  azadlığı  öz  dininə  və  ya  əqidəsinə  həm 
təkbaşına,  həm  də  başqaları  ilə  birlikdə  etiqad  etmək  və  açıq 
yaxud  şəxsi  qaydada  ibadəti,  təlimləri,  dini  və  mərasim 
ayinlərini yerinə yetirmək azadlığı daxildir.(Maddə-9). Hər kəs 
öz fikrini ifadə etmək azadlığı hüququna  malikdir. Bu hüquqa 
öz  rəyində  qalmaq  azadlığı,  dövlət  hakimiyyəti  orqanları 
tərəfindən  hər  hansı  maneə  olmadan  və  dövlət  sərhədlərindən 
asılı  olmayaraq,  məlumat  və  ideyaları  almaq  və  yaymaq 
azadlığı  daxildir.  (Maddə-10)
77
.
 
Ümumiyyətlə  isə,  hər  azadlıq 
və sərbəstlik,  azad  hərəkət    hüquq  ola  bilməz. O  hərəkətlər  və 
hadisələr hüquq olur ki, orada azad şəraitdə müsbət və faydalı 
hərəkətlər  edilmiş  olsun.    Bu  baxımdan  da  müsbət  nəticələr 
verən  azadlıq  hüququn  əsasını  təşkil  edir.  Məsələn,  cinayətin 
                                                 
77
   İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 
Avropa Konvensiyası. 4 noyabr 1950-ci ildə Romada qəbul 
olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 2001-ci il 25 
dekabr tarixli, 236-II Q nömrəli Qanunu ilə ratifikasiya edilmişdir.  
AMEA-nın İnsan Hüquqları İnstitutu. Din və etiqad azadlığı 
beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, “Elm və Təhsil” 
nəşriyyatı-2013, ss.93-100.
 


92 
 
azad  və  sərbəst  şəkildə  törədilməsi  heç  də  hüquq  (müsbət 
hüquq)    ola  bilməz.  Hamı  tərəfindən  qəbul  edilən  deyil. 
Azadlığın özü də məhdudlaşandır və bu, hüquq vasitəsilə, qəbul 
edilən  hüquq  normaları  ilə    məhdudlaşır.  Azadlığı  da 
hərəkətlər  və  onların  edilməsinin  əsasları,  hərəkətlərin  
məzmunu  məhdudlaşdıra  bilir.      Məsələn,  cinayətlərin 
törədilməsi  cinayəti    törədən  şəxslərin    hüquqlarını 
məhdudlaşdıra  bilir.  Bununla  yanaşı,  digər  amillər,  məsələn, 
resurs  çatışmazlığı,  təbii  olaraq  ortaya  çıxan  məhdudlaşdırıcı 
amillər  də  azadlığın  məhdudlaşdırılmasının  əsaslarını  təşkil 
edir.  Hərəkət  mənfiyə  çevriləndə  hüquqlar  azadlığı  və 
hərəkətləri  məhdudlaşdırır.  Mənfi  hərəkətlər  o  hərəkətlərə 
deyilə bilər ki, bu hərəkərlər edilərkən   əxlaqın sərhədlərindən 
tamamilə  qırağa  çıxılsın.    Bu  anda  hərəkət  mənfi  və  cinayət 
tərkibli  olur.  Azadlıq  təbiidir,  insanların  daxilinə  xasdır.  Bu 
baxımdan da hüquq da təbiidir. Hüquqlar azadlıqları doğurur, 
azadlıqlar  da  hüquqların  yaranmasını  şərtləndirir.  Bu 
bağlayıcılıq  həm  də  bir-birini  məhdudlaşdıran  vasitələrə 
çevrilir ).   
Eyni  zamanda  insan  hüquqlarının  həcminə  vəzifə, 
səlahiyyət, ixtiyar, məsuliyyət və öhdəlik kimi amillər də daxil 
olur.  İnsan  hüquqlarının  bütün  tərkibi  əsasən  müsbətliklərdən 
ibarət olur.  İnsan hüquqları bölücü, birləşdirici, sistemləşdirici, 
qruplaşdırıcı,  sahələrə  ayırıcı,  uyğunlaşdırcı,  oxşarlaşdırıcı  və 
s.  kimi  funksiyaları  özündə  əks  etdirir.    Hüquq  qabiliyyətlərə 
uyğun  olaraq    vəzifələr  bölgüsünü,  o  da  şəxslər  arasında  
subordinasiyanı  (tabe olmanı) əmələ gətirir.  
İ
nsan hüquqları ümumi məfhumdur. Lakin onun içərisində 
fərdi  məfhumlar  da  vardır.  Məsələn,  uşaqların  hüquqları, 
qadınların hüquqları, yaşlı insanların hüquqları; peşə fəaliyyəti 
üzrə  hüquqlar,  məsələn,  alimlərin  hüquqları,  müəllimlərin, 
həkimlərin  hüquqları,  təyyarəçilərin  hüquqları,  əsgər  və 
zabitlərin  hüquqları,  dövlət  qulluqçularının  hüquqları      və  s.  
ayrı-ayrı  məfhumlar  kimi  qəbul  olunmalıdır.  İnsan  hüquqları 
həm  də  toplayıcı  məfhumdur.  (Qeyd:  toplayıcı  məfhumlar 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə