84
məqsədlərdən və obyektlərdən əlverişli (yüksək, ülvi) məqsəd
və obyektlərə keçirilməsi deməkdir.
63
Z. Freyidin baxışlarına
görə,
sublimasiya
dini
ayinlərin
və
mərasimlərin
formalaşması, incəsənətin və ictimai təsisatların yaranması,
elmin meydana gəlməsi, bəşəriyyətin inkişafıdır.
64
Hətta
sublimasiya humanistləşmənin yüksək mərhələsi kimi də
qəbul olunur. Şəxsiyyətin sosiallaşması, mədəniyyətin və
incəsənətin yüksək mərhələsi kimi də qəbul edilir).
65
Belə ki,
insan hüquqlarının inkişafı insanların yaradıcılıq və quruculuq
qabiliyyətlərini yüksəldir və onlara geniş məkanlar verir.
İ
nsanlar öz hüquqlarını özləri ilə birlikdə daşıyaraq və
hüquqlardan istifadə edərək öz qabiliyyətlərini, istedad və
bacarıqlarını müxtəlif sahələrdə və məsələlərdə realizə edə
bilirlər. İnsan hüquqlarının inkişafı həm də müəyyən
məsələlərdə
intellektuallığı
meydana
gətirir.
Yüksək
intellektuallıq isə U. Şelerə görə yüksək sublimasiyadır və bu
dağıdıcılığa gətirib çıxara bilər.
66
İnsan hüquqlarının hər
yanda tətbiqi və insanların bu hüquqlardan hərəkətlər üçün
istifadə etmələri bir tərəfdən insanların hüquq tətbiq etmə yolu
ilə inkişafını, digər tərəfdən isə məhdudlarsız hərəkətləri
yarada bilər. Bu baxımdan da hesab etmək olar ki, insan
hüquqları əsasən, məhdudlaşdırıcılıq əsasları ilə sublimasiyaya
tabe olmalıdır. Yəni inkişaf proseslərinin normativliyini,
bundan irəli gələrək, hədlər çərçivəsində norma və qaydalara
tabe olmasını və imperativliyini (məcburiliyini) qəbul
etməlidir.
63
Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev.
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997,
səh. 393.
64
Малахов В.С., Филатов В.П., составление, 1991. Современная
западная
философия. Словарь. М.; Издательство политической
литературы
. 1991. səh. 291.
65
Yenə orada.
66
Yenə orada.
85
Insan hüquqlarının öyrənilməsində fikirlərin konstruktiv
metodları (buna deduktiv metodlar da deyilir) da mühüm
ə
həmiyyət kəsb edir. Belə ki, insan hüquqları ayrı-ayrı sahələrə
görə
bölündüyündən,
təsnif
olunduğundan
burada
konstruktivlik də mövcuddur. Konstruktivlik əsasən, həm də
insan hüquqlarına dair elmi nəzəri-baxışların ümumiləşdirilmiş
ə
saslarla təhlilini də nəzərdə tutur. İnsan hüquqlarında olan
konstruktiv metod insan hüquqlarına aid olan təriflərin
ardıcllığını şərtləndirir. Onu da qəbul etmək olar ki, bütün
ardıcıl, məntiqi fikirlər, məfhumlar konstruktiv metoda
ə
saslanır. Hər bir məfum tərifdən ibarətdir. Təriflər cəmi elə
məfhumlar cəmini meydana gətirir. İnsan hüquqlarının
kosntruktiv metodlarla öyrənilməsi təbii ki, bu sahədə olan
baxışların şərtləndiriciliyini formalaşdırır. İnsan hüquqlarının
konstruktiv
metodları
silsilə
nəzəriyyələrin
meydana
gəlməsinin əsaslarını təşkil edir. İnsan hüquqlarının dərk
olunmasında müddəaların çoxluğu, eyni zamanda fikir
ayrılıqları və fikir fərqləri də bu obyektin (predmetin)
konstruktiv əsaslarla dərk olunmasının əsaslarını təşkil edir.
Konsturktiv metod təbbi ki, insan hüquqlarının öyrənilməsində
xüsusidən ümumiyə keçidi (induktivliyi, yəni tək-tək
faktlardan ümumi müddəaya keçmək) də şərtləndirir.
Təbii hüquq anlayışı, mexanikanın dili ilə ifadə etsək,
invariantdır. Yəni, bütün hallarda daxili məzmun etibarilə
dəyişməyəndir. Təbii hüquq anlayışının ivariantlığı onun
immanentliyindən
və
təbii
endemikliyinin
xassəsindən
meydana gəlir. İnsanlar təbiətən eyni və oxşar xassələrə malik
olurlar. Təbii hüquqlar onlarla doğulur və bütün dəyişən
hallarda, yəni, insanların yaşlarına və fəaliyyətlərinə
baxmayaraq, anlayış kimi invariant olaraq qalır. Pozitiv
hüquqlar isə, dəyişən ola bilər və bu, məkan və resurslardan
asılı olaraq, variasiyanın (müxtəlif hallarda dəyişmənin)
obyektinə çevrilə bilər. Hüquqların variasiyasına da iki
aspektdən yanaşmaq olar: birincisi, hüquqların insan
86
fəaliyyətinə və peşəsinə, eləcə də resurs imkanlarına bağlı
olaraq təmin edilməsinin müxtəlifliyi; ikincisi, isə hüquqların
dəyişkənliyinə və azadlıqların məhdulaşmasına əsaslanmasına
xas olan əsasları.
Hüquq həm vasitəli, həm də vasitəsiz biliyin obyektidir,
anlayışı və məfhumudur. Belə ki, hüquq vasitəsiz biliyin
(burada sübutun köməyi olmadan) alınmış biliyin obyekti kimi
daha da böyük əhəmiyyət kəsb edir. Hüquq mücərrəd
olduğundan belə vasitəsiz biliyin predmetidir. Hüququn
tanınması, təsbiti və tətbiqi zamanı təcrübənin məlumatlarına
ehtiyac duyulmadan da, anlayışın dərk olunnması və proseslər
zamanı məntiqi düşüncə ilə həqiqətin birbaşa seyri (intellektual
bilik) mümkündür. Vasitəsiz biliklərdə hissi və intellektual
intuisiya
67
mühüm rol oynayır və qavramanın yüksək səviyyəsi
bu hallarda müəyyən edilir. Vasitəli bilikdə isə insanların
hüquqlarının real şəkildə təmin edilməsi və qorunmasının
ə
sasları müəyyən olunur. Vasitəli bilik yolu ilə insan hüquqları
anlayışının dərk olunması məntiqi idrakın köməkliyi ilə
mümkündür. Burada artıq müəyyən sübutlar (hüququn təmin
edilməsi faktları üzrə) lazım gəlir.
67
Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev.
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997,
səh. 72.
Dostları ilə paylaş: |