108
Hər bir material anlayış qavramanın tərkibi olaraq,
obyektin subyektiv inikası olaraq dərk olunandır. İnsanların
özləri anlayışları (burada predmetlərin və proseslərin
ə
lamətlərini) dərk edirlər və yeni anlayışları ortaya çıxarırlar.
Yeni anlayışlar əsasən, həyatdakı proseslər və fəaliyyət
sayəsində müəyyən olunur. Anlayışlar və onların dərk
olunması obyektiv gerçəkliklərlə və idealizmlə sıx bağlıdır.
Bir çox hallarda düşüncələr anlayışları meydana gətirir və
obyekt və maddi-material aləm həmin anlayışlara müvafiq
olaraq dərk edilə və qavranıla bilir.
İ
nsan hüquqlarının dərk olunmasında sillogizmdən istifadə
olunması mümkündür və bu metod anlayışın tərkibinin daha da
dərindən dərk olunması üçün mühüm əhəmiyyətə malikdir.
Belə qəbul etmək olar ki, insan hüquqlarının təsnifatı, yəni
onun bölgüsü, növlərə və qruplara ayrılması xüsusi əhəmiyyət
kəsb edir. İnsan hüquqları ilə bağlı sillogizmi belə qəbul etmək
olar: hüquq insana aiddir, insanlar canlı məxluqlar kimi yer
üzünün ali varlıqlarıdır. Deməli, hüquq alidir. Azadlıq
hüququ şərtləndirəndir. İnsan azaddır. Deməli, insan hüququ
şə
rtləndirəndir. Əxlaq hüququn sərhəddidir. Əxlaq insanın
hərəkətlərinin sərhəddi və məzmunudur. Deməli, hüquq insan
hərəkətlərinin sərhəddidir. Əxlaq hüquqla bağlıdır. Hüquq
insan davranışlarının normasıdır. Deməli, insan davranışları
və hüququ əxlaqla əlaqəlidir. Dövləti yaradan xalqdır. Dövlət
hüquqa malikdir. Deməli, dövlət hüququ xalqın hüququdur.
Dövlət vətəndaşlardan təşkil olunan bir qurumdur. Vətəndaşlar
hüquqa malikdir. Deməli, dövlət hüquqa malikdir. Ləyaqət,
namus, vicdan, qeyrət, şərəf və s. kimi nemətlər, dəyərlər
ə
xlaqın, mənəvi həyatın tərkibidir. Əxlaq hüquqla vəhdətdədir.
Deməli, mənəvi dəyərlər hüququn tərkibindədir. Hər kəsin
fikir və vicdan azadlığı vardır. Azadlıq hüquqla əlaqəlidir.
Deməli, hər kəsin fikir və vicdan hüququ vardır.
109
Dövlət beynəlxalq hüququn əsas subyektidir. Xalq dövləti
yaradandır. Lakin burada belə bir nəticəyə gəlmək olmaz ki,
xalq beynəlxalq hüququn subyektidir. Çünki beynəlxalq
münasibətlərdə subyekt və tərəf kimi dövlətlər taınınırlar. Belə
nəticəyə gəlmək olar ki, xalqın yaratdığı dövlət beynəlxalq
hüququn subyektidir.
İ
nsanların fəaliyyəti məhdudluqla yanaşı, həm də
sonsuzdur,
insanların
imkanlarına
bağlıdır.
Sonsuzluq
hüquqdur. Deməli, hüquq fəaliyyətdir. İnsan hüquqları
anlayışı çox geniş olduğundan burada ümumidən xüsusiyə
keçmə halları çoxdur. Ümumidən xüsusiyə keçmə anlayışın
tərkibinin hissələrə parçalanması üçün çox mühüm rola
malikdir. Sillogizm həm fikirlər arasında məntiqi ardıcıllığı və
şə
rtləndiriciliyi təmin edir, həm də ətraflı şəkildə başa
düşmənin əsaslarını yaradır. Sadə hüquqi sillogizmə misal
olaraq qeyd etmək olar: Bütün xalqlar öz müqəddaratını
təyinetmə hüququna malikdirlər. Azərbaycanlılar xalqdır.
Deməli, azərbaycanlılar öz müqəddaratını təyinetmə
hüquqlarına
malikdir.
İ
nsanlar
kölə
halında
saxlanılmamalıdırlar. Qadınlar insandır. Deməli, qadınlar kölə
halında saxlanılmamalıdırlıar. İnsanlar işgəncələrə və ya
ağır, qeyri-insani və ya onların ləyaqətini alçaldan rəftara və
ya cəzaya məruz qalmamalıdlırlar. Uşaqlar insanlardır. Deməli,
uşaqlar işgəncələrə və ya ağır, qeyri-insani və ya onların
ləyaqətini
alçaldan
rəftara
və
ya
cəzaya
məruz
qalmamalıdırlar. İslamda İnsan Hüquqlarına dair Qahirə
Bəyannaməsinin (İslam Konfransı Təşkilatına üzv dövlətlər
tərəfindən 5 avqust 1990-cı il tarixində Qahirədə qəbul
olunmuşdur) 6-cı maddəsində yazılır: a)Qadın insan ləyaqəti
cəhətdən kişiylə bərabərdir və da hüquq və vəzifələrə malikdir.
Onun öz vətəndaşlıq statusu və müstəqil maliyyə təminatı
vardır, adını və nəsibini qorumaq haqqına malikdir. b) Ailənin
110
xərc yükü və onun rifahına görə məsuliyyət kişiyə aiddir.
113
Bunlar hüquq normalarıdır. Misir İslam Konfransı Təşkilatının
üzvüdür. Bu bəyannaməni qəbul edib. Deməli, Misir qadınları
və kişiləri bu hüquq normasından istifadə haqqına
malikdirlər.
İ
nsan hüquqlarının konseptuallığı
İ
nsan hüquqları anlayışının konseptuallığı ilk növbədə
onun ümumi təsəvvürlərdə və ümumi münasibət və əlaqələrdə
öz əksini tapması ilə xarakterizə edilməlidir. Hüquq həm də
fərdi şəkildə obyektə çevirilir və elm sahələrinin predmeti
kimi öyrənilir. İnsan hüquqları və onun təmin olunması həm də
ümumi obyekt və predmet kimi humanitar və dəqiq elm
sahələrini problem olaraq düşündürür. Hüququn konseptuallığı
həmçinin onun universal məzmunda olan atributivliyindədir.
Yəni, hüquq insanların hamısını universal qaydada düşündürür,
eləcə
də
bütün
insanların
hərəkətlərinin
ə
lamət
müəyyənedicisinə çevrilir. Buna görə də anlayışın geniş
fəlsəfi məzmunu vardır və hər kəs tərəfindən (təbii ki, böyük
adamlar nəzərdə tutulur) dərk oluna bilir. İnsan hüquqları
anlayışı ümumi bir obyektdir və hər kəsin düşüncəsi
daxilindədir. Hüquqları bütün insanlar ilk növbədə azadlıqda
axtarırlar və azadlığın real ifadəsində görürlər. Azad hərəkətlər
və ifadələr insan hüquqlarına təkan verən, eləcə də insan
hüquqlarını özündə daşıyan amillərdir. Hüquq azadlıqdadır və
hərəkətlərin hamısının tərkibindədir. Hüquq hərəkətlərin
sadəcə olaraq normalara və qaydalara salınması xarakterini və
funksiyasını özündə əks etdirmir. Hüquq həm də hərəkətləri
113
İslamda İnsan Hüquqlarına dair Qahirə Bəyannaməsi (İslam
Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən 5 avqust 1990-cı il
tarixində Qahirədə qəbul olunmuşdur). AMEA-nın İnsan Hüquqları
İ
nstitutu. Din və etiqad azadlığı beynəlxalq, regional və milli hüquqi
sənədlərdə. Bakı, “Elm və Təhsil” nəşriyyatı-2013, səh. 130.
Dostları ilə paylaş: |