Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə33/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   28   29   30   31   32   33   34   35   36

102 
 
ə
saslarla  dərk  etmələrinin  əsaslarını  yaradır.  Buradan  da  belə 
bir  məntiq  ortaya  çıxır  ki,  insan  elə  təbiətin  nizamlı  bir 
məxluqdur və təbiətin nizamlı quruluşundan doğan və yaranan 
bir varlıqdır.    
Sillogizm  nədir.  Bu  barədə  elmi  yanaşmalar  nələrdən 
ibarətdir.  Əvvəlki  fikirlərdə  sillogizmə  dair  bəzi  nümunələr 
gətirilib.    Elmi  izahlara  əsasən,  təfəkkürün  əsas  formaları-
məfhum,  hökm  və  əqli  nəticədir.  Bu  baxımdan,  sillogizm 
təfəkkürün əsas formasıdır. Təfəkkürün formalarını məntiq elmi 
öyrənir.
86
 
 
İ
nsan  təfəkkürü  onun  həyatının  bütün  mexanizmlərini  işə 
salır  və  təbii  mexanizmlə  müəyyən  olunmuş  və  əldə  edilmiş 
submexanizmləri  (insanların  yaratdıqları  mexanizm)  işə  salır. 
Submexanizm  insanların  təbii  əqli  təfəkkürlərinin  fəaliyyət 
mexanizmlərinə  bağlıdır.    İnsan  təfəkkürü  anlamaq  və 
qavramaq  (qavrayış-psixologiyada,  hiss  üzvlərinə  bilavasitə 
təsir edən cism və hadisələrin bütövlükdə inikasına deyilir. Bu 
proses obrazın yaranması ilə bitir)
87
 xüsusiyyətlərinə malikdir.  
Elmi-məntiqi  izahlara  əsasən,  sillogizm  üç  sözdən 
ibarət olan məntiqi fikirdir: iki giriş (aydınlaşdıran) söz və bir 
nəticə söz. Sillogizm nümunəsi: ağıllı söz məqbuldur. İş insanın 
cövhəridir.
88
  Sillogizm-  (yun.sollogismos-nəticə  çıxarmaq, 
yekunlaşadımaq)-ümumidən 
xüsusiyə 
keçməklə 
nəticə 
çıxarmaq deməkdir. Sillogistika –nəticələr çıxarmaq haqqında 
təlimdir.
89
  Logizm-nəticə  çıxarmaq,  dünyanın  məntiqi  nizamı 
haqqında  təlimdir.
90
 
Məntiq  (yunanca  logos)-düzgün  bacarıq 
və  ardıcıllıqdır.  Elementar  formal  məntiq  hər  bir  anlayışa  aid 
edilir.  “Sillogizm”  yunan  (syllogismos)    sözü  olub  “nəticə” 
                                                 
86
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 19. 
87
 M52. Məmmədov İ. İzahlı psixologiya lüğəti. Bakı, “Təhsil”, 2002, 76 
səh., s. 45
 
88
 http://wikipedia.org/wiki/Sillogizm   
89
 Həmin mənbə.   
90
 Ф.56. Философский энциклопедический словарь.-М.: ИНФРА-
М
, 1999.-576с., səh. 244.
     


103 
 
mənasını  verir.  Aydındır  ki,  sillogizm  nəticələrə  gəlmədir, 
müəyyən  mühakimələrdən  nəticələr  çıxarmaqdır.  Sillogizm- 
sadə,  mürəkkəb,  qısaldılmış  (ixtisarlaşdırılmış)  və mürəkkəb 
ixtisarlaşdırılmış olur.
91
 
 
Sillogizm,  qəti  mülahizələri  əks  etdirən  mühakimələr 
olursa, onda müvafiq olaraq qəti (kateqorik) sillogizm adlanır. 
Sillogizmdə  iki  mühakimə  vardır.
92
  Bunlar  sillogizmin  üç 
terminindən  ibarətdir.  Hərflər  olaraq  S,  P,  M  istifadə  olunur. 
P-bu,  böyük  termindir,  S-kiçik  termindir,  M-isə  orta  bağlayıcı 
termindir.    Digər  sözlə,  P-termini  geniş  həcminə  görə    kimi 
daha  genişdir.  S-termini  isə  daha  məhduddur  (dardır).  Bu 
baxımdan  böyük  termin  mühakimənin  predikatıdır.  (Predikat-
məntiqdə  mühakimə  obyektini-subyekti  müəyyən  edən  anlayış 
kimi başa  düşülür).  Kiçik  termin isə  mühakimənin subyektidir. 
S (kiçik) və P (böyük) terminlər öz aralarında orta (M) anlayışı 
ilə bağlıdır.
93
 Qəti sillogizmə nümunə: 
Bütün boksçular-idmançıdırlar. . 
Bu insan –boksçudur. 
Bu  insan  –idmançıdır.
94
  Burada  “boksçu”  sözü  orta 
termindir,  bağlayıcıdır.  Birinci  mühakimə-böyük  termindir, 
ikinci-kiçik termindir.
95
 
 
Qəti mühakimənin orta terminin vəziyyətindən asılı olaraq, 
dörd  forması  mövcuddur.  Birinci  halda  böyük  mühakimə 
ümumi,  kiçik  mühakimə  isə  təsdiqedici  olmalıdır.  Qəti 
mühakimənin  ikinci  forması  mənfi  nəticəni  verir,  onun 
mühakiməsindən  biri  də  mənfi  olur.
96
  Birinci  halda  olduğu 
                                                 
91
 Понятие силлогизма. Простой категорический силлогизм. 
http://www.e-reading-lib.com/chapter.php/99495/57/Shadrin-
Logika_konspekt_lekcii.html.
 
92
 Понятие силлогизма. Простой категорический силлогизм. 
http://www.e-reading-lib.com/chapter.php/99495/57/Shadrin-
Logika_konspekt_lekcii.html.
 
93
 Həmin mənbə.   
94
 Həmin mənbə.   
95
 Həmin mənbə. 
96
 Həmin mənbə. 


104 
 
kimi,  ümumi  olmalıdır.  Üçüncü  formanın  nəticəsi  fərdi 
(məxsusi),  kiçik  mühakimə  isə  təsdiqedici  olmalıdır.  Qəti 
mühakimənin  dördüncü  forması  isə  daha  böyük  maraq  kəsb 
edir.  Belə  məntiqi  nəticələrdən  ümumtəsdiqedici  nəticələrə 
gəlmək  olmaz,  lakin  mühakimələr  arasında  qanunauyğun 
əlaqələr vardır. Belə ki, mühakimələrdən biri mənfidirsə, böyük 
mühakimə  də  böyük  olmalıdır, əgər  böyük təsdiqedicidirsə, bu 
halda kiçik ümumi olmalıdır.
97
 
 
Nəticələrdə 
təqsim 
olunma 
(bölünmə, 
paylaşma). 
Nəticələri 
bölmək 
üçün 
termin 
özü 
də 
sillogizmin 
mühakimələrində  bölünməlidir.  Məsələn,  bəzi  maşınlar  –
pikapdır.  Bəzi  mexanizmlər-maşındırlar.  Bu  iki  mühakimədən 
nəticə çıxarmaq olmaz.
98
 Belə hesab etmək olar ki, burada orta 
bağlayıcı  mühakimə  termini  yoxdur.  Bağlayıcı  mühakimə 
termini  hər  ikisinə  aid  olmalıdır.  Mənfi  mühakimələrdən  də 
nəticələr çıxarmaq olmaz. Məsələn, insanlar quş deyillər. İtlər 
insan  deyillər.  Burada  nəticə  çıxarmaq  qeyri-mümkündür.
99
 
Aşağıdakı  qaydalar,  əgər  sillogizmin  mühakimələrindən  biri 
fərdidirsə,    uzlaşır,  bu  baxımdan  onun  nəticələri  də  fərdi 
olacaqdır.  Məsələn,  bütün  boksçular-idmançıdırlar.  Bəzi 
insanlar boksçudurlar. Bəzi insanlar idmançıdırlar.
100
  
Daha  bir  mühüm  qayda  mövcuddur.  Belə  ki,  sillogizmin 
mühakimələrindən  yalnız  biri  inkardadırsa,  nəticə  çıxarmaq 
olar. Ancaq burada inkarda olacaqdır.  
Bütün tozsoranlar-məişət texnikalarıdır. 
Bu texnika məişət texnikası deyil. 
Bu texnika tozsoran deyil.
101
  
                                                 
97
 Понятие силлогизма. Простой категорический силлогизм. 
http://www.e-reading-lib.com/chapter.php/99495/57/Shadrin-
Logika_konspekt_lekcii.html.
 
98
 Həmin mənbə.   
99
 Həmin mənbə. 
100
 Həmin mənbə. 
101
 Həmin mənbə. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə