Məsələn, 1986-1990-cı ilin planında Kitabxanaya daxil
ola-caq ədəbiyyatın ilbəil artımı nəzərdə tutulmuşdu. Plana
əsasən 1985-1990-cı illərdə Kitabxanaya 203800 nüsxə kitab
və broşür, o cümlədən xarici ədəbiyyat və dövrü mətbuat
alınmalı idi. Lakin 80-cı illərin sonunda ölkədə baş verən
hadisələr bütün sahələrə olduğu kimi kitabxanalara da öz
təsirini göstərdi və kitabxanaya daxil olan yeni nəşrlərin
kəmiyyət və keyfiyyət göstəriciləri xeyli aşağı düşdü. Belə ki,
80-cı illərin sonu və 90-cı illərin əvvəllərində MEK-ın infor-
masiya ehtiyatlarının artımı təqribən 10 dəfə azaldı.
Azərbaycan kitabxanaşünaslığının banisi, görkəmli
kitabxanaşünas alim, professor A.Xələfov “Heydər Əliyev və
kitabxana işi” adlı əsərində o dövrün tarixi hadisələrini belə
xatırlayır: “80-ci illərin ikinci yarısından başlayaraq Sovetlər
İttifaqında aparılan yenidənqurma işlərinin iflasa uğraması,
ölkədə baş verən iqtisadi böhran öz təsirini Azərbaycana da
göstərmişdi. Respublikada bütün sahələrdə olduğu kimi
kitabxana işi sahəsində də ciddi problemlər yaranmışdı.
Kitabxana işinə ayrılan maliyyə vəsaiti xeyli azalmışdı və
ayrılan vəsait öz təyinatı üzrə xərclənmirdi. 1988-ci ildən
başlayaraq respublikada iqtisadi və siyasi böhran daha da
kəskinləşdi. İdarəetmədə ciddi hərc-mərclik, xaos baş alıb
getməyə başladı. 1988-ci ilin axırlarından alovlanmağa baş -
la yan qondarma Dağlıq Qarabağ problemi bu böhran daha
da dərinləşdirdi. Ölkədə mədəniyyət müəssisələrinin, o
cümlədən kitabxana işinin vəziyyəti olduqca pisləşdi. 1993-
cu ilə qədər davam etmiş bu proses kitabxana işinə olduqca
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
126
böyük zərbə vurmuş, torpaqlarımızın erməni vandalları tərə -
fin dən işğalı zamanı 4 milyon nüsxə kitabı olan 982 kitabx-
ana məhv edilmişdi.
AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ki -
tab xanalara ayrılan vəsait olduqca azaldılıb minimuma en -
dirilmiş, özəlləşdirmə adı altında kitabxanaların binalarının
əllərindən alınması kampaniyası başlanmışdı. Bu dövrdə
AXC-Müsavat rəhbərliyinin yuxarı dairələrində elmi müəs -
si sələrin, mədəniyyət ocaqlarının bağlanması haqqında sər -
səm fikirlər səslənməyə başlanmış, bir çox mədəniyyət
mü əssisələrinin və kitabxanaların binası əlindən alınmış,
kitabxanalar bağlanmışdı.
1992-ci ildə Respublika Tibb Kitabxanasının binası
alınıb Amerika səfirliyinə verilmiş, kitabxana başqa yerə
köçürülmüşdü. Həmkarlar İttifaqının ən böyük kitabxanası
olan Qubkin adına kitabxananın da taleyi belə olmuşdu. Belə
misalların sayını artırmaq olar. Əgər bu proses davam etsə
idi, respublikamızın kitabxana ictimaiyyəti böyük faciə qar -
şısında qala bilərdi”.
Bütün bu tarixi hadisələrin nəticəsi kimi, 1990-cı ildə
Mərkəzi Elmi Kitabxananın beynəlxalq kitab mübadiləsi
sahəsində fəaliyyətinin zəifləməsi qaçılmaz idi. Təkcə onu
demək kifayət edər ki, həmin il Kitabxana planlaşdırılan
9430 nüsxə xarici ədəbiyyat əvəzinə 2100 nüsxə ədəbiyyat
əldə etmişdi. Beynəlxalq kitab mübadiləsi yolu ilə partnyor-
lara cəmi 1921 ədəbiyyat nüsxəsi göndərilmişdi. Kitabxana
yalnız 19 ölkənin 230 təşkilatı ilə əməkdaşlıq əlaqəsi yarada
bilmişdi.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
127
Sonrakı illərdə Azərbaycan Respublikasının Dövlət
müstəqilliyini bərpa etməsi və hakimiyyətə Ümummilli lider
Heydər Əliyevin gəlməsi nəticəsində kitabxana işində, o
cümlədən kitabxanaların beynəlxalq əlaqələrinin inkişafında
yeni dirçəliş dövrü başlandı.
Ümumiyyətlə, beynəlxalq informasiya mühiti və kitab
mübadiləsindən, Mərkəzi Elmi Kitabxananın beynəlxalq əla -
qələrinin yaranması və inkişafı tarixindən bəhs edən I fəslin
statistik göstəricilərini, nəticələrini, elmi-nəzəri fabulasını
təhlil edərkən belə qənaət hasil olur ki, elmi və elmi-texniki,
iri kütləvi kitabxanalar üçün lokal informasiya şəbəkəsinin
bir parçası kimi fəaliyyət göstərmək kifayət etmir və bu tip
kitabxanaların beynəlxalq informasiya mühitinə qoşulması
onlar üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan Milli
Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası ölkədə
1929-cu ildə beynəlxalq kitab və elmi informasiya müba di -
ləsinə başlamış ilk kitabxana kimi uzun illər bu sahədə
təcrübə qazanmış, 1955-ci ilədək SSRİ Dövlət Kitabxanası
və SSRİ Elmlər Akademiyasının Kitabxanası vasitəsilə, 1956-
cı ildən isə bu kitabxanaların vasitəçiliyi olmadan beynəlxalq
elmi kommunikasiyalar qurmuş və Azərbaycan müstəqillik
əldə edənədək respublikanın beynəlxalq kitab mübadiləsi
mərkəzi kimi fəaliyyət göstərmişdir.
60 il ərzində Mərkəzi Elmi Kitabxana ümumilikdə, 55
ölkənin 600-ə yaxın kitabxanası, elm və təhsil müəssisəsi, 70-
dən artıq əcnəbi alimi ilə elmi informasiya və kitab mü ba di -
lə si aparmış, bu illər ərzində xaricdən mübadilə və abunə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
128
yolu vasitəsilə 400 mindən artıq çap məhsulu əldə olunmuş,
yarım milyondan artıq kitab və jurnal isə partnyorlara
göndərilmişdi. Bu illər ərzində Mərkəzi Elmi Kitabxanada
nüfuzlu Qərb nəşriyyatlarının 10-dan artıq sərgisi təşkil
olunmuş, xaricdə təşkil olunan sərgilərə “Elm” nəşriyyatının
nəşrləri göndərilmişdi. Bununla yanaşı, Kitabxananın bey -
nəlxalq informasiya mühitində olduğu 60 il ərzində 20-dən
artıq xarici kitabxananın nümayəndəsi kitabxananı ziyarət
etmiş, ikitərəfli əməkdaşlıq memorandumları imzalanmışdı.
Ötən illərdə Mərkəzi Elmi Kitabxananın beynəlxalq
kitab və informasiya mübadiləsi sahəsində əldə etdiyi bu
zəngin təcrübə, sonrakı illərdə, xüsusən də 2000-ci illərdən
etibarən Kitabxananın informasiya mühitindəki mövqeyini
xeyli gücləndirmişdir.
(1992-2015-ci illər)
1980-ci illərin sonu 90-cı illərin əvvəlləri Ermənistan
SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi deportasiyası,
Ermənistanın Azərbaycana ərazi iddialarının əməli müs tə -
viyə keçməsi, Dağlıq Qarabağın erməni qəsbkarları tə -
rəfindən işğalı və Azərbaycanın öz müstəqilliyini qazanması
ilə yadda qaldı. Ağır itkilər hesabına əldə edilmiş bu müs -
təqilliyin ilk illəri mədəniyyət tariximizin səhifələrində silin -
məz izlər buraxdı: minə qədər kitabxana, mədəniyyət evi,
məktəb və s. erməni işğalçıları tərəfindən yağmalandı, məhv
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
129
Dostları ilə paylaş: |