sesinə təsir edən bir sıra amilləri nəzərdən keçirmək la zımdır.
Məsələn, rus kitabxanaşünası S.M.Qrişinanın fik rincə, mü -
rəkkəb sistemli bir fəaliyyət növü kimi, bey nəlxalq kitab
mübadiləsinin inkişaf səviyyəsi bir sıra xarici və daxili fak-
torlardan asılıdır. Bunlar siyasi, iqtisadi, hüquqi, texnoloji,
təşkilati və şəxsi-psixoloji amillərdir [107]. Alim öz əsər lə -
rində [107-109] beynəlxalq kitab mübadiləsinin inkişaf
səviyyəsinə şəxsi-psixoloji faktorlar prizmasından yanaşır və
sübut edir ki, ayrı-ayrı dövlətlərdə yaşayan şəxslərin, kitab -
xa naçıların qarşılıqlı şəkildə anlaşaraq kitab mübadiləsi
həyata keçirməsi, bütövlükdə beynəlxalq kitab mübadilə si -
nin özəyini təşkil edir və prosesin inkişafı üçün ilk növbədə
şəxslər arasında (təşkilatlar arasında deyil) qarşılıqlı anlaşma,
mü badilə istəyi olmalıdır. IFLA-nın “Kitabxana və arxivlərin
qarşılıqlı əməkdaşlığının təşkili üzrə təlimatı”nda (1994) da
bu məsələyə toxunulur və deyilir ki, iki ölkənin kitabxanaları
arasında qarşılıqlı əməkdaşlıq təhsilin səviyyəsinin yüksəl -
mə sinə, hər bir ölkənin mədəni, sosial, iqtisadi inkişafına bir -
başa təsir edir, inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş
ölkələr arasında dialoqu stimullaşdırır və informasiya resurs -
ları na əlyetərliyi asanlaşdırır.”
Göründüyü kimi, bu yanaşma kitabxanalar arasında
qarşılıqlı beynəlxalq əməkdaşlığın cəmiyyətə faydalarını
müəyyənləşdirir. Bəs kitabxanaların beynəlxalq əmək daş lı -
ğı nı stimullaşdıran, şərtləndirən əsas faktor hansıdır?. Bizim
fikrimizcə, beynəlxalq kitab mübadiləsinin inkişafına ən çox
təsir edən amil dövlətin ilk növbədə iqtisadi-siyasi inkişaf
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
215
gös təricisidir. Bir çox alimlərin fikrincə isə, beynəlxalq kitab
mü badiləsi dövlətlərarası siyasi münasibətlərdən asılıdır.
Beynəlxalq kitab mübadiləsinin iqtisadi aspektlərinin öyrə -
nil məsi üzrə tanınmış mütəxəssis, Rusiya Dövlət Kitab xana -
sı nın əməkdaşı Q.M.Kruqlik yazır: “Beynəlxalq kitab
mü ba diləsi artıq əvvəllər olduğu kimi, ideoloji funksiya
daşımır. İllər öncə mədəni əlaqələr siyasi əlaqələrdən asılı idi
və İsrail, Tayvan, Cənubi Koreya, Cənubi Afrika Respub lika -
sının mü əs sisələrilə əməkdaşlıq etmək qadağan olunmuşdu.
İndi belə qadağalar yoxdur. Əvəzində başqa reallıqlar var:
məsələn, indi biz düşünməliyik ki, Çinin maraqlarına toxun-
madan Tayvanla beynəlxalq kitab mübadiləsini necə aparaq;
Şimali Koreyanı incitmədən Cənubi Koreya ilə necə əmək -
daşlıq edək; Kuril adaları ilə bağlı problem həll olun mayacağı
təq dirdə bizimlə əməkdaşlıq etməkdən çəkinən Yaponiya ilə
kitab mübadiləsini necə inkişaf etdirək?” [122].
Biz isə yenidən o fikrə qayıdırıq ki, Azərbaycan kitab -
xanalarının beynəlxalq informasiya mühitinin aktoru kimi
çıxış etməsi birinci növbədə ölkənin iqtisadi-siyasi inkişafı
ilə bağlıdır. Fikrimizi əsaslandırmaq üçün 4 ölkənin-Azər -
bay can, Misir, Finlandiya və Ukrayna kitabxanalarının apar -
dığı beynəlxalq kitab mübadiləsinin səviyyəsini müqayisə
edə cəyik. Bunun üçün ilk növbədə aşağıdakı cədvəl vasitəsilə
bu ölkələrdə əhalinin savadlılıq statsitikası ilə tanış olaq:
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
216
Azərbaycan, Misir, Finlandiya və Ukraynada
əhalinin savadlılıq statistikası
Əhalinin savadlı hissəsi
Kişilər Qadınlar
Azərbaycan
99.8%
99.9%
99.7%
Ukrayna
99.7%
99.8%
99.6%
Finlandiya
99%
99%
99%
Misir
73.9%
81.7%
65.8%
Mənbə: BMT-nin insan inkişafı hesabatı və CIA World Factbook, 2012
Göründüyü kimi, Azərbaycanda əhalinin savadlılıq sə -
viy yəsi kifayət qədər yüksəkdir. Bu göstəricilərə görə, Azər -
bay can MDB məkanında liderdir. Buradan belə qənaətə
gəl mək olardı ki, ölkədə əhali çox mütaliə edir və bu, bey nəl -
xalq kitab mübadiləsi sahəsində də dünyada aparıcı yer lər -
dən birini tutmağımıza real təminatdır. Əslində isə reallıq
belə deyil və müqayisə olunduğumuz hər 3 ölkənin bey nəl -
xalq kitab mübadiləsi göstəriciləri bizimkindən yuxarıdır. Bu
ölkələrin hər birində beynəlxalq kitab mübadiləsinin inkişafı
müxtəlif faktorlardan asılıdır. Məsələn, Misirdə iqtisadi-siyasi
faktorlardan asılı olmayaraq beynəlxalq mədəni əməkdaşlıq
əlaqələri, kitab mübadiləsi prosesi zəifləmir. Ölkədə əhalinin
savadlılıq səviyyəsinin yüksək olmaması da kitab müba dilə -
si nin səviyyəsinə təsir etmir. Çünki burada əsas rolu tarixi
faktor oynayır. Misir tarixi az qala bəşəriyyət tarixi ilə həmya -
şıd dır. Tarixin bütün dövrlərində bu ölkə səma altında labo-
ratoriya rolunu oynayıb və minlərlə alimin, tədqiqatçının
elmi araşdırmalarına şahidlik edib. Bu mənada Misirdə top -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
217
lan mış elmi-mədəni irs daimi mübadilə obyektidir və bu öl -
kə dən dünya ölkələrinə və əksinə kitab axını labüd proses
kimi səciyyələndirilməlidir.
Finlandiyanın beynəlxalq kitab mübadiləsi sahəsində
aparıcı yerlərdən birini tutmasının səbəbi isə kitab nəşrinin
həcmi və əhalinin kitaba olan tələbi ilə bağlıdır. Finlandiyada
təyinatından və növündən asılı olmayaraq bütün kitabx-
analarda azyaşlı uşaqlar üçün kitab bölmələrinin fəaliyyət
göstərməsi insanların mütaliəyə hələ erkən yaşlardan baş -
lama sına bir işarədir.
Ukrayna isə Avropada ən iri kitab fondlarına malik öl -
kə lər dən biri kimi tanınır. Bu ölkədə beynəlxalq kitab mü ba -
diləsinin səviyyəsi əsasən təhsilin səviyyəsi və şəx si-psi xoloji
faktorlarla ölçülür. 2014-cü ildə Ukraynada baş vermiş
məlum hadisələrin fonunda beynəlxalq kitab mübadiləsinin
zəifləməməsi bir daha sübut edir ki, burada iqtisadi-siyasi
vəziyyətin gərginləşməsi ölkə kitabxanalarının beynəlxalq
əlaqələrinə mənfi təsir etmək iqtidarında deyil.
Ölkəmizdə isə kitabxanaların beynəlxalq kitab müba -
diləsi prosesində iştirakı mövcud siyasi və iqtisadi vəziyyətlə
sıx bağlıdır. Azərbaycan kitabxanalarının bu sahədəki son 50
illik fəaliyyətini təhlil edərkən məlum olur ki, 1988-1993-cü
il lərdə aparılan mübadilə əməliyyatlarının səviyyəsi çox aşağı
olub və ölkədən xaricə çox az sayda nəşr göndərilib. Mü ha -
ri bə şəraiti, informasiya blokadası, iqtisadi-siyasi disbalans
və bütün bunların fonunda o dövrün siyasi rəhbərliyinin
elm, təhsil və mədəniyyət sahəsində normal proqramının ol -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
218
Dostları ilə paylaş: |