Niderlandın “Elsevier” elektron informasiya rerurslarına
çıxış əldə edib. “Elsevier” nəşriyyatının SCOPUS elmi infor-
masiya bazası 21000 elmi jurnalın elektron variantını əhatə
edir. Xidmət ödənişli olduğu üçün Azərbaycan kitabxana la -
rı nın hamısı ondan yararlana bilmir. Yalnız ADA Universite-
tinin və Xəzər Universitetinin kitabxanaları bu xidmətlərdən
istifadə edə bilirlər. 2014-cü ildən etibarən müvəqqəti olaraq
nəşriyyatın “Clinical key” məlumat bazası Əziz Əliyev ad.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
üçün də açıq elan edilib. “Clinical key” bazasında 610 tibb
jurnalı var ki, onlara misal olaraq “Lancet”, “European Urol-
ogy”, “The Journal of Pediatrics”, “The Journal of Urology”,
“Nutrition”, “Pain”, “Respiratory Medicine”, “Journal of Oral
and Maxillofacial Surgery” və s. nəşrləri göstərmək olar.
Azərbaycan kitabxanalarının və ali təhsil müəssisə lə -
rinin istifadə etdiyi beynəlxalq informasiya resurslarından
biri də ABŞ Elmi İnformasiya İnstitutunun (ing. Institute of
Scientific Information-ISI Thomson) ödənişli Web of
Knowledge (Biliklər şəbəkəsi) elmi məlumat bazasıdır.
12000 jurnalın, kitab və konfrans materiallarının rəqəmli
fondu olan Web of Knowledge bazası 2011-2012-ci illərdə-
1 il ərzində iri Azərbaycan kitabxanaları və AMEA-nın Elmi
Tədqiqat İnstitutlarında ödənişsiz istifadə olunub. Bu işdə
ISI Thomson-un əsas məqsədi elektron məhsullarını regio-
nun ən perspektivli ölkəsində təbliğ etmək və nəticədə Azər -
baycan kitabxana və ali təhsil müəssisələri ilə uzunmüddətli
müqavilə bağlamaq idi. Lakin 2012-ci ildə AMEA ilə Al ma -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
207
niyanın “Springer Verlag” nəşriyyatı arasında mü qa vilənin
im zalanması Azərbaycanda Web of Knowledge-dən isti fa -
dəni xeyli məhdudlaşdırdı. Buna baxmayaraq, istər elmi,
istərsə də tematik əhatəlilik baxımından daha geniş məlumat
bazası olan “Springer Science”in Azərbaycan oxucusu üçün
açıq elan edilməsi təqdirəlayiq hal kimi qiymətləndiril mə -
lidir.
Sözügedən “Springer Verlag” dəqiq və təbiət elmləri
üzrə kitab, elektron kitab və elmi jurnallar dərc edən bey -
nəlxalq nəşriyyatdır. Nəşriyyat SpringerLink, Springer Pro-
tocols və SpringerImages də daxil olmaqla çoxsaylı elmi
məlumat bazalarını özündə birləşdirir. “Sringer”in kitabçılıq
fəaliyyətinə soraq kitabçalarının, dərslik və monoqrafiyaların
nəşri daxildir.
Nəşriyyatın SpringerImages elektron bazası elm,
texnologiya və tibbə aid 1,8 milyon şəkil kolleksiyasını əhatə
edən unikal bir resursdur. 2 il ərzində Azərbaycan kitab xa -
nalarında “Springer” məlumat bazasından istifadə öz müsbət
nəticələrini vermiş, nəşriyyatın jurnallarında Azərbaycan
alimlərinin məqalələrinin sayı artmışdır.
Bununla yanaşı, oxucular müxtəlif Azərbaycan kitab -
xanaları vasitəsilə Chemical Abstracts, SWETS, zbMATH,
Agris, MathSciNet, Agris, GeoRef kimi ödənişli məlumat
bazalarına da çıxış əldə edə bilirlər.
Ölkəmizdə Dünya Elektron Kitabxanası və Avropa
Elek tron Kitabxanasınının elektron nəşrlərindən və Google
Scholar kimi beynəlxalq informasiya bazasından geniş
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
208
istifadə olunur. Qlobal informasiya massivləri ilə bərabər,
Azər baycan kitabxanaları regional informasiya mas sivlə -
rindən də yararlanırlar. Belə informasiya resurslarından biri
də Rusiya Elmi Sitat İndeksi-RESİ (rus. РИНЦ) bazasıdır.
RESİ bazası Rusiya elmi nəşriyyatlarının biblioqrafik
məlumat resursudur. Bazanın daxil olduğu eLIBRARY plat -
forması 2 milyondan çox məqaləni və bu məqalələrə istinad
sistemini özündə birləşdirir. Bu sistem təkcə biblioqrafik
məlumat üçün əməliyyat-axtarış sistemi deyil, eləcə də elmi
müəssisələrin, tədqiqatçıların və elmi jurnalların səviyyəsini,
təsir əmsalını və effektivliyini qiymətləndirmək üçün güclü
bir vasitədir.
Yarımfəsli yekunlaşdırarkən, Azərbaycan kitabxanaları
tərəfindən beynəlxalq elektron informasiya resurslarından
istifadə təcrübəsini qısaca olaraq aşağıdakı kimi ümumiləş -
dirmək olar:
1. Azərbaycan kitabxanalarında dünyanın ən qabaqcıl
elektron informasiya massivlərinə çıxış təmin olunub və
həmin resurslar ödənişsiz olaraq oxucuların ixtiyarına ver-
ilib;
2. Azərbaycan kitabxanalarının kontenti qismən
beynəlxalq rəqəmli informasiya fondlarında əks olunub;
3. Beynəlxalq elmi jurnallara çıxışın təmin olunması
nəticəsində Azərbaycan müəlliflərinin xarici elmi nəşrlərdəki
məqalələrinə istinadların statistikasını aparmaq asanlaşıb.
Bununla belə:
1. Kitabxanalar tərəfindən çox çətinliklə, böyük ma -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
209
liyyə vəsaiti hesabına əldə olunan və ödənişsiz olaraq oxucu-
lara təqdim olunan xarici elmi informasiya massivlərindən
istifadə qənaətbəxş deyil. Bunun səbəbi kimi aşağıdakıları
göstərmək olar:
a) əksər beynəlxalq elmi informasiya massivləri ingilis
dilində olduğundan yerli müəlliflər dil baryeri ilə üzləşirlər;
b) yerli müəlliflərin heç də hamısı beynəlxalq elmi in-
formasiya massivlərinin sorğu-axtarış alətlərindən istifadə
etmək imkanına malik deyillər. Çünki bu proses oxucudan
ən azı orta səviyyədə kompüter savadlılığı tələb edir.
Bütün bunlara baxmayaraq, kitabxanalarda yerli nəş -
riyyatların ənənəvi və elektron çap məhsullarından istifadə
etməklə bərabər, beynəlxalq resurslardan, ələlxüsus, elektron
resurslardan istifadə olduqca əhəmiyyətlidir.
Kitabxanalarda xarici informasiya massivlərindən isti -
fadə edənlərin sayı günbəgün artır, xüsusən gənc təd qi -
qatçılar “Elsevier”, “Springer” və “ISI Thomson-Reuters”-in
müxtəlif bazalarından istifadə etməyə üstünlük verirlər.
Söylənilənlər onu deməyə əsas verir ki, Azərbaycan ki tab xa -
nalarının beynəlxalq informasiya təşkilatları və nəşriyyatları
ilə qurduğu əməkdaşlıq və bu sahədə aparılan informasiya
siyasəti kifayət qədər uğurludur.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
210
Dostları ilə paylaş: |