Biblioqrafik yazı və təsvir sahəsində Azərbaycan ki tab -
xa naları kifayət qədər standarta (milli, dövlətlərarası, bey -
nəl xalq) malikdirlər və bu mənada, heç bir problemlə
qar şılaşmırlar. Biblioqrafik istinadlara gəlincə, bu sahədə
MDB kitabxanalarında, nəşriyyatlarında hökm sürən
“standartsızlıq” nəticəsində gözləniləndir ki, yaxın illərdə
Rusiyanın ГОСТ Р 7.0.5–2008 “İnformasiya, kitabxana və
nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik istinad.
Ümumi tələblər və tərtib qaydaları” standartı dövlətlərarası
standart olaraq qəbul edilsin və dilimizə çevrilərək milli
kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsindəki möv -
cud boşluğu doldursun.
Şübhəsiz ki, bu, əsasən elmi ədəbiyyat üçün səciyyəvi
olan biblioqrafik istinadetmə sistemini beynəlxalq standart-
lara yaxınlaşdırmağa xidmət edəcək. Lakin bu da hələ və ziy -
yətdən tam çıxış yolu deyil. Çünki, dünya kitabxanaları və
nəş riyyatları biblioqrafik istinadla bağlı artıq 1987-ci il qay -
dalarından deyil, ISO tərəfindən 2010-cu ildə qəbul olun -
muş ISO 690:2010 standartından istifadə edirlər.
Buradan aydın olur ki, ISO öz standartlarını çox inten-
siv şəkildə, günün tələblərinə uyğun olaraq təftiş edir, ye ni ləyir,
dəyişdirir. Bu mənada, ISO-nun standartlarını Azər baycan
kitabxanalarının fəaliyyətində tam şəkildə tətbiq etmək
hələlik mümkün deyil. Təkcə onu demək kifayətdir, ISO
2013-2014-cü illərdə informasiya, kitabxanaşünaslıq, biblio -
qr afiyaşünaslıq və sənədşünaslıq üzrə 10-dan artıq standart
qəbul edib (həmçinin yeniləyib, dəyişdirib). Onlara aşa -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
195
ğıdakı standartları misal göstərmək olar:
- ISO 2789:2013. Beynəlxalq kitabxana statistikası;
- ISO/TR 14873:2013. Kitabxana materiallarının veb
arxivləşdirilməsi üzrə statistika və keyfiyyət göstəriciləri;
- ISO 28560-1:2014. Kitabxanada RFID (radiotezliklə
identifikasiya sistemi)-I hissə;
- ISO 28560-2:2014. Kitabxanada RFID-II hissə;
- ISO 28560-3:2014. Kitabxanada RFID-III hissə;
- ISO/PRF TS 28560-4. Kitabxanada RFID-IV hissə;
- ISO 18626:2014. Kitabxanalararası mübadilə əməliy -
yat ları;
- ISO 16439:2014. Kitabxana fəaliyyətinin qiymət lən -
di rilməsi metodları və prosedurları;
- ISO 11620:2014. Kitabxananın effektivlik göstə ri -
cilər.
Bu beynəlxalq standartların bir çoxu Azərbaycan
kitabxanalarının fəaliyyətində hələ ki tətbiq olunmur. Yalnız
bir neçə kitabxanada ISO 28560 standartına uyğun RFID
texnologiyasından, o cümlədən çip və oxuyan qurğulardan
istifadə olunur ki, bu da çox məhdud xarakter daşıyır.
Biblioqrafik yazı, təsvir və istinadların standartlaş dırıl -
masında ABŞ-da fəaliyyət göstərən nüfuzlu elm və təhsil
təşkilatlarının da payı var. Belə təşkilatlar özlərinə məxsus
qay dalar müəyyənləşdirərək onun standartlaşmasına nail
olurlar. Məlumdur ki, dünyada nəşr olunan bir çox elmi
nəşrlər APA, MLA, AMA, TURABIAN, Chicago standart
larından istifadə edirlər. Amerika Psixologiya Cəmiyyətinin
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
196
istinad standartı olan APA-psixologiya, təhsil və digər sosial
elmlər sahəsində nəşr olunan ədəbiyyatda istifadə olunur.
Müasir Dil Assosiasiyasının MLA standartı ədəbiyyat, in -
cəsənət və humanitar elmlər, Amerika Tibb Asso siasi ya sının
AMA standartı-tibb, sağlamlıq və biologiya elmləri, Çikaqo
Universitetinin Nəşriyyatının standartı olan TURABİAN
standartı-kollec tələbələri üçün bütün elm sahələri, Çikaqo
standartı isə elmi olmayan bütün sahələr üzrə Amerikada
nəşr olunan bir çox kitab və jurnallarda biblioqrafik istinad
normativi kimi qəbul olunur.
Misal üçün, aşağıdakı nümunədə professor A.Xələfov,
f.ü.e.d. A.Əliyeva-Kəngərli və t.ü.f.d. C.Cəfərovun Bolonya
Universitetinin "Bibliotime" jurnalında nəşr olunmuş mə qa -
ləsinə MLA, APA və Çikaqo standartları üzrə edilmiş istina -
da nəzər yetirək:
MLA stili
Khalafov, Abuzar A., Aybaniz Aliyeva-Kangarli, and Javid A.
Jafarov. "Biblioteche in Azerbaigian: l'attuale situazione dei processi
di automazione e di catalogazione." Bibliotime 15.2 (2012).
APA stili
Khalafov, A. A., Aliyeva-Kangarli, A., & Jafarov, J. A. (2012).
Biblioteche in Azerbaigian: l'attuale situazione dei processi di au-
tomazione e di çatalogazione. Bibliotime, 15(2).
Çikaqo stili
Khalafov, Abuzar A., Aybaniz Aliyeva-Kangarli, and Javid A.
Jafarov. "Biblioteche in Azerbaigian: l'attuale situazione dei processi
di automazione e di catalogazione." Bibliotime 15, no. 2 (2012).
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
197
Bu nümunələrdən görünür ki, hər bir assosiasiyanın
biblioqrafik istinad standartı fərqlidir. Bu standartlardan
başqa, hazırda Azərbaycan kitabxanaçıları xarici ədəbiyyatın
elektronlaşdırılması zaman tez-tez BibTeX, EndNote, Ref-
Man, Ref Works kimi hələlik az istifadə olunan standartlar
üzrə hazırlanmış istinadlara da rast gəlirlər.
Bu standartlardan az istifadə olunmasına baxmayaraq,
əvəzində Azərbaycanda nəşriyyat, kitabxana işi sahəsində
ISO tərəfindən qəbul olunmuş digər standartlar geniş tətbiq
olunur. Bunlara aşağıdakı beynəlxalq standart eyniləşdirmə
nöm-rələrini aid etmək olar:
- ISBN (International Standard Book Number) -
kitabın beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;
- ISMN (International Standard Music Number) - not
nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşr -
lərin beynəlxalq standart eyniliyini müəyyən edən nöm rə;
- ISSN (International Standard Serial Number) - dövri
nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə;
- ISAN (International Standard Audiovisual Number)
- audiovizual əsərlərin beynəlxalq standart eyniliyini mü əy -
yən edən nömrə;
- ISRC (International Standard Recording Code) - au -
dio-videoyazıların beynəlxalq standart eyniliyini müəyyən
edən nömrə.
"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa
qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının
2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tət bi -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
198
Dostları ilə paylaş: |