informasiya texnologiyaları, kompüter sistemləri və nəşr
məhsulları. LİBCOM – 2008” XII Beynəlxalq konfrans-sərgi
keçirilmiş, Azərbaycan Respublikasından 8 nəfər nüma yən -
də, Mərkəzi Elmi Kitabxananın direktoru f.e.d. A.İ. Əliyeva-
Kəngərli də iştirak etmişdir.
Konfrans çərçivəsində ənənəvi olaraq bir sıra problem
və məsələlər müzakirə edilmiş, elektron resurslar, elektron
kitabxanalar və İnternet-texnologiyaları; elektron informa -
siya əsrində kitabxana fondlarının formalaşmasının mü asir
problemləri və texnologiyaları; avtomatlaşdırılmış kitabx-
ana-informasiya sistemlərinin və elektron kitab xanaların lin-
qvistik və informasiya təminatı; professional və informasiya
etikası üçün yeni texnologiyalar; yeni təcrübə və innovasiya;
İnternetdə etika və s. bu kimi mövzular ətrafında fikir mü -
badiləsi aparılmışdır. Konfrans zamanı keçirilən seminar-dis -
kussiyalarda müasir cəmiyyətdə kitabxanaların fəaliyyətinin
hüquqi aspektləri və kitabxana-informasiya sahəsi üzrə
mütəxəssislərin hazırlanması problemi də müzakirə edilmiş,
İRBİS Avtomatlaşdırılmış kitabxana-informasiya siste min -
dən istifadə edən kitabxana əməkdaşlarının I qurultayı ke çi -
rilmiş və həmin proqramın yeni modulları (əlavələri) təqdim
olunmuşdur.
Ümumiyyətlə, 2008-ci il Mərkəzi Elmi Kitabxananın
beynəlxalq tədbirlərdə iştirakı baxımından kifayət qədər
məhsuldar illərdən hesab olunur. Həmin il noyabr ayının 19-
22-dək Qazaxıstan Milli elmi-texniki informasiya Mərkə zi -
nin təşkilatçılığı ilə Alma-Ata şəhərində keçirilmiş “Elm və
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
179
zaman çağırışları” adlı konfransda Kitabxananın əməkdaşı
da iştirak etmiş, konfrans çərçivəsində “Beynəlxalq Elmi-
texniki informasiya Mərkəzinə üzv dövlətlərin Koordinasiya
Şurasının 16-cı yığıncağı təşkil olunmuşdur.
Konfrans iştirakçıları informasiya cəmiyyəti şəraitində
elmin inkişaf perspektivləri, qlobal elektron massivlərin
yaradılması məsələləri, elmi nəşrlərin elektron formada
tərtibi qaydaları ilə yaxından tanış olmuşlar. Habelə, tədbir
iştirakçıların internet vasitəsilə oxuculara elektron sənəd
kütləsinin ötürülməsi mexanizmi, lokal və İntranet şəbəkədə
elektron sənəd dövriyyəsi məsələləri haqqında geniş məlu -
mat verilmişdir. Konfransın 2-ci günü sərgi keçirilmiş və bu-
rada Azərbaycandan aparılmış müxtəlif kitablar, o cümlədən
Qarabağ həqiqətlərini özündə əks etdirən ədəbiyyat nümayiş
olunmuşdur.
2009-cu il noyabr ayının 16-dan 20-dək Moskva vi la-
yə tinin Zveniqorod şəhərində Rusiya Federasiyasının
Mədəniyyət Nazirliyi, Beynəlxalq kitabxana, informasiya və
analitik mərkəzinin (Amerika, Vaşinqton), Rusiya Dövlət
kütləvi elmi – texniki kitabxanasının təşəbbüsü ilə XIII-cü
Beynəlxalq “Kitabxanalar üçün informasiya texnologiyaları,
kompyuter sistemləri və nəşriyyat məhsulları” (LİBKOM -
2009) adlı konfrans-sərgi keçirilmişdir. Tədbirdə Rusiyanın
və MDB dövlətlərinin ən iri kitabxanalarının nümayəndə
heyəti iştirak etmişdir.
2009-cu ilin noyabr ayının 24-25-i tarixində Rusiyanın
Moskva şəhərində Beynəlxalq elmi-texniki informasiya
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
180
Mərkəzində “Elm, texnika və innovasiya biznesi üçün elek-
tron informasiya resursları” adlı konfransda Mərkəzi Elmi
Kitabxana Azərbaycanı təmsil etmişdir. Konfransda elm,
texnika və iqtisadiyyat sahəsində elektron resursların hazır -
lan ması üzrə ixtisaslaşmış Şpringer, ALJC, MyiLibrary,
Press Display, “Kluwer Law and Business” kimi nəşriyyatların
məhsullarının təqdimatı keçirilmiş, oxucuların bu mənbə -
lər dən istifadə imkanları müzakirə edilmişdir.
2009-cu il dekabr ayının 3-də Kitabxana Almaniya
səfirliyi ilə birgə AMEA Rəyasət Heyətində “Almandilli
ədəbiyyat üzrə Nobel mükafatçıları - 1945-ci ildən sonra”
mövzusunda tədbir keçirmişdir.
Almaniyanın Azərbaycandakı səfiri cənab Peer Stank-
ina və müxtəlif səfirliklərin nümayəndələrinin iştirakı ilə
keçirilmiş sərginin əsas məqsədi Nobel mükafatı və bu mü -
kafata layiq görülmüş görkəmli şəxsiyyətlərin həyat və
yaradıcılığı haqqında 100-ə yaxın kitabın, ensiklopedik ma -
te rialların, elektron resursların, mətnli plakatların və foto şə -
killərin nümayişi və təbliği olmuşdur. Eyni zamanda Nobel
mü kafatçılarının həyat və yaradıcılığı haqqında müasir dün -
ya ədəbiyyatına öz töhfəsini vermiş yazıçılardan H.Hessenin
“Muncuq oyunu”, N.Zaksın “Ölüm”, H.Böllün “Qatar vax -
tın da gəldi”, Q.Qrassın “Dəmir baraban”, “Siçovul”, “Kam ba -
lık”, “Yerli narkoz”, E.Yelinekin “Sevgililər”, “Ölü uşaqlar”,
“Pianoçu” kimi romanları və digər əsərləri burada sərgilən -
mişdir.
2011-ci ildə Mərkəzi Elmi Kitabxananın əməkdaşları
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
181
ənənəvi olaraq “LİBKOM” konfransı, İstanbul Beynəlxalq
Kitab Sərgisi, Buenos-Ayres Beynəlxalq kitab yarmarkasına
qatılmış, Katoloniya Milli Kitabxanasının dəvətilə İspa ni -
yada, Milli Mərkəzi Kitabxananın dəvəti ilə isə İtaliyada
olmuş, kitabxanaşünaslıq sahəsində əməkdaşlıq barədə
razılıq əldə etmişlər.
Həmin il Çexiya Milli Kitabxanasının nümayəndə
heyəti, Türkiyə, İngiltərə, Almaniyadan olan alim və ziyalılar
Mərkəzi Elmi Kitabxananın qonağı olmuşlar.
2012-ci ildə Mərkəzi Elmi Kitabxana 6 beynəlxalq
tədbirdə Azərbaycanı təmsil etmişdir: Türkiyənin Ankara
şəhərində təşkil olunmuş “Türk Şurası Kitabxanaları: möv -
cud vəziyyət, problemlər və tövsiyələr” adlı beynəlxalq sim-
poziumda, İstanbulda “İstanbul Türkiyə Azərbaycan
Dərnəyi”nin təşkil etdiyi tədbirdə, yenə orada Beynəlxalq
Kitab sərgisində, İtaliyanın Milan şəhərində təşkil olunmuş
“Türk mədəniyyəti, incəsənəti və mədəni irsinin mühafizəsi”
adlı VI beynəlxalq simpoziumda, Özbəkistan Respublikası
Elmlər Akademiyasının Elmi Kitabxanasında təşkil olunan
tədbirdə, ABŞ Dövlət Departamentinin Vaşinqtonda təşkil
etdiyi “Amerika mədəniyyəti və kitabxanaları” adlı mübadilə
proqramında.
Həmin il Mərkəzi Elmi Kitabxana Yaponiyanın Nippon
Fondunun dəstəyi ilə həyata keçirilən “Yaponiyanı mütaliə
et” adlı layihənin qalibi olmuşdur. Layihəyə əsasən, müasir
Yaponiyanı dərk etmək məqsədilə siyasət və beynəlxalq
əlaqələr, iqtisadiyyat və biznes, cəmiyyət və mədəniyyət,
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
182
Dostları ilə paylaş: |