reklam olunmuşdur.
1981-ci ilin sentyabrında 60-dan çox ölkə nümayən də -
lə rinin iştirak etdiyi Moskva Beynəlxalq kitab sərgi-yarmar -
ka sına Azərbaycan Respublikası da dəvət edilmişdir. Həmin
ilin iyul ayında Bakıda Polşa və ADR kitab dekadası ke çiril -
mişdir.
1983-cü ildə respublika naşirləri, şüarı “Sülh və tərəqqi
üçün kitab” olan dördüncü Moskva Beynəlxalq kitab sərgi-
yarmarkasının təşkilində iştirak etmişlər. Oktyabr ayında isə
respublikada alman nəşriyyatçıları tərəfindən nəşr olunmuş
600-ə yaxın müxtəlif kitabın təqdim olunduğu ADR-in kitab
dekadası keçirilmişdir.
1986-cı ilin sentyabrında Frankfurt-Maynda 38-ci
Beynəlxalq kitab yarmarkasında 84 ölkənin, o cümlədən
Azərbaycanın 700-ə yaxın nəşriyyat və çap şirkəti iştirak
etmişdilər. Həmin ilin iyununda isə Bakıda ADR-in kitab
sərgisi keçirilmişdir. Həmin ildə ADR-in naşirləri tərəfindən
SSRİ-yə gətirilən ədəbiyyatın dəyəri 1,6 milyon rublu
keçirdi. Bu məbləğ isə ötən il keçirilən bu cür yarmarkanın
ticarət dövriyyəsindən xeyli çox idi.
Həmin il, ölkədə Polşa kitablarının yarmarkası da təşkil
edilmişdi. M.Qasımlı qeyd edir ki, İkinci Dünya müharibə -
sin dən sonra Polşada Azərbaycan, rus və digər ölkələrin
müəlliflərinin 12 min müxtəlif adlı kitabları polyak dilinə
tərcümə edilmişdir. 1987-ci ilin aprelində Bakıda “Slove ni -
yanın çap və kağız sənayesində kitab nəşriyyatçılarının nailiy -
yətləri” adlı sərgi keçirilmişdir. 1987-ci ildə keçirilən Moskva
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
171
Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan da iştirak
etmişdir. 1988-ci ilin mayında Bakıda Çexoslovakiya naşir -
lərinin kitab sərgisi keçirilmişdir. 1989-cu ildə Azərbaycanda
xarici ölkələrin bir neçə kitab sərgisi təşkil edilmişdir.
O il, Azərbaycan Respublikası Dövlət Nəşriyyat Ko mi -
tə sinin Şərq salonunda Kuba inqilabının qələbəsinin 30 illi -
yinə həsr olunmuş Kuba kitab sərgisi keçirilmişdir.
1989-cu ildə 41-ci Beynəlxalq Frankfurt kitab yarmar -
kası təşkil olunmuşdur. İlk dəfə olaraq müstəqil ekspozisiyası
ilə həmin beynəlxalq kitab sərgisində çıxış edən Azərbaycan
Respublikasının Dövlət Nəşriyyat Komitəsi özünü maraqlı
və faydalı partnyor kimi göstərmişdir.
1990-cı ilin yanvarında Türkiyədə M.F.Axundov adına
respublika kitabxanası tərəfindən təşkil olunmuş Azərbaycan
kitablarının sərgisi keçirildi. Həmin ilin aprelində Bakıda
Macarıstan kitab dekadası keçirildi.
Bütün bu tarixi faktlar onu göstərir ki, 1960-1990-cı il -
lər də Azərbaycan kitabxana və nəşriyyatları beynəlxalq sərgi
və yarmarkaların işində fəal iştirak etmiş və müəyyən təcrübə
toplamışlar. Lakin o dövrdə Azərbaycanın Sovet İttifaqının
bir parçası kimi bu tədbirlərə qatılması əsasən, milli dəyərləri
deyil, artıq çoxdan makulaturaya çevrilmiş Sovet ideoloji
ədəbiyyatının təbliğini diqtə edirdi. Bu mənada, həmin sərgi
və yarmarkalarda iştirakı zorən təbliğat kimi də qələmə
ver mək olardı, amma nəzərə alanda ki, məhz bu kimi təd bir -
lərdə az-çox ölkəmizin, onun klassik ədəbiyyat nümu nələ -
rinin tanıdılması da mümkün olmuşdur, istər-istəməz bu 40
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
172
illik təcrübəni də qənimət olaraq qəbul etmək lazım gəlir.
Müstəqilliyin ilk illərində Azərbaycan kitabxanaları
nəinki beynəlxalq sərgi və konfranslarda iştirak etməkdə,
hətta normal fəaliyyət belə göstərməkdə çətinlik çəkirdilər.
Doğ rudur, Azərbaycan artıq BMT-nin üzvi idi, lakin mü ha -
ribə baş verən bir ölkədə kitabxanaların beynəlxalq tədbir -
lər də iştirak etməsi mümkün deyildi. Buna nə müstəqil
Azər baycanın beynəlxalq əlaqələrinin səviyyəsi, nə də elm
və təhsilə ayrılan vəsaitin həcmi imkan verirdi.
Bu sahədə canlanma yalnız 1999-cu ildə-Kitabxana işi
haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olun-
duqdan sonra (Qanunun 21-ci maddəsində beynəlxalq
kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana, biblio-
qrafiya və informasiya sahəsinə keçirilən tədbirlərdə iştirak
etmək kitabxanaların hüququ kimi təsbit olunmuşdur)
müşahidə olunmağa başladı.
Əlbəttə, uzun fasilədən sonra Azərbaycan kitabxanaları
və nəşriyyatları üçün birbaşa nüfuzlu beynəlxalq konfrans və
sərgilərə yol tapmaq bir qədər çətin idi. Bu problemlə, bütün
post-sovet ölkələri üzləşmişdilər. Buna görə də, 1999-cu il
aprel ayının 18-22-də Tiflisdə Cənubi Qafqaz regional ki tab -
xana işçilərinin konfransının keçirilməsi və burada
Azərbaycan kitabxanaçılarının iştirakı (5 nəfərlə), təmsil et-
diyimiz sahənin peşəkarları üçün müstəqillik dövrünün
demək olar ki, ilk beynəlxalq kitabxana konfranslarından biri
idi.
Konfransın keçirilməsində başlıca məqsəd keçmiş
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
173
SSRİ-də, xüsusilə Cənubi Qafqazda kitabxana işinin yeni
inkişaf xəttini araşdırmaq və dünya standartlarına uyğun
olaraq yeni inkişaf istiqamətlərini müəyyənləşdirməkdən
ibarət idi.
Bundan başqa, 2001-ci ilin avqustunda Azərbaycan ki -
tabxana ictimaiyyətinin nümayəndələri ABŞ-ın Boston
şəhərində İFLA-nın 67-ci konfransında iştirak etmiş və yeni
əlaqələr yaratmağa nail olmuşdular [49].
O dövrdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq
fakültəsinin əməkdaşları da beynəlxalq əlaqələrin qurulması,
kitabxana işi sahəsində konfrans, seminar, ixtisasartırma
kurslarında iştirak baxımından kifayət qədər aktiv idilər. Belə
ki, pedaqoji kollektivin ayrı-ayrı üzvləri Avropa Şurasının
TASİS proqramı müvafiq olaraq həyata keçirilən "Universi -
tet lərin modernləşməsi" proqramı çərçivəsində 2001-ci ilin
iyulunda Belçikanın Namur Universitetində, 2002-ci ilin
noyabrında Lion Milli Ali Kitabxanaçılıq-İnformasiya mər -
kəzində, 2003-cü ilin mayında isə Fransanın və ABŞ-ın
müxtəlif şəhərlərində yerləşən ali məktəblərdə olaraq orada
kitabxana işinin təşkili ilə yaxından tanış olmuşlar.
2004-cü il noyabr ayının 4-dən 11-dək Mərkəzi Elmi
Ki tab xananın əməkdaşı C.Cəfərovun da iştirakı ilə Azər -
baycan nümayəndə heyəti Litvaya səfər etmiş, həmin ölkədə
kitab xanaçılıq işi, kitabxana-informasiya təhsili, peşə
təşkilatlarının fəaliyyəti ilə tanış olmuş, Vilnüs Universiteti,
Litva Kitabxana Konsorsiumu və Litva Elmlər Akade miya -
sının Elmi Kitabxanasının "Avtomatlaşdırma" və "İnforma -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
174
Dostları ilə paylaş: |