miy yəti, Britaniya Muzeyi, Paris Milli Kitabxanası, Hamburq
Zoologiya İnstitutu, Yaponiya Zəlzələləri Araşdırma İnsti-
tutu, Tokio Riyaziyyat İnstitutunun Kitabxanası və digərləri
ilə kitab mübadiləsi 2011-ci ildə müvəffəqiyyətlə həyata ke -
çirilmişdi.
Bolqarıstan Elmlər Akademiyası, “Müqəddəs Kliment
Ohridski” adına Sofiya Universitetinin Kitabxanası, Ma ca -
rıs tan Elmlər Akademiyasının Kitabxanası, Polşa Akade mi -
yasının Riyaziyyat İnstitutu, Rumıniya Akademiyasının
Kitabxanası, Çexiya Elmlər Akademiyası Kitabxanası, Bos -
ni ya və Herseqovinada Sarayevo Elmlər Akademiyası, Bel -
qrad Riyaziyyat İnstitutunun Kitabxanası ilə olan qarşılıqlı
münasibətlər 2011-ci ildə xüsusi əhəmiyyət kəsb etmişdir.
2011-ci il sentyabr ayının 14-də Çexiya Milli Kitabxanasının
direktoru Tomaş Bohm və Tarix Muzeyinin direktoru Maykl
Lukeş Mərkəzi Elmi Kitabxananın qonağı olmuş, kitab xana -
lararası əməkdaşlığın bir sıra məsələləri müzakirə edilmiş,
Azər baycan-Çexiya arasındakı elmi, mədəni və siyasi əla qə -
ləri əks etdirən sərgi ilə tanış olmuşlar.
Həmin il uzun müddət Mərkəzi Elmi Kitabxana ilə
əmək daşlıq etmiş, görkəmli türkoloq, Macarıstan Elmlər
Akademiyası Türkoloji Araşdırmalar İnstitutunun direktoru,
akademik Georq Xazai, Türkiyə Qafqaz Universitetlər Bir-
liyinin sədri, professor Ramazan Qorxmaz AMEA-nın vitse-
prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəylinin müşayiəti ilə Kitabxananı zi -
yarət etmiş, G.Xazai özü ilə Azərbaycana gətirdiyi şəxsi kitab -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
162
xanasını fonda hədiyyə etmişdir.
2012-ci il Mərkəzi Elmi Kitabxananın beynəlxalq elmi
əlaqələr tarixində özünəməxsus yer tutur. Belə ki, məhz
2012-ci ildə Mərkəzi Elmi Kitabxana bir neçə illik karantin
dövründən sonra Avropa Şurası yanında Elmi Kitabxanalar
Assosiasiyasına tamhüquqlu üzvlüyə qəbul edilib. Baş qərar -
gahı Haaqa şəhərində yerləşən Avropa Elmi Kitabxanalar
Assosiasiyası 1971-ci ildə Avropa Şurasının qərarı ilə yara -
dı lıb və Avropada elmi kitabxanaları birləşdirən yeganə döv -
lət qurumudur. AMEA Mərkəzi Elmi Kitabxanasının
Azər baycanda fəaliyyət göstərən kitabxanalar arasında bu
təşkilata üzv olan ilk və yeganə kitabxana olması xüsusilə
vurğulanmalıdır.
Mərkəzi Elmi Kitabxana beynəlxalq informasiya mü -
na sibətlərinin, qlobal informasiya cəmiyyətinin kiçik bir par -
çası, aktoru kimi bu gün də öz fəaliyyətlərini uğurla davam
etdirir və yeni əməkdaşlıq imkanları axtarır. 2013-cü ilin
göstəricilərinə görə 80 dövlətin 1000-ə yaxın elm və təhsil
müəssisəsi ilə əməkdaşlıq edən Kitabxana həmişə olduğu
kimi, indi də respublikada beynəlxalq kitab mübadiləsi mər -
kəzi olaraq qalır. 5 milyon fonda malik Mərkəzi Elmi Kitabx-
anada 1 milyondan artıq xarici dillərdə ədəbiyyatın mühafizə
edilməsi bu müəssisənin beynəlxalq fəaliyyətinin miqya -
sından xəbər verir.
Mərkəzi Elmi Kitabxanada uzun illərin gərgin əməyi
nəticəsində toplanan, qorunan bu əvəzolunmaz elm xəzinəsi
dəfələrlə kənar fiziki təsirlərə məruz qalsa da, son təmirdən
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
163
öncə Elmlər Akademiyasının zirzəmisinə qədər nüfuz etmiş
yağış suları ilə zədələnsə də, əməkdaşların yüksək peşəkarlığı
nəticəsində günümüzə qədər mühafizə edilmiş, saxlanmışdır.
Kitabxanada “Şərq ədəbiyyatı fondu” ilə yanaşı bu fəaliyyətin
əsas kuratoru və bazası hesab edilən “Qərbi Avropa dil lə -
rində ədəbiyyat fondu”nda XV-XVIII əsrlərin nəşrləri, Kant
və Volterin külliyyatları, Yunanıstan, Roma, Bizans dövrünə
aid antik ədəbiyyat nümunələri, Qərbi Avropa klassiklərinin
əsərləri, Rafaelin dünyanın incəsənət ocaqlarında mühafizə
olu nan əsərlərinin çoxcildli reproduksiyaları (XIX əsrin
fransız və alman nəşrləri), 1854-cü ildən başlayaraq indiyə
qədər Fransa Elmlər Akademiyasının dövri mətbuat kom -
plekt ləri, 1892-ci ildə çap olunmuş “Priroda” jurnalının
İngiltərə nəşri, görkəmli alimlərindən, E.A. Belyayevin,
E.Bertelsin, V.H.Zaxoderin, F.A.Paxomovun, Z.Üseynovun
unikal şəxsi kolleksiyaları və s. çox qiymətli və əvəzsiz mate-
riallar bugün də istifadəyə yararlı və təhlükəsiz şəkildə mü -
hafizə edilir. Yaxud da, Qərbi Avropa ədəbiyyatı şöbə sinin
1968-ci ildən Qərbi Avropa dillərində Azərbaycan alim və
mütəxəssislərinin, görkəmli mədəniyyət xadimlərinin xarici
ölkələrdə çap olunmuş əsərlərini və respublikamız haqqında
kitab və məqalələrini əks etdirən “Azərbaycan xaricdə” adlı
kartotekanı bugün də aparması, Mərkəzi Elmi Kitabxananın
beynəlxalq elmi əlaqələr, kitab və informasiya mübadiləsi
sahəsində əldə olunan təcrübə və ənənəyə sadiqliyini nü -
mayiş etdirir.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
164
Müstəqillik dövrünün informasiya mühiti kitabxanalar,
o cümlədən Mərkəzi Elmi Kitabxana tərəfindən beynəlxalq
kitab mübadiləsi müstəvisində əldə etdiklərini yalnız qo ru -
yub saxlamaqla deyil, həm də bu ənənələri inkişaf et dir məklə
səciyyəvidir. Bu dövr həm də Azərbaycan döv lətinin kitab -
xa naların beynəlxalq əlaqələrinə, onun inkişafına ən yüksək
səviyyədə diqqət ayırmağa başladığı dövrdür.
Ümummilli lider Heydər Əliyevin kitabxanalara gös -
tər diyi diqqəti müqabilində yenidən dirçəlmiş Azər bay can
ki tabxanaları və onların beynəlxalq əlaqələri, Prezident cə -
nab İlham Əliyevin kitabxana işi sahəsinə qayğısı sayəsində
bu gün də durmadan inkişaf etməkdədir. Prezidentin kitab -
xa naların inkişafı ilə bağlı təsdiq etdiyi Dövlət Proqramının
məqsəd və vəzifələrinə kitabxana işi sahəsində köklü isla hat -
ların aparılması, kitabxana–informasiya resurslarının dünya
mə kanına inteqrasiyasının təmin edilməsi, beynəlxalq təcrü -
bə nin öyrənilməsi və tətbiqi kimi ümdə məsələlərin daxil
edilməsi çox ciddi yanaşmanın nəticəsidir.
Dövlət Proqramının icrasının əsas istiqamətləri sırasın -
da kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı, genişlən -
di rilməsi və beynəlxalq tədbirlərin təşkili; dünya informasiya
sistemlərində Azərbaycan kitabxana resurslarının təbliği və
beynəlxalq informasiya mübadiləsinin həyata keçirilməsi
pri oritet olaraq müəyyən edilmişdir. Bu mənada, 2008-
2013-cü illər üzrə birinci mərhələsi yekunlaşmış Dövlət
Proqramından irəli gələrək Azərbaycan kitabxanaçılarının
iştirakı ilə:
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
165
Dostları ilə paylaş: |