siya sistemləri" mövzusunda keçirilən seminarında iştirak
etmişlər.
Həmin ildən etibarən Azərbaycan kitabxanalarının
bey nəlxalq elmi konfrans və kitab sərgilərində təmsil olun -
ması daha da intensivləşmiş və bir sıra uğurlu beynəlxalq
layihələr həyata keçirilmişdir.
2004-cü ilin noyabr ayının 15-dən 19-dək Moskva vila -
yə tinin Zveniqorod şəhərində keçirilən "Kitabxanalar üçün
informasiya texnologiyaları, kompüter sistemləri və çap
məhsulları. LİBKOM 2004" VIII Beynəlxalq konfrans-
sərgidə MEK-nın iki əməkdaşı- AMEA MEK-nın direktoru,
f.e.d. A.İ. Əliyeva-Kəngərli və elmi işlər üzrə direktor müavini
F.Hüseynova iştirak etmişlər.
Mərkəzi Elmi Kitabxananın “LİBCOM 2004” Beynəl -
xalq Konfransda iştirakının ən mühüm nəticəsi “İRBİS-64”
avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin əldə
edilməsi olmuşdur.
Konfransın işi seksiyalar üzrə aparılmış, kitabların və
av tomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin təq -
dimatı keçirilmiş, müzakirələr aparılmışdır. Burada keçirilən
sərgidə Kitabxana Azərbaycanla bağlı qiymətli nəşrlər nü -
ma yiş etdirmiş və sərgidən sonra isə həmin ədəbiyyat Rusi -
ya nın Milli Kitabxanasına, Rusiya EA Kitabxanasına və
Ru siya Dövlət kütləvi elmi-texniki kitabxanaya hədiyyə
edilmişdir.
21-23 sentyabr 2005-ci il tarixində Moskvada “Bey -
nəlxalq elmi və mədəni əlaqələrin inkişafında kitab nəşrinin
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
175
rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilmiş, kon-
fransda AMEA MEK-in direktoru, f.e.d. A.İ. Əliyeva-Kən -
gərli “AMEA MEK-də beynəlxalq kitab mübadiləsinin
inkişafı məsələləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
2005-ci il noyabrın 16-19-dək Tunisdə Birləşmiş Mil -
lətlər Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqı tə -
rə findən təşkil edilmiş “İnformasiya Cəmiyyəti üzrə
Ümum dünya Sammiti”ndə Mərkəzi Elmi Kitabxananın nü -
ma yəndəsi də iştirak etmiş, Azərbaycan nümayəndə heyə -
tinin tərkibində ölkəmizi təmsil etmişdir.
2007-ci il may ayının 2-dən 11-dək Tehran şəhərində
XX Beynəlxalq kitab sərgisi keçirilmiş, burada Kitabxana
tərəfindən Azərbaycanda çap olunmuş müxtəlif elm sahələri
üzrə 500 nüsxə ədəbiyyat nümayiş etdirilmişdir.
Həmin ilin sentyabr ayının 19-dan 21-dək Kitabxa na -
nın nümayəndələri Moskva şəhərində keçirilən “Post-sovet
məkanında elmi kitab” mövzusunda beynəlxalq elmi kon-
frans işinə qatılmış, təcrübə mübadiləsi aparmışlar.
Kitabxananın direktoru tədbirdə “AMEA-da elmi təd -
qi qatların informasiya təminatında MEK-in nəşriyyat fəaliy -
yətinin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
2008-c il fevral ayının 28-də Mərkəzi Elmi Kitab xa -
nanın sərgi salonunda Almaniya Xarici İşlər Nazirliyinin,
Alman Tədqiqat Mərkəzi və Höte İnstitutunun “İnsanlar və
kitablar” birgə layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kəri -
mov, Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stan -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
176
çina, Akademiyanın, Mərkəzi Elmi Kitabxananın, səfirliyin
nümayəndələri iştirak etmişlər. Orta Asiya və Şərqi Avropa
ölkələrində mövcud olan aparıcı kitabxanaları almandilli
elmi ədəbiyyatla zənginləşdirmək məqsədi daşıyan layihə
üzrə kitabxanaya birinci mərhələdə dəyəri 5 min avro olan
elmi ədəbiyyat hədiyyə edilmişdir.
Həmin il oktyabr ayının 6-dan 13-dək Türkmənistanın
Aşqabad şəhərində keçirilən “Qızıl əsrin qızıl nəşrləri” adlı
III Beynəlxalq kitab sərgi – yarmarkasında 22 ölkədən 108
kitabxana və nəşriyyatla yanaşı, Azərbaycan kitabxanaçıları,
o cümlədən Mərkəzi Elmi Kitabxananın da nümayəndəsi
iştirak etmişdir.
Sərgi-yarmarkanın əsas məqsədi–Türkdilli xalqların
ədəbiyyatının təbliği, nəşriyyat və kitabxanalar arasında
yaradıcı, texniki, iqtisadi əlaqələrin yaradılması, kitabxanalar
arasında təcrübə və kitab mübadiləsi, dünya ədəbiyyatı ilə
tanışlıq olmuşdur.
Mərkəzi Elmi Kitabxana sərgidə bir çox kitablarla
yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il
tarixli sərəncamı ilə nəşr olunan 150 nüsxə kitabı da nümayiş
edilmişdir və sərgi bitdikdən sonra onları Türkmənistan
kitabxanalarına hədiyyə etmişdir.
2008-ci ildən etibarən Mərkəzi Elmi Kitabxana Frank-
furt, Moskva, İstanbul və Tehran beynəlxalq kitab sərgisində
fəal iştirak etməklə bu əhəmiyyətli tədbirin daimi iştirak -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
177
çılarından birinə çevrilmişdir. 2014-cü ilədək həmin sərgidə
Azərbaycanın uğurlarını, elmi nailiyyətlərini əks etdirən
12000-dən artıq dəyərli ədəbiyyat nümayiş etdirilmiş və
dünyanın müxtəlif ölkələrindən gəlmiş ziyarətçilərə paylan -
mışdır.
2008-ci il oktyabr ayının 20-dən 26-dək Moskvada
“Bey nəlxalq elmi və texniki informasiya mərkəzinin”
(BETİM) və “SWETS” təşkilatının (Niderland) birgə təş ki -
latçılığı ilə keçirilmiş “Dünya elektron kitabxanalarına çıxışın
tə min olunması” adlı beynəlxalq seminar-konfransda Mər -
kəzi Elmi Kitabxana da BETİM-in tamhüquqlu üzvü kimi
təmsil olunmuş, Kitabxananın əməkdaşlı 4000-dən artıq
nəşriyyatın təqdim etdiyi 160 min elmi jurnal, 2 milyon elek -
tron kitab və 830 qəzetin cəmləşdiyi sistemin ya radılması
yolları, işləmə mexanizmi, idarə olunması və oxu cuların
istifadəsinə verilməsilə ilə bağlı seminara qa tılmış, Azər bay -
can elmi jurnallarının bu platformada nü mayiş olunması
imkanlarını öyrənmişdir.
Seminarın nəticəsi olaraq ötən əsrin əvvəllərində ya ra -
dılan və informasiya mübadiləsi sahəsində kifayət qədər bö -
yük təcrübəyə malik “SWETS” təşkilatı iştirakçıları veri lənlər
bazasına daxilolma sertifikatları ilə təmin etmiş və bunun
əsasında Mərkəzi Elmi Kitabxananın oxucuları ilkin olaraq
dünyada nəşr olunan 760 qəzetin elektron versiyası ilə
tanışlıq imkanı əldə etmişlər.
2008-ci il noyabr ayının 17-dən 21-dək Moskva vila -
yə tinin Zveniqorod şəhərində ənənəvi “Kitabxanalar üçün
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
178
Dostları ilə paylaş: |