- Sahə üzrə beynəlxalq layihələrdə Azərbaycan kitab -
xana larının iştirak səviyyəsi müəyyənləşdirilmiş, həyata
keçirilən layihələrin əhəmiyyətlilik dərəcəsi öyrənilmişdir.
Təd qiqat nəticəsində bu sahədə aparılan fəaliyyətlərin güc -
lən dirilməsinin zəruriliyi əsaslandırılmış, beynəlxalq layihə -
lərə qoşulmanın maddi deyil, milli-mənəvi dividend əldə
etmə nöqteyi-nəzərindən vacibliyi önə çəkilmişdir;
- Tədqiqat işi çərçivəsində milli kitabxana sistemində
beynəlxalq standartların tətbiqi, yeri və rolu müəyyənləş di -
ril mişdir. İlk növbədə Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin 2010-cu ildə biblioqrafik
yazının başlığına verilən ümumi tələbləri, onun tərtibi qay -
da larını, məlumatlar toplusunu, məlumatların verilmə ardı -
cıl lığını və s. müəyyən edən AZS ГОСТ 7.0-2010.
“Bib lioqrafik yazı. Başlıq. Ümumi tələblər və tərtib qaydaları”
və 2013-cü il noyabr ayının 25-də "İnformasiya, kitabxana
və nəş riyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı.
Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları” milli
standartlarının beynəlxalq istinad mənbələri müəyyən ləş di -
ril miş və təhlil edilmiş, paralellər aparılmış, kitabxa na şü -
naslıq sahəsində standartlaşdırma zamanı autentik tərcümə
məsələlərinin müsbət və mənfi cəhətləri aydınlaş dı rılmışdır.
Qeyd olunmuşdur ki, standartlaşdırma məsələ lərində pro -
sesə autentik yanaşma normaldır və qə bul olu nandır. Lakin
milli standartın beynəlxalq ISO standartları əsasında deyil,
məhz Rusiya və MDB-də qəbul olunan dövlətlərarası ГОСТ
standartına uyğunlaşdırılması tərəfimizdən həm müsbət,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
231
həm də mənfi cəhətdən şərh olunmuşdur.
Bundan başqa Azərbaycan kitabxanalarında tətbiq ol-
unan beynəlxalq kitabxana, kitab və təsvir standartlarına yeni
tələblər prizmasından yanaşılmış, müqayisəli təhlillər apa -
rılmış, standartların tətbiq sahələri və funksiyaları araş dırıl -
mışdır;
- Beynəlxalq kitabxana-informasiya resurslarının məz -
mu nu və təqdimat formaları təhlil edilmiş, onların əlyetərlik
im kanları müqayisə olunmuş, AMEA Mərkəzi Elmi Kitab -
xa nası və digər kitabxanalarda, o cümlədən ali təhsil müəs -
sisə lərinin kitabxanalarında onlardan istifadə səviyyəsi
mü əy yənləşdirilmiş, bu cür elektron bazalara müraciət edər -
kən yaranan obyektiv və subyektiv problemlər və onların
həlli yolları göstərilmişdir;
- Tədqiqat işi çərçivəsində kitab və informasiya
mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığın perspektiv -
lə ri müəyyənləşdirilmişdir.
Nəticədə Azərbaycan kitabxanalarının qlobal informa -
siya mühitinə tam və davamlı şəkildə inteqrasiya olun ma sı
və beynəlxalq kitab mübadiləsinin aparıcı aktorlarından bi -
rinə çevrilməsi üçün IFLA ilə əməkdaşlığın genişlən diril -
məsi; YUNESKO-nun mənbəşünaslıq, kitabşünaslıq,
əl yaz ma şünaslıq və kitabxanaşünaslıq sahəsində mövcud la -
y i hələrində iştirakın təmin olunması, o cümlədən “Dünya -
nın yaddaşı” (
ing. Memory of the World) proqramına Azər baycan
elmi-mədəni varidatının inteqrasiya olunma sı nın sürət lən -
dirilməsi; kitabxanaların Beynəlxalq Türk Mədəniyyəti
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
232
Təşkilatı (TÜRKSOY) və İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (ISESKO) ilə əlaqələrinin genişlən di ril məsi və bu
təşkilatların layihələrinə aktiv şəkildə qoşul ması; müvafiq
sahədə aparılan fəaliyyətlərin elmi-nəzəri cəhət dən daim
tədqiq olunması və əldə olunan elmi nəti cələrin xarici
dillərdə, nüfuzlu elmi jurnallarda dərc edilməsi; sərgilər, kon-
franslar, ikitərəfli görüşlər və s. formatında, hərtərəfli təcrübə
mübadiləsinin həyata keçirilməsi və ən başlıcası mübadilə
üzrə mütəxəssis hazırlığının səviyyəsinin yüksəldilməsi;
mütəxəssislərin peşəkar biliklərlə yanaşı, kompüter və xarici
dil biliklərinin artırılması və mütəmadi attestasiyası və s.
Azərbaycan kitabxanalarının beynəlxalq informasiya
mühitində inkişaf etməsi və bu mühitə təsir imkanlarını
artırması üçün başlıca amillərdir.
Bu kimi məsələlərin elmi-təşkilati və kompleks həlli,
kadr siyasətinin, informasiyanın seçilməsi prioritetlərinin
düzgün müəyyənləşdirilməsi Azərbaycan kitabxanalarının
beynəlxalq informasiya mühitindəki mövqeyini möhkəm -
lən dirməyə və perspektivlərin açılmasına imkan verir. Çünki
Azər baycan kitabxanaları yalnız beynəlxalq peşəkar əmək -
daş lıq sayəsində, qlobal dəyərlərin mübadiləsi, mədəniy yət -
lər arası dialoqun qurulması və multikulturalizmin inkişafı
fo nunda, qabaqcıl təcrübədən istifadə edə, öz gələcək strateji
ori entirlərini müəyyənləşdirə və dünya informasiya sis te -
minə tam inteqrasiya oluna bilər.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
233
ƏDƏBİYYAT:
Azərbaycan dilində:
1. Abbasbəyli A., Nəcəfov E. Beynəlxalq münasibətlər
nəzəriyyəsi (Dərslik), Bakı: Mütərcim, 2007, 208 s.
2. Abdullayev Ç.Ə. Almaniya-Azərbaycan əlaqələri.
Bakı: “Azərbaycan Milli Ensiklopediyası” NPB, 2000, 20 s.
3. Adilov M. Azərbaycan paleoqrafiyası. Bakı: Elm,
2009, 224 s.
4. Ağacanova L. Kitab mübadiləsi genişlənir // Kitab -
lar aləmində, 1984, №4, s. 48.
5. AMEA Mərkəzi Elmi Kitabxanasının arxivi: sənədlər
və hesabatlar, 1940-2013-cü illər.
6. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf kon sep -
siyası. Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
Bakı: 29 dekabr, 2012.
7. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına
dair Dövlət Proqramı haqqında”. Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı. Bakı: 23 may, 2012.
8. Azərbaycan Milli Kitabxanası – 90: məqalələr məc -
mu əsi / K.Tahirovun redak-təsi ilə. Bakı: Azərbaycan Milli
Kitabxanası, 2013,152 s.
9. “Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proq -
ramı”. Azərbaycan Respublikası Prezidentinin Sərən camı. 6
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
234
Dostları ilə paylaş: |