Azərbaycan mühacirət nəsri
123
da türk millətini, gənc Türkiyə Cümhuriyyətini anarxi-
yanın törədə biləcəyi fəsadlardan qorudu.
Azərbaycan ədəbiyyatında memuar janrının dəyərli
örnəklərindən olan «Sərbəst Firqə xatirələri» isə demok-
ratiya, insan haqları, vətəndaş azadlıqları uğrunda mü-
barizənin əzablı yolunu, bu yolda Atatürk kimi qüdrətli
şəxsiyyətlərin rolunu əks etdirməsi baxımından çağdaş
dövrümüz üçün də aktualdır.
Nikpur Cabbarlı
124
SON SÖZ ƏVƏZĠ
raşdırma nəticəsində belə qənaətə gəlirik ki,
Azərbaycan siyasi mühacirətinin bədii irsinin
poeziyadan sonra ən zəngin qismi nəsrdir. Nəsr əsərlərinin
mühacirət ədəbiyyatımızdakı çəkisi və buna müvafiq ola-
raq önəmi yalnız onların kəmiyyət göstəriciləri ilə deyil
(hərçənd bu da əhəmiyyətlidir), eyni zamanda mövzu,
üslub, janr müxtəlifliyi və əlvanlığı ilə də şərtlənir. Heka-
yə, xatirə, memuar romanı, bədii-fəlsəfi traktat kimi janr-
larda yaranmış mühacirət nəsri örnəklərini hansı mövzuda
yazılmasından asılı olmayaraq birləşdirən vahid məfkurə
azərbaycançılıqdır və məhz bu məqam «Azərbaycan dava-
sı»nın ideoloji cəbhəsi üçün əvəzolunmaz idi.
Bununla belə, araşdırmaya cəlb etdiyimiz bədii örnək-
lərin timsalında gördüyümüz kimi, mühacirət nəsri yalnız
ideoloji-siyasi tutumu ilə deyil, bədii-estetik dəyəri ilə də
milli ədəbiyyatımızın «qızıl fondu»na daxil olmuş, burada
özünə seçkin bir yer təmin etmişdir. Azərbaycan müha-
cirət nəsrinin yaradıcılarından M.Ə. Rəsulzadə, Ə. Ağa-
oğlu, F.Əmircan, M.B. Məhəmmədzadə, Ə. Yurdsevər
peşəkar nasir deyildilər, bədii yaradıcılıqla da ardıcıl
məşğul olmurdular. A. Dağlı mühacirətdə daha çox dra-
maturq, T. Atəşli isə daha çox şair kimi tanınırdı. Fəqət
onlar fitri istedadları sayəsində yuxarıda qeyd etdiyimiz
epik janrlarda diqqətəlayiq əsərlər qələmə almışdılar. Belə
ki, Azərbaycan milli hərəkatının müxtəlif mərhələlərinin
ən önəmli hadisələri ədəbiyyatımızda ilk dəfə olaraq məhz
bu əsərlərdə canlandırılmış, istiqlal mücahidlərimizin dol-
A
Azərbaycan mühacirət nəsri
125
ğun bədii obrazları da ilk dəfə bu əsərlərdə yaradılmışdır.
Bolşevik rejiminin, stalinizmin törətdiyi cinayətlərin, soy-
daşlarımıza qarşı yönəldilmiş soyqırımı siyasətinin epik
vüsətli ifşası yönündə də birincilik, təbii ki, sovet dövrü
nəsrimizə deyil, mühacirət nəsrimizə məxsusdur. Qardaş
Türkiyə Cümhuriyyətində gedən ictimai-siyasi proseslər,
Mustafa Kamal Atatürkün milli dövlət quruculuğu sahə-
sindəki genişmiqyaslı fəaliyyəti, vətəndaş cəmiyyəti for-
malaşdırılması problemləri də ədəbiyyatımızda epik dər-
kini və həllini ilk dəfə olaraq mühacirət nəsrimizdə tap-
mışdır. Bütövlükdə, mühacirət nəsrimiz XX əsr Azərbay-
can milli hərəkatı, türklük mücadiləsi haqqında sanballı
bədii tədqiqatdır və o da əlamətdardır ki, bu tədqiqatın
müəllifləri həmin hərəkatın adlarını yuxarıda qeyd etdiyi-
miz görkəmli öndərləri, şəxsiyyətləridir. Bu fakt həmin
bədii tədqiqatları Azərbaycanın siyasi tarixinin də mötəbər
qaynağı kimi dəyərləndirməyə əsas verir.
Azərbaycan mühacirət ədəbiyyatının digər qolları ki-
mi, mühacirət nəsrinin də günümüz üçün aktuallığı şəksiz-
dir. Bu irs sanballı elmi nəşrini və hərtərəfli araşdırılma-
sını gözləyir. «Giriş»də də qeyd etdiyimiz kimi, mühacirət
nəsrimizin digər mətbu və qeyri-mətbu örnəklərinin də
mövcudluğunu istisna etmirik. Biz bu sahədəki boşluğu
müəyyən qədər doldurmaq məqsədilə qələmə aldığımız
monoqrafiyanı ədəbi-elmi ictimaiyyətin diqqətinə təqdim
edir, fəqət heç vəchlə araşdırmamızı bitmiş saymır, odur
ki, yeni axtarışlara keçid üçün sonda nöqtə deyil, üç nöqtə
qoyuruq...
2004 – 2011
Nikpur Cabbarlı
126
Mənbələr və ədəbiyyat
1.
Ağaoğlu B.E. Solovkidə gördüklərim. Bakı: Gü-
nəş, 2004, 80 s.
2.
Altunbay Məmməd. Azadlığa uçan türk. Bakı:
Maarif, 1994, 172 s.
3.
Anar. Qürbət mənim içimdə. «Ədəbiyyat qəzeti»,
12 iyun 1992, №24 (2823).
4.
Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı: Elm,
1998, 336 s.
5.
Azərbaycan dilinin izahlı lüğəti. ΙΙΙ cild. Bakı:
«Şərq-Qərb», 2006, 672 s.
6.
Azərbaycan Xalq Cümhuriyyəti. Ədəbiyyat, dil,
mədəni quruculuq. Bakı: «Qoliot Qkup» QSC nəşriyyatı,
2009, 336 s.
7.
Azərbaycan Milli Ensiklopediyası. «Azərbaycan»
cildi. Bakı: «Azərbaycan Milli Ensiklopediyası» Elmi
Mərkəzi, 2007, 884 s.
8.
Azərbaycan Sovet Ensiklopediyası. VΙΙ cild. Bakı:
ASE Baş Redaksiyası, 1983, 624 s.
9.
«Azərbaycanlıların soyqırımı haqqında» Azərbay-
can Respublikası Prezidentinin Fərmanı. «Azərbaycan»
qəzeti, 27 mart 1998-ci il.
Dostları ilə paylaş: |