Azərbaycan mühacirət nəsri
115
fəaliyyətə başlamaq üçün Qazidən izn istəyir. Qazi isə
cavab məktubunda onun bu təşəbbüsünü alqışlayır və
məmnuniyyətlə razılıq verir. Əslində isə hər iki məktub
Qazinin, Fəthi bəyin və baş nazir İsmət İnönünün birgə
yaradıcılıq məhsulu idi, sarayda tərtib edilmişdi.
Ə. Ağaoğlu bu barədə yazır: «Diqqət etdim, iki kağız da
İsmət Paşanın əli ilə yazılmışdı. Anlaşıldı, bu üç zat
saatlardan bəri bu məktubları tərtib etməklə uğraşıyor-
larmış» (55, s. 7).
Firqənin quruluş şəklinə dair sarayda Qazi ilə
Ə. Ağaoğlu arasında baş verən dialoq onların hər ikisi-
nin xarakterinin müəyyən cəhətlərini əks etdirməsi baxı-
mından diqqəti çəkir. Sərbəst Firqənin beləcə danışıqlı
şəkildə yaradılmasını məqbul saymayan Əhməd bəy tə-
rəddüd içində Qaziyə deyir:
« – Əski fırka olduğu gibi qalıyor, onun başında ye-
nə İsmət Paşa, dövlətin bütün qüvvələrinə, cihazlarına,
vasitələrinə hakim olaraq qalıyor. Bütün bunlar yetmi-
yormuş gibi zati-dövlətləri də dünyaya yayılmış şöhrət
və prestijinizlə yenə o firqənin başında qalıyorsunuz!
Buna müqabil hər türlü vasitədən məhrum Fəthi bəy
çıkıyor. Kim gedər onun yanına?
–
Sən gedərsin!
–
Bən gitməm!
–
Neçin?
–
Sizdən ayrılmam!
–
Nədən ayrılmazsın? Bana bitişikmisin?
–
Ətinizə, gəmiyinizə bitişik degilim. Fakat ifadə et-
diyiniz manaya bitişiğim.
Nikpur Cabbarlı
116
Qazi artıq qızdı və bu gibi hallarda yapdığı gibi
məndilini yan cibindən çıkardı, burnunu sildi və başını
yüksəyə qaldıraraq:
−
Bana, sənin karışdırıcı adam olduğunu söylərlər-
di. Bən inanmazdım. Həqiqətən sən qarışdırıcısın!» (55,
s. 10-11).
Olduqca gərgin keçən bu mübahisənin gedişində
Qazi öncə qəzəblənsə də, bir qədər sonra sakitləşir və
mütəəssir tövrlə kənara çəkilir. Bu zaman İsmət Paşa
müzakirəyə qatılaraq, Əhməd bəyi tutduqları yolun doğ-
ruluğuna inandırmağa çalışır. Belə bir dramatik situa-
siyada müəllif Atatürkün xarakterinin daha bir ştrixini
açıqlayır: «Qazi mühitindəki adamlar arasında bu gibi
münaqişələrin keçməsindən məmnun olur və zövq
duyar. Çünki əvvəla bunları bir-birinə qarşı qoyur, sonra
kimin nə olduğunu anlar. Bu kərə İsmət Paşa ilə ara-
mızdakı münaqişəni zövqlə dinlədi» (55, s. 13). Məhz
belə bir incə diplomatiya ilə Qazi Sərbəst Cümhuriyyət
Firqəsinin yaradılmasına nail olur.
Xatirələrin sonrakı fəsillərində Ə. Ağaoğlu Sərbəst
Firqə olayının daha kəskin, dramatik səhnələrini təqdim
edir. Sərbəst Firqə ölkənin müxtəlif bölgələrində dövlət
məmurlarının müqavimətinə rast gəlir, baş nazir İsmət
Paşa, Qaziyə yaxın olan bir sıra məbuslar belə yeni firqə
əleyhinə təbliğat aparırlar. Bu hallar təbii olaraq Sərbəst
Firqə mənsublarının ciddi narahatlığına səbəb olur, on-
larda şübhələr oyadır, suallar doğurur: «Əgər Qazi hə-
qiqətən bu firqənin yaşamasını istiyorsa, əgər təşəbbü-
sündə səmimi isə, nasıl oluyordu da bunca yaxın dost-
ları, firqə idarəçiləri (burada Cümhuriyyət Xalq Par-
Azərbaycan mühacirət nəsri
117
tiyası rəhbərləri nəzərdə tutulur – N.C.) arzusu xilafına
hərəkət ediyorlar? » (55, s. 18). Bu suallar və şübhələr
Sərbəst Firqə üzvlərindən bəzilərini, o cümlədən Qazi-
nin israrı ilə bu firqəyə daxil olmuş məşhur şair Məhəm-
mədəmin Yurdaqulu «iztirabdan-iztiraba sürükləyir».
Lakin bu həyəcan doğuran məqamlara rəğmən, Qazinin
ilk zamanlar Sərbəst Firqəyə maddi və mənəvi dəstək
verməsi, onun Fəthi bəy, Nuri bəy və Təhsin bəy kimi
yaxın arkadaşlarının, həmçinin doğma bacısı Məqbulə-
nin həmin firqənin üzvü olmaları, xüsusən sonuncunun
buradakı coşqun fəaliyyəti yeni firqə mənsublarının
qüvvə və cəsarətlərini artırırdı. Lakin bu ümidverici əla-
mətlərə baxmayaraq, yeni firqə ilə köhnə firqənin müna-
sibətləri getdikcə daha da gərginləşərək, düşmənçilik
həddinə yaxınlaşır.
Əsərdə hadisələrin dramatizmi artdıqca, buna adek-
vat olaraq obrazların səciyyəsi də dolğunlaşır, yeni ciz-
gilər kəsb edir. Xüsusən, «Bələdiyyə seçimlərində iştira-
ka nə üçün əleyhdardım?» fəslində müəllifin şəxsi mü-
şahidələri əsasında Qazinin xarakteri barədə söylədikləri
yalnız onun obrazının səciyyəsini dolğunlaşdırması ilə
deyil, eyni zamanda cərəyan edən hadisələrin mahiyyə-
tini və Qazinin bu hadisələrdəki rolunu əks etdirməsi
baxımından diqqəti cəlb edir: «Məlum olduğu vəchilə
Qazi hər sənə bir yenilik çıxarır, kimsənin ağlına və xə-
yalına gəlməyən yeni bir məsələni ortaya atır... Nəhayəti
gəlməyən bütün bu yeniliklər Qazinin psixolojisinə xas
olan bir ehtiyacın doğurumudur. Sükun və istiqrar Qazi
üçün yabancı bir aləmdir. Onun həp coşğun, kəndi içinə
sığmayan, daşan ruhu durmadan hərəkət istər. Kəndi-
Nikpur Cabbarlı
118
siylə gecələri gündüz yapmış olanlar bilirlər ki, o, dur-
maksızın yeyər, durmaksızın içər, durmaksızın söylər və
durmaksızın qovğa arar. Yalnız uyurkən, yəni bitab düş-
müş olan vücudunu istər-istəməz dinləndirirkən, sükun
bulur. Pək qısa sürən bu dinlənmə zamanı keçər-keçməz
və hənüz yataqda ikən belə fışqırma və daşma hərəkət-
ləri başlar» (55, s. 21-22). Lakin ölkədə cərəyan edən
hadisələr heç də həmişə Qazinin gözləntilərini doğrult-
mur. Sərbəst Firqə olayında olduğu kimi. Ə. Ağaoğlu-
nun qənaətincə, Qazi Sərbəst Firqənin yaradılması qəra-
rını verərkən və bu firqəyə bələdiyyə seçkilərinə qatıl-
mağı tövsiyə edərkən özünün lideri olduğu Cümhuriyyət
Xalq Firqəsinin cəmiyyətdəki nüfuzunun son dərəcə
aşağı düşdüyünü təsəvvür etmir və elə düşünürmüş ki,
ölkənin istiqlalını təmin etmiş olan bu firqə xalqın nə-
zərində əvvəlki kimi əziz və qiymətlidir. Ətrafındakılar
məmləkəti gül və gülüstan kimi göstərir və xalqın
firqəyə qəlbən bağlılığından dəm vururdular. Buna görə
də Qazidə belə bir arxayınçılıq yaranmışdı ki, əhalinin
ən çoxu otuz faizi yeni firqəni dəstəkləyə bilər, digər
hissəsi mütləq köhnə firqəyə sadiq qalacaq. Halbuki
xalq ilə Xalq Firqəsi arasında bütün mənəvi bağlar artıq
qırılmışdı. Xalqı ona dözməyə sövq edən iki amil vardı:
birisi və başlıcası-qorxu, ikincisi də Qaziyə qarşı bəslə-
nən minnətdarlıq hissi! (55, s. 25-26). Odur ki, Qazi ye-
ni firqənin yaradılması barədə qərarını verincə, xalq bu
addımı sevinclə qarşılamış, nəticədə Sərbəst Firqə qısa
müddət ərzində ölkədə böyük nüfuz qazana bilmişdi.
Xüsusən, İzmirdə bu firqəyə bəslənilən rəğbət o dərəcə-
də yüksək idi ki, İsmət paşa hökuməti bundan ciddi təş-
Dostları ilə paylaş: |