KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
bəzi nəşrlər müəyyən müddət keçdikdən
sonra fiziki cəhətdən köhnəlir, öz
ideya-tərbiyəvi, elmi və təcrübi əhəmiyyətini itirir, kitabxananın profilinə
uyğun olmur və s. Belə nəşrlər vaxtlı-vaxtında kitabxana fondlarından çıxarıl-
malıdır. 1974-cü ilə qədərki dövrdə kitabxana fondlarında toplanmış çox
nüsxəli və profilə uyğun olmayan ədəbiyyat ən yaxşı halda digər kitabxanalara
və ya respublika kitabxanalarının mübadilə fondlarına verilirdi. Bu isə aşağı
vəsilə kitabxanalarının heç bir marağına uyğun gəlmədiyindən belə ədəbiyyat
çox zaman təmamilə yararsız kitablarla birlikdə fonddan çıxarılır
və məhv
edilirdi. Respublika kitabxanalarında min nüsxələrlə kitab və qiymətli
ədəbiyyat bu yolla kitabxana fondlarından çıxarılmışdı. Doğrudur, elmi və is-
tehsalat baxımından
öz əhəmiyyətini itirmiş, az istifadə olunan ədəbiyyatın
fonddan çıxarılması, fondun yerləşdiyi sahədən qənaətlə və düzgün istifadə
etməyə, onun dövriyyə göstəricilərini yüksəltməyə və xidmət işini səmərəli
təşkil etməyə imkan verir. Lakin az istifadə edilən ədəbiyyatı mühafizə etmək
və lazım olduqda oxucuların istifadəsinə vermək də vacibdir.
Bundan əlavə,
elə ədəbiyyatlar var ki, onların tədqiqi məsələlərinin zəruriliyi müxtəlif
aspektlər baxımından ancaq bir neçə ildən sonra meydana çıxır. Bütün bunlara
görə də kitabxana işi haqqında 1974-cü il 8 may tarixli
qərar az istifadə edilən
kitabları mühafizə edən keçmiş ümumittifaq mərkəzi-sahəvi və respublika
depozitar fondlarının yaradılmasını vacib bir vəzifə kimi irəli sürmüşdü.
Fondun təşkilinə belə bir qayda ilə yanaşmaq, fondun fəal və passiv
hissəsini müəyyən etmək imkanı verir. Elmi-tədqiqat
işlərində ölkənin
kitabxanalarından daha səmərəli istifadə etmək üçün təminat yaradır,
oxuculara xidmət işinin səviyyəsini yüksəldir, kitab fondlarından istifadə
zamanı təkrarçılığı aradan qaldırır. Bütün ölkə miqyasında kitabxana-
depozitarların planauyğun yerləşdirilməsi üçün KAA yolu ilə ədəbiyyatın
alınması da mühüm əhəmiyyətə malikdir. Qərarın bu baxımdan oynadığı çox
mühüm rolun əhəmiyyətini inkar etmək elmi cəhətdən düzgün olmazdı.
1974-cü il qərarından sonra keçmiş SSRİ
M ədəniyyət Nazirliyinin
qərarına əsasən, bütün respublikalarda olduğu kimi, Azərbaycanda da 1977-
1980-ci illər üçün depozitar sistemin planı təsdiq olunmuşdu. Bununla
əlaqədar olaraq Azərbaycan kitabxanalarında çalışan kitabxanaçılar ədəbiyya-
tın
seçilməsi, depozitar saxlanma üçün nəşrlərin müəyyən edilməsi
metodlarına yiyələnməsinin öyrədilməsi vacib bir məsələ kimi qarşıda durdu.
Bu vəzifələrin yerinə yetirilməsi üçün respublikanın bir sıra kitabxanalarında
kitabxanaçıların ixtisasının artırılması kurslarında depozitar kitabxana fond-
larının iş metodlarının öyrənilməsinə həsr olunmuş seminarlar,
mühazirələr və
digər kütləvi tədbirlər keçirilməyə başladı. Fondun depozitar saxlanması
sisteminin təşkili məsələsinə həsr olunmuş ilk seminar-müşavirə 1977-ci ilin
25-27 aprel tarixində Voronejdə keçirilmişdir. Kitabxana işçiləri üçün
Dostları ilə paylaş: