Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə19/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   111

______________Milli Kitabxana_____________ 

 59


müdriklik və hesab allahı, Xatxor səma, məhəbbət və  şadlıq 

ilahəsi hesab edilirdi. Maat (ədalət ilahəsi), Soxmet (qüdrət 

ilahəsi) və başqaları Misir panteonuna daxil idilər. 

Misirlilər allahları müxtəlif heyvan görkəmində  təsvir 

edirdilər. Bu, ən qədim təsəvvürlərin əksi idi. Öküzə sitayiş geniş 

yayılmışdı. Allah Apis öküzü təmsil edirdi. Öküz Ptax, Osiris, Ra 

və s. allahları  əks edə bilirdi. Amona qoyun, Soxmetə  şir, Tota 

əntər, Sebekə timsah görkəmi verilirdi. Dini təsəvvürlərin 

təkmilləşməsi allahların totem ibadətini dəyişdirdi. Allahlar artıq 

heyvan, yaxud quş başlı adam görkəmində təsvir olunurdular. Ra, 

Qor  şahin başlı adam, Anum, Xnum qoyun başlı adam, ilahə 

Xatxor inək başlı adam görkəminə salınmışdı. 

Qədim Misirdə ilk allahlar haqda da təsəvvürlər müəyyən 

sistem  şəklinə salınmışdı.  Əvvəl guya qarmaqarışıq su aləmi 

olmuş və onu Nun təmsil etmişdi. Sonra Atum su aləmindən təpə 

şəklində bünövrə yaratmışdı. Sonralar Atumu Ra təmsil edirdi. 

Atum-Ra qoşa allah (hava) və arvadı Tefnutu (nəmişlik) 

törətmişdi. Yer allahı Heb və  səma ilahəsi Nut onların törəməsi 

olmaqla Osiris, İsida, Set və Neftidunu yaratmışdılar. Beləliklə, 

allahların ailəsi təsəvvürü yaradılmışdı. Nəticədə allah-ata, allah-

ana və allah-oğul dini anlayışı meydana gəlmişdi. Bu dini ehkam 

sonrakı dinlərə, xüsusilə xristianlığa təsir göstərmişdi.  

Misirin  ən qədim dövründə  əcdadlara və onunla bağlı olan 

mərhumlara ibadət mövcud idi. Misirlilərə görə ölüm insanın 

varlığını məhv etmir, onu sadəcə olaraq başqa aləmə, həyatın guya 

davam etdiyi axirət dünyasına aparır. Odur ki, misirlilər ölünü 

başqa aləmdə  əbədi həyatla təmin etməyə  cəhd edirdilər. 

Mərhumu dəriyə, həsirə, yaxud parçaya büküb basdırırdılar, 

yanına yemək, silah, heyvan və insan heykəlcikləri (uşebtu) 

qoyurdular. Qədim səltənət dövründə varlı məmurları və adlı-sanlı 

kahinləri kürsü (mastab) şəkilli sərdabələrdə dəfn edirdilər. Meyiti 

süni surətdə saxlamaq üçün onun içalatı  çıxarılırdı  və xüsusi 

qablara qoyulurdu. Meyitin bədəninə duzlu maddələr və qatranlı 

məhlullar sürtməklə mumiyalayırdılar. Meyiti (mumiyanı) bir çox 

kətan parçalara büküb dəfn edirdilər.  

Orta səltənət dövründə yeni varlı  təbəqələr yaranmışdı. 




______________Milli Kitabxana_____________ 

 60


Bununla bağlı  mərhuma ibadət nisbətən dəyişilir.  Əgər  əvvəllər 

dini-cadu xüsusiyyəti daşıyan yazılar ancaq hökmdarlar və 

əyanların sərdabəsinə  həkk olunurdusa, indi belə yazılar orta 

təbəqəyə mənsub adamların daş tabutu (sərdabə) üzərində də həkk 

olunurdu. Belə cadu xüsusiyyətli yazılar əsasında "Ölülər kitabı", 

"Dirilmə kitabı" tərtib olunmuşdu. Kitabda sehr, himn, dua və 

allah şərəfinə mədhlər vardı. Kitabın çox hissəsi cadu xüsusiyyətli 

sehrlərdən ibarətdir. Belə sehrlər guya mərhumu axirət dünyasının 

dəhşətindən qorumalı və onu o dünyanın səadəti ilə təmin etməli 

idi. Mərhum axirət dünyasının məhkəməsində Osirisin qarşısında 

hesabat verirdi. Mərhum üzərində məhkəmə qurulurdu, onun ürəyi 

çəkilirdi və 42 əsas günah şərh edilirdi. Mərhum günahsız 

olduğunu sübut etməli idi. Fironlar da axirət dünyası məhkəməsi 

qarşısında cavab verirdilər. Günah sahibi əjdahaya yem olurdu. 

Günahsız isə o dünyada əbədi həyat qazanırdı. Artıq o dövrdə 

günahsız və mömin həyat sürmüş insanların axirət dünyasında 

əbədi səadətə qovuşması barədə təsəvvür formalaşır.  

Qədim Misirdə fironun şəxsiyyəti ilahiləşdirilmişdi. 

Əvvəllər onu allah oğlu, sonra allah adlandırırdılar. Ona yer 

üzünün allahı kimi sitayiş və itaət edirdilər. Hər bir ictimai etiraz, 

hökmdara qarşı qiyam dini baxımdan cinayət hesab olunurdu. 

İncəsənətdə hökmdarın allah oğlu olması müddəası  təbliğ 

edilirdi. Məbədlərdə firona ibadət xüsusi otaqlarda keçirilirdi. 

Belə otaq "böyük ev" (pir-a) adlanırdı. Bu sözdən də "firon" 

rütbəsi yaranmışdı. XVIII sülalə dövründə "firon" anlayışı artıq 

hökmdar mənasında işlədilirdi. Otağın divarlarında fironun 

həyatını  əks edən təsvirlər həkk olunurdu. Bu təsvirlər fironun 

ilahi mənşəli olmasına dəlalət edirdi. Buna baxmayaraq firon 

hakimiyyəti dini ehkamların güclü təsiri altında olmuşdur. 

Dinin geniş təsirinə baxmayaraq, insanlarda "bilik" və onun 

əhəmiyyəti haqda təsəvvür yaranırdı.  Əsas bilik mənbəyi 

məktəblər idi. Biliklər tətbiqi xüsusiyyət daşıyırdı. Riyaziyyat 

sahəsində biliklər praktiki tələbatdan doğurdu, yer ölçənlərin və 

inşaatçıların işini yüngülləşdirməli idi. Sərdabələrdə xüsusi iplə 

torpaq ölçən adamların  şəkli çəkilirdi. Hesab və  həndəsə 

sahəsində sadə biliklərə malik idilər. Dəqiq riyazi hesablama 




______________Milli Kitabxana_____________ 

 61


nəticəsində ehram tikmək mümkün idi. Riyazi sahədə  ən böyük 

nailiyyət onluq hesablama sisteminin yaradılması idi. Yazıda 1, 

10, 100, 1000, 10000, 100000 bildirən işarələr tətbiq olunurdu. 

Hətta milyonu bildirən işarə vardı: bu təəccübdən  əllərini 

qaldırmış adam şəklində təsvir olunurdu. 

Həndəsə sahəsində müəyyən inkişaf vardı. Misirlilər 

düzbucağın, yarım bucağın, xüsusilə  bərabəryanlı üçbucağın, 

trapesiyanın və dairənin səthini müəyyənləşdirə bilirdilər. Cəbr 

sahəsində bir naməlum tənliyi çıxara bilirdilər. Astronomiya 

sahəsində müəyyən nailiyyətlər  əldə edilmişdi. Planeti ulduzdan 

fərqləndirirdilər, ulduzların xəritəsini cıza bilirdilər. Misirlilər 

xüsusi təqvim yaratmışdılar.  İli hər bir ayı 30 gündən ibarət 12 

aya bölmüşdülər. İlin sonunda 5 gün əlavə olunurdu. İl onda 365 

gündən ibarət olurdu. Misir təqvim ili tropik ildən dörddə bir 

sutka geriyə qalırdı. Bu fərq 120 il ərzində bir aya bərabər olurdu. 

Onlar gecə-gündüzü 24 saata bölürdülər. Su və günəş saatları icad 

etmişdilər. 

Təbabət inkişaf tapmışdı. Diş, göz və başqa xəstəliklər 

müalicə olunurdu. Misir həkimləri insanın anatomiyasına bələd 

idilər. Meyitin yarılması insan orqanizminin quruluşunu 

öyrənməyə imkan yaradırdı. Həkim bacardığını edirdi. Həkim 

xəstəyə baxıb xəstəlik  əlamətlərini və müalicə vasitələrini 

müəyyənləşdirməyi bacarmalı idi. Təbabət etikası mövcud idi. 

Həkim öz müalicə imkanlarını xəstəyə əvvəldən bildirməli idi və 

bunu belə deməli idi: "Bu xəstəliyi mən müalicə edə bilərəm, 

yaxud bu xəstəliyi mən bəlkə müalicə edə bildim, ya da xəstəliyi 

mən müalicə edə bilmərəm". Cərrahlıq geniş inkişaf tapmışdı. 

Misir Qədim Şərqin inkişaf etmiş mədəniyyət (sivilizasiya) 

mərkəzlərindən birinə çevrilmişdi. Bu sivilizasiyaya mənsub olan 

dövlət sistemi, iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min 

il  ərzində öz varlığını saxlaya bilmiş, digər ölkələrə  təsir 

göstərmişdi. Misir Qədim  Şərqdə  ən uzun ömürlü dövlətlərdən 

biri olmuşdu. 

Qədim Misirdə həm bədii ədəbiyyat - nağıllar, hökmdarların 

öz övladlarına nəsihətləri, fəlsəfi dialoqlar, o cümlədən məşhur 

«ümidi boşa çıxmışın öz ruhu ilə söhbəti» və s. geniş yayılmışdı. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə