4.1.3. ali və orta ixtisas təhsili müəssisəsi (universitet, akademiya, institut,
konservatoriya, kollec, texnikum) üzrə təşkilatı.
4.2. Qrup təşkilatı ən azı 3 (üç) nəfərdən ibarət olan tələbə – gənclər təşkilatının ilk
özəyidir.
4.3. Qrup təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini
rəhbərlik edir.
4.4. Qrup təşkilat üzvlərinin sayı 20-dən çox olduğu təqdirdə sədr və sədr müavini
daxil olmaqla 5 (beş) nəfərdən ibarət İdarə Heyəti seçilir.
4.5. Qrup təşkilatının İdarə Heyəti, üzvlərinin təşəbbüslərini fakültə İdarə
Heyətinin diqqətinə çatdırır və fakültə üzrə qəbul edilən fəaliyyət proqramının
qrup daxilində icra olunmasını təmin edir.
4.6. Qrup təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 2 (iki) dəfə keçirilir.
4.6. Fakültə təşkilatı fakültə üzrə olan qrupların ən azı yarısında özəklər fəaliyyət
göstərdiyi təqdirdə yaradılır.
4.7. Fakültə təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini
rəhbərlik edir.
4.8. Fakültə üzrə qrup təşkilatlarını təmsil edən nümayəndələrdən, sədr və sədr
müavini daxil olmaqla ən azı 7 (yeddi) nəfərdən ibarət İdarə Heyəti formalaşdırılır.
4.9. İdarə Heyəti fakültə təşkilatı üzvlərinin təşəbbüslərini Təşkilatın İdarəetmə
Şurasının diqqətinə çatdırır və onun qəbul etdiyi fəaliyyət proqramının fakültə
daxilində icra olunmasını təmin edir.
4.10. Fakültə təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 1 (bir) dəfə keçirilir.
Dostları ilə paylaş: